Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə111/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   107   108   109   110   111   112   113   114   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

360


2. Qadınlar səfərdə Peyğəmbərə 

yoldaşlıq etmişlər

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səfərə  çıxmaq  

istədikdə  zövcələri  arasında  püşk  atardı.  Kimin  oxu

1

  çıxsaydı,  



Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  özü  ilə  səfərə  

aparardı.  Bir  yürüş  zamanı  yenə  aramızda  püşk  atmışdı.  Mənim  

oxum  çıxdı  və  mən  örtük  ayəsi  endikdən  sonra  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səfərə  yollandım.  Kəcavəmdə  

gedir,  kəcavəmdə  də  gecə361ləyirdim.  Bütün  səfər  boyu  belə  

davam  etdi.  Nəhayət,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

bu  savaşdan  geri  qayıtdı  və  biz  də  dəstə-dəstə  Mədinəyə  

yaxınlaşdıq.  Bu  zaman  bir  yerdə  gecələdik.  Sonra  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

hərəkət  etməyimiz  haqda  car  

çəkdirdi...”

2

.  



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səfərə  çıxmaq  

istədiyində  xanımlarının  arasında  püşk  atırdı.  (Bir  dəfə)  püşk  

Aişəyə  və  Həfsəyə  düşmüşdü.  Gecə  düşdüyündə  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aişənin  dəvəsində  gedir,  onunla  

söhbət  edirdi.  (Bunu  görən)  Həfsə  dedi:  “Gəl  bu  gecə  sən  

mənim,  mən  də  sənin  dəvənə  minim.  Həm  sən  (Peyğəmbəri) 

1

 Həmin  dövrdə  oxqabından  ox  çəkərək  püşk  atmaq  adət  yayılmışdı  –  



tərcüməçinin  qeydi.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

361


gör,  həm  də  mən.”  Aişə:  “Olar”,  –  deyib  (Həfsənin  dəvəsinə)  

mindi...”

1

.  


Misvər  ibn  Məxrəmə  və  Mərvan  demişlər:  

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Hüdeybiyyə  günü  

səfərə  çıxmışdı...  Onlardan  (səhabələrdən)  heç  kəs  (saçını  qırxıb  

dəvəsini  kəsmək  üçün)  ayağa  qalxmadığında  Ümmi-Sələmənin  

yanına  gedib  olanları  ona  danışdı...”

2

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Bəzi  səfərlərində  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

idik.  Beydaya,  ya  da  Zatülceyşə  çatdığımızda  boyunbağım  

qırıldı...”

3

.



3. Qadınlar sosial işlərə maraq göstərmiş, 

ictimai həmrəylik nümayiş etdirmişlər

Ümmi-Sələmə dövlət başçısının xalqa 

ünvanlanmış xütbəsinə qulaq asmışdır

Ümmi-Sələmə  rəvayət  edir  ki,  (bir  dəfə)  insanların  (cənnət)  

hovuzundan  danışdıqlarını  eşidir.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

bu  haqda  ona  heç  nə  danışmamışdı.  Həmin  vaxt  

bir  cariyə  onun  saçını  darayırmış.  Ümmi-Sələmə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

minbərdən  “Ey  insanlar!”  –  deyə  

səsləndiyini  eşidib  cariyəyə  dedi:  “Mənə  bir  az  möhlət  ver.”  

Cariyə  dedi:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ancaq  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

362


kişiləri  çağırdı,  qadınları  ki  deyil!”  Ümmi-Sələmə  dedi:  “(Nə  

olsun  ki?!)  Mən  də  insanam”

1

.  (Bu  zaman)  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyirdi:  “Mən  sizdən  ötrü  Hovu-

zun  yanına  birinci  çatacağam.  Mənə  baxın!  Nəbadə  sizdən  

kimsə  itmiş  dəvə  necə  qovulursa,  yanıma  gəldiyində  elə  qo-

vulmasın;  mən  də:  “Bu  nəyə  görədir?”  –  deməyim;  mənə  də  

(cavabən:)  “Sən  onların  səndən  sonra  nə  etdiklərini  bilmirsən!”  

–  deyilməsin!  Mən  də:  “İraq  olsun!”  –  deməyim!”

2

Zeynəb bint Cəhş xeyriyyə işləri üçün 



özünə peşə seçmişdir

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“(Bir  dəfə)  bəzi  xanımları  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

dedilər:  “Hansımız  sənə  birinci  qovuşacağıq?”  Pey-

ğəmbər:  “Əli  daha  uzun  olanınız!”  –  deyə  cavab  verdi.  İp  gö-

türüb  əllərini  ölçməyə  başladılar.  Əli  ən  uzun  olanı  Sevda  idi.  

Sonralar  (Zeynəb  vəfat  etdikdən  sonra)  bildik  ki,  əlin  uzunlu-

ğu  –  çox  sədəqə  vermək  demək  imiş.  Zeynəb  bizdən  tez  ona  

qovuşdu.  O,  sədəqə  verməyi  çox  sevirdi”

3

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“...Qadınlar  arasında  Zeynəb  qədər  xeyirxah,  Allahdan  qor-

xan,  düz  danışan,  qohumlarına  tez-tez  baş  çəkən,  çox  sədəqə 

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə