Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə55/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   51   52   53   54   55   56   57   58   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

179


xeyir-duası  və  salamı  olsun!)  

yanındakılara  dedi:  “Durun!”  Yola  düş-

dü,  mən  də  onların  qabağında  gedirdim.  Əbu  Təlhəgilə  çatıb  

(Peyğəmbərin  gəldiyini)  ona  xəbər  verdim.  Əbu  Təlhə  (xa-

nımına)  dedi:  “Ey  Ümmi-Süleym!  Peyğəmbər  insanlarla  bizə  

gəlib,  bizim  isə  onları  yedirəcək  heç  nəyimiz  yoxdur.”  Ümmi-

Süleym  dedi:  “Allah  və  rəsulu  daha  yaxşı  bilir!”  Əbu  Təlhə  

evdən  çıxdı  və  Peyğəmbərlə  rastlaşdı.  Sonra  Peyğəmbər  və  

Əbu  Təlhə  gəldilır.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ey  Ümmi-Süleym,  nəyin  varsa  gətir!”  Ümmi-Süleym  

çörəkləri  gətirdi.  Peyğəmbər  əmr  etdi  ki,  çörəkləri  doğrasınlar.  

Ümmi-Süleym  isə  doğranmış  çörəkləri  yağ  saxladığı  qaba  tö-

küb  qarışdırdı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Bunun  ki  içində,  maşallah,  az  yemək  yoxdur!”  Sonra  buyurdu:  

“On  nəfər  gəlsin!”  On  nəfər  gəlib  (qabdan)  yedilər  və  doyaraq  

çıxdılar.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  də  bu-

yurdu:  “On  nəfər  gəlsin!”  On  nəfər  gəlib  (qabdan)  yedilər  və  

doyaraq  çıxdılar.  Yenə  dedi:  “On  nəfər  də  gəlsin!”  On  nəfər  

gəlib  (qabdan)  yedilər  və  doyaraq  çıxdılar.  Bir  daha  dedi:  “On  

nəfər  də  gəlsin!”  On  nəfər  gəldi.  Beləliklə  oradakıların  hamısı  

yeyib  doydular.  (Ənəs  deyir:)  “Onlar  yetmiş,  ya  da  səksən  

nəfər  olardılar”

1

.  


Hədisin  İmam  Müslimin  rəvayət  etdiyi  versiyasında  deyilir:

“Daha  sonra  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

,  Əbu  Təlhə,  

Ümmi-Süleym  və  Ənəs  ibn  Malik  yedilər.  Yenə  də  yemək  artıq  

qaldı  və  biz  onu  qonşularımıza  verdik”.

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

180


Beyət edib beyətinə sadiq qalması

Rəvayət  olunur  ki,  Ümmi-Ətiyyə  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

beyət  vaxtı  bizdən  

söz  aldı  ki,  şivən  qopararaq  ağlamayacağıq.  Bizdən  ancaq  beş  

nəfər  vədinə  vəfa  göstərdi:  Ümmi-Süleym,  Ümmi-Əla,  Bint  əbu  

Səbrət,  Müazın  xanımı  və  başqa  iki  qadın...”

1

.



Həyası

Rəvayət  olunur  ki,  Ümmi-Sələmə  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“(Bir  dəfə)  Ümmi-Süleym  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

yanına  gəlib  soruşdu:  “Allah  haqdan  həya  etməz.  

Ey  Allahın  rəsulu,  ehtilam

2

  olan  qadın  qüsl  almalıdırmı?”  



Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Su  tapan  

kimi  alsın”

3

.



Həzrəti  Aişə  necə  də  düz  deyib:

“Ənsar  qadınları  nə  yaxşıdır!  Dini  yaxşı  öyrənmək  üçün  

həyaları  onlara  mane  deyildir”

4

.  



Cihadda iştirakı

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Uhud  günü  insanlar  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

yanından  dağılışmışdılar.  Gördüm  ki,  Əbubəkrin  qızı  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Pollyusiya.

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

181


Aişə  və  Ümmi-Süleym  səylə  işləyirlər.  Paltarlarını  topuğa  qədər  

çırmayaraq  bellərinə  su  tuluğu  yükləyib  daşıyır,  yaralılara  su  

verir,  su  qurtardıqda  yenidən  qayıdıb  (tuluqlara)  su  doldurur,  

yaralıların  ağzına  tökürdülər”

1

.

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yürüşə  çıxdığın-

da  Ümmi-Süleym  və  ənsardan  bəzi  qadınları  özü  ilə  aparırdı.  

Onlar  (əsgərlərə)  su  verir,  yaralıları  müalicə  edirdilər.  Ümmi-

Süleymi  Xeybər  yürüşündə  də  bu  cür  gördüm”

2

.



Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Hüneyn  günündə  Ümmi-Süleym  əlində  xəncər  tutmuşdu.  

Onu  görən  Əbu  Təlhə  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedi:


“Ey  Allahın  rəsulu,  bu  Ümmi-Süleymdir,  əlində  də  xəncər  tu-

tub.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Bu  nə  

xəncərdir?”  (Ümmi-Süleym  dedi:)  “Onu  götürmüşəm  ki,  müş-

riklərdən  kimsə  mənə  yaxınlaşsa,  qarnını  deşim.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

güldü.  Ümmi-Süleym  dedi:  “Ey  

Allahın  rəsulu,  bizdən  qeyrilərini  –  sənin  yanından  qaçıb  dağı-

lışan  tüləqanı  öldür”.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Ey  Ümmi-Süleym!  Allah  (bu  işdə  bizə)  bəsdir  və  

hər  şeyi  yaxşı  edəndir!”

3

  



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə