QadiR ƏLİyev naxçivan Dövlət Universiteti



Yüklə 48,52 Kb.

tarix25.07.2018
ölçüsü48,52 Kb.


 

QADİR ƏLİYEV 

Naxçivan Dövlət Universiteti 

kadiraliyev @yahoo.com 



 

GİLAN TÜRBƏSİNİN HARMONİK QURULUŞU VƏ HƏNDƏSİ NAXIŞ 

KOMPOZİSİYASININ İNKİŞAFI 

 

1979-cu  ildə  Naxçıvan  MR    Ordubad  rayonu  ərazisində  Xaraba  Gilan  şəhərinin  yerində 

qalıqları aşkar olunan  Gilan türbəsi şəhərin ən  yüksək  yerində  iri  bir təpənin  yamacındadır  (şək1) 

[5.  S.188].  Türbənin  memarlıq  quruluşu  onun  fəza  formasından  və  üzərindəki  naxış 

kompozisiyasından ibarətdir. Əvvəlcə türbənin fəza quruluşunu araşdıraq. 

 

Şəkil 1. Gilan türbəsininqalıqları 



 

Türbənin  fəza  quruluşu.Türbənin  üst  hissəsi  tamamilə  dağılmış,  sərdabə  hissəsi  isə  

salamat  qalmışdır.  Sərdabə  planı  daxilən  səkkizbucaqlı,  xaricdən  isə  kvadrat  biçimdədir.  Müasir 

dövrə qədər yalnız kiçik fraqmentləri salamat qalmış türbə divarları bişmiş kərpicdəndir.  

Ortada  düzgün  səkkizbucaqlı  prizmatik  dayaq  sütunu  yerləşir.  Belə  mərkəzi  dayaq  sütunu 

olan  türbələr  Azərbaycan  ərazisində  Gilan  türbəsindən  başqa  yalnız  üç  abidədə  -  Marağadakı 

Qırmızı  Günbəz,  Naxçıvan  şəhərindəki  Möminə  Xatun  və  Duzal  kəndindəki  türbələrində  rast 

gəlinir.  Bu  türbələrin  dördü  də  də  Naxçıvan-Marağa  memarlıq  məkanında  yerləşir.    Azərbaycan  

EA-nın  müxbir  üzvü,  Səlcuqlar  dövrü  Azərbaycan  memarlıq    abidələrinin  tədqiqatçısı  C.  Qiyasi 

göstərir ki, “Gilan sərdabəsi memarlıq quruluşuna görə  Doğu  Anadolunun Kemah  qəsəbəsindəki 

Mencügək Qazi türbəsinin (XII əsrin başlanğıcı)   alt qatı ilə eynidir“ [2. S.91](şəkil 2) [4. S.375].  




 

 



Şəkil 2.Kemah. Məlik Mengücək qazi günbədi 

 

Hətta  bu  hər  iki  sərdabənin  ölçüləri  -  həcmi  və    eyni  zamanda  hündürlüyü  də  bir  birinə 



yaxındır. Bunu aydınlaşdırmaq üçün biz Kemah türbəsinin kəsiyinin qrafiki analizini vermişik (şək. 

3) [4. S.376]. 

 

Şəkil 3.Kemah. Məlik Mengücək qazi günbədi 

Kəsiyin qurulmasının qrafiki analizi 

 

Gilan türbəsi “mərkəzi dayaqlı sərdabələr” növünə aid olduğu üçün  tədqiqatçı bu memarlıq 



quruluşuna da aydınlıq gətirir: “Mərkəzi dayaqlı sərdabələrə Azərbaycanın başqa bədii zonalarında 

rast gəlinmir. Ancaq  Naxçıvan-Marağa zonası üçün səciyyəvi olan bu sərdabə tipinin təkamülünü 

qısaca belə  izah etmək olar. Başlanğıcda örtüyün möhkəmliyini təmin etmək üçün onun ortasında 



 

göbələkvari  sütun  qoyulurdu.  Sonralar  sütunun  uclarını  sərdabənin  uyğun  künclərinə  tağlarla 



birləşdirməklə  memarlar  bütöv  dayaq  sistemi  yaradırdılar.  Bu  sistem  əsasında  tikilən  sərdabələr 

təkcə qeyri-adi möhkəmliyi ilə deyil, həm də biçimin incə plastikası, interyerin ahəngdar gözəlliyi 

ilə seçilir” [2. S.90]. 

Daha sonra C. Qiyasi türbənin memarının kim olduğunu aydınlaşdırır: “Kemah türbəsinində 

Naxçıvan-Marağa memarlıq məktəbi nümayəndəsi tərəfindən tikilməsi ehtimalı böyükdür. Belə ki, 

həmin  illərdə  mencuqların  əsas  tikililərini  iki  azərbaycanlı  memar  yerinə  yetirirdi.  Onlardan  biri 

Əhməd Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı Keykavus türbəsi görünüşcə Gilan  və  Kemah 

türbələrinə  bənzərdir.Görünür,  Kemah  türbəsini  də  Mərəndli  memar  ucaltmışdır”  [2. 

S.90].Beləliklə,  C.Qiyasi  türbənin  inşa  tarixinə  bir  aydınlıq  gətirir:  “Bütün  yuxarıda  deyilənləri 

yekunlaşdıraraq Gilan türbəsinin XII yüzilin son rübündə tikildiyini söyləmək olar“[2. S.90]. 

Müasir  dövrə  qədər  gəlib  çatmış  türbə  qalıqlarının  Yerüstü  kamera    və  yeraltı  sərdabə 

hissədən ibarət olan hissələri planda səkkizbucaqlı biçimdədirBu o deməktir ki, türbənin quruluşu 

kvadrat  və  bu  mənbədən  yaranan  mütənasiblik  sisteminə  əsaslanır.  Şəkil  4-də  bu  sistem  əsasında 

türbə  kəsiyinin,  şəkil  5-də  və  şəkil  6-da  isə  yerüstü  və  yeraltı  hissələrin  planlarının  qurulmasının 

qrafiki analizi göstərilib [4. S.377]. 

 

 



Şəkil 4. Gilan türbəsi. Salamat qalan hissənin kəsiyi 

 



 

 



Şəkil 5. Gilan türbəsi. Yerüstü kameranın planının qrafiki analizi 

 

 



Şəkil 6. Gilan türbəsi. Yeraltı sərdabənin planının qurulmasının qrafiki analizi 

 

Türbənin naxış kompozisiyası. 

Gilan  türbəsinin  üzərində  kərpicdən 

ibarət  salamat  mürəkkəb  həndəsi  naxış 

kompozisiyasının  qalıqları  var  idi.  Təəssüf  ki,  son  dövrlərdə  bu  naxış  kopozisiyaları  da  artıq 

dağılmış və türbə üzərində sadəcə izləri qalmışdır. Bu baxımdan onların qarfiki təhlilinin nə qədər 

əhəmiyyətli olmasını izah etməyə heç bir ehtiyac yoxdur. 

Əvvəlcə  bu  naxış  kompozisiyaları  haqqında  qısa  məlumat  verək.  Məlumdur  ki,  XI-XIII 

yüzillərdə  Naxçıvan  –  Marağa  memarlıq  nümunələrinin  inşasında  bişmiş  kərpic  aparıcı  tikinti 

materialı  olmuşdur.  Bu  tikinti  materialından  istifadə  olunması  istənilən  formada  memarlıq 



 

biçimlərinin  alınmasına,  tələb  olunan  mühəndis  quruluşlarının  seçilməsinə,  eləcə  də  mürəkkəb 



memarlıq bəzək elementlərinin alınmasına imkan verirdi.  

XI-XIII  əsrlər  bütün  müsəlman  Şərqində  olduğu  kimi  Azərbaycan  memarlıq  abidələri,  o 

cümlədən  Gilan  türbəsi  bütün  müsəlman  memarlığı  üçün  səciyyəvi  olan  kanonlara  –  vahid  elmi 

nəzəri  sistemə  dayanırdı.  Gilan  türbəsinin  kərpic  dekoru  mürəkkəb  həndəsi  naxış 

kompozisiyalarından  ibarətdir.  Naxışları  əmələ  gətirən  kərpiclər  əsasən  kvadrat  biçimindədir. 

Burada eyni zamanda naxışları əmələ gətirən həndəsi füqurların quruluşuna uyğun olaraq, üçbucaq, 

paraleloqram trapesiya profilli kərpiclərdən də istifadə edilmişdir. 

Məlumdur ki, Orta Əsr Müsəlman Şərqində türbələr üzərində bəzək dekoru  yüksələn xətlə 

inkişaf  etmişdir.  Türbə  üzərində  kərpic  dekoru  “qerix”  (düyün)  adlanan  xüsusi  həndəsi 

ornamentlərdir.  Naxışlar  tamamən  düz  xətlərin  harmonik  birləşməsindən  yaranır  ki,  biz  bu 

harmonik quruluşun açılması qanunu ilə məşğul olacağıq. 

Məlumdur ki, həndəsi  naxış kompozisiyası çox ciddi riyazi qanuna tabedir. Müasir dövrdə 

olduğu kimi Orta Əsr Müsəlman fəlsəfəsində riyazi elmlər də isbat tələb edirdi. VIII əsrdə yaşamış 

məşhur  filosof,  Ərəb  fəlsəfəsinin  banisi  əl-  Kindi  (800-879)    riyazi  elmlərin  şərhini  verərək 

göstərirdi  ki,  “Riyazi  elmlərdə  biz  mühakimə  deyil,  isbat  tələb  etməliyik.  Doğrudan  da  biz  əgər 

riyazi  elmlərdə  mühakimələrə  müraciət  etsə  idik  onda  bizim  biliklərimiz  burada  elm  deyil,  ancaq 

rəy xarakteri daşıyardı”[1. с. 35].   

Naxış  kompozisiyasının  açılması  üçün  hansı  mütənasiblik  sisteminin  seçilməsi  üsulunu 

aydınlaşdıraq.  Həndəsi  naxış  formasını  nəzərdən  keçirdikdə  ilk  baxışda  naxış  kompozisiyası 

daxilində  müəyyən  qanunauyğunluqla  yerləşən  düzgün  beşbucaqlılar  diqqəti  cəlb  edir.  Beləliklə, 

naxış kompozisiyasi quruluşunun hansi mütənasiblik sisteminə daxil olması  məsələsi aydınlaşır ki, 

“Bu  da  həndəsi  olaraq  İlahi  mütənasiblik  qanunu  olan  düzgün  beş  (on)  bucaqlı  mütənasiblik 

sistemidir” [3. S.43]. Məlumdur ki, bu sistemin mahiyyətini həndəsi olaraq düz xətt parçasının orta 

və  kənar  nisbətdə  bölünməsi  ilə  nəticələnən  İlahi  mütənasiblik  qanunu  olan  “Qızıl  bölgü” 

mütənasiblik sistemi təşkil edir. Əgər çevrə radiusunu orta və kənar nisbətdə bölsək o zaman onun 

daxilinə çəkilmiş düzgün onbucaqlının tərəfini almış olarıq (şək. 7a) [4. S.421]. 




 

 



Şəkil 7. Gilan türbəsi. Düzbucaqlı daxilində naxış 

                kompozisiyasının alınmasının qrafiki təhlili 

 

Onun ədədi ifadəsi: 



2

1

5



1,618... 



Naxış kompozisiyasının alınmasını mərhələ-mərhələ aydınlaşdıraq 

Birinci  mərhələdə  düzgün  onbucaqlı  daxilində  ulduz  çoxbucaqlısını  alırıq.  (şək.  7b)  [4. 

S.420] 

 

 



a

b



  

Şəkil 8. Xərrəqan (a), Etimad əd-Dövlə (b) türbələri, Daş Hauli sarayı (c). 

Naxış kompozisiyaları 

 



 

 d             



 e 

 

Şəkil 9. Üç günbəd türbəsi (d), İsfahan Came məscidi(e).  

Naxış kompozisiyaları 

 

  f               



 h 

Şəkil 10. Gilan(f),  Göy Günbəd(h) türbələri. 

Naxış kompozisiyaları 

 

İkinci  mərhələdə  çevrə  daxilinə  çəkilən  düzgün  onbucaqlının  uyğun  təpələrinin 



birləşdirilməsi  nəticəsində  düzbucaqlının  ölçülərini  müəyyən  edən  nöqtələri  alırıq  (şək.  1  c)  [4. 

S.421]. 


Üçüncü  mərhələdə  düzgün  onbucaqlının  uyğun  tərəflərinin  kəsişməsindən  alınan 

nöqtələrdən  üfqi  və  şaquli  xətlərin  keçirilməsi  nəticəsində  daxilində  müəyyən  şüa  qəfəsi  olan 

düzbucaqlı alırıq. Bu şüa qəfəsi üzərində müəyyən ardıcıllıqla hərəkət edərək düzbucaqlı daxilində 

müəyyən həndəsi naxış kompozisiyasını alırıq. (şək. 7 d) [4. S.421]. 



 

Gilan türbəsi üzərində naxış kompozisiyasının yayılma arealı. 

1. Aldığımız naxış kompozisiyası Xərrəqan (İran), Etimad əd-Dövlə (Hindistan, Aqra), Daş 

Hauli [8. S.268] sarayı üzərində olan həndəsi naxış kompozisiyalarının qrafiki analizidir [4. S.422]. 



 

 



 

Şəkil 11. Xərrəqan,  Etimad əd-Dövlə,  Daş Hauli  abidələri üzərində  

olan həndəsi naxış kompozisiyalarının qrafiki analizi. 

 

2.  Şüa  qəfəsində  düzbucaqlının  təpələri  üzərində  alınan  ulduz  hissədə  boşluqlarda  naxış 



elementləri artırmaqla şəkil 9-da göstərilən  Üç günbəd türbəsi və İsfahan Came məscidi üzərində 

olan  həndəsi  naxış  kompozisiyasının  [6.  S.32]  quruluşunu  alırıq  (Şəkil  12-də  punktir  xətlərlə 

göstərilib) [4. S.423] 

 



 

 



Şəkil 12.  Üç günbəd, İsfahan Came məscidi üzərində olan həndəsi naxış  

kompozisiyasının qrafiki analizi 

 

3.  Nəhayət  şüa  qəfəsində  olan  bütün  boşluqlarda  naxış  elementləri  artırmaqla  şəkil  10-da 



göstərilən  Gilan  (a),  Göy  Günbəd  (b),    İsfahan  Came  məscidi  (c)  üzərində  olan  həndəsi  naxış 

kompozisiyasının quruluşunu alırıq (Şəkil 13-də punktir xətlərlə göstərilib) [4. S.424] 

Abidələrin inşa tarixlərini və naxış kimpozisiyaların inkişafini nəzərdə keçirək: 

-Isfahan Came məscidi- inşa tarixi X əsr 

-Xərrəqan türbəsi – inşa tarixi 1093-cü il. 

-Göy günbəd türbəsi – inşa tarixi 1194-cü il. 

-Üç günbəd türbəsi – inşa tarixi 1184-cü il. 

-Gilan türbəsi- inşa tarixi- XII əsrin sonu. 

-Etimad əd-Dövlə türbəsi – inşa tarixi 1628- ci il. 

-Daş Hauli sarayı – inşa tarixi 1830- 1838-ci illər. 




10 

 

 



Şəkil 12.  Gilan, Göy günbəd türbələri üzərində olan həndəsi naxış  

     kompozisiyasının qrafiki analizi 

 

Türbələr  üzərində  naxış  kompozisiyaların  mürəkkəbliyini  və  naxış  elementlərinin 



zənginliyini  müqayisə  etsək  görərik  ki,  Gilan  və  Göy  Günbəd  türbələrinin  naxış  kompozisiyaları 

daha mürəkkəb və naxış elementləri daha zəngindir və mərkəzi dayaq sütunludur.  Beləliklə, Gilan 

türbəsinin  inşa  tarixi,  Göy  günbəd  türbəsinin  inşa  tarixi  ilə  təqribən  üst-üstə  düşür  ki,  bu  da  C. 

Qiyasinin  “Gilan  türbəsinin  XII  yüzilin  son  rübündə  tikildiyini  söyləmək  olar”[2.  S.91]fikrini  bir 

daha təsdiq edir. 

Ümumiyyətlə  Gilan  türbəsi  daxil  olmaqla  tədqiq  olunan  naxış  kompozisiyaları  bütov  bir 

orqanik  vahiddir.  “Memarlıq  incəsənəti  tektonikasında  ifadə  olunan  harmoniya  memarlıq 

orqanizminin tam və hissələrində tənzimlənir”[7. S.300]. 

 

 

 



 

 

 

 


11 

 

ƏDƏBİYYAT 

1.

 

Əl- Kindi. Aristotelin kitablarının sayı haqqında traktat və filosofların dərki üçün vacib     olan. 



Şərq mütəfəkkirlərində seçmələr. Bakı. 2007 

2.

 



Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991 

3.

 



Qadir Əliyev. Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq. Bakı, 2007 

4.

 



Kadir  Aliyev.  Başlanğıçların  başlanğıcı:  Nahçivan-Marağa  mimarlık  biçimlerinin  mahiyeti. 

İstanbul 2015 

5.

 

Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan 2008 



6.

 

 Osman Eravşar, Haşim Qarpuz və b. Böyük Selcuklu mirası. Mimari. İstanbul, 2013                        



7.

 

M.  C.  Булатов.  Геометрическая  гармонизация  в  архитектуре  средней  Азии  IX  –XV  вв.   



Москва 1988. 

8.

 



Юрий Халаминский. Дорогами легенд. Москва,1978 

9.

 



Əl-Səid , Ayşe Parman. Geometrik konspekt of İslamik Art. London. 1976 

 

 



 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə