[57]
vermişdir. Belə ki, o qoyun otaran zaman dağda vəhşi pişik balalarını tapıb və onları
evə gətirdiyi üçün atası ona bu künyəni vermişdir.
240
Əbu Hüreyrənin rəvayət etdikləri hədislərin böyük əksəriyyəti bu gün əlimizdə
mövcud olan məşhur hədis məcmuələrində yer almaqdadır. Məşhur
hədisşünaslardanikisi - Buxari və Müslim birlikdə ondan 325 hədis rəvayət
etimşlər.
241
Əbu Hüreyrənin İslamı qəbul etməsi hicrətin yeddinci ilində, məhərrəm ayında
və xəndək müharibəsindən sonra olmuşdur.
242
Əbu Hüreyrə hələ İslamı qəbul etməmişdən əvvəl yazıb oxumağı bilmiş və
ədəbi qabiliyyətə sahib olan bir şəxs kimi tanınmışdır. O, fars və həbəş dilini bilmiş
və incildən xəbərdar olan bir şəxs olmuşdur.
243
Hədis tarixçilərinin fikrinə görə Əbu Hüreyrə İslamı qəbul etdiyi zaman yalnız
Quranı deyil, eyni zamanda həzrət Peyğəmbərin (s) sözlərini də yazmağa başlamışdır.
Mənbələrin verdiyi məlumatlara görə Əbu Hüreyrədən 800-dən artıq kişi hədis
rəvayət etmişdir.
Ümumiyyətlə Əbu Hüreyrənin əsil-nəcabəti kimi elmi və dini şəxsiyyəti də
İslam alimləri tərəfindən ixtilafla qarşılanmışdır. Belə ki, bir qrup alimlər onun
müstəsna hafizəyə malik olmasını iddia etmiş və bu iddianı onun özündən gələn bir
neçə hədisə bağlamışlar. Əbu Hüreyrə özü barəsində bir neçə hədis demişdir. Həmin
hədislərdən biri budur:
“Əbu Hüreyrə deyir: “Ey Allahın Rəsulu,mən səndən bir çox hədis eşidirəm
amma onları unuduram” dedim. Mənə: “paltarını yerə sər”-dedi. Paltarımı yerə
sərdim və onu iki əli ilə tutdu sonra qatla dedi. Onu qatladım və ondan sonra heç bir
şey unutmadım.”
244
Peyğəmbər(s) ilə üç ildən az bir vaxtda bir yerdə olan Əbu Hüreyrə həm
səhabələr həm də onlan sonra gələn bir qrup İslam alimləri tərəfindən məzəmmət
edilmişdir. Belə ki, İslamın ikinci xəlifəsi Ömər bin Xəttab onu hicrətin 21-ci ilində
Bəhreynə vali təyin etmiş, 23-cü ildə isə onu vəzifəsindən sui-istifadə edib beytül-
maldan 10 min dinarı mənimsədiyinə görə xaric etmişdir.
245
Tarixi məlumatlara görə
xəlifə Əbu Hüreyrəni bu əməlinə görə şallaqlamış və onu şiddətli məzəmmət
etmişdir.
246
Əbu Hüreyrənin Peyğəmbərdən(s) həddən artıq çox hədis rəvayət etməsi bu
hədislərin böyük əksəriyyətinin şübhəli olmasına səbəb olmuşdur. Hətta onun bu
qədər hədis rəvayət etməsisəhabələri belə narahat etmişdir.
247
240
həmin mənbə
241
həmin mənbə
242
Həmmam bin Münəbbihin səhifəsi, səh. 45
243
əz-Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 34
244
Səhihi-Buxari
245
Seyid Şərəfuddin, Əbu Hüreyrə əsəri
246
həmin mənbə
247
bax: Səhihi-Müslim, fədail bölümü
[58]
2.Abdullah bin Ömər bin Xəttab
Həzrət Peyğəmbərdən (s) mindən artıq hədis rəvayət edən şəxslər içərisində
ikinci yeri Abdullah bin Ömər tutmuşdur. O, Peyğəmbərdən (s) 2.630 hədis
rəvayətetmişdir.
248
Abdullah bin Ömər səhabələr içərisində elm baxımdan çox
məşhur olmuşdur. O, İslam fiqhinin mahir bilicilərindən olmuş və məşhur fəqih kimi
şöhrət qazanmışdır.
Tarixi qaynaqların verdikləri məlumatlara görə Abdullah bin Ömər on və yaxud
on üç yaşında atası ilə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir.
249
Bildiyimiz
kimi o, Peyğəmbərin (s) həyat yoldaşı Həfsənin qardaşıdır. Abdullah kiçik
olduğundan İslamın ilk böyüşlərində iştirak etməmiş, Xəndək döyüşündə və ondan
sonrakı döyüşlərdə iştirak etmək fürsətinə nail olmuşdur.
Görkəmli İslam alimi İbn Həcər“əl-İsabə” adlı əsərində Peyğəmbərin (s)
Abdullah bin Ömər haqqındakı aşağıdakı hədisini xatırlayır:
“Abdullah nə gözəl adamdır, bir az da gecələri namaz qılsa, yaxşı olar.”
Abdullah bin Ömər hicri 77 (və ya 73)-ci ildə vəfat etmişdir. Onun ölümünün
səbəbini İbn Həcər belə rəvayətedir: “Əməvi xəlifəsi Əbdülməlik bin Mərvan
Həccaca Abdullah bin Ömərin həcc əmiri olmasını və özünün də ona tabe olmasını
əmr etdi. Abdullah bin Ömər ziyarət zamanı Həccacın önünə keçdi. Bu işdən
xoşlanmayan Həccac adamlarından birinə onu zəhərli mizraqla vurmasını tapşırdı.
Həccacın tapşırığı yerinə yetdikdən bir müddət sonra Abdullah bin Ömər vəfat
etdi.
250
Abdullah bin Ömərin Həzrət Əliyə (ə) qarşı münasibəti yaxşı olmamışdı. O,
Əliyə (ə) heç vaxt beyət etməmişdi. O, Əlidən (ə) sonra Həsən (ə) və Hüseynə (ə)
eyni münasibəti göstərmişdi.
3.Ənəs bin Malik bin ən-Nadir
Ənəs bin Malik Peyğəmbərin (s) ən yaxın səhabələrindən bir olmuşdur. Tarixi
məlumatlara görə o, Peyğəmbərin (s) Mədinəyə hicrəti zamanı anası tərəfindən
Peyğəmbərin (s) xidmətinə verilmişdir.
Muksirundan
olan Ənəs bin Malik Peyğəmbərdən(s) 2.286 hədis
rəvayətetimşdir.
251
Peyğəmbərin (s) xidmətinə verilən zaman onun 9 və 10 yaşı olmuşdur. O,
“Rəsululahın xidmətçisi” ləqəbi ilə tanınmışdır.
252
Ənəs bin Malikin anası Ümmu
Süleymdir. Onun anası İslamı qəbul edən ilk qadınlardandır. Onun atası isə İslam
olmadan əvvəl vəfat etmişdir.
253
Görkəmli İslam alimi Əllamə Məclisi “Biharül-
ənvar”adlı əsərində yazır: “Ənəs bin Malikin anası Ümmu Süleym bint Məlhan bin
Xalid əl-Ənsaridir. Onun anasının adını Səhlə, Rəmilə, Rəmişə, Məleykə və yaxud
Üneysə olduğunu da deyirlər.”
254
248
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 125, H. S. əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 169
249
Hədis Ricali, səh. 49
250
Təhzibüt-təhzib, c. V, səh.124
251
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 125, H.Səd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 169
252
İbrahim Canan, Kütubu sittə tərcüməsi və şərhi, c. I, səh. 75
253
M. Eriş, Səadətçağındansimalar, c. I,səh. 55
254
c. I,səh. 12