[55]
zaman onları az hədis rəvayətedən, çox hədis rəvayətedən, şair, süffə əhlindən olan
və s. səhabələr deyə bir-birindən fərqləndirməyə çalışmışlar.
Səhabələri ən çox təbəqəyə ayıran alim Hakim ən-Nişapuridir. O, bu təbəqəni on
iki təbəqəyə bölmüşdür. Həmin təbəqələr aşağıdakılardır:
-Məkkədə ilk müsəlman olanlar.
-Ömərin müsəlman olmasından sonra müsəlman olan Darün-nədvə əhli.
-Həbəşistana hicrət edənlər.
-Birinci əqəbə beyətinə qatılanlar.
-İkinci əqəbə beyətinə qatılanlar.
-Peyğəmbər Mədinəyə qirməmiş ona Qubada qoşulan mühacirlər.
-Bədr savaşına qatılanlar.
-Bədrdən sonra Hüdeybiyyə sülhünədək hicrət edənlər.
-Hüdeybiyyədə Beyətür-rizvana qatılanlar.
-Hüdeybiyyə ilə Məkkə fəthi arasında hicrət edənlər.
-Fəth günü müsəlman olanlar.
-Fəth günü, vida həcci və digər vaxtlarda Peyğəmbəri (s) görən səhabə
uşaqlar.
229
Səhabələr göstərilən hansı təbəqədən olmasından asılı olmayaraq İslamda böyük
nüfuz və ehtiram sahibidirlər. Çünki onlar Peyğəmbərdən (s) sonra İslamın
yayılmasında, təbliğ edilməsində, İslam dininin dünyanın müxtəlif regionlarında
yayılmasında böyük əmək və zəhmət sərf etmişlər.
Həmçinin səhabələri yuxarıda göstərilən bölgüdən də əlavə elm, iman və digər
keyfiyyətləri baxımından müxtəlif qruplara bölmək olar. Onların hamısı birdən
müsəlman olmadığı kimi, hamısı da eyni elmə, imana malik deyillər. Onların bəziləri
haqqında Peyğəmbər (s) dua etmiş, onun elmi-irfanının artmasını, nəslinin
qiyamətədək davam etməsini və cənnətə daxil olmasını Allahdan diləmişdir.
BizbunuƏlinin (ə) timsalında görməkdəyik. Məsələn, o Həzrətin (s) sonsuz elmi
şübhəsiz ki, Peyğəmbərin (s) duasının nəticəsi idi. Bu barədə İmam Sadiq (ə)
buyurur:“Allahın Rəsulu (s) Əliyə (ə) bir elm öyrətdi ki, ondan da min qapı açılır.”
230
Həmçinin Peyğəmbərin (s) Ənəs bin Malikə dua etməsidə buna misal ola bilər.
Belə ki, Ənəsin anası onu Həzrətin (s) yanına gətirib ona dua etməsini və xidmətə
götürməsini xahiş edir. Peyğəmbər (s) da Ənəsin haqqında bu duanı edir: “Allahım
onun malını və övladlarını çoxalt və ona əta etdiklərini onun üçün xeyirli et!”
231
Səhabənin tanınması üçün müəyyən yollar vardır.Bir şəxsin səhabə olması üçün
şübhəsiz ki, müəyyən yollar mövcudur. Hədis alimləri səhabə olan şəxsi tanımaq və
onun səhabəliyini bilmək üçün aşağıdakı yolları göstərmişlər:
-Təvatür və istifazə yolu
Bu yolla bilinən və ya tanınan səhabənin haqqında Peyğəmbərdən (s) səhih
hədis varsa, deməli, onun səhabəliyi inkar edilməzdir. Məsələn, Peyğəmbər (s)
buyurmuşdur:
229
İ.Canan, Kütubüs-sittə tərcüməsi və şərhi, Ankara 1995, səh. 519
230
Biharül-ənvar, c. VI, səh. 522
231
həmin mənbə, c. VIII, səh. 12
[56]
“Əli mənbəndir, mən də Əlidənəm.”
232
-Ədalətlisəhabənin şəhadəti ilə
Səhabə olan bir şəxs başqa birinin səhabə olduğuna şəhadət verərsə, onun sözü
məqbul hesab edilir. Məsələn, Əbu Musa əl-Əşəri Hümamə bin Əbi Hümamənin
səhabə olduğuna şəhadət verməsi kimi.
-İqrar yolu ilə
Ədalətli və doğru danışmaqda məşhur olan bir şəxs özünün səhabə olmasını
iqrar etməsidir. Bu şərtlə ki, həmin şəxs hicri 110-cu (miladi 730) ildən çox yaşamış
olmasın. Çünki sonuncu səhabə Əbu Tüfeyl Amir bin Vasilə əl-Leysi hicri 100 və ya
110-cu ildə Məkkədə vəfat etmişdir.
233
-Tabeundan bir şəxsin şəhadət verməsi yolu ilə.
234
Hədis rəvayət edən səhabələr iki qismə bölünür.
-Muksirun səhabələr
-Muqillun səhabələr.
a)Muksirun səhabələr
Peyğəmbərdən (s) nəql etdikləri hədislərin sayına görə birinci yeri muksirun
deyilən səhabələr təşkil edirlər. Bu qrupa yalnız yeddi səhabə daxildir. Ümumiyyətlə
Peyğəmbərdən (s) mindən artıq hədis nəql edən səhabəmuksirun qrupuna daxil olur.
Bu qrupa daxil olan yeddi səhabə ardıcıl şəkildə aşağıdakı kimi sıralanır:
1.Əbu Hüreyrə əd-Dusi
Səhabələr içərisində ən çox hədis rəvayət edən şəxs Əbu Hüreyrədir. O,
Peyğəmbərdən(s) 5.374 hədis nəql etmişdir.
235
Əbu Hüreyrənin Allahın peyğəmbərinin (s) səhabəsi olması şübhəsizdir. İslam
alimləri onun əsil-nəsəbi haqqında böyük ixtilafa varmışlar. Məşhur alimlərdən biri
Abdullah əz-Zəhəbi onun adının Əbdürrəhman bin Sahr olduğunu yazır.
236
Digər
alimlər isə onun atasının adının məlum olmadığını bildirir və bu səbəbdən də onun
künyəsi ilə tanındığını qeyd edirlər.
237
Hədis alimlərinin çoxunun fikrinə görə Əbu Hüreyrə“Dus” qəbiləsinə mənsub
olmuşdur. Onun atası Ümeyr bin Əbd Zimişəra, anası isə Səfih bint Haris
olmuşdur.
238
Deyilənlərə görə Əbu Hüreyrəyə Əbdürrəhman adını Peyğəmbər (s) vermiş və
onun pişiyə vurğun olduğunu görüb onu “Əbu Hüreyrə-kiçik pişik atası” deyə
adlandırmışdır.
239
Amma Əbu Hüreyrədən gələn rəvayətə görə ona bu künyəni atası
232
Səhihi-Buxari, c. III, səh. 168
233
Hədis üsulu, səh. 82
234
geniş məlumat üçün bax: C. Sübhani, Üsulul-Hədis və əhkamuhu, səh. 125, Prof. H. S. əd–Dari, Muhadarat fi
ülumil-hədis, səh. 168, Süyuti, Tədribür-ravi, c. II, səh. 213
235
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 125, H. S. əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 168, Süyuti,
Tədribür-ravi, c. II
236
Ali Özek, HədisRicalı, səh. 43
237
Seyid Şərəfuddin, Əbu Hüreyrə, səh. 53
238
həmin mənbə
239
Hədis Ricalı səh. 43