[117]
Şiəlikdə ittiham edilən Əbdürrəzzaq bin Həmmam hicri 200-cü (miladi 815) ildə
gözlərini itirmişdir. O, İmam Əliyə (ə) böyük sevgi göstərmiş və onun qatillərinə
qarşı çox sərt olmuşdur.
Yəhya bin Main deyir: “Əgər Əbdürrəzzaq irtidad etmiş olsaydı, biz yenə onun
hədislərini tərketməzdik.
484
Əbdürrəzzaqın əsərinə gəldikdə, onun günümüzədək gəlib çatan və on bir cild
halında nəşr edilən ən məşhur əsəri “Müsənnəf”dir. Bu əsər İslam alimləri tərəfindən
yüksək səviyyədə qiymətləndirilmişdir. Zəhəbi onun bu əsərini “Elm xəzinəsi”
adlandırmışdır.
485
Onun bu əsəri yaxın zamanlara qədər nüsxə halında olmuş, bir neçə
il bundan əvvəl nəşr edilmişdir. Hədisşünaslıq elminin gözəl əsərlərindən olan bu
“Müsənnəf” əsəri 1970-ci ildə Beyrutda nəşr edilmişdir.
486
Əsərdə yer alan hədislərin sayına gəldikdə bunun 21.033 ədəd olduğunu
demişlər. Bu əsərdə yer alan hədislərin bir qismi daha doğrusu X cildinin 379-cu
səhifəsindən XI cildin sonuna qədər Mömər bin Raşidin “Cami” əsərinin
hədisləridir.
487
Əsərin cami olan hissəsindəki hədislər çıxarılarsa, orada 19.418 hədis
olacaqdır.
488
Müsənnəfin tərtib xüsusiyyətlərinə gəldikdə isə demək lazımdır ki, bu əsər
kitabüt-təharət ilə başlayır, kitabül-heyz, kitabüs-salat, kitabül-cümə, kitabu fədailil-
Quran, kitabül-cənaiz kimi ibadətə aid bölümlərdən sonra… kitabül-fəraiz, kitabu-
əhli-kitabeyn deyə müamilat bəhslərlə davam edərək Mömər bin Raşidin “Cami”
əsərinə yetişir.
Müəllif bu əsərində Peyğəmbərdən (s) gələn hədisləri, səhabə sözlərini və
tabeun fətvalarını sıralamışdır. Əsərin şərhinin olub-olmaması hələ elm aləminə
məlum deyildir.
Son olaraq bunu demək kifayətdir ki, bu əsər İslam mədəniyyətinin xüsusilə də
hədis ədəbiyyatı tarixinin ən yaxşı əsərlərindən sayılmış və müsəlman alimləri
tərəfindən yüksək səviyyədə dəyərləndirilmişdir. Şükürlər olsun ki, uzun illər elm
aləminə bəlli olmayan bu əsər son illərdə elmə bəlli olmuş və Əbdürəhman əl-Əzəmi
tərəfindən nəşrə hazırlanmışdır.
4)Süfyan bin Üyeynə və “Müsənnəf” əsəri
Hicri ikinci ilin məşhur hədisşünaslarından biri də Süfyan bin Üyeynə bin
Meymun əl-Hilalidir. O, hicri 107-ci (m.722) ildə dünyaya gəlmiş vəMəkkədə
yaşamışdır. Onun künyəsi Əbu Məhəmmədir. Süfyan 87 tabeun ilə görüşmüş və
onların yetmişindən hədis rəvayət etmişdir.
489
Mənbələrin verdiyi məlumatlara görə o, İmam Cəfər əs-Sadiq (ə) ilə
görüşmüşdür.
490
484
Zəhəbi, Mizanül-etidal, c. II, səh. 612
485
İ. Canan, adı keçən əsəri, səh. 240
486
İ.Canan, adı keçən əsəri, səh. 50
487
həmin mənbə, səh. 50
488
həmin bənbə, səh. 51
489
Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 325
490
Ali Özək, adı çəkilən əsəri, səh. 84-85
[118]
Məhəmməd bin İdris əs-Şafei onun haqqında: “Malik və Süfyan olmasaydı,
Hicazın elmi zay olmuşdu” sözünü demişdir. Həmçinin Şafei onun haqında: “İbn
Üyeynədəki qüvvəli və sağlam elmi heç bir kimsədə görmədim. Fətva vermək
xüsusunda ondan daha əhliyyətli bir kimsə də bilmirəm” sözünü demişdir.
491
Süfyan bin Üyeynə hicri 163-cü ildə Kufədən Məkkəyə getmiş, ömrünün
sonlarına yaxın orada hədis rəvayət etmişdir. İbn Həcər əl-Əsqəlani yazır: “Siqə,
hafiz, imam və höccətdir…”
Süfyan bin Üyeynə yeddi minə qədər hədis rəvayət etimşdir.
492
O, hicri 198-ci
(m. 813) ildə 91 yaşında Məkkədə vəfat etmişdir.
493
Dövrünün böyük şəxsiyyətindən olan Süfyandan Şafei, Əhməd bin Hənbəl,
Yəhya bin Main, Əli bin əl-Mədini hədis rəvayətetmişlər.
Süfyanın “Müsənnəf” əsərinə gəlincə bu əsər də digər müsənnəflərin şərtlərinə
uyğun olaraq tərtib edilmişdir.
5)Mömər bin Raşid və “Cami” əsəri
Hicri ikinci əsrin hədisşünaslarından biri Mömər bin Raşiddir. O, əslən
Bəsrəlidir və sonradan Yəməndə məskunlaşmışdır. Mömər bin Raşid hənəfilik
məzhəbinin banisi Nüman bin Sabit əl-Hənəfinin müasiri olub onunla elm
məclislərində iştirak etmişdir.
Mənbələrin verdiyi məlumatlara görə “Cami” adlı ilk əsəri hicri ikinci əsrdə
Mömər bin Raşid meydana gətirmişdir.
494
Mömər bin Raşidin təlif etdiyi bu əsər hazırda iki nüsxəsi ilə ortalığa
çıxarılmışdır. Bu əsər də uzun müddət itib-batmış hesab edilsə də, son zamanlar elm
aləminə bəlli edilmişdir. Əsərdə yer olan mövzuların əksəriyyəti fiqhi mövzuları
əhatə edir. Əldə olan məlumatlara görə Mömər bin Raşidin əsəri 280-a yaxın babı
ehtiva etməkdədir.
495
Mömər bin Raşidin qələmə aldığı “Cami” əsərinin hədis ədəbiyyatı tarixində
böyük önəmi vardır. Bu əsəri meydana gətirən bu böyük hədisşünas hicri 152-ci
(miladi 769) ildə vəfat etmişdir.
6)Abdullah bin Vəhb və “Cami” əsəri
Hicri iknci əsrin ən məşhur hədisşünaslarından və fəqihlərindən biri də Abdullah
bin Vəhb bin Müslim əl-Kürasidir. O, gənc yaşlarında elm öyrənməyə başlamış və
Malik bin Ənəsin dərslərində iştirak etmişdir.
Mənbələrin məlumatlarına görə o, Malikin ölümünə qədər ondan davamlı
surətdə dərs almışdır.
496
Abdullah bin Vəhbözündən sonra gələn mühəddis və fəqihlərə qüvvətli təsir
göstərmişdir. Onun rəvayətetdiyi hədislərə hicri üçüncü (miladi IX) əsrdə yazılmış
491
həmin mənbə, səh. 84-85
492
Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 326
493
həminmənbə, səh. 327
494
T. Köçyigit, Hədisistilahları, səh 68
495
A. Yardım, adı çəkilən əsəri, səh 57
496
həmin mənbə, səh. 58