Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə52/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   48   49   50   51   52   53   54   55   ...   199

[115] 

 

comərdliyi,  hədisin  sağlamını  çürüyündən  ayıra  bilməsi,  ayrıca  hədislərin  nasix  və 



mənsuxuna vaqif olması, Allahın kitabı Quran  və Peyğəmbərlə (s) əlaqədar xəbərləri 

əzbərləməsi… üləma və füqəhadan çoxuna müyəssər olmayan imkanlardandır.

478

 

Mənbələrin  məlumatına  görə  Şafei  bir  müddət  Yəmənin  Nəcran  bölgəsində 



qazılıq etmişdir. Həmin işində olan zaman dövrün xəlifəsi Harun ər-Rəşidə (786-809) 

Şafeinin xilafəti ələ keçirmək fikri olduğu haqqında məlumat verilmişdi. Bunu eşidən 

xəlifə  onu  dərhal  xilafətin  mərkəzinə  çağırmış  və  hicri    184-cü  ildə  orada  xəlifə  ilə 

görüşərək  onun  hüzurunda  Məhəmmədbin  əl-Həsən  ilə  münazərə  (elmi  çəkişmə) 

etmişdir.  Bu  münazərədə  Şafeinin  böyük  elmi  şəxsiyyət  olması  Məhəmməd  bin  əl-

Həsənə  və  məclisdə  olanlara  sübut  oldu  və  bundan  sonra  əl-Həsən  onun  xilafəti  ələ 

keçirmək iddiası olmadığını xəlifəyə bildirmişdi. 

Məhəmməd  bin  İdris  hicri  195-ci  illdə  ikinci  dəfə  İraqa  getmiş  və  Əhməd  bin 

Hənbəl ilə görüşmüşdür.

479


 O, hicri 199-cu ildə Misirə getmiş və 204-cü ildə (miladi 

820) 54 yaşında orada vəfat etmişdir. Qəbri Misirdə ziyarət edilməkdədir. 

Məhəmməd  bin  İdris  əş-Şafei  həm  də  İslamda  böyük  məzhəblərdən  biri  olan 

şafeilik  məzhəbinin  banisidir.  O,    dövrünün  dərin  İslam  hüququnun  bilicisi  kimi 

tanınmışdır.  Mənbələrin  məlumatına  görə  o,  hənəfilik  və  malikilik  məzhəblərinin 

ehkam  və  hüquq  prinsiplərini  sadələşdirmiş,  onların  arasındakı  ziddiyətləri  aradan 

qaldırmış  və  öz  məzhəbini  yaratmışdır.  Şafei  həm  də  İslam  hüquq  prinsiplərini 

sistemləşdirmişdir: 

1. Quran və sünnə vahid fiqh mənbəyidir.  

2. Sünnə yalnız Quranı tamamlayır.  

3. Bu işdə Mədinədən olan hədis ravilərinin rəvayətləri sözsüz qəbul edilir.  

4. İcmanın  rəyi Quran və sünnəyə əlavə kimi qəbul olunur və s. 

Şafeinin yaratdığı və hazırda dünyanın bir çox bölgələrində, o cümlədən Livan, 

Fələstin  və  İordaniyada  hakim  mövqe  tutumuşdur.  Malyaziya  və  İndoneziya  kimi 

bölgələrdə  də  bu  məzhəbin  ardıcılları  yaşamaqdadırlar.  Azərbaycanda  da  bu 

məzhəbin arıdcılları vardır. 

Məhəmməd  bin  İdris  Şafeinin  əsərlərinə  gəldikdə,  şübhəsiz  ki,  bunların  sayı 

çoxdur. İslam elmlərinin müxtəlif sahlərini, xüsusilə də fiqh və hədis elmində dərin 

biliyi  olan  bu  böyük  şəxsiyyət  özündən  sonra  ardıcılları  üçün  dəyərli  əsərlər  qoyub 

getmişdir. 

İshaq bin Rahuyədən: “İmam Şafei ömürü az olduğu halda bu qədər kitabı necə 

yazdı?”  deyə  soruşulmuş  və  o  da  cavabında:  “Allah  ömrünün  azlığına  müqabil  ona 

cami bir ağıl ehsan etdi” demişdir.

480


 

Şafeinin meydana gətirdiyi əsərlər aşağıdakılardır: 

1.

 

ər-Risaləəl-qədimə 



2.

 

İxtilafül-hədis 



3.

 

Müsnəd 



4.

 

İbtalül-istihsan 



                                                 

478


Ali  Özək, adı çəkilən əsəri, səh. 90 

479


Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 323 

480


həmin mənbə, səh. 323 


[116] 

 

5.



 

Bəyanül-fərz 

6.

 

ər-Risaləəl-cədidə 



7.

 

İcmaül-müəllim 



8.

 

Əhkamül-Quran 



9.

 

Siğətül-əmrvən-nəhy 



10.

 

İxtilafül-Malikvəş-Şafei 



11.

 

İxtilafül-iraqiyyun 



12.

 

İxtilafuhuməaMəhəmmədbinəl-Həsən 



13.

 

Fədailül-Qüreyş 



14.

 

Kitabül-umm 



15.

 

Kitabüs-sünən. 



Şafeininqələməaldığıəsərlərçoxzəngindir. 

O, 


fiqhvəhədissahəsindənbaşqa, 

təfsirvəədəbiyyatsahələrinədəaidəsərləryazmışdır. 

Onunyazdığıəsərləriçərisində“Müsnəd”və“ər-Risalə”əsərləridahaməşhurdur. 

“Müsnəd”adlıəsəriəslindəƏbuƏmrMəhəmmədbinCəfərən-Nişapuri“əl- 

Umm”və“əl-

Məbsut”adlıəsərlərindəkimüsnədhədisləribirarayagətirməkyoluiləmeydanagətirmişdir

. İbnƏsir (öl. 606 h/q) bu“Müsnəd”əbirşərhyazmışdı.

481


 

Onun  “ər-Risalə”  əsəri  üsulu-fiqh  mövzusunu  ətraflı  şəkildə  ehtiva  etməkdədir. 

Həmçinin onun “əl- Umm” adlı əsəri də din prinsiplərinin çoxunu əhatə edir. 

Xülasə  olaraq  demək  lazımdır  ki,  Şafeiİslam  mədəniyyətinə,xüsusilə  də 

hədisşünaslığa  müstəsna  xidmətlər  göstərmiş  dövrünün  böyük  şəxsiyyətlərindəndir. 

Əhməd bin Hənbəl onun haqqında gözəl demişdir: “Əlinə qələm-kağız alan hər kəsin 

İmam Şafeiyə şükran borcu vardır.” 

 

3)Əbdürrəzzaq bin Həmmam əs-Sənani və “Müsənnəf” əsəri 

Hicrətin  ikinci  əsrində  (mialdi  VIII  əsr)  hədis  əsəri  meydana  gətirən 

müəlliflərdən biri də Əbdürrəzzaq bin Həmmam bin Nafi əs-Sənanidir. O, hicri 126-

cı  (miladi  744)  ildə  Sənada  doğulmuşdur.  Əbdürrəzaq  Yəmənin  böyük 

hədisşünaslarından  sayılmışdır.  Onun  künyəsi  Əbu  Bəkirdir.  O,  hicri  221-ci  (miladi 

826) ildə vəfat etmişdir. 

Əbdürrəzaq  bin  Həmmam  Mömər  bin  Raşid  (152/729),  İbn  Cüreyc  (150/767), 

əl-Əvzai  (159/775),  Süfyan  əs-Səvri  (162/777),  Süfyan  bin  Üyeynə  (198/813)  və 

Malik bin Ənəs (179/795) kimi məşhur hədis alimlərindən elm əldə etmişdir.

482

 

Əbdürrəzzaq  çox  güvənilən  ravilərdən  olduğu  üçün  kütubi-sittə  müəllifləri 



ondan  çoxlu  rəvayətləri  öz  kitablarına  almışlar.  O,  Əhməd  bin  Hənbəl  (241/855), 

Yəhya bin Main (233/847), İshaq bin Rahuyə (238/852) və Əli bin Mədini (234/849) 

kimi alimlərə dərs demişdir. Mənbələrin  verdiyi məlumatlara görə Əhməd bin Saleh 

əl-Misri Əhməd bin Hənbəldən: “Hədisdə Əbdürrəzzaqdan da yaxşı birini gördünmü” 

deyə soruşmuş, Əhməd isə: “xeyr” cavabını vermişdi.

483


 

                                                 

481

Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 324 



482

İ. Çanan, adı keçən əsəri, səh. 49 

483

həmin mənbə, səh. 140 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə