|
Qafqaz müSƏlmanlari idarəSİAzerbaycanda-Ehlibeyt-irsiMəqalələr toplusu
11
feinin (r.a.) aşağıdakı sözləri bu hörmət və sevgini ifadə etmək
üçün kifayətdir:
“Ey Allahın elçisinin Əhli-beyti! Sizə sevgi bəsləmək
Allahın nazil etdiyi Quranda fərz buyrulub. Sizin dəyərinizin
ucalığı üçün təkcə bu kifayət edər ki, namazda sizə salam
göndərməyənin namazı düzgün olmaz”.
İmam Əbu Hənifə (r.a.) də iki il İmam Cəfəri-Sa-
diqdən (ə) dərs almış və
“Bu iki il olmasa, Numan həlak
olardı
)نامعنلا كلهل ناتنسلا لا ول(
”
deyərək Əhli-beyt irsinin əhə-
miyyətini vurğulamışdır.
Oxuculara təqdim edilən “Azərbaycan və Əhli-beyt
irsi” adlı əsərin əsas məqsədi ölkəmizin dini, ədəbi və sosial
həyatında tarixən Əhli-beyt irsinin oynadığı rolu üzə çıxar-
maqdır. On altı məqalədən ibarət olan topluda Əhli-beyt irsinin
müxtəlif sahələrdəki təzahürləri tədqiq olunur. Məqalə müəllif-
lərinin əksəriyyətinin gənc mütəxəssislərdən ibarət olması ölkə-
mizin artıq ilahiyyat sahəsində kifayət qədər elmi potensiala
sahib olduğunu göstərir. Bu potensialın mövcudluğu ölkəmizdə
dini sahədə tədqiqatların çoxalmasına, “Azərbaycan və Əhli-
beyt irsi” kimi yeni qiymətli əsərlərin yazılmasına təkan verə-
cəyinə ümid verir.
Dostları ilə paylaş: |
|
|