|
Qafqaz müSƏlmanlari idarəSİAzerbaycanda-Ehlibeyt-irsiMəqalələr toplusu
9
ərzində Azərbaycanda iki yüz əlliyə yaxın məscid təmir və bərpa
olunub. Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidi kimi bir çox
ibadət ocaqlarının dövlət tərəfindən əsaslı təmir olunması bunun
bariz nümunəsidir. Bütün bunlar dövlətin milli-mənəvi dəyərlərə
verdiyi əhəmiyyəti göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr
olunan “Azərbaycan və Əhli-beyt irsi” adlı əsərin çap edilməsi
Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizə verdiyi əhəmiy-
yətin növbəti göstəricisidir. Əsərdə Azərbaycanın sosial və mədəni
həyatının Əhli-beyt irsi ilə bağlı yönlərini əks etdirən tədqiqatlar öz
əksini tapmışdır. Azərbaycanda Əhli-beyt mənsublarının adları ilə bağ-
lı ziyarətgahlar, ədəbiyyatımızda Əhli-beyt irsinin rolu, ölkəmizdəki
birgəyaşayış, tolerantlıq ənənələrinin formalaşmasında Əhli-beyt irsi-
nin rolu, Əhli-beyt irsinin qorunmasında Azərbaycanın rolu və s.
mövzularda ölkəmizdəki ilahiyyat sahəsindəki aparıcı mütəxəssislər
tərəfindən qələmə alınmış sanballı məqalələrə yer verilmişdir.
Ümid edirik ki, qeyd olunan əsər bundan sonra da milli-
mənəvi dəyərlərimizin daha geniş tədqiq edilməsi və beynəlxalq
miqyasda tanıdılmasına həsr olunmuş yeni araşdırmalara təkan
verəcəkdir.
Dostları ilə paylaş: |
|
|