|
![](/i/favi32.png) Qafqaz müSƏlmanlari idarəSİAzerbaycanda-Ehlibeyt-irsiMəqalələr toplusu
25
ərəb dilində “kiçik yadigar, zəif təsir” mənası ifadə etdiyini
əsas tutaraq bildirmişlər ki, Rəss əhli özündən sonra tarixdə
böyük bir irs qoymadığına və izsiz-soraqsız məhv olduğuna
görə ona bu ad verilib. Digərləri “rəss” sözünün “quyu”
demək olduğunu ön plana çəkərək ehtimal etmişlər ki, Rəss
qövmünün bol sulu, dərin quyuları vardı. Başqa bir qrup isə
onların öz peyğəmbərlərini quyuya atıb öldürdüklərini söy-
ləmişlər. Bəzi təfsirçilərin fikrincə isə, “Rəss” sözü Ərəs,
yəni Araz çayının adından götürülüb; çünki bu qövm Araz
çayının sahilində yaşayırmış. Bizim üçün maraqlı ola biləcək
nəzəriyyə də məhz sonuncudur. Bu və digər nəzəriyyələr
haqqında “Biharül-ənvar”da
(XIV, 148-160)
və “Təfsire-nü-
munə”də məlumat verilir
(XV, 91-95).
Əllamə Məclisi “Biharül-ənvar” kitabında “Nübüv-
vət” (peyğəmbərlik) bölümündə 13-cü babı “Əshabür-Rəss
və Hənzələnin əhvalatı” adlandırıb.
4
Bu babda 7 hədis verilib. Həmin hədislər Şeyx Sədu-
qun “İləlüş-şərayi”, “Üyunü əxbarir-Riza”, “Məanil-əxbar”,
“Səvabül-əmal”, Küleyninin “əl-Kafi”, Əli ibn İbrahim
Qumminin “Təfsir”, Təbrisinin “Məcməül-bəyan”, Kəracik-
inin “Kənzül-fəvaid”, Sələbinin “Əraisül-məcalis fi qisəsil-
ənbiya” kitablarından nəql edilir. Əllamə Məclisi yeri gəl-
dikcə bu hədislərə şərhlər də verir, adıçəkilən yer adlarına
və çətin anlaşılan ifadələrə aydınlıq gətirir.
“Biharül-ənvar”da verilmiş hədislərdə və onların şər-
hində Əshabür-Rəssin məhz Azərbaycan ərazisində yaşadığı
barədə qeydlərə dönə-dönə rast gəlirik. Məsələn, “Təfsiri-
Qummi”yə istinadən yazılıb:
4
Biharül-ənvar. XIV, 148-160.
|
|
|