Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə29/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   25   26   27   28   29   30   31   32   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
28 
ları  qalıb.  Deyirlər  ki,  bu  kəndlər  Əshabür-Rəssin  olub. 
Deyirlər  ki,  onlar  Calutun  adamları  olublar,  Davud  və  Sü-
leyman (ə) onları öldürüblər”.
7
 
Şeyx  Səduqun  “Üyunü  əxbarir-Riza”  kitabında
8
  rə-
vayət edilən bir hədisdə  deyilir ki,  Həzrət Əli (ə)  məsciddə 
zərbətlənməsindən  üç  gün  əvvəl  Bəni-Təmim  qəbiləsindən 
olan  bir  nəfərin  Əshabür-Rəss  barədə  verdiyi  suala  cavab 
olaraq,  bu  qövmün  tarixçəsini  danışmışdı.  Kitabda  üç  səhi-
fədən  artıq  yer  tutan  bu  geniş  hədisdə  Rəss  qövmünün  şərq 
torpaqlarından  axan,  suyunun  bolluğuna  və  şirinliyinə  görə 
tayı-bərabəri  olmayan  Rəss  çayının  sahilindəki  12  kənddə 
yaşadığı xəbər verilir. Onlar “Şahdirəxt” adlı nəhəng sənubər 
(küknar)  ağacına  pərəstiş  edirdilər;  bu  ağacı  vaxtilə  Həzrət 
Nuhun  (ə)  oğlu  Yafəs  əkmişdi.  Rəss  qövmünün  kəndlərinin 
adı belə idi:  Aban,  Azər, Dey,  Bəhmən, İsfəndar,  Fərvərdin, 
Ordibehişt,  Xordad,  Mordad,  Tir,  Mehr  və  Şəhrivər
.
9
  Allah-
Təala Bəni-İsrail qövmündən Yəhud ibn Yəqubun (ə) övlad-
larından  bir  peyğəmbəri  onlara  göndərdi.  Lakin  Əshabür-
Rəss peyğəmbərə tabe olmadı. Axırda peyğəmbərin duası ilə 
onların  müqəddəs  saydıqları  ağac  qurudu.  Onda  Rəss  sakin-
ləri qəzəblənib dərin quyu qazıdılar, peyğəmbəri quyuya atıb 
öldürdülər.  Bundan  sonra  Allah-Təala  onlara  şiddətli  bəla 
göndərib hamısını məhv etdi. 
                                                 
7
 Biharül-ənvar. XIV, 155. 
 
8
 1-ci cild, səh.183-186, XVI bab.
 
9
 Bunlar hicri-şəmsi təqvimin aylarının adı ilə eynidir.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə