Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə25/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   21   22   23   24   25   26   27   28   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
64 
III‐B mərhələsinə çatdıqda onlar daha mükəmməl ümumiləşdirmələr və 
daha ümumi qanunlar formalaşdırmaq bacarığı əldə edirlər. Ən başlıcası – 
sistemli  mülahizələrin  köməyi  ilə  öz  düşündüklərini  anidən  olaraq  isbat 
edə  bilirlər.  Bu  onların  təfəkkür  metodunun  vacibliyini  anlamalarından 
irəli  gəlir.  Bu  altmərhələ  ‐  formal  əməliyyat  təfəkkürünün  həqiqi  və  ya 
möhkəmləndirilmiş mərhələsidir ki, onu yeniyetmə yaxud gənc ən müxtəlif 
şərtlərdə  nümayiş  etdirir.  Əksər  insanlar  əsasən  təkrar  situasiyalarda  for‐
mal düşünərək hardasa III‐A altmərhələsində dayanırlar və III‐B altmərhə‐
ləsinə heç çatmır.  
Formal əməliyyatların mənimsənilməsi dərhal və daimi baş vermir. 11‐
12  yaşından  14‐15  yaşadək  təfəkkür  prosesində  əhəmiyyətli  dəyişiklik, 
sistemləşmə  və  formalaşma  müşahidə  olunur.  Bu  illər  ərzində  fərdin 
öhdəsindən  gələ  biləcəyi  məsələlər  xeyli  çətinləşir  və  III‐B  altmərhələsinə 
çatdıqda yenidən tarazlıq bərpa olunur (Miiss, 1988). 
Öz məhdud intellektinə və zəif mədəni inkişafına görə bəzi yeniyetmə 
və  gənclər  heç  də  formal  əməliyyat  mərhələsinə  çatmır.  Elkind  (1967)  son 
mərhələni “fikrin fəthi” adlandırır. Bu zaman yeniyetmənin təfəkkürü uşa‐
ğın təfəkküründən köklü surətdə fərqlənməyə başlayır (Praget, 1972). Uşaq 
konkret  əməliyyatlar  mərhələsini  mənimsəyir  və  mənimsədiklərinin  kö‐
məyi  ilə  hadisələrarası  qarşılıqlı    əlaqə  qura  bilir,  siniflər  və  saylarla  (rə‐
qəmlərlə)  müxtəlif  əməliyyatlar  apara  bilirlər.  Lakin  bu  əməliyyatların 
mürəkkəbliyi,  məntiqi  “qruplaşma”  və  yaxud  toplama  və  vurmanın  ele‐
mentar  səviyyəsindən  yuxarı  olmur.  Uşaqlar  heç  bir  zaman  bu  əməliyyat‐
ları  formal  məntiqin  vahid  sisteminə  daxil  etmirlər.  Uşaqlardan  fərqli  ola‐
raq yeniyetmələr baş verənlərə və münasibətlərə məntiqlə yanaşırlar. 
Başqa  sözlə,  formal  əməliyyatlar  mərhələsində  yeniyetmə,  induktiv 
mülahizələrin  köməkliyi  ilə  öz  fikirlərini  sistemləşdirə,  tənqidi  analiz  edə 
və  müəyyən  baxış  formalaşdıra  bilir.  Bundan  başqa  onlar  öz  düşündük‐
lərini məntiqi və elmi metodların köməkliyi ilə yoxlaya bilir, eyni zamanda 
bir çox dəyişənləri müəyyən edərək bütün həqiqəti elmi cəhətdən,  deduk‐
tiv mülahizələr yolu ilə özü üçün kəşf edir (İnhelder və, 1958). Bu mənada 
yeniyetmə nəzəriyyələr irəli  sürmək və yoxlamaq bacarığına malik olduğu 
üçün özünü alim kimi hiss edir. 
Aşağıdakı göstərilən nümunə, problemə uşağın baxışı ilə yeniyetmənin 
məntiqi, sistemli yanaşmasının fərqini nümayiş etdirir. 
E.Pil uşaqlar arasında sorğu keçirərək belə bir hadisə haqqında nə dü‐
şündüklərini soruşmuşdur: “Yalnız qorxmaz təyyarəçilərə hündür dağların 
üzərində  uçmağa  icazə  verilir.  Bir  qırıcının  pilotu  Alp  dağları  üzərində 


IV Fəsil. Koqnitiv inkişaf dövrləri 
 
 
65 
uçarkən  kanat  yolla  toqquşaraq  əsas  trosu  qırmışdır.  Trosun  qırılma  səbə‐
bindən bir neçə kabina buzlaqlara düşmüş və adamlardan bir neçəsi həlak 
olmuşdur”. Konkret əməliyyat təfəkkürünə malik uşaq cavab verdi: “Mən 
düşünürəm  ki,  bu  təyyarəçi  təyyarəni  yaxşı  idarə  etməyib”.  Təfəkkürü 
formal  əməliyyat  səviyyəsində  olan  uşaq  isə  başqa  bir  fikir  söyləyir:  “Ola 
bilsin  ki,  o  qarşısına  çıxacaq  maneədən  –  kanat  yoldan  xəbərsiz  idi  və  ya 
çox  alçaqdan  uçurdu.  Ya  da  ola  bilsin  ki,  uçuşdan  qabaq  və  ya  artıq  uçuş 
zamanı  onun  kompası  sıradan  çıxdığı  üçün  o  öz  istiqamətini  itirmiş  və 
trosa çırpılmışdır”. 
Konkret  əməliyyat  təfəkkürlü 
uşaq  düşünür  ki,  əgər  toqquşma 
baş  veribsə,  demək  pilot  peşəkar 
olmayıb;  formal  əməliyyat  təfək‐
kürü  olan  uşaq  isə  qəzanı  törədə 
biləcək  bütün  mümkün  səbəbləri 
nəzərdən keçirir. Konkret əməliyyat 
təfəkkürlü uşaq özü üçün daha çox 
ehtimal olunan hipotezi irəli sürür. 
Formal  əməliyyat  təfəkkürü  olan 
uşaq  isə  bütün  alternativləri  araş‐
dırır və onları ardıcıllıqla nəzərdən 
keçirir,  yoxlayır.  (Kohlberg  və 
Gilligan, 1971, səh 1061, 1062) 
Yeniyetmələrin  məsələləri  həll 
etmədə  təfəkkür  strategiyasını  öy‐
rənən  Piaje  müxtəlif  eksperiment‐
lər də aparmışdır. O, tədqiq (sınaq) 
olunan  yeniyetmələr  qrupuna  sap‐
dan asılmış kəfkir göstərmişdir. Sı‐
naq  iştirakçıları  verilən  tapşırığa 
görə təxmini kəfkirin tərpənmə sü‐
rətinə aşağıdakı 4 faktorlardan han‐
sının təsir etdiyini araşdırmalı idilər:  
 
Asqının uzunluğunun dəyişməsi;  
 
yükün kütləsinin dəyişdirilməsi; 
 
kəfkirin rəqsi hərəkətə başladığı andakı hündürlüyün dəyişdirilməsi; 
 
kəfkirin rəqsi hərəkətə başladığı anda ona tətbiq olunan qüvvənin dəyiş‐
dirilməsi. Problemi müxtəlif üsullarla həll etmək mümkün idi. Bu məsələ‐
Kəfkirlə  eksperiment: Bu  məsələnin  nümayişi 
üçün  elə  də  mürəkkəb  olmayan  cihaz,  uzunluğu‐
nu dəyişmək mümkün olan ipdən, müxtəlif yüklər‐
dən  ibarət  dəst.  Başqa  təsir  edə  bilən  dəyişənlər  – 
kəfkirin düşmə hündürlüyü və ona vurulan təkanın 
gücü. İnhelder və Piajenin (1958) təcrübəsindən... 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
66 
nin  həllində  yeniyetmələrin  davranışında  3  xarakterik  xüsusiyyət  qeydə 
alındı. Birincisi – onlar öz tədqiqatlarının sistematik planını tərtib etdilər və 
kəfkirin  tərpənmə  sürətininin  dəyişməsinə  təsir  edən  bütün  mümkün 
səbəbləri ardıcıl olaraq yoxlamağa başladılar: ip uzun və ya qısadır, yük ağır 
və ya yüngüldür, düşmə hündürlüyü kiçik və ya böyükdür və təkan gücü. 
İkincisi – onlar aparılan təcrübədə şərtlər dəyişdikcə alınan nəticələrin də‐
qiq və obyektiv qeydiyyatını aparırdılar. Üçüncüsü ‐ əldə olunanların əsa‐
sında onlar məntiqi nəticələr çıxarmağı bacarırdılar.  
Məsələn,  onlar  görürdülər  ki,  düşmə  hündürlüyü  və  təkan  gücü  kəf‐
kirin  tərpənmə  sürətinə  təsir  etmir.  Asqının  uzunluğunun  və  ya  çəkinin 
təsir  edəcəyini  guman  edərək,  xarakteristikaları  (parametrləri)  dəyişirdilər 
və  müəyyən  etdilər  ki,  tərpənmənin  sürəti  yükün  çəkisindən  asılı  deyil. 
Lakin  aydın  oldu  ki,  tərpənmə  sürəti  ipin  uzunluğu  dəyişildikcə  dəyişir. 
Beləliklə, yeniyetmələr bu nəticəyə gəldilər ki, tərpənmə sürəti ancaq asma 
ipin uzunluğu ilə müəyyən edilir. Bu birinci tədqiqatdan sonra onda tətbiq 
olunmuş  metodlar  dəfələrlə  başqa  alimlər  tərəfindən  tətbiq  olunmuş  və 
analoji  nəticələr əldə olunmuşdur.  
Eynilə  həmin  məsələnin  həllində  kiçik  yaşlılar  cəhdlər  və  səhvlər  me‐
todu  ilə  düzgün  cavab  ala  bilərlər.  Lakin  onlar,  sistematik  elmi  metodlar‐
dan istifadə etmirlər və cavablarının məntiqi izahını verə bilmirlər. Faktlar 
əsasında mülahizə yürütmək uşaq təfəkkürü üçün xarakterikdir. Bəzən bu 
fikirlər  tələskən  və  yanlış  olur,  çünki  uşaq  bütün  faktları  nəzərdən  keçir‐
mir və onlar haqqında məntiqi fikir söyləyə bilmir. Hətta öz ilkin mülahi‐
zələrinin  əsassız  olduğunu  gördükdə  belə  inadkarlıqla  onun  üzərində 
dayanır və şəraiti bu fikrə uygunlaşdırmaq cəhdi edir.  
Yuxarıda  qeyd  olunanları  ümumiləşdirərək  demək  olar  ki,  yeniyetmə‐
lik dövründə təfəkkürün bir‐birilə bağlı 3 xüsusiyyətləri meydana çıxır: 
1)   2  və  ya  daha  çox  dəyişənlər  arasında  əlaqəni  üzə  çıxarmaq  və  ya  mü‐
rəkkəb münasibətlərdən baş çıxarmaq bacarığı; 
2)   bir  və  ya  bir  neçə  dəyişənin  digər  dəyişənə  mümkün  təsiri  ilə  bağlı 
məntiqi fərziyyələr qurmaq bacarığı;  
3)   Daha  çox  ehtimal  olunan  halın  hələ  təcrübədən  keçirilmədən  ortaya 
çıxmasına  xidmət  edən  hipotetik  deduksiya  (ümumi  olandan  konkret, 
xüsusi nəticənin çıxarılması) prosesində dəyişənləri birləşdirmək və ya 
ayıra  bilmək  bacarığı.  Belə  ki,  yeniyetmələrdə  təfəkkürün  əsas  meyarı 
real  olanla  mümkün  olan  arasındakı  qarşılıqlı  əlaqə  qurmaqdır. 
(Gallagher və Noppe, səh 202)  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə