Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə28/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   24   25   26   27   28   29   30   31   ...   75

V Fəsil. Uşaq təlimi 
 
 
73 
Şahini belə görən qadının ona yazığı gəlir; “Eh, sənin dimdiyin necə də 
uzanıb, yemək yeyə bilmirsən. Allah əvvəlki sahibinə insaf versin” deyir və 
küt qayçını əlinə alaraq yazıq şahinin dimdiyini kəsməyə başlayır.  
Şahin  çırpınaraq  yaşlı  qadının  əlindən  qurtulmağa  çalışır,  amma  alın‐
mır ki, alınmır. 
Şahin  çırpındığı  zaman  qadının  gözü  onun  uzun  qanadlarına  sataşır: 
“Eh, sənin əvvəlki sahibində də heç insaf yox imiş, qanadlarının biri uzun, 
biri  qısa  qalıb...”  –  deyərək  yazıq  quşun  qanadlarını  da  kəsməyə  başlayır. 
Şahin  çırpınır,  çarəsiz  qalaraq  caynaqları  ilə  yaşlı  cahil  qadının  qollarını 
itələməyə başlayır. Bunu görən qadın: “Eh, sənin əvvəlki sahibin sənə heç 
baxmayıb ki, dırnaqların da uzanıb”, – deyərək ov ovlamaqda ona kömək 
etdiyi dırnaqlarını kəsməyə başlayır. Cahil yaşlı qadının əlində çox pis hal 
alan şahinin gözləri dolur, ağlamağa başlayır. 
Bunu görən qadın “sənə də yaxşılıq yaramır” deyib onu havaya atır.  
Şahin çırpınaraq uçmağa çalışır, amma olan olmuşdu artıq... Şahin bun‐
dan  sonra  nə  ov  ovlaya,  nə  uça,  nə  də,  yeriyə  bilərdi.  Yerə  enmək  istədi, 
amma alınmadı. Çarəsiz qalıb özünü birtəhər böyrü üstə yerə atdı.  
Bir  zamanlar  göydə  süzərək  böyük  ovlar  ovlayan,  hər  kəsin  qorxub 
hürkdüyü  cəsarətli  şahin  cahil  bir  qadının  əlində  qorxaq  qarğaya  çevril‐
mişdi...  
Bir  çox  valideynlər  də  bu  qadın  kimi,  uşaqlarını  tanımadıqları  üçün 
şahin  kimi  onları  qorxaq  qarğaya  çevirirlər.  Buna  görə  də,  uşağı  tərbiyə 
etmənin ilk şərti onları tanımaqdan başlayır.
53
 
Uşaqlarda tapşırılan işə belə müxtəlif münasibət, hər şeydən əvvəl, ailə 
tərbiyəsindən irəli gəlir. Apardığımız müşahidələr zamanı əldə edilən təc‐
rübənin  nəticəsi  göstərir  ki,  uşaqların  tərbiyəsi  düzgün  qurulan  ailələrdə 
valideynlər övladlarına son dərəcə tələbkar və məsuliyyət hissi ilə yanaşır‐
lar. Tələbkarlıq az olduqda, gələcəkdə uşaqlar özlərinə qarşı qeyri‐ciddi və 
məsuliyyətsiz  ola  bilərlər.  Bu  da  onların  normal  insan  kimi  yetişməsinə 
əngəllər  yarada  bilər.  Odur  ki,  ailədə  uşaqlara  məişət  əməyi  xarakterli  və 
digər  tapşırıqlar  verərkən,  bu  işin  uşağın  yaşına  uyğunluğuna  xüsusi  diq‐
qət  yetirmək  lazımdır.  Belə  tapşırıqlar  uşağa  tez‐tez  verilməlidir  ki,  uşaq 
ailə  üzvü  kimi  həmişə  məsuliyyət  hiss  etsin,  ailə  qayğılarından  kənarda 
qalmasın. Bu, uşaqda vərdiş və adət halına çevriləcək, onda qürur hissi for‐
malaşdıracaq,  özünəinam  yaradacaqdır.  İş  zamanı  uşaqlara  həddindən 
artıq qəyyumluq etmək, eyni şeyi tez‐tez onlara xatırlatmaq və onları darıx‐
                                                 
53
  Adem Güneş “Çocuk Terbiyesinde Doğru Bilinen Yanlışlar” (səh. 52) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
74 
dırmaq  olmaz.  Uşağı  gördüyü  işi  görərkən  həddindən  artıq  tərifləmək  də 
məsləhət  deyil.  Belə  hallar  uşaqda  lovğalıq,  xudpəsəndlik,  özündənrazılıq 
kimi mənfi hallar yarada bilər.  
Uşağa verilən tapşırıq  onun yaşına, bilik səviyyəsinə, səhhətinə, mara‐
ğına və fərdi xüsusiyyətlərinə uyğun olmalıdır.  
Biz belə hesab edirik ki, uşağın ciddi və məsuliyyətli olması üçün onun 
etdiyi neqativ hərəkətlərə lüzumsuz olaraq daim “niyə?”, “nə üçün?” sualı 
ilə  müraciət  olunmamalıdır.  Çünki  uşaq  tərəfindən  “niyə”  sözü  konkret 
olaraq  təkrarçılıq  və  vərdiş  yaradan  bir  cəhət  kimi  qiymətləndirilir.  Eləcə 
də  “niyə?,  “nə  üçün?”  suallarını  birbaşa  deyərkən  onda  bu  suallara  qarşı 
maraq yaranır və tutduğu neqativ işi yerinə yetirməyə çalışır.  
Hadisə: 
–   Mehman, ayaqqabılarını vannanın içinə niyə atmısan? 
–   İstəyirəm görüm ayaqqabı suda üzə bilir? 
–   Suda qayıq üzür. Mən sənə balaca qayıq alaram. Ayaqqabını isə suya atanda o, 
suyun dibinə gedəcək. Sən də onu sonra geyinə bilməyəcəksən.  
Hadisə: 
–   Tərlan, torpağı niyə Ülvinin başına tökdün? 
–   O, mənə maşını oynatmağa verəydi, mən də onun başına torpaq tökməzdim.  
–   Sən Ülvidən maşını istədinmi? 
–   Hə, ancaq o mənə maşını vermədi.  
–   Axı sən ağıllı balasan. Torpaq onun gözlərinə tökülə bilərdi. Onun da gözləri 
ağrıyardı. Sən istiyirsən Ülvinin gözləri ağrısın? 
–   Yox! 
–   Onda bir də belə hərəkət etmə! 
Hadisə: 
–   “Rədd ol, gözüm səni görməsin” sözlərini eşidəndə Əlinin dünyası başına yıxıl‐
dı.  “Halbuki  mən  onu  bu  dünyadakı  hər  şeydən  və  hər  kəsdən  çox  sevirəm”,     
– deyirdi öz‐özünə. Göz yaşları içində maşınının yanına qaçdı. Ən sadiq dostu 
maşını  idi.  Yol  hərəkəti  qaydalarına  və  işıqforun  işıqlarına  baxmadan  tam 
sürətlə hərəkət edirdi. Ətrafındakı bütün insanlar və maşınlar ona baxır, siqnal 
verərək onu dayandırmağa çalışırdılar. Əli isə ətrafındakıları sanki görmürmüş 
kimi, tam sürətlə irəliləyir, qulağından “Rədd ol, gözüm səni görməsin” sözləri 
getmirdi.  
İçindən “Rədd olmuram..... sən məni sevməsən də mən səni çox sevirəm, atam 
üçün çox darıxmışam, kaş indi burda olsaydı” demək gəlirdi ki, o anda atasının 


V Fəsil. Uşaq təlimi 
 
 
75 
isti əli onun başını sığalladı. Bunu görən kimi, maşınını yemək stolunun yanı‐
na qoyub göz yaşları içərisində atasının qucağına atıldı və “anam məni sevmir, 
mənə rədd ol, gözüm səni görməsin dedi” deyərək şikayətlənməyə başladı.  
Atası  “anan  səni  çox  sevir,  oğlum”  deyirdi  ki,  anası  otağa  girdi.  Dediklərini 
eşitmişdi və dərhal oğlunun könlünü ələ almaq istəyirdi: 
“Amma sən də o qədər işin arasında onu ver, bunu ver deyərək məni bezdirir‐
sən, işlərimi görməyə imkan vermirsən ”. 
Bu  sözlərdən  sonra  oğlunun  yaşlı  gözlərini  görən  ana  dayana  bilməyib:  “Sən 
haqlısan, bağışla, səni çooox sevirəm, bir dənəm”, –  dedi. 
Əli gülümsəyərək anasının boynuna atıldı...
54
 
5.3. Uşağın inkişafında psixoloji xüsusiyyŠtlŠrin rolu 
İradə amili uşaq psixologiyasında əsas xüsusiyyətlərdəndir. Aqillər de‐
yir ki, iradə insanın vücududur, onun libasıdır. İradə möhkəmliyi insanda 
yeniyetmə dövrlərində yox, məhz üç yaşına qədərki dövrdən formalaşma‐
ğa başlayır.  
                                                 
54
  A. İbrahimov, H. Xəlilov “Sağlam Övlad Düzgün Tərbiyə Təmiz Nitq” (səh. 41‐44) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə