Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə36/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   32   33   34   35   36   37   38   39   ...   75

V Fəsil. Uşaq təlimi 
 
 
95 
Bu formada tərbiyə edilən, böyüdülən uşaqlar duyğu (xüsusilə də hirs 
və əsəbilik duyğularını) və düşüncələrini asan ifadə edə bilməyən, avtoritet 
mühitə boyun əyən, amma olmadığı zaman da qayda‐qanunlara qarşı çıxan 
insanlardır.  Özlərindən  güclü  insanlara  qarşı  itaətkar  hərəkət  göstərən, 
özlərindən gücsüzlərə qarşı isə amansız olurlar.  
5.5.3. İcazŠ verŠn davranış  
Bu  davranış  tərzini  mənimsəmiş  ana‐atalar,  əsasən,  uşaqlarının  hər 
etdiklərini xoş qarşılayır, bəzən uşaqları ilə bağlı hissləri zəif, bəzən isə on‐
lara  qarşı  isti  və  sevimli  –  olurlar.  Davranışlarındakı  ən  əsas  xüsusiyyət 
uşaqlarını  heç  bir  tərzdə  idarə  etməmələri  və  uşaqlarının  istədiyi  hər  şeyi 
etmələrinə icazə vermələridir. Bu uşaqların yemək, yuxu və televizora bax‐
ma  kimi  istəkləri  tamamilə  onların  özünə  aiddir.  Ailə  daxilində  problem 
olmayan bu davranışlar ictimai qaydaların başladığı məktəb, iş və dostluq 
çevrəsi kimi sosial mühitlərdə problem olmağa başlayır. Arzu və istəklərinə 
nəzarət  edilməsini,  idarə  edilməsini  öyrənməmiş  olan  uşaq  xarici  aləmdə 
üzləşdiyi  çətinliklər  qarşısında  nə  edəcəyini  bilmir.  Belə  bir  vəziyyətdə 
uşaq aqressiv hərəkətlər nümayiş etdirə bilər, ya da çox vaxt adaptasiya ola 
bilmədiyi  üçün  digərləri  tərəfindən  təcrid  edilə  bilər.  Öz  ana‐atalarından 
görmüş olduqları icazəverici davranışları digər insanlardan görməmək on‐ 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
96 
 
larda  bədbinlik  yarada  bilər.  Qarşı  çıxılmağa,  eləcə  də  arzu  və  istəklərinə 
nəzarət  etməyə  öyrənməmiş  olmaları  konsentrasiya  və  bir  sıra  bu  kimi 
xüsusiyyətləri  inkişaf  etdirmələrinə  maneələr  törədir.  Bu  cür  ana‐atalar 
uşaqlarının  hər  istədiklərini  etdikləri  halda  məmnun  olmadıqlarını,  ya  da 
dərslərinə  maraq  göstərmədiklərini  anlaya  bilməzlər.  Halbuki,  uşaq  istək 
və arzularını nəzarətdə saxlamağı öyrənmədiyinə görə, diqqət və cəhd gös‐
tərməyi tələb edən işlərdən tez bezir. 3 yaşında dəcəl bir oğlu olan ananın 
ən böyük dərdi uşağının başını heç bir şeylə qata bilməməsidir. Əlinə veri‐
lən  bir  oyuncaqla  ən  çoxu  bir  neçə  dəqiqə  maraqlanır  və  həmin  an  da  be‐
zirdi,  heç  bir  şeylə  məmnun  olmurdu.  Söhbətin  sonunda  məlum  oldu  ki, 
hələ  3  yaşında  ikən  bu  uşaq  uzaqdan  idarə  edilən  maşınlardan  robotlara 
qədər  hər  növ  qarışıq  oyuncağa  sahib  idi.  Üstəlik  də  bu  oyuncaqlar,  uşaq 
hər  istədiyi  zaman  alınırdı.  Yenə  ana‐ata  uşağı  ilə  oynadığı  bütün  oyun‐
larda uşağının qalib gələ biləcəyi tərzdə davranırdılar. Uşaq nə vaxt istəsə, 
o  vaxt  da  yatırılırdı.  Hətta  bəzi  gecələr  yuxusu  gəlmədiyi  vaxtlarda  atanı 
yatağına çağırır və gecənin bir yarısında yataqda onunla oyun oynamasını 
istəyirdi. Təbii ki, bu istək də yerinə yetirilirdi. Ata bu vəziyyəti, necə olsa, 
uşaq böyüdüyü zaman bunları başa düşəcək və əl çəkəcək şəklində dəyər‐


V Fəsil. Uşaq təlimi 
 
 
97 
ləndirirdi.  Oxşar  vəziyyətdə  olan  başqa  bir  ata  da  özünün  uşaq  olduğu 
vaxtlar  heç  oyuncağı  olmadığı  və  ana‐atasının  özünə  lazımi  qədər  sevgi 
göstərmədiyini əsas sayaraq öz övladına bunları yaşatmaq istəmədiyini irə‐
li  sürürdü.  Halbuki,  istəklərinin  gecikməsini,  bəzən  də  reallaşmayacağını 
öyrənmək səbir etməyi və çətinliklər qarşısında dözümlü olmağı öyrənmə‐
nin əsaslarıdır. Ana‐ataların təsəvvür etdiyi kimi utopik bir dünyada deyil, 
daha  realist  bir  dünyada  yaşayacaq  uşaqlar  öz  evlərinin  xaricində  hər  za‐
man bu cür çətinliklərlə qarşılaşacaqdır. Dostları ilə oyun oynayarkən növ‐
bəsini  gözləmək,  qalib  gəldiyi  kimi,  məğlub  olmağı  da  qəbul  etmək,  dərs 
zamanında müəllimlərinə səbirlə qulaq asmaq, hətta dərs müddətində acdı‐
ğı təqdirdə də dərsin bitməsini gözləmək kimi bir çox mövzularda mübari‐
zəyə hazır olmaq məcburiyyətindədir. 
Çox  zaman bu  davranış  tərzinə  sahib  olan  ana‐atalar  övladları  ilə  mü‐
nasibətlərini  məktəb  illərinə  qədər  problemsiz  davam  etdirdikləri  halda, 
məktəblə  birlikdə  problemlər  yaşamağa  başlayırlar.  Artıq  daha  əvvəllər 
kiçik olan istəklər (istədiyi oyuncağı almaq, televizorun pultunu uşağa təs‐
lim etmək və ya velosiped almaq kimi) böyüməyə və təmin edilməsi çətin 
olmağa  başlayır.  Artıq  uşaq  istədiyi  yerə  getmək,  istədiyi  saatda  evə  gəl‐
mək  kimi  ana‐atanı  narahat  edəcək,  ya  da  mobil  telefon,  motosiklet,  hətta 
14‐15  yaşlarında  maşın  istəmək  kimi  maddi  ağırlığı  çox  olan  tələblər  edir. 
Və ana‐ata üçün bunların təmin edilməsi hər zaman asan olmur. Müəyyən 
bir  mövzuya  maraq  göstərib  onunla 
məşğul  olmanın  çətin  olduğu,  qeyri‐
məmnunluğun 
olduğu 
vəziyyət‐
lərdə  insanlar  özlərinə  daima  də‐
yişən  maraqlı  yollar  axtararlar  ki,  bu 
cür  bir  axtarış  yolu  da  çox  za‐man 
münasib 
olmayan 
üsullara, 
vərdişlərə  səbəb  olar.  Bu  kimi  hə‐
rəkətlər,  xüsusilə  də  yetkinlik  döv‐
rünün  başlanğıcında  siqaret,  içki, 
narkotik  maddələrdən  istifadə  və 
sürətli  maşınsürmə  kimi  maraqla‐ra 
səbəb ola bilər.  
Yenə  bu  ana‐ataların  ən  böyük 
kədəri  uşaqlarının məktəbdə  uğursuz 
olmalarıdır.
61
 Daha kiçik yaşlarda hər 
                                                 
61
   
Gül Şendil “Çocuk Ergen Anne ve Baba” (səh. 175‐177)
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə