Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   34   35   36   37   38   39   40   41   ...   75

VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
101 
və sevmədiyi insanlardan çıxmağa çalışır. Bəzi uşaqlar isə başqalarına de‐
yil, özlərinə zərər vermək, özlərinə acımaq və ya valideynlərini evdən qaç‐
maqla hədələmək yolunu seçə bilirlər.  
Valideynlərin  uşaqlarının  hirs  partlamalarının  öhdəsindən  gəlmək 
üçün  işlətdikləri  bir  çox  yollar  vardır.  Bu  yolların  müəyyənləşməsində 
hirslərin  sıxlığı  və  şiddəti  rol  oynayır.  Diqqət  çəkiləsi  hal,  valideynlərin 
uşağın hirsli zamanlarında son dərəcə sakit  və  mülayim olmalarıdır.  Mü‐
hafizəkar  davranışlar  göstərərək  uşaqların  onları  bir  nümunə  olaraq  gör‐
dükləri  unudulmamalıdır.  Bunların  xaricində  uşaq  qorunmalı  və  hər  şeyi 
kəşf  etmək  istəyəndə  əngəllərlə  qarşılaşmamalıdır.  Ancaq  aradakı  balansı 
tənzimləmək lazımdır.
62
  
6.2. Qısqanclıq 
Qısqanclıq  sevilən  bir  insanın  itiriləcəyi  qorxusu  nəticəsində  ortaya 
çıxan bir hissdir. Bu hal ictimai həyatımızda tez‐tez rast gəlinən hisslərdən 
biridir.  Bu  ictimai  hadisənin  içində,  ən  azı,  üç  insan  vardır.  Uşağın  özü, 
                                                 
62
   Gül Şendil “Çocuk Ergen Anne ve Baba” (səh. 98‐99) və Yaşar Kuzucu “Küçükler için 
Büyüklere” (səh. 47‐54) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
102 
sevdiyi insan və son olaraq sevdiyini əlindən alacağına inandığı insan. Bu 
prizmadan baxdıqda, ümumiyyətlə, uşaq üçün sevilən insan ana və anasını 
əlindən  alacağına  inandığı  üçüncü  insan  –  yeni  doğulan  qardaş‐bacısıdır. 
Ancaq yeni doğulan uşağın yaşı artdıqca, o da böyük qardaş‐bacısını qıs‐
qanacaq və ikitərəfli qısqanclıq yaşanacaqdır. Uşaq hələ müstəqilliyini qa‐
zanmadığına  görə  qayğıya,  nəvazişə  və  sevgiyə  möhtacdır.  Öz  işini  özü 
görə bilmir  və  ictimai əhatəsi də geniş deyil. Bütün bunlar uşağın ananın 
qayğı və sevgisinə möhtac olduğunu göstərir və uşağı anaya bağlayır. Ana‐
nın  itirilməsi  ehtiyacların  görülməməsi  mənasına  gəldiyi  üçün,  uşaq  sahib 
olduqlarını itirəcəyi qorxunun təhriki ilə qısqanclıq hissini yaşayır. Azyaşlı 
uşaqlarda  görünən  qısqanclıq,  ümumiyyətlə,  iki  –  beş  yaş arasında ailəyə 
yeni gələn körpə ilə ortaya çıxır. Yeni uşaq əvvəlcə ona ayrılan zamanın və 
sevginin  bölünməsini,  alışdığı  ailə  həyatının  dəyişilməsini  qəbul  edə  bil‐
mir. Uşağın anlayışıyla zamansız və lazımsız gələn bu yeni uşaq onu qıs‐
qanclığa  aparır.  Uşaq  ailəyə  gələn  yeni  uşaqla  rəqabətə  girir.  Uşağın  yeni 
körpəylə  quracağı  əlaqə,  uşağın  valideynləriylə,  valideynlərin  bir‐birilə, 
valideynlərin  ailədəki  digər  uşaqlarla  əlaqəsindən  təsirlənir.  Yeni  körpə 
dünyaya gəlməzdən əvvəl uşağın anası ilə olan münasibəti də uşaqlar ara‐
sında yaşanan qısqanclığa səbəb olur. Yeni körpə gəlməzdən əvvəl ananın 
uşağa ayırdığı vaxt çoxdursa, uşağın qısqanclığı düşmənçiliyə çevrilə bilər. 
Bunun səbəbi, əvvəl də dediyimiz kimi, uşağa ayrılan zamanın azaldılma‐
sıdır.  
Uşaqların  münasibəti  çox  zaman  da  valideynlərin  ayrı‐seçkilikləriylə 
əlaqəlidir.  Valideynlərdən  biri,  ya  da  hər  ikisi  bəzən  uşaqlardan  birini 
özlərinə daha yaxın hiss edirlər və ya birinin daha ağıllı, daha qabiliyyətli 
olduğunu  düşünürlər.  Bu  düşüncələr  bilərək,  ya  da  bilmədən  uşaqlarla 
olan  münasibətlərdə  öz  əksini  tapa  bilər.  Bu  hallarda  uşaq  bacı  və  ya 
qardaşının daha çox sevildiyi hissinə qapılacaq və bu düşüncə bəzən təca‐
vüzlə nəticələnəcəkdir. Bu ayrı‐seçkiliyin uşaqlar tərəfindən başa düşülmə‐
sinə səbəb olan hərəkətlərdən biri də uşaqların bir‐birilə müqayisə edilmə‐
sidir. Ola bilsin ki, valideyn uşaqların “yaşlarına görə” davranmalarını və 
ya  daha  çox  çalışmalarını  istədiyi  üçün  bu  üsula  müraciət  edir.  Ancaq 
məqsəd  nə  olursa‐olsun,  uşaq  bu  qarşılaşdırılmanı  digər  uşağın  daha  çox 
sevildiyi,  seçildiyi  mənasında  başa  düşəcək.  Bu  da  uşaqlar  arasında  qıs‐
qanclığın yaranmasına və getdikcə böyüməsinə  səbəb olacaq. Valideynlər 
arasındakı  münasibət  və  yaşanan  problemlər  də  uşaqların  münasibətinə 
təsir edir. Belə ki, valideynlərdən birinə xarakter, ya da görünüş cəhətdən 
oxşayan uşaq qısqanclıq səbəbkarı kimi görünə bilər. Valideynlər arasında 
baş  verən  problemlər  zamanı  sui‐istifadə  olunan  “onsuz  da  uşaq  bu 


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
103 
xasiyyətini səndən götürdü”, “uşağı da özünə oxşatdın” kimi ifadələr uşa‐
ğa sevilmədiyi, istənilmədiyi mesajını çatdıraraq, digər uşağın qısqanılma‐
sına səbəb ola bilər. Digər mənada, valideynlərdən onu rədd etməkdə ola‐
nın sevgi göstərdiyi o biri uşaq onun üçün rəqib halını alar.  
Uşaqlar arasındakı münasibəti valideynlərin, ya da elə uşaqların özləri‐
nin xarakterləri də müəyyənləşdirə bilər. Həssas bir ana, uşağını qorumaq 
üçün onun üstündə çox titrəyərsə, yeni uşağın doğulmasıyla bu əlaqə kə‐
siləcək  və  uşaq,  bunda  yeni  körpəni  günahlandıracaq.  Əvvəllər  hər  ehti‐
yacı anası tərəfindən qarşılanan uşaq yeni körpə dünyaya gələndə ehtiyac‐
larını  qarşılamaqda  aciz  qalacaq  və  qardaş‐bacısına  nifrət  bəsləyəcək. 
Valideynlər qədər uşaqların xarakterləri də münasibətə təsir göstərir. Zidd 
xarakterlərə  malik  uşaqlar  arasında  dalaşmalar  çox  ola  bilər.  Bu  da  qıs‐
qanclığa yol aça bilər. Uşaqlar arasındakı yaş fərqi qısqanclığa səbəb olan 
amillərdəndir.  Böyük  uşaq  balacaya  görə,  daha  çox  imtiyaz  sahibi  olmaq 
istədiyi halda, balaca da böyüyün sahib olduqlarına yiyələnmək istəyir. Bu 
da  onların  aralarında  qısqanclığa  yol  aça  bilər.  Valideynlərin  müdaxiləsi 
burada  vacib  olsa  da,  uşaqlar  arasında  bu  ədavət  böyüdükdə  yoxa  çıxar. 
Məktəb yaşına çatan uşaq üçün yeni bir qısqanclıq səbəbi ortaya çıxır. Hər 
gün məktəbə gedən uşaq, anası ilə yeni körpəni evdə tək buraxır. Bu hal, 
uşağın anası ilə evdəki körpənin daha çox bir yerdə olacağı və aralarında 
daha çox sevgi yaranacağı qorxusuna qapılmasına yol açır. Bu düşüncələr 
uşağın hirslənməsinə və təcavüzkar olmasına səbəb ola bilər. Bu düşüncə‐
ni  uşaq  məktəbə  də  daşıyaraq  təcavüzkarlığını  yoldaşları  və  müəllimləri‐
nin üstünə tökər, amma vaxt keçdikcə bunun doğru olmadığını anlasa da, 
bu  dəfə  yoldaşlarını  və  müəllimlərini  qısqanmağa  başlayar.  Həsəd,  uşağı 
qısqanclığa  aparan  səbəblərdəndir.  Uşaq  özünün  sahib  olduğu  imkanlar‐
dan  daha  çox  imkanlara  və  ya  daha  böyük,  daha  gözəl  oyuncaqlara,  əş‐
yalara sahib olan yoldaşlarını və qardaş‐bacısını qısqana bilər.  
Qısqanclıq təzyiq ilə daha da böyüyər. Bunun əsasında duran hiss isə 
özünü  təhlükədə  hiss  etməsidir.  Göstərilən  reaksiyaların  əsası  özünü  və 
haqlarını qorumaqdır. Qısqanclıq fərqli zamanlarda yüngül narahatlıqdan 
başqalarına zərər verməyə qədər fərqli şəkillərdə ortaya çıxa bilər. Bunun‐
la  yanaşı,  eyni  insanlar  və  eyni  hadisələr  qarşısında  reaksiyalar  fərqli  ola 
bilər. Reaksiyalar zamanı vurmaq, təpikləmək, qardaş‐bacısını sevmədiyi‐
ni  söyləmək,  valideyn  və  körpəyə  sözlü  (söz  gəzdirmək,  lağ  eləmək)  və 
fiziki təcavüzlər kimi birbaşa yollardan istifadə edə biləcəyi kimi, öncədən 
qorxmadığı əşya və hadisələrdən qorxmaq, altını islatmaq, duru olmayan 
yeməkləri  yeməyi  rədd  etmək,  barmağını  əmmək  kimi,  əvvəlcə  elədiyi 
hərəkətlər kimi bilvasitə yollardan da istifadə edə bilər. Davranışlar rəqib 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə