Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə46/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   42   43   44   45   46   47   48   49   ...   75

VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
125 
Qavrayışda  biz  keçmiş  biliklərimizdən  və  təcrübəmizdən  də  istifadə 
edirik.  Keçmiş  bilik  və  təcrübəmiz  qavrayışın  tam,  dolğun,  məzmunlu, 
dəqiq olmasına təsir edir. Adətən, qavrayış zamanı bu və ya digər hiss üz‐
vünün üstünlüyündən asılı olaraq bizdə görmə, eşitmə və s. qavrayış növ‐
ləri özünü göstərə bilir. Bütün hallarda duyğulardan fərqli olaraq, cisim və 
hadisələrin dərk olunması tam şəkildə baş verir.  
Bunlarla yanaşı olaraq, qavrayış bizə cisimlərin məkan və zaman xüsu‐
siyyətlərini,  onların  böyüklüyünü,  formasını,  məsafəsini,  fəzadakı  vəziy‐
yətini,  hadisələrin  ardıcıllığını  və  müddətini  və  s.  dərk  etmək  imkanı  da 
verir. 
72
 
Tədqiqatlar  göstərmişdir  ki,  cismin  uşaqlar  tərəfindən  qavranılması, 
birinci növbədə onun formasına əsaslanır. Forma uşağın qavrayışında əsas 
rol  oynayır.  Tədqiqatçıların  əksəriyyəti  5  aylıq  uşaqların  formanı  qavraya 
bildiklərini  qeyd  edirlər.  Uşaqlar  formanı  ilk  zamanlar  əlləri  ilə  praktiki 
yoxlamaqla ayırır, hətta onun bəzi mühüm fərqlərini də göstərirlər.  
Uşaqlar üç yaşından əşyavi və həndəsi fiqurları fərqləndirə bilir, onları 
tanıyırlar.  3‐4  yaşadək  olan  uşaqlar,  əsasən  müxtəlif  fiqurları,  formanı 
(kvadratı,  dairəni,  üçbucağı  və  s.)  praktiki  yolla,  5  yaşdan  isə  gözün  gör‐
məyi ilə ayırmağa müvəffəq olurlar. Tədqiqatlar göstərir ki, 3‐4 yaşlı uşaq‐
lar formanı əvvəllər lamisə, sonra isə görmə ilə daha yaxşı, 5‐6‐7 yaşlılar isə 
əvvəl görmə, sonra lamisə ilə yoxladıqda yaxşı ayırır və qavrayırlar.  
M.  N.  Volokitina  qeyd  edir  ki,  formanı  qavramada  6‐7  yaşlı  uşaqlara 
toxunma  –  hərəkət  aktı  lazım  deyil,  onlar  formanı  gözlə  analiz  edirlər. 
Qeyd etdiklərimizə əsasən demək olar ki, bağça yaşlı uşaqlara formanı qav‐
rayarkən əvvəllər toxunma – hərəkət, sonra isə görmə duyğularından isti‐
fadə etmək lazımdır. Ona görə də belə bir məsəl var: “Əl gözü öyrədir”. Bir 
çox hallarda əl gözü öyrədir.  
A.  R.  Luriya  və  V.  P.  Soxinanın  tədqiqatları  göstərir  ki,  müvafiq  təlim 
almadan 3‐7 yaşlı uşaqlar görmə vasitəsi ilə mürəkkəb formaları ayıra bil‐
mirlər.  Daha  doğrusu,  mürəkkəb  fiqurun  hansı  ünsürlərdən  ibarət  oldu‐
ğunu göstərməkdə çətinlik çəkirlər. Lakin uşaqlar müəyyən təlim aldıqdan 
sonra  sırf  görmə  vasitəsi  ilə  fiqurun  təhlilini  verə  bilərlər.  3  və  4  yaşında 
olan  uşaqlar  əvvəlcə  fiqurun  ümumi  formasını,  xüsusi  təlimdən  sonra  isə 
onun əsas, mühüm əlamətlərini ayıra bilirlər.  Amma 5‐7 yaşlı uşaqlar for‐
manı cismin mühüm əlaməti kimi mücərrədləşdirirlər, başa düşür və ümu‐
miləşdirirlər.  
                                                 
72
   Ə. Qədirov “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 5) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
126 
Psixoloji  tədqiqatlar  göstərmişdir  ki,  məktəbə  daxil  olmaqla  uşaqlarda 
qavrama sürəti tədricən dəyişməyə başlayır. Sinifdən‐sinfə keçdikdə bu sa‐
hədə yüksəliş aydın şəkildə nəzərə çarpır. Əgər 1‐ci sinif şagirdlərinin qav‐
rama  sürəti  saniyələrlə  ölçülürsə,  4‐cü  sinif  şagirdlərinin  qavrama  sürəti 
saniyənin  onda  bir,  yüzdə  bir  hissələri  ilə  ölçülür.  Qavrama  sürətinin  bu 
cür  inkişafında  mütəşəkkil  şəkildə  təşkil  edilmiş  təlim  fəaliyyətinin  rolu 
böyükdür.  
Təlim prosesində şagirdlərin qavrayışının seçiciliyi inkişaf edir. Şagird 
kənar  şeylərdən  uzaqlaşaraq,  lazımi  məsələlərə  yönlənməyi  öyrənir.  Öz 
diqqət  və  qavrayışını  idarə  edə  bilir.  Qavrayışın  idarəediciliyini  təmin  et‐
mək,  müşahidəçilik  qabiliyyətini  inkişaf  etdirmək  üçün  müntəzəm  təlim‐
tərbiyə  işi  aparılmalıdır.  M.  H.  Skatkin  təcrübə  zamanı  müəyyən  etmişdir 
ki, uşaqlar göstərilən dələ şəklinə sadəcə baxmaqla heç də onun bütün cə‐
hətlərini qavramırlar. Ona görə də təlimin ilk pillələrində şəkli göstərərkən, 
uşağın qavrayışını təşkil etmək lazım gəlir. Bu zaman iş elə təşkil olunma‐
lıdır ki, şagirdlər şəklə sadəcə baxmayıb, həm də onun müxtəlif cəhətlərini 
qavrasınlar. Bu proses düzgün təşkil edildikdə uşaqda qavrayışın seçiciliyi 
də inkişaf edir. Lakin kiçik yaşlı məktəblilər çox vaxt şeylərin xarici cəhətini 
sıra  ilə  qavrayırlar.  Kiçik  yaşlı  məktəblilərdə  qavrayışın  seçiciliyinin  aşağı 
səviyyədə olması onlarda maraq və meyillərin davamsızlığı, digər tərəfdən 
isə  onları  düzgün  qavramaq  üçün  səmərəli  yolları  bilməmələri  ilə  izah 
olunur.
73
 
Hafizə. Hafizə digər psixi proseslərimizin inkişafına imkan verir. Məhz 
buna görə də İ. M. Seçenov hafizəni “psixi inkişafın guşə daşı” hesab edirdi.  
Adətən duyğu, qavrayış və təsəvvürümüz əks etdirdikləri cisim və ha‐
disələrə oxşar olur, əyani surət xarakteri daşıyırlar. Bununla yanaşı olaraq, 
duyğu,  qavrayış  və  təsəvvürlərimiz  əks  etdirdiyimiz  cisim  və  hadisələrin 
hiss üzvlərinə təsiri ilə bağlı olur. Ona görə də bu cür inikas vasitəsiz inikas 
və ya hissi idrak adlandırılır. Lakin insanın xarici aləmi əks etdirməsi hissi 
idrakla  məhdudlaşmır.  Həyat  insanların  qarşısına  elə  vəzifələr  qoyur  ki, 
onları dolayı yolla, cisim və hadisələrlə bağlı olan digər şeylər vasitəsi ilə, 
əldə  edilən  biliyin  köməyi  ilə  dərk  və  həll  etmək  mümkündür.  Varlığın 
insan beynində bu cür vasitəli və ümumiləşmiş inikası məntiqi idrak olub, 
bizim təfəkkürümüzü təşkil edir.
74
  
Kiçik  məktəb  yaşlı  uşaqlar  konkret  cisimləri,  faktları,  özlərinin  bilava‐
sitə qavradıqları hadisələri daha yaxşı yadda saxlayırlar. Bu həmin dövrdə 
                                                 
73
   Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 33‐35) 
74
   Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 6) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə