Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə54/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   50   51   52   53   54   55   56   57   ...   75

 
148 


 
149 
 
 
 
VIII FéSİL     YeniyetmŠlik dövrünŠ baxış  
 
 
 
8.1.  YeniyetmŠlŠrdŠ tŠlim fŠaliyyŠti vŠ idrak                     
proseslŠrinin inkişafı 
Yeniyetməlik  uşaqlıqla  böyüklük  arasındakı  ruhi  inkişaf  və  həyata  ha‐
zırlıq  dövrüdür.  Yeniyetmə  dövrü  həm  də  keçid  dövrüdür.  Çünki  yeni‐
yetmə  nə  uşaq,  nə  də  böyükdür.  Bu  yaşda  fiziki  inkişafda  da  mürəkkəb 
dəyişikliklər  baş  verir,  orqanizmdə  lazımi  möhkəmlik  gedir,  əsəb  sistemi, 
əzələ‐damar sistemi sürətlə inkişaf edir. Bunların hamısı yeniyetmənin psi‐
xologiyasına  təsir  edir.  Keçid  dövrü  olan  bu  mərhələdə  gəncdə  fizioloji, 
bioloji və psixoloji sahələrdə olduqca sürətli dəyişikliklər yaranır. Bu sürətli 
dəyişikliklərlə  əlaqəli  olaraq  yeniyetmənin  ruhi  və  emosional  dünyası  da 
bəzi  dəyişikliklərə  məruz  qalır  və  buna  öyrəşməyə  çalışan  yeniyetmə  də 
təbii olaraq çətinliklər keçirir.  
Hər keçid dövründə olduğu kimi, yeniyetməlik də çətin bir keçidin ya‐
şandığı mərhələdir.  
Yeniyetməlik  dövrü  11‐21  yaşlar  arasında  dalğalanmaların  çox  görün‐
düyü çətin bir dövrdür. Bu mərhələ həm də fırtına‐gərginlik dövrü adlanır. 
Yeniyetməlik  dövrü  həm  yeniyetmə  üçün,  həm  də  yeniyetmənin  ailəsi 
üçün  çətin  bir  mərhələdir.  Ailə  yeniyetməni  başa  düşməkdə  çətinlik  çə‐
kirsə, yeniyetmə ətrafındakıların onu başa düşmədiyini düşünür. Valideyn 
bu dövrdə uşağını nə qədər tanıyarsa və bu mərhələnin xüsusiyyətlərini nə 
qədər  dərindən  bilərsə,  valideyn  –  yeniyetmə  münasibətləri  bir  o  qədər 
mülayim  olar.  Yeniyetmə  bu  mərhələdə  fiziki,  cinsi,  sosial  və  hissi  sahə‐
lərdə  fərqli  bir  dövrə  girmişdir.  Bu  inkişaf  dövründə  yaşadığı  hadisələr 
səbəbi  ilə  yeniyetmə  özünü  fərqli  hiss  edir  və  çox  zaman  özünü  ifadə  et‐
məkdə çətinlik çəkir.  
Bu dövrdə emosionallıq, fəallıq, oyanıqlıq daha çox üstünlük təşkil edir. 
Yeniyetmələr  çox  həssas  və  müstəqil  olmağa  çalışırlar.  Lakin  bunlara 
baxmayaraq,  sadəlövh,  “ürəyiaçıq”  olurlar.  Onların  psixoloji  əhval‐ruhiy‐
yələri münasibətlərə görə dəyişkəndir. Nitqləri, xarici davranışları cəlbedici 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
150 
və oyanıqdır. Onlar özlərində qətiyyətlilik, cəsarətlilik və möhkəmlik kimi 
xüsusiyyətləri  büruzə  verməyə  çalışırlar.  Yeniyetmənin  şəxsiyyətinin  for‐
malaşmasında  təqlidetmə  müəyyən  üstünlüyə  malik  olur.  Belə  ki,  onlar 
böyük şəxsiyyət kimi, möhkəm xarakterli şəxslər kimi özlərini göstərməyə 
çalışırlar. Yaş dövrləri nöqteyi‐nəzərindən gedən fizioloji və psixoloji inki‐
şaf sonralar – yuxarı sinif yaşlarında özünəməxsus keyfiyyətləri əks etdirir.  
Təlim  fəaliyyətinin  təsiri  altında  yeniyetmələrin  idrak  proseslərinin 
inkişafında da dəyişiklik baş verir.  
Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir göstərir və onla‐
rın  inkişafını  sürətləndirir.  Bu  dövrdə  şagirdlərin  qavrayışı  geniş  əhatəli 
olmaqla ardıcıl  və seçici xarakter daşıyır. Onların qavrayışı  ən çox maraq‐
landıqları  cisim  və  hadisələrlə  bağlı  olur.  Yeniyetmələrdə  zaman,  məkan, 
hərəkət  qavrayışı  da  xeyli  inkişaf  edir.  Yeniyetməlik  dövründə  hafizə  də 
xeyli inkişaf edir. Məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır. Yeni‐
yetmələr  məntiqi,  eləcə  də  ixtiyari  hafizədən  istifadə  etməyə  üstünlük  ve‐
rirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı ləngiyir. Yeniyetmələr‐
də yaddasaxlamanı yaxşılaşdırmaq yollarına maraq artır.  
Kiçikyaşlı  məktəblilərdən  fərqli  olaraq,  yeniyetmələr  maraqlı  materialı 
ümumiləşdirməyə  və  sistemləşdirməyə  daha  çox  yer  verməyə  çalışırlar. 
Tədricən yeniyetmələr belə bir qənaətə gəlirlər ki, mənalı yaddasaxlama və 
yadasalma daha üstün əhəmiyyətə malikdir. Şübhəsiz, hələ elə materiallar 
da olur ki, onları hərfən yadda saxlamaq və yada salmaq lazım gəlir (tərif‐
ləri, teoremləri və s. ). Bu kimi hallarda mexaniki yadda saxlamağa ehtiyac 
hiss  olunur.  Lakin  bu  zaman  mexaniki  yaddasaxlama  müəyyən  dərəcədə 
məna əlaqəsilə şərtlənir. Məsələn, tarixi günləri yaxşı yadda saxlamaq üçün 
şagirdlər onları müəyyən hadisələrlə əlaqələndirirlər.  
Təlim  fəaliyyətinin  təsiri  altında  məntiqi  hafizə  fəal  bir  şəkildə  inkişaf 
etməyə başlayır. Yeniyetmələr müəllimin köməyi əsasında yadda saxlama‐
nın səmərəli yollarından istifadə etməyə başlayırlar.  
Yeniyetməlik dövründə diqqətin inkişafında da özünəməxsus xüsusiy‐
yətlər müşahidə olunur. Bu dövrdə diqqətin tez‐tez yayınması halları özü‐
nü göstərir. Uşağın təlim fəaliyyətindəki əsaslı dəyişikliklər tələbat və ma‐
raq dairəsini dəyişməsi, şagirdin ayrı‐ayrı fənlərə, müəllimlərə münasibəti, 
keçirdiyi psixi hallar, yeni və rəngarəng təəssürat bolluğu, cinsi yetişmənin 
başlanması ilə əlaqədar güclü təəssüratlar, yaşlılıq hissi ilə bağlı problemlər 
və  s.  diqqətin  təzahür  və  inkişafına,  burada  mənfi  halların  özünü  göstər‐
məsinə səbəb ola bilir.  


VIII Fəsil. Yeniyetməlik dövrünə baxış 
 
 
151 
Təlim  və  tərbiyənin  təsiri  altında  yeniyetmələrdə  sabit‐ixtiyari  diqqət 
inkişaf  etməyə  başlayır.  Yeniyetməlik  dövründə  təxəyyülün  inkişafında 
xeyli irəliləyiş baş verir. Bərpaedici təxəyyül yüksək inkişaf səviyyəsinə ça‐
tır. Romantik, fantastik surətlərin yaradılmasına meyil yüksək olur. Yaş art‐
dıqca  yeniyetmələrin  təxəyyülü  dəyişir.  14‐15  yaşlarda  təxəyyül  surətləri 
daha real və daha tənqidi xarakter daşımağa başlayır. Bununla yanaşı ola‐
raq, həmin dövrdə də yeniyetmələr romantik surətlərdən tam yaxa qurtara 
bilmirlər. 
Yeniyetmələrdə  yaradıcı  təxəyyül  xeyli  inkişaf  etmiş  olur.  Yeniyetmə‐
lərin  təxəyyülünün  inkişafı  təlim  materialını  daha  səmərəli  və  yaradıcı 
şəkildə mənimsəmələrinə imkan verir. Yeniyetmələr əldə etdikləri bilikləri 
yeni sahəyə tətbiq etməyə başlayırlar. 
Yeniyetmələrdə təfəkkürün inkişafında xüsusilə irəliləyiş baş verir. On‐
ların  təfəkkürü  kiçikyaşlı  məktəblilərin  təfəkküründən  əsaslı  şəkildə  fərq‐
lənir. Bu dövrdə təfəkkür daha ümumiləşmiş, daha dərin və mücərrəd xa‐
rakter  daşıyır.  Adətən  kiçikyaşlı  məktəblilər  əsasən  konkret  cisimləri  mü‐
qayisə edir, fərdi hökmlərin ifadəsinə üstünlük verir. Başlıca olaraq ümumi 
təsəvvürlərə və məişət anlayışlarına əsaslanırlar. Yeniyetmələr isə elmi an‐
layışları  mənimsəyir  və  onlara  istinad  edirlər.  Daha  çox  ümumi  hökmlər‐
dən  istifadə  edir,  onların  təfəkkürü  ən  çox  mücərrəd  xarakter  daşımağa 
başlayır. 
Bu dövr mücərrəd təfəkkürün inkişafı üçün sensitiv dövr hesab olunur. 
Konkret və əyani‐obrazlı təfəkkür öz yerini mücərrəd nəzəri təfəkkürə verir. 
Yeniyetmələrin təfəkkürü geniş ümumiləşdirməyə cəhd göstərməklə səciyyə‐
lənir.  Hansı  davranış  formasını  seçməsindən  asılı  olmayaraq,  yeniyetmə‐
lərdə təfəkkürün müstəqilliyi və tənqidiliyi özünü göstərir.
88
 
8.2. YeniyetmŠ nŠ hiss edŠr vŠ necŠ davranmaq istŠyŠr? 
1.
 
Ümumiyyətlə,  yeniyetmənin  hisslərində  sabitlik  olmadığı  görünür.  Bir 
gün əvvəl sevincli və enerjili olan yeniyetmə, ertəsi gün  çox məyus və 
üzgün  ola  bilər.  Hisslər  qısa  zamanda  da  dəyişə  bilər.  Bu  səbəblə  də 
valideynin  bunu  qəbul  etməsi  və  hər  dəfə  “Dünən  çox  yaxşı  idin,  indi 
nə  oldu  sənə?”  kimi  sorğu‐sual  etməməsi  və  təzyiq  xarakteri  daşıyan 
yaxınlaşmalardan istifadə etməməsi lazımdır. 
2.
 
Bu  dövrdə  yeniyetmə  hisslərini  çox  dolu  və  coşğulu  yaşayır.  İstər  səs 
tonu  olsun,  istərsə  də  mimikaları  əvvəlki  mərhələlərə  görə,  hisslərini 
daha çox istifadə etdiyini göstərməkdədir. 
                                                 
88
   S. Seyidov, M. Həmzəyevin redaktorluğu ilə “Psixologiya” (səh. 502 ‐505) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə