Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə52/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   48   49   50   51   52   53   54   55   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
142 
7.2. DiqqŠt çatışmazlığı vŠ hiperaktivlik 
Diqqət  çatışmazlığı  və  hiperaktiv  pozulma  insanda  yaş  və  inkişafına 
uyğun olmayan ifrat hərəkətlilik, istəklərinə hakim ola bilməmək və diqqət 
problemlərini özündə göstərən psixoloji gərginlikdir. Belə bir psixoloji gər‐
ginliyə  uşaq  və  yeniyetmələrdə  də  rast  gəlmək  olur.  Göründüyü  kimi,  bu 
problem ailədə və məktəbdə daha tez özünü büruzə verir. Gəlin, bu prob‐
lemin psixoloji xüsusiyyətləri ilə yaxından tanış olaq.  
Müasir  dövrdə  diqqət  çatışmazlığı  nəinki  uşaqlıq  dövründə,  həmçinin 
insanın sonrakı yaş dövrlərində də müşahidə olunur. Buna müxtəlif cəmiy‐
yətlərdə, insanların aktiv iş fəaliyyətində, insanların bir‐birilə münasibətlə‐
rində  rast  gəlirik  ki,  bu  məsələyə  diqqət  verilməsi  və  bu  narahatlığın  ara‐
dan qaldırılması vacibdir. Diqqət çatışmazlığını müəyyənləşdirib onun vax‐
tında  qarşısını  almaq  üçün  səy  göstərilmədikdə  bu,  həmin  insanların  qarşı‐
sına təhsil və iş prosesində uyğun problemlərin çıxmasına səbəb ola bilər.
85
 
7.2.1. XüsusiyyŠtlŠri 
DÇHP‐in (diqqət çatışmazlığı və hiperaktiv pozulma) əsas xüsusiyyəti, 
sabit  və  davamlı  diqqətsizliyin  olması  və  daimi  hərəkətlilikdir.  Yeriməyə 
təzə  başlayan  bir  və  ya  ikiyaşlı  uşağın  çox  hərəkətdə  olması  uşağın  inki‐
şafında gözlənilən haldır. Amma on bir yaşında uşağın sinifdə 10‐15 dəqiqə 
belə  otura  bilməməsi onun inkişafında gözlənilməz haldır.  Lakin ayrı‐ayrı 
hallarda  bu  kimi  hərəkətlər  edən  uşağa  bu  problem  aid  edilə  bilməz.  Aid 
olma  mərhələsində  deyilənlər  daha  çox  və  ya  müxtəlif  halda  ola  bilər, 
sadəcə, unutqan və ya dostlarına qarşı dürüst olmaq bu çatışmazlığa uyğun 
sayıla bilməz.  
Problemi  daha  dərindən  araşdırarkən  onun  nə  qədər  böyük  problem 
olduğunu  görmüş  oluruq.  DÇHP  problemi  üçün  uşağın  inkişaf  müddəti, 
tibbi vəziyyəti, DÇHP‐in ailədəki vəziyyəti, elmi məlumatı haqqında, sosial‐
iqtisadi və psixoloji xüsusiyyətlər, uşağın və valideynlərin birlikdə nəzarət 
etməsi, test və müayinələrin edilməsi ən başlıca məsələlərdir.  
Problemin çox hissəsinin eyni xüsusiyyətlərə malik olmasına baxmaya‐
raq,  uşaq  və  yeniyetmələr  üçün  müalicə  müddəti  fərqli  ola  bilir.  Uşaq  və 
yeniyetmələrdə  müşahidə  olunan  DÇHP  hallarının  aşağıdakı  şəkildə  gös‐
tərmək olar.
86
 
                                                 
85
   http://www.donusumkonagi.net/problem.asp?i=hiper_Aktivite və 
http://www.donusumkonagi.net/problem.asp?i=dikkat_eksikligi 
86
   http://www.mcaturk.com/Dikkat_Eksikligiiperaktivite_9_kategori.html 


VII Fəsil. Uşaq və yeniyetmələrdə davranış pozuntuları 
 
 
143 
–   Çox danışan və səs‐küylü olurlar.  
–   Ailə içində bu problemin olması normal əhaliyə görə daha çoxdur.  
–   Ana‐atalarında  spirtli  içkilərə  hərislik,  xüsusilə  də  psixi  və  depressiv 
hallar daha çox müşahidə olunur.  
–   Boyu və çəkisi yaşına görə az olur.  
–   Dözümlü olurlar. 
–   Xırdaçı və həssas olurlar.  
–   Xətləri pis olur. Sinifdəqalma ehtimalı normal uşaqlardan daha çox olur.  
–   Mərkəzi sinir sistemi daha az inkişaf edib.  
–   Fərdi  olaraq  istifadə  olunan  İQ  testlərində  zehni  inkişaf  olduğundan 
daha az görünür. Bunun da əsas səbəblərindən biri zehni tənbəllikdir.  
–   Daha çox oğlan uşaqlarında bu xüsusiyyətlərə rast gəlinir.  
Uşaqlıq  vaxtlarında  dəcəl  olanların  hamısına  rəftar  və  davranışların‐
dakı psixoloji xüsusiyyətlərə görə hiperaktiv adı verib onlara problem kimi 
yanaşmaq düzgün deyildir.  
Bu şəxslərdə, ən azı, yeddi xüsusiyyət özünü göstərməlidir.  
–   Ev  tapşırıqlarında,  digər  fəaliyyətlərdə  elementar  səhvlər  edir  və  üzə‐
rinə  götürdüyü  vəzifələrdə,  yaxud  da  müxtəlif  fəaliyyətlərdə  diqqətli 
olmur və lazım olan şeyləri itirir (məsələn, oyuncaqlar, məktəb, ev tap‐
şırıqları, qələmlər, kitablar və yaxud başqa dərs ləvazimatları); 
–   Birbaşa özü ilə danışıldığı zaman qulaq asmır kimi görünür.  
–   Təlimatları izləməyə hövsələsi çatmır.  
–   Üzərinə götürdüyü iş və məsuliyyətləri yerinə yetirməkdə çətinlik çəkir.  
–   Uzun sürən zehni fəaliyyət tələb edən işlərdən imtina edir, bunları xoş‐
lamır, yaxud belə işlərdə iştirak etməkdə həvəssiz olur.  
–   Diqqəti dağınıq olur.  
–   Gündəlik fəaliyyətlərində çox zaman yaddaşı zəif olur. 
7.2.2. Yaranma sŠbŠblŠri 
DÇHP  irsi  və  fizioloji  bir  məfhumdur.  Valideynlərin  davranışı  uşağın 
DÇHP  davranışlarına,  nəzarət  bacarıqlarına  təsir  edə  bilir.  Bəzi  araşdır‐
malar göstərir ki, hamilə vaxtı ananın yaşadığı psixoloji gərginlik, həyəcan, 
sıxıntılar, ailə içində sistematik qalmaqal və yaxud da ananın spirtli içkilər 
və  narkotik  maddələrdən  istifadə  etməsi  dünyaya  gələcək  uşaqda  DÇHP‐
yə yol aça bilər.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
144 
DÇHP‐li uşaqların bir‐birindən heç bir fərqi yoxdur. Hər bir uşaq diq‐
qətini bir yerə cəlb etməkdə və yerində oturmaqda çətinlik çəkir. Odur ki, 
bu problem 3‐7 yaş arasında başlayıbsa və onların yaşıdlarına nisbətən əla‐
mətləri  artıq  və  şiddətli  olursa,  bir  çox  vəziyyətdə  eyni  əlamətlər,  davra‐
nışlar uşağın fizioloji və sosial həyatında vacib problemlərə yol açır. Lakin 
bunu bütün uşaqlara şamil etmək olmaz.  
Əsasən  ailədə  və  məktəbdə  DÇHP‐li  uşaqlar  hərəkətlərində  bir  çox 
problemlər  yaratdıqları  zaman  özlərini  təqsirli  bilmək  yerinə,  sadəcə  üzr 
istəyib bəhanələr gətirməyi xoşlayırlar. Müalicənin psixi‐sosial tərəfi bu cür 
problemlərin  qarşısını  almaqla  yanaşı,  onların  buraxdıqları  kobud  səhvlə‐
rin vərdişə çevrilməsinin qarşısını almaq üçündür. 
87
 
 
7.2.3. DÇHP-li uşaqlarda davranış xüsusiyyŠtlŠri 
–   Həddindən artıq hərəkətlidirlər; 
   Sinifdə bir yerdə oturmur, tez‐tez yerlərini dəyişməyi xoşlayırlar, əl və 
ayaqlarını davamlı oynadırlar; 
–   Özbaşına qərar verməkdə çətinlik  çəkirlər. Durmadan danışır, qışqırır, 
başqalarını bir işi gördükdə saxlayırlar; 
–   Nizamsız olduqları üçün əşyalarını, kitablarını, qələmlərini və oyuncaq‐
larını tez‐tez itirirlər; 
–   Tapşırıqların  və  fəaliyyətlərin  təşkil  edilməsində  sıxıldıqları  zaman 
çətinlik  çəkirlər,  dəftərlərinin  başı‐sonu  müəyyən  deyil,  çantalarını  ni‐
zamlı  bir  şəkildə  hazırlamazlar.  Məktəbə  aparılması  lazım  olan  əşya‐
ların çoxu çantasında yoxdur, ya da lazımsızlar vardır; 
–   İstəklərini təxirə sala bilmirlər; 
–   Soruşulan suallara, tamamlanmadan əvvəl cavab verməyə meyillidirlər; 
–   Yalan danışa və oğurluq edə bilərlər.  
Sosial 
–   Dost tapmaqda və oyun oynamaqda çətinlik çəkirlər; 
–   Sinif içində, ailə və məktəbdəki qayda‐qanunlara tabe olmaqda çətinlik 
çəkirlər; 
–   Diqqətləri başqa bir yerdə olur, fikirlərini bir yerə cəmləyə bilmirlər; 
–   Başqalarına qarşı bir qədər kobud, hörmətsiz və diqqətsizdirlər.  
                                                 
87
   86‐cı dipnota bax 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə