Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə55/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   51   52   53   54   55   56   57   58   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
152 
3.
 
Digər  dövrlərdən  fərqli  olaraq,  bu  dövrdə  daha  çox  xəyal  qurur  və 
reallıqdan  müəyyən  müddət  uzaqlaşır.  Bu  xəyallar  gələcək  planlarla, 
yaxud da qarşı cinslə əlaqəli ola bilir. 
4.
 
Yetkin şəxs müəyyən müddət yalnız, tək qalmağa da üstünlük verə bi‐
lər. Öz otağına çəkilən  və yalnız, tək qalmağı istədiyini söyləyən yeni‐
yetmənin ciddi bir problemi olduğunu fikirləşib narahat olmamaq daha 
məqsədəuyğundur. 
5.
 
Bu  dövrdə  dost  çox  vacib  bir  amildir.  Bu 
səbəblə  dost  seçimi  mövzusunda  yeniyet‐
mənin çox diqqətli olması və ailənin onun‐
la həssas davranması lazımdır. 
6.
 
Bu dövrdə yeniyetmənin fərqləndirilmə və 
təqdiredilmə  ehtiyacı  ortaya  çıxır.  Bu  ehti‐
yacını  ailə  içində  qarşılaya  bilməyən  yeni‐
yetmə,  onu  fərqli  dostluq  münasibətində 
olduğu qruplarda ödəməyə çalışır. 
8.3. YeniyetmŠlik dövründŠ yaranan ruhi sıxıntılar 
Müşahidələrimiz  göstərir  ki,  bu  dövrdə  bir  qrup  yeniyetmədə  depres‐
siya  halları  daha  çox  özünü  göstərir.  Özünəinam  problemi,  qarşı  cinslə 
yaşanan  problemlər,  məktəb  və  ailə  içindəki  problemlər  buna  səbəb  ola 
bilər.  Ümumiyyətlə,  bu  tip  depressiyalar  qısa  müddət  ərzində  yaşanır  və 
müdaxilə  etmək  elə  də  vacib  deyil.  Yeniyetmə  özünü  üzgün  və  pis  hiss 
edir, ancaq gündəlik həyatına davam edə bilər. Ruhi sarsıntı keçirən yeni‐
yetmələrdə isə depressiyanın ağır formaları yaranarsa və belə bir psixoloji 
vəziyyətin  qarşısı  alınmazsa,  yeniyetmə  intihar  edə  bilər.  Məsələn,  özünü 
mənəvi  cəhətdən  dəyərsiz  hiss  edir.  Bunun  səbəbləri  arasında  yaxınlarını 
incitmək, ölümün nə olduğunu bilmək istəyi, yalnızlıq hissi, uşaqlıqdan gə‐
lən  sevgi  əskikliyi,  ölüm‐ayrılıq  və  s.  kimi  travmatoloji  mərhələlər  vardır. 
Bundan  əlavə,  yeniyetmə  müəyyən  zaman  əsəbi  cəhətdən  gərginləşəcək 
hallara  düşə  bilər.  Bu  zaman  onunla  söhbət  etmək  mənasızdır.  Belə  olan 
hallarda  yeniyetmənin  sakitləşməsini  gözləmək  məsləhətdir.  Digər  bir 
problem də yemək yemə qaydalarının pozulması ilə bağlıdır. Xüsusilə, çox 
yemək və ya yeməyi rədd etmə, həmçinin kök olduğunu fikirləşmək yeni‐
yetmənin həlli vacib olan problemlərindəndir.
89
 
                                                 
89
   http://www.pdrciyiz.biz/ergen‐ne‐hisseder‐nasil‐davranmak‐ister‐t1196.html 


VIII Fəsil. Yeniyetməlik dövrünə baxış 
 
 
153 
8.4. YeniyetmŠlik dövründŠ Šn çox baş verŠn hŠyŠcan növlŠri 
8.4.1. Qorxu  
Yeniyetməlikdə  qorxu  hissi  bir  mənada  uşaqlıq  dövründə  yaşanan 
hallar ilə eynidir. Gənc fərdlər üçün xüsusilə “bilinməyən” şeylər qorxunun 
əmələ gəlməsinə səbəb olur. Yeniyetmənin maraq göstərdiyi fəaliyyətlərin 
nəticəsini təxmin edə bilməməsi də onun qorxmasına səbəb ola bilər. Yeni‐
yetməlikdə  bütün  hissi  mövzularda  fərdin  özünə  nəzarət  edə  bilmək 
vərdişini qazana bilməsi vacibdir.  
Yeniyetməlikdə qorxu hissi üç əsas mərhələdə baş verir:  
1.   Obyektlərə  qarşı  hiss  edilən  qorxular:  İlan,  it,  pişik,  siçan,  su,  təyyarə, 
fırtına, od və sairə.  
2.   Sosial  münasibətlərə  qarşı  hiss  edilən  qorxular:  digər  insanlarla  tanış 
olmaq,  lağlağa  edən  insanlarla  bir  yerdə  olmaq,  ictimaiyyət  qarşısında 
danışmaq,  ya  da  əksəriyyəti  böyüklərdən  ibarət  bir  qrupa  üzv  olmaq 
gənclərdə qorxu meydana gətirə bilər. Bu cür sosial qorxu utancaqlıq və 
ya təəccüblük şəklində görünür.  
3.   Yeniyetmənin özü ilə əlaqəli qorxuları: yoxsulluq, ölüm, özünün və ya 
ailəsindən  bir  fərdin  ciddi  bir  xəstəliyə  tutulması,  məktəbdə  və  ya 
işində uğursuzluğa məruz qalması yeniyetmədə qorxu yarada bilər. Ye‐
niyetmə qorxu vəziyyətində qaçma və ya vücudun taqətinin kəsilməsi, 
titrəməsi,  tərləməsi  kimi  fiziki  hadisələrlə  qorxduğunu  büruzə  verir. 
Yaş  artdıqca,  ətraf  mühitlə  olan  münasibətlərin  artması  nəticəsində 
qorxuların yavaş‐yavaş azaldığı görünür.  
8.4.2. HŠyŠcan: 
Həyəcanlar  real  səbəbdən  çox,  xəyali  səbəblərdən  əmələ  gələn  qorxu 
tipləridir.  Ümumiyyətlə,  həyəcan  qorxudan  daha  uzun  zamanı  əhatə edir. 
Həyəcan, keçmişdə fərdi məmnun etməyən bəzi hadisələr nəticəsində əmə‐
lə gələ bildiyi kimi, fərdin gələcəklə əlaqəli fəaliyyətlərində də yarana bilər.  
8.4.3. QŠzŠb:  
Yeniyetməlik  dövründə  qəzəbə  səbəb  olan  hadisələr,  ümumiyyətlə, 
sosial tərkibli hadisələrdir. Əgər yeniyetməyə lağ edilərsə, ona yalan danı‐
şılarsa, onda qəzəb halları baş verə bilər.  
8.4.4. Ruh düşkünlüyü: 
Əgər bir yeniyetmənin arzu və ya məqsədinin qarşısına çıxan xarici və 
ya daxili maneələr varsa, o zaman yeniyetmədə ruh düşkünlüyü baş verə‐


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
154 
cəkdir. Belə psixoloji halların bir qismi qəzəbdən, amma əksəriyyəti psixo‐
loji gərginlik və sıxıntı hallarından meydana gəlir. Müşahidələrimiz göstə‐
rir ki, bir qrup ruh düşkünlüyü yaşayan yeniyetmə üzüntülərini insanlara 
göstərməklə  ətraf  mühitin  diqqətini  cəlb  edib  onunla  maraqlanmalarını 
istəyir.  Fərdin  ruh  düşkünlüyü  anında  göstərəcəyi  davranış  onun  yaşına, 
ictimai  keçmişinə,  təcrübələrinə  və  bu  ruh  düşkünlüyünün  səbəbini  qav‐
rama ölçüsünə bağlıdır. 
1.   İctimai  və  bəşəri  faktorlar  yeniyetmədə  özünə  inamsızlıq  hissi  yaradır 
ki, bu da emosional gərginliyə səbəb olur.  
2.   Ailə içində emosional və sosial cəhətdən mükəmməl bir uşaqlıq dövrü 
keçirən fərd, yeniyetməlik dövrünün mənfiliklərini daha asan bir şəkil‐
də  həll  edə  bilər.  Uşaqlıq  illərində  övladlarıyla  dostcasına  dialoq  qur‐
mağı bacaran valideynlər, bu dialoqu yeniyetməlik dövründə də davam 
etdirərək gənc üçün lazım olan rəhbərlik missiyasını da yerinə yetirmiş 
olurlar. 
90
 
3.   Sosial  təzyiq  nəticəsində  əmələ  gələn  inamsızlıq  və  şübhəlilik  hisslə‐
rinin  yerinə,  yeniyetməyə,  bir  şəxsiyyətə  sahib  olduğu  hiss  etdirilməli, 
işində  və  sosial  həyatında  arzularını,  bacarıqlarını  və  ehtiyaclarını  uy‐
ğun bir şəkildə həyata keçirə bilməsinə köməklik göstərilməlidir.  
4.   Yeni bir mühitə uyğunlaşmaq hər yaşda çətin olduğu kimi, yeniyetmə‐
lik  dövründə  uyğunlaşmanın  daha  da  çətin  həyata  keçirildiyi  müşahi‐
dələrimiz nəticəsində məlum olmuşdur. Bunun başlıca səbəbi, yeniyet‐
mədən qısa bir vaxt içində bir çox yeni mühitə uyğunlaşmasının gözlə‐
nilməsidir. 
8.4.5. Yaxşı ki etdim mŠrhŠlŠsi 
Balaca bir qəsəbənin dörd müxtəlif məhəlləsi var idi. Birinci məhəllədə 
“Bəli amma”lar yaşayırdı. Bu “Bəli amma”lar elə düşünürdülər ki, hər za‐
man düzgün qərar verir və nə edəcəklərini bilirlər. Hər hansı bir problemlə 
üzləşdikləri  zaman  isə  verdikləri  cavab  “Bəli  amma”  olurdu.  Təbii  ki,  bu 
cavablar  da  həmişə  yalnış  idi.  Günahı  da  başqalarının  üzərinə  atmaqda 
ustalaşmışdılar.  
Ikinci məhəllədə “Edəcəyəm”lər  məskunlaşmışdı. Nə edəcəklərini bil‐
diklərinə inanır və  özlərini bu edəcəkləri şeyə yavaş‐yavaş hazırlayırdılar. 
Tam  edəcəkləri  vaxtda  şanslarının  tərsinə  döndüyünü  iddia  edirdilər.  Bu 
məhəllədə yaşayan insanların dizləri döyülməkdən yara olmuşdu. Yaşama‐
ları üçün vacib olan qərarları belə təxirə salırdılar.  
                                                 
90
   http://www.donusumkonagi.net/makale.asp?id=4084&baslik=ergenlik_doneminde_en_ 
sik_rastlanan_heyecan_bicimleri&i=ergenlik_sorunlari 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə