Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə47/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   43   44   45   46   47   48   49   50   ...   75

VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
127 
uşaqlarda  birinci  siqnal  sisteminin  hələ  üstünlük  təşkil  etməsi  ilə  əlaqə‐
dardır. Kiçik məktəblinin hafizəsi böyük yaşlılara nisbətən daha çox obrazlı 
olur. Hafizənin əyani‐obrazlı cəhətini inkişaf etdirərkən yalnız görməyə yox, 
həm də eşitmə, hərəkət, dadbilmə təsəvvürlərinə üstünlük vermək lazımdır.  
Təlimin məzmununun dəyişməsi ilə əlaqədar olaraq, uşaqda ikinci siq‐
nal sistemi inkişaf edir. Bu, hafizənin sözlü‐məntiqli növünü genişləndirir. 
Təlim  prosesində  və  uşağın  əqli  inkişafında  sözlü‐məntiqli  hafizə  əsas  rol 
oynayır.  Uşaqlarda  hafizə  sürətlə  və  geniş  şəkildə  məktəbdə,  müəllimin 
rəhbərliyi  altında  müntəzəm  təlim‐tərbiyə  sayəsində  inkişaf  etməyə  başla‐
yır. Məktəb yaşı dövründə uşaqlarda hafizənin həcmi xüsusilə genişlənir.  
M.  N.  Şardakov  hafizənin  həcminin  sinifdən‐sinfə  keçdikcə  necə  dəyi‐
şildiyini yoxlamaq üçün 1‐4‐cü sinif şagirdlərinə 10 dəqiqə müddətində bir 
şeiri  əzbərləməyi  tapşırmışdır.  Bununla  yanaşı,  şagirdlər  müəyyən  sözləri 
öyrənib  yadda  saxlamalı  idilər.  Təcrübə  nəticəsində  məlum  olmuşdur  ki, 
yaş artdıqca şagirdlərin yadda saxlamasının həcmi genişlənir.  
N.  M.  Şükürovanın  tədqiqatı  göstərmişdir  ki,  1  –  2‐ci  sinif  şagirdləri 
konkret şəxsiyyət iştirak edən mətnləri daha yaxşı yadda saxlayırlar. Mət‐
nin  emosional  boyalılığı,  xüsusən  iştirak  edən  qəhrəmana  qarşı  oyanmış 
maraq şagirdlərin yadda saxlamalarını daha da məhsuldar edir. Həm zəif, 
həm yaxşı oxuyan şagirdlər belə mətnlərin öhdəsindən yaxşı gəlirlər. Təlim 
prosesində  emosional  məzmuna  malik  olan  material  yadda  yaxşı  qalır  və 
hafizəni yaxşı inkişaf etdirir. Burada əqli iş, adətən hisslərlə müşayiət olu‐
nur. Buna görə də şagirdlər eyni zamanda keçirdikləri hissləri xatırlayırlar. 
Bu hisslər biliklər kimi hafizədə qalır və şagirdlər bunları biliklərlə birlikdə 
yada  salırlar.  Hafizənin  inkişaf  qanunauyğunluğu  öyrənilərkən  müəyyən 
edilmişdir  ki,  materialı  mənimsədikdən  sonra  bəzi  hallarda  dərhal  yada‐
salma, bir müddət keçdikdən sonra nisbətən az məhsuldar olur. Tədqiqat‐
çılar  bu  halı  ən  çox  məktəbəqədər  və  kiçik  məktəb  yaşlı  uşaqlara  şamil 
edirlər.  Təlim  prosesində  ixtiyari  və  qeyri‐ixtiyari  yaddasaxlama  inkişaf 
edir.  Amma  bunların  inkişafı  bərabər  getmir.  Məktəb  dövründə  əsas  eti‐
barilə yaddasaxlama sürətlə inkişaf edir.  
Kiçik məktəblilərdə hafizənin inkişafı da onların təlim fəaliyyətinə müs‐
bət təsir göstərir. Hafizənin inkişafinda, hər şeydən əvvəl, yadasalma baca‐
rığının  böyük  əhəmiyyəti  var.  Uşaqlar  məktəbə  yaxşı  oxumaq  arzusu  ilə 
gəlir,  müəllimin  rəhbərliyi  altında  onlar  üçün  aydın  və  maraqlı  olan  dərsi 
yadda saxlayırlar.
75
 
                                                 
75
   A. İbrahimov, H. Xəlilov “Sağlam övlad, düzgün tərbiyyə, təmiz nitq” (səh. 32‐33) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
128 
Təfəkkür:  Bizim  təfəkkürümüzün  mənbəyini  duyğular  və  qavrayış 
təşkil edir. Məhz buna görə də məntiqi idrak prosesi olan təfəkkür həmişə 
hissi  idrakla  (duyğular,  qavrayış  və  təsəvvürlərimizlə)  qırılmaz  vəhdətdə 
olur.  Məlum  olduğu  kimi,  duyğular,  qavrayış  və  təsəvvürlər,  başqa  sözlə, 
hissi  idrak  gerçək  aləm  haqqında  biliklərimizin  başlanğıcını  təşkil  edir. 
Məntiqi  idrak  prosesində  biz  həmin  biliklərə  əsaslanırıq.  Varlığı  bu  yolla 
dərk edərkən duyub‐qavradığımızı, təsəvvür etdiyimiz cisim və hadisələri 
hafizəmizdə saxlayıb, hal‐hazır ilə keçmişi müqayisə və təhlil edir, bir‐biri 
ilə  əlaqələndirir,  onların  arasındakı  ümümi  cəhətləri,  əlaqə  və  münasibət‐
ləri müəyyənləşdirir, bir sözlə, onlar haqqında fikirləşirik.
76
 
Təfəkkürün bu yüksək pilləsi ardıcıl təlim‐tərbiyə və ictimai‐sosial fəa‐
liyyətlər  prosesində  iştirak  edir  və  öz  növbəsində  biliklərə  yiyələnməyə, 
məfhumlar sistemini mənimsəməyə imkan yaradır. Məktəb yaşı dövründə 
uşaqda təfəkkürün inkişafı üçün daha geniş imkan yaranır. Bununla bəra‐
bər,  kiçik  məktəb  yaşlı  uşaqlar  təfəkkürlərinin  bir  sıra  xüsusiyyətlərinə 
görə,  sonrakı  yaş  dövrlərindən  fərqlənirlər.  Kiçikyaşlı  məktəblilərin  təfək‐
küründə konkret və emosionallıq hələ də geniş yer tutur. Onların apardıq‐
ları fikri əməliyyatlar daha çox müəyyən, konkret cisimlərlə, həmin cisim‐
lər  arasındakı  əlaqələrlə  bağlı  olur.  Eyni  zamanda  uşaqlar,  üzərində  fikri 
əməliyyat apardıqları cisimlər barədə çox parlaq təəssürata malik olurlar. 
Kiçikyaşlı  məktəblilərdə  ən  çox  xarici  əlamətlərə  əsaslanma  müşahidə 
olunur. Bu dövrdə uşaqlar varlıqdakı cisim və hadisələri öz konkret əyani 
təcrübələri  ilə  dərk  edirlər.  Get‐gedə  bu  məktəblilərdə  ümumiləşdirmə 
prosesi xeyli təkmilləşir. Onların biliyinin, təcrübəsinin artması ümumiləş‐
dirmələr zamanı təsəvvür materiallarına əsaslanmaq imkanı verir.  
Məktəblinin  təfəkkürü  onun  nitqi  ilə  vəhdətdə  inkişaf  edir.  Uşağın 
təfəkkürü  nitqi  sayəsində  kamilləşir,  ünsiyyət  prosesində  daha  da  təkmil‐
ləşir.  Bu  məktəblilər  çox  zaman  ucadan  danışmaqla  fikirləşirlər  və  yaxud 
fikirləşərkən  danışırlar.  İlk  zamanlar  məktəblinin  təfəkkürü  şifahi  nitqin 
köməyi ilə formalaşır, ancaq şagirdin fikri fəaliyyətində daxili nitqi də mü‐
hüm  rol  oynayır,  məktəbli  daxili  nitqin  köməyi  ilə  fikirləşir.  Sonra  onu 
şifahi və yazılı nitq ilə ifadə edir. Şagirdlər fikirlərinin dolğun və aydın ol‐
ması üçün yazılarına əlavə edirlər və təkmilləşdirirlər. Y. A. Samarinin təd‐
qiqatları göstərir ki, məktəblinin şüurunda baş verən obrazlar cisim və hadi‐
sələrdəki ümumi və mühüm əlamətləri tapmağa və ayırmağa kömək edir.  
Məktəblilər məfhumları, qanun‐qaydaları mənimsəyir və ümumi nəticə 
çıxarır.  Bu,  nəzəri  təfəkkürün  inkişafı  sayəsində  mümkün  olur.  Nəzəri  tə‐
                                                 
76
   Ə. Qədirov “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 6) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə