Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə44/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   40   41   42   43   44   45   46   47   ...   75

VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
119 
– Hə də, saatdır. 
– Ver mənə.  
– Ana, o nədir? 
– Şamdır.  
– Şam? 
– Bəli, şam! 
– Şamdır, şam! 
3 yaşda: 
– Bu nədir? 
– Alma.  
– Kim alıb? 
– Ata alıb.  
– Ata hanı? 
– Yatıb.  
– Niyə? 
– Yorulub.  
– Niyə? 
– İşdən gəlib.  
– Ata, bu kitabdır? 
– Bəli, kitabdır.  
– Kitabdır? 
– Əlbəttə, kitabdır.  
– O da kitabdır? 
– Kitabdır. O, böyük kitabdır.  
– Kitab? 
– Bəli, kitab.  
Valideyn  uşağa  verdiyi  hər  bir  izahda  diqqətli  olmalı,  düzgün  cavab 
verməlidir. Çünki həmin sözlər sanki uşağın yaddaşına həkk olunur. Hətta 
bir müddət keçdikdən sonra uşaq həmin izahatı bir qanun kimi valideynin 
yadına salır.  
Bəzən  valideyn  uşağın  verdiyi  sual  qarşısında  çaş‐baş  qalır.  Hətta  ca‐
vab  verməmişdən  əvvəl  bir  qədər  dərin  fikirləşməli  olur.  Çox  vaxt  vali‐
deynlər  bu  suallardan  yaxa  qurtarmaq  üçün  ümumi  cavab  verirlər.  Bəzi 
valideynlər isə bu suallara məsuliyyətlə cavab verir, uşaqların dünyagörü‐
şünün  zənginləşməsinə  kömək  edirlər.  Belə  valideynlər  öz  uşaqlarının 
rəğbət  və  məhəbbətini  qazanmış  olurlar.  Məsələn,  3  yaşlı  Bayram  iyul 
ayında  havanın  temperaturu  +37°  olan  gündə  atasına  yalvarır:  “Ata,  mən 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
120 
qar  istəyirəm.  Allah  babaya  de,  qar  yağdırsın”.  Belə  vəziyyətdə  valideyn 
nə  etməlidir?  Uşağa  hirslənmək  olmaz,  uşağın  könlündən  qar  keçir.  Vali‐
deyn ilin fəsilləri haqqında məlumat verir. Eyni zamanda, uşağın nə üçün 
qar istəməsi ilə maraqlanır.  
Hadisə.  
Üç yaşlı Aysu gecə yatmır. Artıq gecə saat 11 tamamdır. Valideynlər isə səhər 
tezdən  işə  getməlidirlər.  Nəhayət,  atası  Aysudan  soruşur:  “Qızım,  nədən  na‐
rahatsan, ürəyin nə istəyir, nə verim yatasan? Uşaq sakitcə deyir: “İlik”. Ata 
və  ana  pis  vəziyyətdə  qalırlar,  evdə  isə  ət  xörəyi  bişirilməmişdir.  Ata  düzgün 
yol seçir. Böyük təmkinlə uşağı həyətə çıxarır, ona başa salır ki, görürsən, hamı 
yatıb. Ətsatan da mağazanı bağlayıb. Sən yat, sabah gedib ət alaram, anan da 
sənin  üçün  bişirər,  sən  də  istədiyin  qədər  yeyərsən.  Uşaq  atasının  bu  izahın‐
dan razı qalır.  
Hadisə.  
Körpə  ikən  anasını  itirən  Nailəni  nənəsi  və  xalası  böyüdür.  Onlar  uşaqdan 
həqiqəti  gizlədib  deyirlər  ki,  anan  Avstraliyaya  işləməyə  gedib.  Uşaq  daim 
Avstraliya  haqqında  televiziya
15
  verilişlərini  izləyir,  tez‐tez  anası  haqda  sual‐
lar verir, onun üçün şeirlər öyrənir, şəkillər çəkir. Uşaq böyüyür, nənə və xala 
çaşqınlıq içindədirlər: “Uşağa əsl həqiqəti necə bildirməli?” Onlar çox narahat 
idilər ki, uşaq dərin psixoloji sarsıntı keçirə bilər.  
Əlbəttə,  həqiqəti  uşağa  birdən‐birə  demək  olmaz.  Uşaq  tədricən  buna 
hazırlanmalıdır. Məsələn, uşağa buna oxşar hadisələr danışılmalı, hətta bu 
hadisəyə oxşar filmlər göstərildikdə, hadisə uşağa izah edilməlidir ki, onun 
şüurunda  belə  hadisələrə  münasibət  formalaşsın.  Uşaqlarda  iradi  keyfiy‐
yətlər sürətlə inkişaf etdiyi üçün hər hansı sarsıntını tez bərpa edirlər. Bu‐
nunla belə, hər bir hadisədə uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.  
Sərbəstlik – uşaq dünyasında müsbət və zəruri hesab olunan amillər‐
dən biridir. Sərbəstlik uşağın psixologiyasında istedadı və yaradıcılıq qabi‐
liyyətini  üzə  çıxaran,  müsbət  təsir  qüvvəsinə  malik  olan  faktordur.  Ümu‐
miyyətlə, uşaqların ailədə birgə televizora baxması, otaqda tək olaraq top‐
top oynaması, gəlinciyinə layla çalması, həyətdə özü üçün o tərəf‐bu tərəfə 
qaçaraq hərəkət etməsi hələ onların tam sərbəst olması deyil. Bir çox vali‐
deynlər  sərbəstliyi  məhz  bu  cür  başa  düşürlər.  Bu  yalnız  sərbəstliyi  yara‐
dan amillərdən biridir. Sərbəstliyin bir sıra növləri vardır: fiziki sərbəstlik, 
fikir sərbəstliyi, danışıq sərbəstliyi. Fiziki sərbəstlik uşaqlarda hərəkilik qa‐
biliyyətinin,  fikir  sərbəstliyi  intellektinin,  danışıq  sərbəstlyi  isə  nitqinin, 
hərəkət və davranışının inkişafına, formalaşmasına təsir göstərir.  


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
121 
 
Uşaqlarda sərbəstliyin inkişafı üçün onların oyunlara, musiqiyə, rəqsə, 
şəkil çəkməyə olan həvəslərini öyrənib, onları həmin məşğuliyyətlərə cəlb 
etmək lazımdır. Həmçinin aşağıdakı oyunları təklif edirik.  
Uşaqlar  “Top‐top”  oyununu  çox  sevirlər.  Bu  oyun  onların  zövqünü 
oxşayır, əhval‐ruhiyyəsini dəyişir, enerjilərini artırır. “Top‐top” oyununun 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  uşağın  bədən  və  əl  əzələlərinin  inkişafına 
müsbət təsir göstərir. Psixoloji nöqteyi‐nəzərdən isə uşaqlarda oyuna qarşı 
həvəs  və marağın artmasına səbəb  olur. Yaxşı  olar ki,  uşaq top‐top oyna‐
yarkən  siz  də  ona  qoşulasınız.  Əvvəlcə  hər  ikiniz  yerdə  oturub  topu  bir‐
birinizə  diyirlədin.  Sonra  oyunun  ritmini  intensivləşdirin.  Bir  qədər  keç‐
dikdən  sonra  ayağa  qalxıb  topu  ritmik  şəkildə  yerə  vurmaqla  saymağa 
başlayın.  Bu  zaman  uşaq  topu  sizdən  almaq  istəyəcək.  Topu  ona  verib 
oyunu  davam  etdirin.  Əlbəttə,  uşağın  topla  sizin  kimi  oynamasına  fiziki 
gücü  çatmayacaq.  Həmin  an  uşaq  əyilərək  topla  oynayacaq  və  həm  də 
sizin  kimi  saymağa  cəhd  edəcək.  Oyunun  harmonik  və  rəngarəng  olması 
üçün şeir və mahnı oxuyaraq topla oynasanız və uşağı da oyuna iştirakçı 
etsəniz, daha məqsədəuyğun olar. 
Oynaq topum, oynaq topum,                  Atdım göyə, düşdün yerə, 
Əlvan rəngli qıvraq topum.                    Döndün sağa, döndün sola.  
Atdım, tutdum düşdün yerə,                  Uzaqlaşma məndən, topum,  
Qaçdın getdin birdən‐birə.                     Getmə, dayan, səni tutum.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə