Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə39/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   35   36   37   38   39   40   41   42   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
104 
kimi  görülən  insana, ya  da  sevgisinə  ehtiyac  duyulan  insana  qarşı  da yö‐
nəldilə  bilər.  Bu  davranışların  arxasında  gizlənən  məqsəd  sevginin  itiril‐
məsinə səbəb olan insandan bunları geri almaq və ya diqqət çəkməyə çalış‐
maqdır.  Uşaq  əvvəl  reaksiyalarını  birbaşa  göstərsə  də,  anasından  gələn 
reaksiyalardan  sonra  hədəfinə  çata  bilməyəcəyini  zənn  edərək  bilvasitə 
başqa yollara əl ata bilər. Həsəd zamanı baş vurduğu yollar isə bir az fərq‐
lidir. Əvvəl  gördüyü  və daha yaxşı olduğuna inandığı əşya və ya imkan‐
lara sahib olmağı tələb edər. İstəyi həyata keçmədiyi zaman isə köçürmək, 
oğurlamaq  kimi  yollara  baş  vurar.  Ancaq  ictimai  olaraq  bunların  yaxşı 
qarşılanmadığını görəcək və müəyyən müddətdən sonra reaksiyalarını də‐
yişərək  əslində  istifadə  etdiyi  bu  üsulların  çox  da  yaxşı  olmadığını  düşü‐
nüb özünü sakitləşdirməyə çalışacaq.  
Qısqanclığı  tam  olaraq  ortadan  qaldırmaq  mümkün  deyil.  Ancaq  şid‐
dətini  azaltmaq  və  ailə  içində  buna  şərait  yaradan  mənfi  halları  ortadan 
qaldırmaq üçün valideynlər bəzi yollara baş vura bilərlər. Ailədə baş verən 
dəyişikliklər  xüsusilə  uşaqlara  təsir  edir.  Yeni  gələn  uşağın  səbəb  olacağı 
dəyişikliklər  uşağa  çox  az  bir  şəkildə  təsir  etməlidir.  Bunun  üçün  istifadə 
ediləcək  çıxış  yollarından  biri  uşağı  bu  hala  əvvəlcədən  hazırlamaqdır. 
Ancaq uşağın gözündə çox xoşbəxt bir ailə mənzərəsi yaratmaqdansa, ona 
anlaya  biləcəyi  bir  şəkildə  düzünü  başa  salmaq  lazımdır.  Doğulacaq  olan 
uşağın  sadəcə  bir  oyun  yoldaşı  olacağını  başa  salmaqdansa,  həm  mənfi, 
həm  də  müsbət  cəhətləri  başa  salınmalıdır.  Doğuşdan  sonra  isə,  uşağa 
mühafizəkar və yerində davranmaq, düşüncəli olmaq, yeni uşağın gəlməsi 
ilə ona qarşı olan sevgisinin heç də azalmadığını hiss etdirmək lazımdır. 
63
  
Tövsiyələr 
1.
 
Əvvəlcə  yeni  bir  uşaq  dünyaya  gəlməzdən  əvvəl,  uşaq  qardaşı  və  ya 
bacısının olacağına psixoloji olaraq hazırlanmalıdır.  
2.
 
Son  ana  qədər  gözləmədən  ona,  ailəyə  yeni  bir  üzvün  qatılacağı  izah 
edilməli, evdə buna görə bəzi dəyişikliklərin ola biləcəyi deyilməlidir. 
3.
 
Ata və ana uşağa körpənin doğulmasıyla ona qarşı sevginin dəyişmə‐
yəcəyini bildirən sözlərlə birlikdə, bunu davranışlarında da göstərmə‐
lidir. Onunla edilən əvvəlki fəaliyyətlər yenə də təkrar olunmalıdır. 
4.
 
Yeni  doğulan  körpəyə  istər  ailə  üzvlərindən,  istərsə  də  qonaqlardan 
kimsə həddindən artıq sevgi və maraq nümayiş etdirməsin. 
5.
 
Körpəyə  zərər  verməsinə  icazə  verilməyəcəyi  qəti  bir  şəkildə  izah 
edilməlidir. 
                                                 
63
   Gül Şendil “Çocuk Ergen Anne ve Baba” (səh. 103‐104) 


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
105 
6.
 
Hər iki uşağa fərdi vaxt ayrılmalıdır. 
7.
 
Uşaqlardan  biri  göz  bəbəyi  olaraq  seçilməməlidir.  Valideynlər  bunu 
hiss etdirməməyə çalışsalar da, digər uşaq vəziyyəti başa düşəcək. 
8.
 
Doğulacaq  körpəyə  edilən  hazırlıqlara  onu  da  dəvət  etməli,  körpənin 
əşyalarını  birlikdə  hazırlamalı  və  körpəyə  əşyalar  alarkən  ona  da  hə‐
diyyələr alınmalıdır. 
9.
 
Əgər körpəyə onun geyimləri veriləcəksə, bu ona deyilməlidir.  
6.3. BarmaqŠmmŠ 
Barmaqəmmə  körpəlikdən  3‐4  yaşlarına  qədər  sağlam  uşaqlara  xas 
olan bir adətdir. Körpələrin çoxu baş barmaq, yaxud da digər barmaqlarını 
əmirlər.  Ziyansız  bir  davranış  olan  barmaqəmmənin  körpələrdə  rast 
gəlinməsinin  başlıca  səbəbi,  onların  bunu  ana  bətnində  ikən  öyrənmələri 
və do‐ğuşdan sahib olduqları ən güclü vərdişlərdən və reflekslər‐dən biri 
olmasıdır.  Belə  ki,  təzə  doğulan  bəzi  körpələrin  bar‐maq,  ya  da 
biləklərində rast gəlinən qabarcıqlar bunun nə‐ticəsidir.  
Anaların  çoxu  barmaqəmmənin  aclıqdan  qaynaqlan‐
dığını düşünürlər. Halbuki, elmi araşdırmaların 50‐87%‐i 
barmaqəmməni bununla əlaqələndirmir. 1 yaşlı uşaqların 
yarısı  barmaqlarını  əmirlər.  9  aydan  etibarən  yuxu  ilə 
barmaqəmmə arasında yaxın bir əlaqənin olduğu, yuxu‐
su  gələn  bir  körpənin  barmağını  ağzına  apardığı  nəzərə 
çarpır.  Uşağı  barmaqəmmədən  çəkindirmək  məqsədilə 
edilən səylər, 3 yaşına qədər uşaqlar tərəfindən müqavi‐
mətlə  qarşılanır.  Bəzi  körpələr  yeni  dişlərinin  çıxması 
ərəfəsində,  bəziləri  də  çətinliklə  qarşılaşdıqlarında  utan‐
ma və sıxılma əlaməti olaraq barmaqlarını əmirlər. Ümu‐
miyyətlə, barmaqəmmə adətinin 4 yaşına çatana qədər it‐
məsi  gözlənilir.  Araşdırmalar  göstərir  ki,  bəzi  uşaqlarda  bu  adət  5‐6  yaş‐
larına qədər davam edə bilər, lakin sübut olunmuşdur ki, bu, belə olan hal‐
larda dişlərin deformasiyaya uğramasına səbəb ola bilər. Davamlı barmaq‐
əmmə  vərdişi  də  psixoloji  problemin  və  gərginliklərin  bir  nəticəsi  olaraq 
inkişaf edə bilər.  
6.3.1.  BarmaqŠmmŠ vŠrdişi qarşısında ana-atanın edŠcŠyi Šn 
sağlam yanaşma nŠdir? 
Hadisəni  təlaşa  düşmədən,  səbirlə  qarşılamaq,  uşağa  bu  vərdişin  kör‐
pəlikdən  qalma  bir  davranış  olduğunu,  bunun  başqaları  tərəfindən  xoş 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
106 
qarşılanmayacağını sadə bir şəkildə izah etmək lazımdır. 
Ailə içində bu vərdişdən bəhs edərək ailə üzvlərinin diq‐
qətini uşaq üzərinə cəlb etmək, bu səbəblə təlaşa düşüb 
gərginlik keçirmək və bu problemi həll etmək məqsədilə 
uşağı tənqid etmək doğru deyil. Məktəb yaşında barma‐
ğını əmən uşaq müəllimin xəbərdarlığı, ana‐atasının tən‐
qidi, hətta yoldaşlarının lağlarına baxmayaraq, bu vərdi‐
şini  davam  etdirir.  Bu  vəziyyətdə  uşağa  edilən  müsbət 
tövsiyə  və  şərhlərlə  onun  psixoloji  baxımdan  uyğunlaş‐
masının  təmin  edilməsi,  problemin  ortadan  qalxmasına 
səbəb  ola  bilər.  Burada  əhəmiyyətli  olan,  bir  geriləmə  əlaməti  sayılan  bu 
vərdişi  meydana  gətirən  əlamətlərin  ana  və  ata  tərəfindən  kəşf  edilərək 
ortadan qaldırılmasıdır. Məsələn, bir qardaşın doğumu, uşaqda bu cür bir 
vərdişin  başlamasına  səbəb  ola  bilər.  Səs‐küy  salan,  iməkləyən,  barmaq 
əmib  dırnaq  yeməyə  başlayan  uşaq  ətrafdakıların  heyrətinə  səbəb  olur. 
Qardaşının dünyaya gəlməsindən əvvəl uşağın buna hazırlanması, həyata 
gələcək körpənin onun köməyinə də ehtiyacı ola biləcəyi kimi mə‐sələlərin 
uşağa başa salınması vacib məsələlərdəndir. Beləliklə, bu cür gərginlikdən 
qaynaqlanan vərdişlər də zaman keçdikcə itir. Altislatma kimi, barmaqəm‐
mə  də  yaş  artdıqca  azalır.  Xüsusilə,  ilk  uşaqlıq  dövründə  müalicədən  qa‐
çılmalıdır.  Məktəbəqədərki  dövrdə  barmaqəmmə,  ya  da  altislatma  halla‐
rında ekspertlər valideynlərə bəzi tərbiyəvi tədbirləri tətbiq etməyi məslə‐
hət görürlər. 
6.3.2. BarmaqŠmmŠnin aradan qaldırılması üçün görülŠn tŠdbirlŠr 
Ana  və  ataya  barmaqəmmənin  ilk  dövrlərdə  zərərsiz  bir  adət  olduğu 
izah edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, barmaqəmmə xarici defor‐
masiyalara  səbəb  olmayan  bir  vərdişdir.  Əks  halda,  bəzən  valideynlər 
uzun  müddət  davam  edə  biləcək  bu  pis  vərdişdən  uşaqlarını  uzaqlaşdır‐
maq üçün çox ciddi tədbirlərə əl atırlar. Hətta uşaqların barmaqlarına istiot 
sürtən, cəza verən, əllərini və qollarını arxadan bağlayan, əlinə və barmaq‐
larına  iynə  batırıb  onlara  unuda  bilməyəcəkləri  əziyyət  verərək  cəzalar 
tətbiq edənlər də var. Bütün bunlar uşaqda mənfi emosiyaların artmasına 
səbəb ola və valideynləri daha çox narahat etmək üçün bir davranış obyek‐
tinə çevrilə bilər.
  
Yadda  saxlamaq  lazımdır  ki,  barmaqəmməyə  başlayan  və  ya  bunu 
vərdiş halına gətirmiş uşaqlara bunu tərk etmələri üçün müxtəlif cəzaların 
tətbiq  olunması  nəticə  etibarilə  bir  çox  problemlərin  ortaya  çıxmasına  sə‐
bəb  ola  bilər.  Kiçik  yaşlarda  uşaqlar  onlara  müvafiq  şəkildə  qidalandırıl‐


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə