Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
76
İnsan dünyaya iradəli gəlir, yoxsa iradə sonradan yaranır? Əlbəttə, ira‐
dənin notları əvvəlcə ailənin ona təlqin etdiyi təlimdə, sonra isə yaşadığı
cəmiyyətdə yaranmağa başlayır. Uşaq psixologiyasında iradə amili zəruri
hesab olunan xüsusiyyətlərdən biridir. Uşaqlarda iradə möhkəmliyinin
düzgün tərbiyə edilməsi onların həyatda dözümlü, təmkinli, səbirli, qətiy‐
yətli olması, tapşırılan hər hansı bir işi axıra qədər yerinə yetirməsi demək‐
dir. İradəli insan həm qarşısına qoyduğu məqsədlərə çatır, həm də həyatda
rastlaşdığı çətinlikləri asan həll edə bilir. Odur ki, uşaqlarda iradə möh‐
kəmliyini formalaşdırmaq üçün valideyn uşaqla birlikdə kiçik həcmli oyun
növləri hazırlamalıdır. Nümunə üçün aşağıdakı iki oyun verilmişdir.
Birinci oyun. Əvvəlcə yaxşı olar ki, uşağın qarşısına yüngül çəkili kiçik
qutular düzəsiniz. Sonra bu qutuları şahmat şəklində uşaq üçün qurasınız.
Həmin an uşaq qutuların hamısını dərhal dağıdacaq. Siz isə narahat olma‐
yın, yenidən bir daha onları həvəslə düzməyə başlayın. Uşaq yenə də dağı‐
dacaq... Əlbəttə, körpə uşaqla belə bir çətin oyunun oynanılması asanlıqla
başa gəlməyəcək. Belə olan halda yaxşı olar ki, uşağın əlindən tutub
əzizləyə‐əzizləyə oyunu ona öyrədəsiniz. Görəcəksiniz ki, uşaq oyunu diq‐
qətlə izləyir. Oyun yaxşı nəticə verdikdən sonra qutuların sayını artırmağa
başlayın. Bir qədər keçdikdən sonra uşaq qutuları tək qurmağa həvəs gös‐
tərəcək.
Bu tipli oyunlar uşaqların sərbəst fəaliyyətini formalaşdırır. Və qabiliy‐
yətlərini üzə çıxarır. Belə oyunların aparılması uşaqlarda yaradıcılığın, səb‐
rin, zehnin və iradənin inkişafına səbəb olur. Yaxşı olar ki, valideyn belə
növ oyunlardan çox istifadə etsin.
İkinci oyun: Bu oyun “gizlənqaç” (xalq arasında buna “gizlənpaç” da
deyilir) oyunu adlanır. Uşaqlar bu oyunu çox sevirlər. Bu oyunun özünə‐
məxsus xüsusiyyətləri vardır.
Adətən bir qrup uşaq otağa tək daxil olan zaman nədənsə vahimələnib
ağlayır, ya da otaqdan qaçaraq qorxduqlarını bildirirlər. Belə olan təqdirdə
valideynin uşaqla kiçik him‐cim (pantomimika) oyunları göstərməsi yerinə
düşərdi. Məsələn, uşaqla “gizlənpaç” oynayarkən uşaq qorxduğu hadisəni
bir anlığa unutmalı olur. Nəticədə isə “mən qorxdum”, “qorxuram” sözlə‐
rini demir. Yəni qorxu fikrindən uzaqlaşır. Uşaq “gizlənpaç” oynayan za‐
man diqqətində əsasən kimisə axtarmaq və tapmaq komponenti durur.
Oyun davam etdikcə uşaqda məqsədə çatmaq halları daha da artır. Uşağın
iradəsi isə getdikcə formalaşır və möhkəmlənir.
İnadkarlıq uşaqlarda erkən dövrlərdən yaranmağa başlayır. Böyüdük‐
cə uşağın inadından dönməməsi, tərslik etməsi, heç kimlə razılaşmaması
V Fəsil. Uşaq təlimi
77
valideynlərdə narazılıq hissi yaradır. Valideyn çalışır ki, uşağı inadından
döndərsin. O, uşağın inadının əksinə gedərək hadisəni daha da böyüdür.
Maraqlıdır ki, uşağın inadı əksinə olaraq daha da artır...
Hadisə.
– Mehman, sən ayaqqabını düzgün geyinmirsən. Ayaqqabının sağ tayını sağ aya‐
ğa, sol tayını isə sol ayağa geyinmək lazimdır!
Mehman anasının sözünə əhəmiyyət vermir. Özü istədiyi kimi hərəkət edir.
Valideyn uşağın üstünə qışqırır:
– Karsan? Demədim düz geyin?
Uşaq qorxaraq ağlamağa başlayır….
Yaxşı olardı ki, valideyn ayaqqabını cütləyib uşağı başa salsın. Əgər
uşaq yenə də tərs geyinsə, heç bir söz deməsin. Çünki bir azdan uşaq özü
hiss edəcək ki, yeriyə bilmir. Valideyn onda bir də uşağı başa salmalıdır.
Düzdür, bu valideyndən səbir tələb etsə də, hər halda qışqırtıya, uşağın
ağlamağını kəsməyə daha çox vaxt sərf olunur.
Hadisə.
Şirniyyat mağazasına anası ilə daxil olan 3 yaşlı Fatimə əlini bahalı torta
uzadıb ”onu istəyirəm” deyir. Anası başqa şirniyyatları göstərib deyir: “O pis‐
dir, bax, bunlar yaxşıdır, gəl, bunu alaq. Fatimə isə: “Onu istəyirəm!” – deyə
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
78
ağlamsınır.. Görəndə ki, anası başqa şirniyyatlar alıb, onun istədiyini yox, tez
əlini anasının əlindən çəkir. Başını aşağı salıb “küsdüm” – deyə yerində durur.
Anası onun əlindən tutub aparmaq istədikdə dartınıb o biri tərəfə qaçır. Vəziy‐
yətin gərginləşdiyini görən ana məcbur olub Fatimə istəyən şirniyyatı alır…
Əgər belə hallar tez‐tez təkrar olunarsa, valideyn qoxmamalıdır ki, bu
hal vərdişə və ərköyünlüyə çevrilsin. Uşağa çoxlu izahatlar verilməlidir.
Yuxarıdakı hadisədə isə Fatimənin anası növbəti dəfə mağazaya daxil ol‐
mamışdan əvvəl ona deməlidir: “Bax, mağazada ağlasan, hec nə almayaca‐
ğam, özüm nə lazımdırsa, onu alacağam, ağlasan, bir də səninlə mağazaya
getməyəcəyəm. ”Mağazada isə Fatimənin xoşladığı şirniyyatı alır. Uşaq
sanki başa düşür:”Anam lazım olanı alır”.
Hadisə.
Vüsalə paltar dolabını açıb paltarları yerə tökməyə başlayır, sonra özünün
istədiyi paltarı götürüb geyinməyə çalışır. Anası bu hadisəni görcək paltarları
Vüsalənin əlindən alıb onu tənbeh edir. Vüsalə isə anasının tənbehini qəbul
etmir, ağlayıb hay‐küy salır. Anası onu sakitləşdirə bilmir, əlindən tutub başqa
otağa aparır. Vüsalə isə anasından ayrılıb həmin otağa doğru qaçır.
Görəsən, uşağın belə vəziyyətində valideyn nə etməlidir? Valideyn
uşağı o biri otağa aparanda, orada ona daha maraqlı olan məşğuliyyət tap‐
malıdır. Onu başa salmalıdır ki, sən hələ balacasan, paltarları dağıtma,
məndən istə, böyüyəndə özün götürərsən. Hətta bir neçə paltar verib deyir:
“Gəl, bunu gəlinciyə geyindirək”.
Müşahidələr göstərir ki, iki və üç yaşlı uşaqlar özlərini daha sərbəst hiss
etmək istəyir, onlardan tələb olunan qadağaları qəbul etmək istəmirlər. Bu
yaş dövründə onlar özlərini müstəqil şəkildə göstərməyə can atırlar. Odur
ki, onların inadkarlıqlarına qarşı bir qədər səbirli və nəzakətli olmaq la‐
zımdır.
*Vahimə.
Vahimə və qorxu anlayışları geniş psixoloji məna kəsb edir. Qorxunun
üç əsası vardır. Bunların birincisi dəhşət hissidir. İkincisi bu dəhşət hissinin
səbəb olduğu fiziki dəyişikliklərdir. Son əsası isə bu haldan qaçma və özü‐
nü qoruma hissidir. Qorxunun uşaqda yaratdığı dəhşət hissi düşüncələrin‐
də fərqləndirmələrə səbəb olur. Mənfi istiqamətdə düşünən uşaq uğur qa‐
zana və heç nə edə bilməyəcəyini düşünür. Bu halı böyüdür və özünü
çarəsiz hiss edir. Bu hiss və düşüncələrsə, onda hadisələrə nəzarət edə bil‐
məyəcəyi fikrini oyadır. Fiziki dəyişikliklərin dərəcəsi, eyni zamanda, qor‐
xunun dərəcəsini də göstərir. Qorxunu yaşayan uşağın ürək döyüntüləri və
Dostları ilə paylaş: |