Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə29/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   25   26   27   28   29   30   31   32   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
76 
İnsan dünyaya iradəli gəlir, yoxsa iradə sonradan yaranır? Əlbəttə, ira‐
dənin  notları  əvvəlcə  ailənin  ona  təlqin  etdiyi  təlimdə,  sonra  isə  yaşadığı 
cəmiyyətdə  yaranmağa  başlayır.  Uşaq  psixologiyasında  iradə  amili  zəruri 
hesab  olunan  xüsusiyyətlərdən  biridir.  Uşaqlarda  iradə  möhkəmliyinin 
düzgün tərbiyə edilməsi onların həyatda dözümlü, təmkinli, səbirli, qətiy‐
yətli olması, tapşırılan hər hansı bir işi axıra qədər yerinə yetirməsi demək‐
dir. İradəli insan həm qarşısına qoyduğu məqsədlərə çatır, həm də həyatda 
rastlaşdığı  çətinlikləri  asan  həll  edə  bilir.  Odur  ki,  uşaqlarda  iradə  möh‐
kəmliyini formalaşdırmaq üçün valideyn uşaqla birlikdə kiçik həcmli oyun 
növləri hazırlamalıdır. Nümunə üçün aşağıdakı iki oyun verilmişdir.  
Birinci oyun. Əvvəlcə yaxşı olar ki, uşağın qarşısına yüngül çəkili kiçik 
qutular düzəsiniz. Sonra bu qutuları şahmat şəklində uşaq üçün qurasınız. 
Həmin an uşaq qutuların hamısını dərhal dağıdacaq. Siz isə narahat olma‐
yın, yenidən bir daha onları həvəslə düzməyə başlayın. Uşaq yenə də dağı‐
dacaq...  Əlbəttə,  körpə  uşaqla  belə  bir  çətin  oyunun  oynanılması  asanlıqla 
başa  gəlməyəcək.  Belə  olan  halda  yaxşı  olar  ki,  uşağın  əlindən  tutub 
əzizləyə‐əzizləyə oyunu ona öyrədəsiniz. Görəcəksiniz ki, uşaq oyunu diq‐
qətlə izləyir. Oyun yaxşı nəticə verdikdən sonra qutuların sayını artırmağa 
başlayın. Bir qədər keçdikdən sonra uşaq qutuları tək qurmağa həvəs gös‐
tərəcək.  
Bu tipli oyunlar uşaqların sərbəst fəaliyyətini formalaşdırır. Və qabiliy‐
yətlərini üzə çıxarır. Belə oyunların aparılması uşaqlarda yaradıcılığın, səb‐
rin,  zehnin  və  iradənin  inkişafına  səbəb  olur.  Yaxşı  olar  ki,  valideyn  belə 
növ oyunlardan çox istifadə etsin.  
İkinci  oyun:  Bu  oyun  “gizlənqaç”  (xalq  arasında  buna  “gizlənpaç”  da 
deyilir)  oyunu  adlanır.  Uşaqlar  bu  oyunu  çox  sevirlər.  Bu  oyunun  özünə‐
məxsus xüsusiyyətləri vardır.  
Adətən bir qrup uşaq otağa tək daxil olan zaman nədənsə vahimələnib 
ağlayır, ya da otaqdan qaçaraq qorxduqlarını bildirirlər. Belə olan təqdirdə 
valideynin uşaqla kiçik him‐cim (pantomimika) oyunları göstərməsi yerinə 
düşərdi. Məsələn, uşaqla “gizlənpaç” oynayarkən uşaq qorxduğu hadisəni 
bir anlığa unutmalı olur. Nəticədə isə “mən qorxdum”, “qorxuram” sözlə‐
rini  demir.  Yəni  qorxu  fikrindən  uzaqlaşır.  Uşaq  “gizlənpaç”  oynayan  za‐
man  diqqətində  əsasən  kimisə  axtarmaq  və  tapmaq  komponenti  durur. 
Oyun davam etdikcə uşaqda məqsədə çatmaq halları daha da artır. Uşağın 
iradəsi isə getdikcə formalaşır və möhkəmlənir.  
İnadkarlıq uşaqlarda erkən dövrlərdən yaranmağa başlayır. Böyüdük‐
cə  uşağın  inadından  dönməməsi,  tərslik  etməsi,  heç  kimlə  razılaşmaması 


V Fəsil. Uşaq təlimi 
 
 
77 
valideynlərdə  narazılıq  hissi  yaradır.  Valideyn  çalışır  ki,  uşağı  inadından 
döndərsin.  O,  uşağın  inadının  əksinə  gedərək  hadisəni  daha  da  böyüdür. 
Maraqlıdır ki, uşağın inadı əksinə olaraq daha da artır...  
Hadisə
–   Mehman, sən ayaqqabını düzgün geyinmirsən. Ayaqqabının sağ tayını sağ aya‐
ğa, sol tayını isə sol ayağa geyinmək lazimdır! 
Mehman anasının sözünə əhəmiyyət vermir. Özü istədiyi kimi hərəkət edir.  
Valideyn uşağın üstünə qışqırır: 
–   Karsan? Demədim düz geyin? 
Uşaq qorxaraq ağlamağa başlayır….  
Yaxşı  olardı  ki,  valideyn  ayaqqabını  cütləyib  uşağı  başa  salsın.  Əgər 
uşaq yenə də tərs geyinsə, heç bir söz deməsin. Çünki bir azdan uşaq özü 
hiss  edəcək  ki,  yeriyə  bilmir.  Valideyn  onda  bir  də  uşağı  başa  salmalıdır. 
Düzdür,  bu  valideyndən  səbir  tələb  etsə  də,  hər  halda  qışqırtıya,  uşağın 
ağlamağını kəsməyə daha çox vaxt sərf olunur.  
Hadisə.  
Şirniyyat  mağazasına  anası  ilə  daxil  olan  3  yaşlı  Fatimə  əlini  bahalı  torta 
uzadıb ”onu istəyirəm” deyir. Anası başqa şirniyyatları göstərib deyir: “O pis‐
dir, bax, bunlar yaxşıdır, gəl, bunu alaq. Fatimə isə: “Onu istəyirəm!” – deyə 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
78 
ağlamsınır.. Görəndə ki, anası başqa şirniyyatlar alıb, onun istədiyini yox, tez 
əlini anasının əlindən çəkir. Başını aşağı salıb “küsdüm” – deyə yerində durur. 
Anası onun əlindən tutub aparmaq istədikdə dartınıb o biri tərəfə qaçır. Vəziy‐
yətin gərginləşdiyini görən ana məcbur olub Fatimə istəyən şirniyyatı alır…  
Əgər  belə  hallar  tez‐tez  təkrar  olunarsa,  valideyn  qoxmamalıdır  ki,  bu 
hal  vərdişə  və  ərköyünlüyə  çevrilsin.  Uşağa  çoxlu  izahatlar  verilməlidir. 
Yuxarıdakı  hadisədə  isə  Fatimənin  anası  növbəti  dəfə  mağazaya  daxil  ol‐
mamışdan əvvəl ona deməlidir: “Bax, mağazada ağlasan, hec nə almayaca‐
ğam, özüm nə lazımdırsa, onu alacağam, ağlasan, bir də səninlə mağazaya 
getməyəcəyəm.  ”Mağazada  isə  Fatimənin  xoşladığı  şirniyyatı  alır.  Uşaq 
sanki başa düşür:”Anam lazım olanı alır”.  
Hadisə.  
Vüsalə  paltar  dolabını  açıb  paltarları  yerə  tökməyə  başlayır,  sonra  özünün 
istədiyi paltarı götürüb geyinməyə çalışır. Anası bu hadisəni görcək paltarları 
Vüsalənin  əlindən  alıb  onu  tənbeh  edir.  Vüsalə  isə  anasının  tənbehini  qəbul 
etmir, ağlayıb hay‐küy salır. Anası onu sakitləşdirə bilmir, əlindən tutub başqa 
otağa aparır. Vüsalə isə anasından ayrılıb həmin otağa doğru qaçır.  
Görəsən,  uşağın  belə  vəziyyətində  valideyn  nə  etməlidir?  Valideyn 
uşağı o biri otağa aparanda, orada ona daha maraqlı olan məşğuliyyət tap‐
malıdır.  Onu  başa  salmalıdır  ki,  sən  hələ  balacasan,  paltarları  dağıtma, 
məndən istə, böyüyəndə özün götürərsən. Hətta bir neçə paltar verib deyir: 
“Gəl, bunu gəlinciyə geyindirək”.  
Müşahidələr göstərir ki, iki və üç yaşlı uşaqlar özlərini daha sərbəst hiss 
etmək istəyir, onlardan tələb olunan qadağaları qəbul etmək istəmirlər. Bu 
yaş dövründə onlar özlərini müstəqil şəkildə göstərməyə can atırlar. Odur 
ki,  onların  inadkarlıqlarına  qarşı  bir  qədər  səbirli  və  nəzakətli  olmaq  la‐
zımdır.  
*Vahimə.  
Vahimə və qorxu anlayışları geniş psixoloji məna kəsb edir. Qorxunun 
üç əsası vardır. Bunların birincisi dəhşət hissidir. İkincisi bu dəhşət hissinin 
səbəb olduğu fiziki dəyişikliklərdir. Son əsası isə bu haldan qaçma və özü‐
nü qoruma hissidir. Qorxunun uşaqda yaratdığı dəhşət hissi düşüncələrin‐
də fərqləndirmələrə səbəb olur. Mənfi istiqamətdə düşünən uşaq uğur qa‐
zana  və  heç  nə  edə  bilməyəcəyini  düşünür.  Bu  halı  böyüdür  və  özünü 
çarəsiz hiss edir. Bu hiss və düşüncələrsə, onda hadisələrə nəzarət edə bil‐
məyəcəyi fikrini oyadır. Fiziki dəyişikliklərin dərəcəsi, eyni zamanda, qor‐
xunun dərəcəsini də göstərir. Qorxunu yaşayan uşağın ürək döyüntüləri və 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə