V Fəsil. Uşaq təlimi
81
sələn, doğuşdan sonra ilk ildə bütün uşaqlar yüksək və ani səslərə qarşı
həssasdırlar. Bununla birlikdə valideynlərdən ayrılmaq, tanış olmayan yer
və insanlar, yüksək yerlər, ani yerdəyişmələr və heyvanlar da uşaqlarda
qorxu yaradır. İki – dörd yaş arasında itirmə və ayrılma qorxusu nəzərə
çarpır. Bu yaşlarda tək qalma, qaranlıq, ilan, it kimi heyvanlar qorxuya
səbəb olur. Bu yaş qrupunda körpəlikdən və yetkinlikdən daha çox qorxu
yaşandığı görünür. Bunun səbəbi isə əvvəlcədən başa düşmədiyi hadisə və
əşyaların artıq təhlükəli olduğunu bilməsidir. Bununla belə, bu halların
“fərdi hədə” yaratmadığını belə başa düşə bilmirlər. Dörd yaşından məktəb
çağına qədər eyni səbəbə bağlı qorxu oyadan əşyaların sayında, çeşidində
və dərəcəsində də əhəmiyyətli dəyişmələr olur. Qaranlıqdan, tək qalmaq‐
dan, xəyalında yaratdığı varlıqlardan və onları qaçırda biləcək insanlardan
qorxmağa başlayırlar. Məktəbəqədərki dövrdən sonra uşaqlarda qorxu
hisslərinin azalması müşahidə olunmağa başlayır. Bunun səbəbi uşağın
məktəbə başlaması ilə artıq xəyal və gerçəkləri bir‐birindən ayıra bilməsi və
xəyal nəticəsində qorxduğu şeyləri artıq dərk etməsidir.
56
Qorxu hallarının ən çox
yayılmış növlərindən biri fobiyadır. Fobiya
daima insanı müşayiət edən əsassız qorxu hissidir ki, bu da insanın normal
həyat fəaliyyətinə mane olur. Fobiyanın aşağıdakı növləri var:
1. Sudan (akvafobiya); 2. Yüksəklikdən (akrofobiya); 3. Tək qalmaq‐
dan (autofobiya); 4. Qaranlıqdan (niktofobiya); 5. Qandan (gemofobiya);
6. Heyvanlardan (zoofobiya) qorxma halları daha çox müşahidə olunur.
57
Məsələn, bəzi uşaqları hamamda çimizdirərkən onlar sudan qorxub
çığırır, əsəbi hallara düşürlər. Valideyn isə buna fikir vermək istəmir, uşa‐
ğın üstünə qışqırır, onu tez çimizdirib çıxarmaq istəyir. Bu zaman valideyn
bilməlidir ki, uşağın üstünə qışqırmaq əvəzinə, onu suya alışdırmalıdır
(müxtəlif oyuncaqları vannaya atıb onun fikrini yayındırmalı, əzizləmə‐
lidir). Əgər valideyn uşağın qışqırmağına fikir vermirsə, bu hal növbəti
dəfə daha da kəskinləşəcək.
Başqa bir misal. Çox vaxt uşaqlar evdə olan pişiyi gördükdə qorxub
valideynlərinin üstünə qaçırlar. Hadisəni görən valideyn bunun mahiyyə‐
tinə varmır. Növbəti dəfə uşaq pişiyi görəndə çığırmağa başlayır. Valideyn
uşağı pişiyə alışdırıb, onda pişiyə qarşı sevgi hissi oyatmalıdır.
Qorxu zamanı hər hansı bir gerçək olan və ya təsəvvür edilən hadisə
həyəcandan əmələ gəlir.
56
Gül Şendil “Çocuk Ergen Anne ve Baba” (səh. 95‐96)
57
Virginia Quinn “ Прикладная психология” (səh. 318)
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
82
Həyəcan konkret hadisələrlə bağlı olmayan təhlükəli bir şeyin gözlənil‐
məsi ilə mövcud, diffuziya xarakteri daşıyan mənfi emosional hisskeçirmə
prosesidir. Həyəcan çox xoşagəlməz hissdir. İnsan heç nədən izaholunmaz,
dəhşətli bir həyəcan hissi keçirir. Uşaqlarda isə bu hiss daha tez‐tez baş
verir. Bu hal onlarda narahatlıq, əsəbilik, gərginlik yaradır.
Hadisə.
İki yaşlı Orxan beş yaşlı bacısı Aliyə ilə evdə, böyük otaqda oynayırdılar.
Valideynləri evdə idi. Televizor işləyirdi. Aliyə qəfildən qardaşına “Orxan, qaç,
gəldi”, – deyərək atası olan otağa qaçdı. Orxan kimin, nəyin gəldiyini dərk
etmədən vahimə içərisində bacısının ardınca qaçaraq və böyük bir təhlükənin
yarandığını təsəvvür edərək oynadıqları otağa baxmağa başladı. Atası həmin
anda hadisəyə münasibətini bildirərək qızını tənbeh edir. Təkidlə oğluna:
“Oğlum, burada heç nə yoxdur. Bacın səni aldadır. Qorxma” deyərək oğlunun
əlindən tutub, içəri otağa aparır və ona” görürsən, burada da heç nə yoxdur” –
deyib otağın hər küncünü göstərir.
Hadisədən 7 il keçdiyinə və Orxanla müntəzəm olaraq izahat işləri apa‐
rılmasına baxmayaraq, o hələ də otaqda tək qala bilmir. Başqa sözlə, Orxan
həmin hadisəni hələ də unutmamışdır. Bəzən Orxan uşaqlarla evdə qaçdı‐
tutdu oynayarkən və yaxud da ona lazım olan hər hansı əşyanı götürərkən
otağa tək daxil olur. Lakin əksər hallarda o, hadisəni unutmadığı üçün tək
V Fəsil. Uşaq təlimi
83
heç bir otaqda qala bilmir. Bəzən də qorxduğu otağa daxil olur, hadisə ya‐
dına düşən kimi, nə məqsədlə gəldiyini unudaraq geriyə qaçır. Əlbəttə,
belə bir hadisə ailədə həmişə narahatlıq yaradır. Hadisə baş verən vaxt
Orxan destruktiv stress vəziyyətini keçirmiş, onun psixikasında anormal
bir hadisə yaranmışdır. Həmin anda uşağın sifət cizgiləri avazımış, gözləri
bərəlmiş halda olmuşdur. Valideynlərlə apardığımız sorğudan məlum olur
ki, hadisə uşağın yadına düşdükdə o, valideynlərinə tərəf qaçır, onun
üzündə yenə də o vaxtkı qorxu ifadəsi yaranır.
Bu tipli hadisələrdə qorxu səbəbinin çoxdan aradan götürülməsinə bax‐
mayaraq, çox vaxt ağır və qorxunc hadisələrdən sonra uşaqda şiddətli (va‐
himəli) həyəcan qala bilir.
Apardığımız müşahidələrə görə, yüksək həyəcan keçirən uşaqlarda
fizioloji baxımdan tərləmə, titrəmə, təngnəfəslik və ürək döyüntüsünün
artması, yüksək emosionallıq əlamətləri olur.
Kiçikyaşlı uşaqların belə formalarda qorxudulması yolverilməzdir və
yuxarıda göstərilənlər pis nəticə verə bilər. Ümumiyyətlə, uşaqların lüzum‐
suz qorxudulması onlarda kəkələmə, hətta dilin tutulması, sifət sinir telləri‐
nin iflici, ağır hallarda isə kiçik yaşlı uşaqlarda eklomasiya (qıcolma, ürək‐
getmə), yeniyetmələrdə epilepsiya yarada bilər. Göstərilən mənfi hallar
yaranarsa, onların aradan qaldırılması üçün valideyn: a) uşağın ətrafinda
sağlam mühit yaratmalı; b) uşağı təxirə salmadan mütəxəssisə – psixotera‐
pevt, nevropatoloq, psixoloq və ya təcrübəli loqoped‐defektoloqa göstər‐
məlidir.
Vahimə yaratmaq kimin üçünsə müvəqqəti əyləncədirsə, vahimələnən
uşaq üçün isə onun yaddaşında, psixikasında dərin iz buraxan, mənfi
nəticələr verən psixoloji hadisədir. Vahimə və həyəcan uşaq psixikasında
gərginlik, affekt vəziyyəti yaradır. Nəticədə tez yorulub, öz funksiyasını
bərpa edə bilməyən və bu gərginlikdən fasiləsiz qıcıqlanan beyin qabığı və
qabıqaltı törəmələrdə ektopik ocaqlar əmələ gətirir. Bu hal gələcəkdə də
hər hansı bir şiddətli impuls ocağı oyadaraq uşaqda qorxu hissini yarada‐
caqdır.
İndi isə iki – üç yaşlı uşaqların iradəsinə və mənəviyyatına kobud təsir
edən bir neçə neqativ hadisələrlə sizi tanış edək.
Hadisə: 2‐3 yaşında olan Fuada nənəsi, sözünə baxmadıqda deyərdi: ”Bax,
ayı gəlib səni aparar, ha!”
Nəticə: 2‐3 yaşında olan Fuada nənənin dediyi “ayı səni aparar” sözləri
uşaqda qorxulu təhlükənin təməlini qoyur.
Dostları ilə paylaş: |