Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
90
Dırnaqyemə, saçlaoynama, buruneşmə və s. kimi insanın əsəblərinə
toxunan vərdişlər uşağın daxili narahatlıq keçirdiyini, əsəblərinin gərgin
olduğunu göstərir. Çox zaman valideynlər uşaqlarının dırnağını yediyini,
burnunu eşdiyini və ya paltarının qolunu çeynədiyini, dartdığını görəndə “
dırnağını yemə, əllərini pis günə qoyursan”, “ burnunu qurdalama, iyrənc
işlər görmə, tez ol, get əllərini yu!” və ya “paltarın qolunu gör nə günə qoy‐
dun?” deməklə kifayətlənirlər. Ata‐anaların belə hallarda uşağı danlamaq
əvəzinə, nə səbəbdən belə etdiyini öyrənmələri, nəyə görə həyəcan keçir‐
diyi ilə maraqlanmaları daha yaxşı olardı.
Əgər uşaqlarda özünəqapanma, qaradinməzlik varsa, ətrafdan təcrid
olmağa çalışırsa, bu, onların stres keçirdiyini göstərir.
Hər bir insan həyatda müəyyən hallarda qorxur, o cümlədən də azyaşlı
uşaqların bəzən qorxması normal hal sayılır. Ancaq uşaq, fərqli olaraq, da‐
ha çox qorxursa, bu, onun narahat olduğunu göstərir. Uşağın daxilində olan
narahatlıq, həyəcan, stres bəzən özünü normal olmayan, hədsiz qorxu ilə
büruzə verir.
O cümlədən həddindən artıq narahatlıq, hər şeyə görə həyəcanlanma,
gündəlik həyatımızda baş verən hadisələrə sakit yanaşa bilməməsi uşağın
depressiyada olmasını, əsəblərinin sakit olmamasını göstərir.
Bəzən uşaqların təcavüzə meyilli olması, ətrafdakılara, o cümlədən də
valideynlərinə qarşı əsəbi davranmaları, kəskin reaksiyalar verməsi, səbir‐
siz hərəkətləri ata‐analarını hövsələdən çıxarır. Belə hallarla qarşılaşan
valideynlər, çox zaman “bəsdir özünü dəliliyə qoydun”, “özünü ağıllı apar”
deməklə, uşağı danlamaqla, özlərinə qarşı etdiyi hərəkətləri hörmətsizlik
hesab edib uşaqları cəzalandıraraq məsələni bitmiş hesab edirlər. Halbuki,
belə hallarda uşaqların bu cür davranışlarının səbəbi çox zaman keçirdiyi
stresdir (ərköyün uşaqlar nəzərə alınmır). Məsələnin danlamaq və cəzalan‐
dırmaqdan daha yaxşı həll yolları var ki, bu da uşağı anlamağa çalışmaq və
qayğı göstərməkdir.
Uşaqlar hər zaman ana qucağına, valideyn qayğısına ehtiyac duyurlar.
Ancaq həddindən artıq dərəcədə valideynə sığınma ehtiyacı varsa, bu, stres
və depressiyadan qaynaqlanır.
Uşağın barmaqəmmək, alt islatmaq kimi körpə yaşlarındakı davranış‐
lara qayıtması, onun stresdə olduğunu göstərir.
Stres və depressiyanın bir əlaməti də həddindən artıq dərəcədə sevdiyi,
bağlandığı insanlardan ayrı qalmaq qorxusudur. Əgər uşaq valideynlərin‐
dən çox qısa müddətə də olsa, ayrı düşdükdə, ata‐anası harasa gedəndə
həmişə dalınca ağlayırsa, bu onun narahatlıq, əsəb gərginliyi keçirdiyindən
xəbər verir.
V Fəsil. Uşaq təlimi
91
Uşağın səbəbsiz, adi şeylərə görə tez‐tez ağlaması onun stres keçirməsi
ilə əlaqədardır.
Təbii ki, stres keçirən uşaqların hamısında eyni əlamətlərin və ya bütün
əlamətlərin hamısının birdən olması vacib deyil. Stresin uşağa təsir etmə və
uşağın davranışlarında özünü büruzə vermə dərəcəsi eyni deyildir. Bu,
uşağın yaşına, inkişaf dərəcəsinə, yaşadığı mühitə, ailəsindəki vəziyyətə,
xasiyyətinə və streslə mübarizə etmə, vəziyyətdən çıxış yolu tapma qabiliy‐
yətinə görə dəyişir.
Belə bir fikir ortaya çıxa bilər ki, daima valideynləri tərəfindən qorunan
uşaq heç vaxt stres keçirə bilməz. Ancaq bu fikir bir o qədər də düz deyil.
Çünki bəzən uşağını həddindən artıq qoruyan valideynlər uşaqlarının
stresə düşməsinə səbəb olur və yeni stres qaynaqları yaradırlar. Uşaqların
həddindən artıq qorunması, nəzarət altında saxlanılması onların sərbəstli‐
yini azaltdığı üçün, stresə salır və əsəb gərginliyi keçirməsinə səbəb olur.
Bunun qarşısını almaq üçün realist olun, uşağınızın hələ balaca olduğunu
unutmayın, onun sərbəst olması, oyun oynaya bilməsi üçün şərait yaradın.
Çox valideynlər uşağın ağlının heç nə kəsmədiyini və heç bir qərar verə
bilmə qabiliyyətinə malik olmadığını düşünür, daima ona nə etmək lazım
olduğunu göstərir, hər işdə əmr edən tərəf olurlar. Valideynlərin böyük
əksəriyyətində belə bir fikir formalaşıb ki, “uşaq özü üçün nəyin yaxşı,
nəyin pis, nəyin xeyirli, nəyin isə zərərli olduğunu seçmək iqtidarında
deyil, buna görə də hər şeyi uşaqların yerinə valideyn seçməlidir, hər
halda, ata‐ana yaşca böyükdür, dünya görüb və buna görə də ən yaxşısını
onlar bilir”, “indi istəməyə bilər, ancaq vaxt gələcək, mənə sağ ol deyəcək”.
Belə fikirlər bir o qədər də doğru deyil. Çünki hər şeyi uşağınızın yax‐
şılığını düşünüb etsəniz, belə daimi əmrlər vermək və uşağı istəmədiyi bir
işi etməyə məcbur etmək onun gərginlik yaşamasına və stresə düşməsinə
səbəb ola bilər. Belə hallarda uşaqlar bəzən daima əmrlər yağdıran ata‐
analarının onları sevmədiklərini belə düşünə bilirlər. Belə halların baş ver‐
məməsi üçün sadəcə hər hansı bir işi görməsi üçün uşağınıza əmr etmək
əvəzinə, ona bir neçə variant təklif edin və özünün qərar verə bilməsinə
şərait yaradın. Öz iradəsi ilə qərar verməsi valideynlərinin ona hörmət etdi‐
yini, onu sevdiyini düşünməsinə, özünü sərbəst hiss etməsinə səbəb olur,
ortada olan stresi aradan qaldırır.
Valideynlərin qarşısında duran digər vəzifə də günümüzdə çox istifadə
olunan televizoru seyr edərkən uşağınızda gərginlik yaradan proqramların
izlənilməsinə mane olmaqdır. Televizor güclü təsir qabiliyyətinə malikdir.
O, nəinki azyaşlı uşaqların, hətta yetkin, müəyyən formalaşmış xarakterə
sahib insanların psixologiyasına da mənfi təsir edir; televizor hər gördüyü
Dostları ilə paylaş: |