Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə30/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   26   27   28   29   30   31   32   33   ...   75

V Fəsil. Uşaq təlimi 
 
 
79 
tənəffüs  ritminin  sürəti  artır,  ağzı  quruyur,  əzələləri 
sıxılır və əlləri tərləyir. Bu dəyişikliklərin səbəbi uşağı 
bu  haldan  qaçmağa  hazırlayır.  Qorxu  hissi  oyandığı 
anda uşağın fiziki və psixoloji cəhətdən necə reaksiya 
verəcəyi önəmlidir. Ac, yorğun və həssas olduğu za‐
manlarda  uşağın  qorxusu  da  çox  olur.  Uşaqda  istər 
mərkəzi,  istərsə  də  periferik  sinir  sistemi  tam  forma‐
laşmağa başladığından, məhz bu dövrdə onlarda yaş‐
larına  uyğun  olan  hərəkətlər  meydana  çıxır.  İnsan 
beyni  çox  böyük  dərketmə  imkanlarına  malikdir. 
Qeyd etmək lazımdır ki, digər psixi proseslər kimi, hisslər də beyin fəaliy‐
yətinin  məhsuludur.  Onların  əmələ  gəlməsində  beynin  qabıqaltı  sahələ‐
rində  baş  verən  sinir  prosesləri  çox  mühüm  rola  malikdir.  Bu  baxımdan 
hisslərin  yaranmasında  hippokamp,  hipotalamus,  talamus  müstəsna  rol 
oynayır.  
Həmin  sahələr  ürəyin,  həzm  orqanlarının  və  daxili  ifrazat  vəzilərinin 
fəaliyyətini  tənzim  etməklə,  hal  və  halətin  fizioloji  əsasını  təşkil  edir.  Qa‐
bıqaltı sahə ilə beynin qabığı arasında daim əks münasibətin olması insan 
orqanizimində reaksiyaların nizama salınmasında müstəsna rola malikdir.  
Vahimə  uşaq  psixikasında  gərginlik  vəziyyəti  yaradır.  Nəticədə  tez 
yorulub,  öz  funksiyasını  bərpa  edə  bilməyən  və  bu  gərginlikdən  fasiləsiz 
qıcıqlanan beyin qabığı və qabıqaltı törəmələrdə ektopik ocaqlar əmələ gə‐
lir.  Gələcəkdə  hər  hansı  şiddətli  impuls  bu  ocağı  oyadaraq  uşaqda  qorxu 
hissini oyadır.  
*Qorxu və həyəcan.  
Qorxu  təhlükə  qarşısında  yaranan  emosiyadır.  Başqa  hallardan  fərqli 
olaraq,  qorxu  real  faktorlardan  yaranan  hissdir.  Funksional  olaraq,  qorxu 
insanı  qarşıdan  gələn  təhlükədən  xəbərdar  edir  və  imkan  verir  ki,  diqqəti 
onun kökünə cəmləşdirib çıxış yollarını axtarsın. Təhlükənin xarakterindən 
asılı olaraq, qorxunun intensivliyi və həyəcanın spesifikası geniş diapazon‐
dur (ehtiyat etmək, qorxmaq, vahimələnmək və s.).  
İnsan dərk etdiyi cisim və hadisələrlə özünün və başqalarının rəftar və 
fikirlərinə  daim  müəyyən  münasibət  bəsləyir.  Onun  təbiət  və  cəmiyyətlə 
əlaqəsinin bu forması öz ifadəsini hisslərdə tapır.  
Hisslər mənfi və müsbət olmaqla iki qrupa bölünür. Kədər, qəzəb, nif‐
rət mənfi hisslərə, sevinc, sevgi, məhəbbət isə müsbət hisslərə aiddir. Qorxu 
və inamsızlıq da mənfi hisslər qrupuna daxildir.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
80 
Qorxu və inamsızlıq insanın psixoloji fəallığını və dinamikliyini azaldır, 
yaradıcı fəaliyyətinə mane olur. Odur ki, qorxu və inamsızlığa üstüngəlmə 
uşağın  inkişafı  üçün  böyük  həyati  əhəmiyyətə  malik  olan  bir  məsələ  kimi 
diqqəti  cəlb  edir.  Qorxaqlıq  və  özünəinamsızlıq  insan  üçün  daimi  və  ya 
dəyişkən  keyfiyyət  deyildir.  Bu  nöqsanların  hər  ikisi  fəaliyyət  prosesində, 
xüsusən insanın həyat tərzində əsaslı surətdə dəyişiklik yarada bilir. Təlim 
fəaliyyəti  şagirdlərin  həyat  tərzinə  daha  böyük  dəyişiklik  gətirir.  Bəzi 
uşaqlarda bu vəziyyət qorxu və inamsızlıq doğurur, bəzilərində isə əksinə, 
heç bir həyəcan yaratmır. Qorxu hissi daimi hal alıb, insanın xarakter əla‐
mətinə  çevrildikdə,  qorxaqlıq  formasında  özünü  büruzə  verir.  Qorxaqlıq 
isə  müxtəlif  cür  qorxuların,  cəsarətsizliyin,  iradəsizliyin  məcmusudur. 
Göstərilən  qorxaqlıq  və  özünəinamsızlıq  hissi  getdikcə  davam  edərsə  və 
buna  qarşı  heç  bir  profilaktik  iş  aparılmazsa,  uşaqlarda  bu  hal  daha  da 
dərinləşər və müxtəlif cür pozuntulara gətirə bilər. 
55
 
Bəzi  qorxular  da  xəyal  dünyasının  inkişafı  ilə  bağlıdır.  Belə  ki,  uşaq 
eşitdiyi  və  gördüyü  əşya  və  hadisələr  haqqında  özünə  görə  içində  təsəv‐
vürlər  yaradacaqdır.  Qorxuların  öyrənilməsindəki  digər  yol  təcrübələrdir. 
Uşaqlıq dövründə qorxuların çoxu günlük təcrübələrdən qaynaqlanır. Uşaq 
ilk dəfə qarşılaşdığı qorxu oyadan bir şeyə qarşı öz‐özünə bəzi reaksiyalar 
verəcək.  Bu  reaksiyalardan  çıxardığı  nəticəyə  görə  oxşar  hadisələrdə  eyni 
reaksiyaları  verəcək.  Nəticə  onu  məmnun  etməzsə,  bu  reaksiyaları  dəyiş‐
dirməyə  çalışacaqdır.  Qorxu  təcrübələri  uşaqların  şəxsi  olaraq  yaşamasına 
bağlı deyil. Ətrafdakı insanlarda gördüyü təcrübələr də uşaqda qorxu his‐
sini  oyada  bilər.  Qorxular  məlumat  axını  ilə  də  ortaya  çıxa  bilər.  Şıltaqlıq 
edən uşaqlara ailə fərdləri yanlış məlumat verərək uşaqların bunlara inan‐
masını  və  qorxmasını  təmin  edə  bilərlər.  “Şuluq  eləmə,  yoxsa  səni  həkim 
əmiyə verərəm, sənə iynə vurar” kimi ifadələr uşaqda qorxuya səbəb olur. 
Qorxuların oyanmasına valideynlərin səhv davranışları da səbəb ola bilər. 
Uşaqların çoxunda valideynlərinin davranışlarından qaynaqlanan qorxular 
ortaya çıxır. Uşaqlar valideynlərinin verdiyi mesajı olduğu kimi qəbul edir, 
onların “gəlməsən, səni buraxıb gedəcəyəm” kimi hədələr, “əfəlsən, diqqət‐
sizsən” kimi sözlər, “məni öldürəcəksən, xəstə edəcəksən” kimi günahlan‐
dırmalar, “cəhənnəm, şeytan” kimi baş çıxara bilməyəcəyi ifadələr, “qaçma, 
yoxsa  yıxılarsan”  kimi  təhlükə  altında  olma  siqnalları  uşaqlarda  qorxu  və 
inamsızlıq yaradır. Qorxular uşaqdan‐uşağa dəyişdiyi kimi, yaşlar arasında 
da  dəyişir.  Bu  fərqlərə  baxmayaraq,  uşaqlarda  “tipik”  qorxular  var.  Mə‐
                                                 
55
  A. İbrahimov, H. Xəlilov “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq” (səh. 16‐21) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə