IV Fəsil. Koqnitiv inkişaf dövrləri
67
Bu xüsusiyyətlər yeniyetmələrin təfəkküründə yeni bir keyfiyyəti, zi‐
rəklik və uyğunlaşma qabiliyyətini üzə çıxarır. Yeniyetmə düşünməyi,
problemləri hərtərəfli həll etməyi və müşahidə etdikləri nəticələri müxtəlif
şərhlərlə əsaslandırmağı bacarır. Yeniyetmələrdə hələ real hadisələr baş
verməmiş, onların mümkün variantlarını öncədən görmək qabiliyyəti ol‐
duğundan, qeyri‐adi nəticələr onları təəcübləndirmir. Yeniyetməlik döv‐
ründə heç bir qız və oğlan öz ilkin konsepsiyasında kor‐koranə qərar tut‐
murlar. Bununla onların təfəkkürü gözlənilməz nəticələr əldə etdikdə
özlərini itirən uşaqların təfəkküründən kəskin surətdə fərqlənir.
Biz qeyd etdik ki, əməliyyatdan əvvəlki dövrdə uşaq simvollardan isti‐
fadə etməyə başlayır. Ancaq formal əməliyyat təfəkkürlü yeniyetmə sim‐
volların ikinci sistemindən istifadə edir: simvollar üçün simvol yığımı.
Məsələn: metaforik nitqdə anlayışlar başqa sözlərlə verilir, amma cəbri sim‐
volları rəqəmlərlə əvəzləyir. Simvolları simvollarla əvəz etmək bacarığı
yeniyetmə təfəkkürünü uşaq təfəkküründən daha çevik edir. Sözlər indi
ikimənalı və ya üçmənalı ola bilər. Yeniyetmə bütöv bir hadisəni uzun‐
uzadı sözlərlə izah etmək imkanı olduğu halda, karikaturanın köməyi ilə
də təsvir edə bilir. Təsadüfi deyil ki, ibtidai sinifdə uşaqlara cəbr dərsi ke‐
çirilmir. Onlar siyasi karikaturaları, dini simvolları yalnız yuxarı siniflərdə
yaxşı anlamağa başlayırlar (Elkind, 1970).
Uşaqların konkret‐əməliyyat təfəkkürü ilə yeniyetmələrin formal‐
əməliyyat təfəkkürü arasında olan əsas fərq ondadır ki, sonuncular birbaşa
təəssüratlara deyil, abstraksiyaya istiqamətlənirlər. Onlar konkret reallıq‐
dan imtina edib, abstrakt və mümkün olan barədə düşünürlər. Bu isə on‐
lara özlərini gələcəyə hazırlamaq, mövcud olanı mümkün olandan ayırmaq
və nə ola biləcək barədə düşünmək imkanını verir. (Bart, 1983). Yeniyet‐
mələr olanları nəinki qəbul edir və anlayır, həmçinin də ola biləcəkləri
təsəvvür edə bilərlər. Onlar ideya yarada bildikləri üçün mənimsənilənləri
inkişaf etdirməyi bacarırlar. Onların təfəkkürü daha da orijinal, obrazlı,
ixtiraçı qabiliyyətli olur və “mümkün olanın real olanı üstələməsi” faktı tə‐
fəkkürün yeni keyfiyyəti kimi aşkara çıxır.
“Yeniyetməlik dövrü elə bir mərhələdir ki, bu mərhələdə yeniyetmə
özünü bütövlüklə imkanlara (alternativlərin axtarılmasına) həsr edir Sözün
əsl mənasında “sistemlər” və “nəzəriyyələr” qurur” (Baker, 1982) Bu, özü‐
nü gələcəyə hazırlaya bilmək bacarığı yeniyetmənin həyatında mühüm
nəticələrə gətirib çıxarır.
Piajenin formal təfəkkür konsepsiyasının nəticəsi olaraq onun 4 mühüm
aspektini göstərək: introspektiv təfəkkür (fikirlər haqqında fikirlər); abs‐
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
68
trakt təfəkkür (real olanlardan mümkün olana doğru sərhədləri aşmaq);
məntiqi təfəkkür (bütün əhəmiyyətli faktların və fikirlərin nəzərə alınması,
onlardan düzgün nəticələrin çıxarılması, məs: səbəb‐məqsəd nəticələrinin
tərtib edilməsi); və qipotetik təfəkkür (müxtəlif dəyişənləri nəzərə alaraq
onların sübut və fərziyyələrinin formalaşması).
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar
1.
Jean J. Piaje kimdir və psixologiyada hansı nəzəriyyəsi ilə tanınır?
2.
Dərketmə prosesinin hansı mərhələləri vardır?
3.
Piajenin koqnitiv inkişaf mərhələləri nələrdir?
4.
Uşaq hansı yaş mərhələsində danışmağa başlayır? Yaxın qohumları‐
nızın uşaqları üzərində belə bir araşdırma apararaq biliyinizi möh‐
kəmləndirin.
5.
Piajeyə görə, uşaq tərəfindən görülən əməliyyatları neçə qrupa bölmək
olar?
6.
Mücərrəd analizlər dövrünün səciyyəvi xüsusiyyətləri nələrdir?
7.
Əşyalara aid etdikləri şüurluluq hissinə görə uşaqları neçə qrupa
bölmək olar? Sayın.
8.
Hansı kateqoriyada olan uşaqlar daha sərbəst mühakimə yürüdə
bilirlər?
édŠbiyyat
1.
(http://www. donusumkonagi. net/)
2.
Jean Piaje “The child`s conception of the world”, London ‐ 1929
3.
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı”, Maarif nəş. ‐ 1969
4.
Филип Райс, “Психология подросткового и юношеского возраста”,
Санкт‐Петербург – 2000
5.
David Wood, “How Children Think and Learn”, Blackwell – 1998
6.
Marian Diamond, “Magic Trees of the Mind”, Adutton ‐ 1998
69
V FéSİL Uşaq tŠlimi
5.1. Uşaq tŠlimi
Uşaq şəxsiyyətinin inkişafında təlim‐tərbiyə həlledici rola malikdir.
Çünki təlim‐tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq
olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun
sayəsində də uşaqda istənilən keyfiyyət sürətlə inkişaf etdirilir; uşaq tarix
boyu bəşər cəmiyyəti tərəfindən qazanılmış biliklərə yiyələnir, özündə in‐
sani keyfiyyətləri formalaşdırır. Beləliklə, uşağın təlim‐tərbiyədən kənarda
inkişafı kor‐təbii, pərakəndə halda gedir ki, bu da bəşər cəmiyyətinin tə‐
ləblərini təmin etmir.
Bu deyilənlərdən aydın olur ki, uşağın hərtərəfli, düzgün və sürətlə in‐
kişafı təlimdən kənarda mümkün deyildir. Ona görə də şəxsiyyətin inki‐
şafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir.
Hazırda təlim və inkişaf problemi ətrafında dünya psixoloqlarının
fikirlərini müəyyən qruplarda birləşdirmək mümkündür. Görkəmli İsveçrə
psixoloqu J. Piajenin fikrincə inkişaf özünün daxili qanunlarına malikdir.
O, ənənəvi təlimin səmərəsi ilə uşağın müstəqil əqli inkişafı arasında aydın
sədd çəkir. J. Piajeyə görə, təlimin tənzim edilməsi üçün məhz inkişafın
səviyyəsi əsas götürülməlidir. Beləliklə, o, təlimin inkişafetdirici təsirini
kölgədə buraxır. Amerikan psixoloqu C. Brunerin fikrincə isə hər cür əqli
inkişafın əsasında yalnız təlim olur. C. Brunerə görə, əqli inkişaf dərin bili‐
yə və ümumiləşdirmə bacarığına yiyələnməkdən ibarətdir.
L. S. Vıqotskinin “təlim həmişə inkişafdan qabaqda gedir və onu da öz
arxasınca aparır” müddəasına əsaslanan sovet psixoloqları inkişafetdirici
təlimin mahiyyətini açmağa çalışmışlar. Burada uşaqların mənimsəmə im‐
kanlarının aşkara çıxarılması mühüm yer tutur.
49
Sağlam uşaq böyütmək üçün beş əsas ehtiyac qarşılanmalıdır: Uşağı
sevmək onu nə qədər sevdiyini təkrarlamaq demək deyil. Sağlam uşaq böyütmək
üçün beş əsas ehtiyac var: 1. Sən varsan, 2. Sən önəmlisən, 3. Sənə inanırıq, 4.
49
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı” səh. 18‐19
Dostları ilə paylaş: |