Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə22/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   18   19   20   21   22   23   24   25   ...   75

IV Fəsil. Koqnitiv inkişaf dövrləri 
 
 
55 
4.2. éşyalara aid edilŠn şüurluluq hissi
42
 
Psixikanın  ən  ali  funksiyası  ‐  şüur  əqli  ümumiləşdirmə  ilə  sıx  bağlıdır. 
Şüur  bu  ali  funksiyası  ilə  subyektiv  insan  fəaliyyətinin  əsaslarını  qoyur. 
Psixikada  şüurdan  yüksəkdə  duran  tənzimləyici  məntiqi  sözlər  yoxdur. 
Çünki psixi proseslərin real fəaliyyətə çevrilməsində başlıca cəhət şüurdur.  
Bu  idraki  proseslərin  birgə  işi  ilə  insan  dünyəvi  anlayışların,  əşyaların 
məntiqi  subyektiv  dərkini  yaradır.  Kiçik  yaşlı  uşaqlarla  aparılan  araşdır‐
malar  müəyyən  edib    ki,  təlim  prosesi  zamanı  uşaqların  əşyalara  olan 
şüurluluq hissi müxtəlif kateqoriyalarda öz əksini tapmışdır. Ə. Ə. Qədirov 
tədqiqatlarında  kiçik  yaşlı  uşaqlarda  mücərrədləşmənin  konseptual  səviy‐
yəsi  əşyaların,  modellərin  şüurlu  surətdə  qruplaşdırmaq,  müəyyən  ideya‐
nı, konsepsiyasını sadə formada olsa da  irəli sürüb əsaslandırmışdır.
43
 
Ə.Qədirov  kiçik  yaşlı  uşaqlarla  bağlı  psixoloji  tədqiqatlar  aparmışdır, 
Jan Piajenin  də  elmi tədqiqatlarına çox yaxın olan  bu tədqiqat aşağıdakı 
şəkildə aparılmışdır.  
Görəsən masaya iynə batırsaq o bunu hiss edərmi? Kiçik yaşlı uşaqların 
təxəyyülünə  görə,  bu  suala  bir  neçə  yolla  cavab  vermək  olar.  Maraqlıdır, 
uşaqların  belə  cavabları  qeyri‐ixtiyari,  yoxsa  hər  hansı  bir  sistemə  uyğun‐
dur?    Belə  müəyyən  olunmuşdur  ki,  əgər  uşaq  bir  suala  “bəli  ”deməklə 
başlayırsa,  onun  digər  cavabları  da  “bəli”  olacaq,  əgər  “yox”deməklə  baş‐
layırsa, bütün digər cavabları da təbii olaraq “yox” olacaq. Məsələn, uşaq‐
dan soruşulan “iynə ilə batırdıqda stol hiss edirmi” sualına etiraz etmirsə, 
digərlərinə  də  etməyəcək.  Bu  halın  mövcudluğu  əsasən  yazıçılar  tərəfin‐
dən iddia edilir.  
Ümumi  halda  isə  əşyalara  aid  etdikləri  şüurluluq  hissinə  görə  uşaqlar 
dörd kateqoriyaya ayrılırlar: 
Birinci  kateqoriyaya  aid  olanlar  bütün  əşyaların,  hətta  hərəkətsiz  olan‐
ların belə şüurluluq qabiliyyətinə sahib olduğunu düşünürlər.  
İkinci kateqoriyaya aid uşaqlar isə şüurluluq hissini yalnız hərəkət edən 
əşyalara  aid  edirlər.  Məsələn,  onlara  görə,  günəş  və  ya  velosiped  şüurlu 
hesab  edildiyi  halda,  stol  və  buna  bənzər  hərəkətsiz  əşyalar  bu  imkandan 
məhrumdurlar, yəni şüursuzdurlar.  
Üçüncü kateqoriyadakı uşaqlar isə şüurluluq hissini, əsasən özləri hərə‐
kət edən əşyalara aid edirlər. Məsələn, Günəş, Ay, külək və s. şüurlu, velo‐
siped, maşın və s. isə şüursuz hesab olunur.  
                                                 
42
  Jean Piaje “The child`s conception of the world” (səh. 169‐170) 
43
  Ə. Ə. Qədirov, İ. N. Məmmədov “Yaş Psixologiyasi” (səh. 129) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
56 
Nəhayət, dördüncü kateqoriyaya aid uşaqlar canlıların şüursuz olduğu‐
nu söyləyirlər.  
İndi isə bu kateqoriyalar haqqında ətraflı danışaq: 
Xatırlayırsınızsa, birinci  kateqoriyaya aid olan uşaqlar  hər şeyi şüurlu 
saydıqlarını  söyləmişdilər.  Lakin  həqiqətdə  isə  onların  göstərmək  istədik‐
ləri odur ki, hər bir əşya şüurlu ola bilər. Məsələn, əgər bir daş şüursuz bir 
şəkildə  dayanıbsa,  onu  hərəkət  etdirdikdə  o,  bunu  hiss  edər.  Halbuki  ol‐
duğu  yerdə  ola  bilsin  ki,  o,  bunu  hiss  etmir.  Bu  kateqoriyaya  adətən  6‐7 
yaşa qədər olan uşaqlar daxildirlər.  
Bu  baxımdan  bir  neçə  kiçik  uşağın  (bu  kateqoriyaya  daxil  olan)  fikir‐
lərini nümunə kimi öyrənmək  maraqlı olar. Məsələn, Əli adlı bir uşaqdan 
sabit halda oturacağı hiss edib‐etmədiyini  soruşduqda, o “yox” cavabı ve‐
rir. Bəs oturacağın yandırıldıqda nəsə hiss edib‐etmədiyini soruşduqda isə 
o “hə” cavabı verir və səbəb kimi oturacağın getdikcə balacalaşdığını söy‐
ləyir.  
Rasim adlı başqa bir uşaq əşyalara aid şüurluluq qabiliyyətini əşyaların 
özlərinin hiss etməsi ilə (yəni onlara xüsusi təsirin olub‐olmaması ilə) izah 
edir.  Misal  üçün  o  deyir  ki,  əgər  masa  aparılırsa,  o  bunu  hiss  etmir,  lakin 
sındırılarsa, masa bunu hiss edir.  
İkinci kateqoriyaya aid olan uşaqlar haqqında demişdik ki, onlar yalnız 
hərəkət  edən  əşyaları  şüurlu  hesab  edirlər.  Məsələn,  onların  fikrinə  görə 
Günəş, Ay, ulduz, çay və s. şüurlu hesab edilir.  
İlqar adlı bir uşağın  “Günəş işıq verdiyini özü bilirmi?” sualına cavabı 
“bəli”  olmuşdur.  Səbəb  kimi  isə  onun  yanan  bir  oddan  ibarət  olduğunu 
söyləyir.  
İsa adlı başqa bir uşaq da şüurluluq hisslərini hərəkətlə birləşdirir.  Mə‐
sələn, ondan soruşulur: “Günəş nə etdiyini bilirmi?” – “bəli, çünki o istilik 
verir. ” 
“Velosiped hərəkət edəndə nə isə duyurmu?” – “bəli, o torpaqla təmasda 
olduğunu hiss edir. ” 
Bu kateqoriyaya adətən 6‐7 yaşdan 8‐9 yaşa qədər olan uşaqlar daxil olur.  
Yuxarıda  qeyd  olunduğu  kimi,  üçüncü  kateqoriyaya  aid  olan  uşaqlar 
şüurluluq  hissini  məhz  özləri  hərəkət    edən  əşyalara  aid  edirlər.  Məsələn, 
Günəş,  Ay,  çay  və  s.  Üçüncü  kateqoriyaya  aid  şüurluluq  hissi  ikinci  ka‐
teqoriyadan  əşyaların  işlərinin  öz    (başqa  sözlə  desək,  felin  qayıdış  növü 
kimi) üzərində icra olunması ilə fərqlənir.  Bu kateqoriyadakı uşaqlar, adə‐
tən 8‐9 yaşdan 11‐12 yaşa qədər olan dövrü əhatə edirlər. Üçüncü  kateqo‐


IV Fəsil. Koqnitiv inkişaf dövrləri 
 
 
57 
riyaya aid olan bəzi uşaqların əşyalar haqqında olan fikirləri ilə tanış olmaq 
maraqlı  olardı.  Məsələn,  Vəli  (9  yaş)    şüurluluq  hissinin  insanlara    (canlı‐
lara) aid olmasını da etiraf edir. Ondan soruşulduqda ki, “masaya  iynə ilə 
batırsaq,  o  bunu  hiss  edərmi?  ”  onun  cavabı:  “masa  canlı  olmadığı  üçün 
bunu  hiss  etməz”  olur.    Lakin  külək  əsdiyi  zaman  küləyin  özünün  bilib‐
bilmədiyini soruşanda, Gülnar “bəli ”cavabı verir və səbəb kimi də küləyin 
şüurlu olduğu üçün əsdiyini söyləyir.  
Vüsal (9 yaş)  şüurluluq hissinin Günəşə, Aya, buludlara aid olduğunu 
söyləsə də küləyin şüurlu olduğunu inkar edir. O göstərməyə çalışır ki, kü‐
ləyi əsməyə məcbur edən buludlardır və buna görə də şüurlu olan bulud‐
lardır.  Uşaqlarda  buna  bənzər  bəzi  fikir  ayrılıqlarının  olmasına  baxmaya‐
raq, ümumi qənaətə görə öz gücləri, enerjiləri ilə hərəkət edən əşyalar, de‐
mək  olar  ki,  üçüncü  kateqoriyaya  daxil  olan  uşaqların  hamısı  tərəfindən 
şüurlu qəbul edilir.  
Dördüncü  kateqoriyada,  qeyd  etdiyimiz  kimi,  uşaqlar  ancaq  canlılarda 
şüurun  olduğuna  inanırlar  və  bura  insanlar,  bitkilər,  heyvanlarla  yanaşı 
Günəşi,  Ayı  da  daxil  edirlər.  Bu  kateqoriya  üçün  yaş  həddi  11‐12‐dən  yu‐
xarı  olmasına  baxmayaraq,  bir  çoxuna  6‐7  yaşları  arasında  olan  uşaqlarda 
da  təsadüf  edilir.  Günəşin  və  Ayın  şüurlu  olmasına  gəldikdə  isə  onların 
uzun  müddət  mövcudluğu  və  hərəkətdə  olması  onları  canlı  kimi  göstər‐
məyə imkan verir. Əlbəttə ki, burada söhbət uşaq təxəyyülündən gedir.  Bu 
kateqoriyadan götürülmüş bəzi uşaqların cavabları bunu aydın şəkildə təs‐
diqləyir.  
Nəhayət, ümumi nəticədən belə çıxır ki, uşaqlar bizdən fərqli olaraq, bir 
şeyə əminliklə cavab verməyə qadir deyillər. Buna görə də onlar özlərindən 
asılı olmayaraq, bir şeyə “hə”, ya da “yox” cavabları verirlər.  Nəhayət, on‐
lar  yalnız üçüncü kateqoriyaya çatanda, az da olsa, öz mühakimələrini sü‐
buta  yetirməyə  çalışırlar.  Dördüncü  kateqoriyada  isə  daha  yaxşı,  sübut 
edilə  bilən  fikirlər  söyləyə  bilirlər  və  demək  olar  ki,  onlar  uşaqlıq  animiz‐
mini  sındırırlar.  
4.3. Jan Piajenin Koqnitiv mŠrhŠlŠlŠr ŠmŠliyyatı 
Dərketmənin  öyrənilməsində  üç  əsas  metod  var.  Bunlardan  birincisi, 
yeniyetmələrin düşüncə tərzində keyfiyyət dəyişiklikləri olan Piaje konsepsi‐
yasıdır.  İkincisi,  informasiyanın  qəbul  olunması,  qavranılması,  yadda  sax‐
lanması, düşünülməsi və istifadə olunması zamanı addımların, hərəkətlərin  
və  əməliyyatların  ardıcıllığını  araşdıran    informasiya  prosessual  metoddur
Üçüncüsü,  yeniyetmənin  intellektində  kəmiyyət  dəyişikliklərinin  qiymət‐


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə