Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə18/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   14   15   16   17   18   19   20   21   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
44 
təkcə istəmək kifayət deyil və bununla yanaşı, doğru informasiyaya sahib 
olub bunu çatdıra bilmək də önəmlidir. Dövrümüzdə gənclər məsələ haq‐
qında geniş məlumatı olmadığı halda, bu mövzuda heç bir şey oxumadan 
evlənib uşaq sahibi olurlar. Onlar təlim və tərbiyəni öz ata və analarından 
gördükləri  şəkildə  öz  övladlarına  öyrədirlər.  Bununla  da  fərqində  olaraq 
və ya olmayaraq gənclər valideynlərin etdikləri səhvləri təkrar edirlər”.
33
 
Erkən yaş dövrlərində uşaqlar valideynləri ilə oxşar cəhətlərini tapma‐
ğa  çalışırlar.  Əsasən  qızlar  analarına,  oğlanlar  atalarına  bənzəmək  istəyir‐
lər.  İctimai  münasibətə  görə,  əxlaq  zamanın  sınağından  çıxmış  alışqanlıq‐
ların, qaydaların məcmusudur. İnsanın öyrənəcəyi hər bir şey cəmiyyət və 
ictimai  qanunlar  ilə  əlaqədardır.  Uşağın  bəzi  davranışlarının  qarşısını  al‐
maq mümkündür. Müsbət bir davranışın qarşılığında valideyn uşağı mü‐
kafatlandıra bilər. İşin mənfi tərəfinə gəldikdə isə valideyn uşağı cəzalan‐
dırmaq əvəzinə, onun bu mənfi davranışının qarşısını ala bilmək yollarını 
tapmalıdır.  Buna  görə  də  veriləcək  mükafat  və  ya  cəza  yerində  və  zama‐
nında olmalıdır. Üzərində durmaq istədiyimiz əsas mövzu cəza və müka‐
fatın  tipi,  dərəcəsi,  miqdarı  və  onun  necə  həyata  keçirilməsi  məsələsidir. 
Lakin  cəza  olmadan  uşağın  pis  vərdiş  və  hərəkətlərdən  uzaqlaşdırılması 
mümkün deyil.  
Cəza vermək əsla uşağı döymək və ya qapalı yerlərdə saxlamaq məna‐
sına  gəlmir.  Cəza  vermək  uşağın  yemək‐içmək  kimi  maddi  ehtiyaclardan 
olduğu kimi, sevgi, şəfqət kimi mənəvi ehtiyaclardan da məhrum edilmə‐
sidir.  Araşdırmalar  nəticəsində  məlum  olub  ki,  mənəvi  cəzalar  maddi 
cəzalara nisbətən daha böyük təsirə malikdir. Döyülən və işgəncəyə məruz 
qalan  uşaqlarda  vicdan  hissi  oyanmır,  əksinə,  əllərinə  fürsət  düşdüyü 
zaman  onların  da  eyni  şeyləri  etdikləri  görünür.  Doğrunu  uşaqlara  fiziki 
cəza  yolu  ilə  öyrətməyə  çalışanlar,  əksinə,  psixoloji  və  əxlaqi  baxımdan 
zəif, riyakar, qorxaq, özünəinamsız insanlar yetişdirirlər.
34
  
Əgər  uşaq  bir  şeydən  qorxacaqsa,  kötəkdən,  hədələməkdən,  əzabdan 
deyil, valideynlərinin nəvazişini itirməkdən qorxmalıdır. Uşaq atasının üz‐
gözünü  turşutmasını,  anasının  səmimi  üzünün  dəyişməsini  onu  tarazlığa 
yönəldəcək ən böyük bir cəza kimi dərk edə bilirsə, zənnimcə, kifayətdir. 
Ancaq  uşağın  sizə  etimad  etməyi,  kədərini,  qəmini  bölüşdüyünüzə  inan‐
mağı da olduqca əhəmiyyətlidir.  
                                                 
33
  Uğur İlyas Canbolat “Çocuklarda cinsel eğitim konusunda yapılan yanlışlar ve doğrular 
nelerdir?” http://www.ugurcanbolat.com/?p=1181#more‐1181 
34
  Erol Güngör “Ahlak psikolojisi ve sosyal ahlak”, (səh. 60‐61) 


III Fəsil. Əxlaq tərbiyəsi 
 
 
45 
Hərəkətin əxlaq uyğun olub‐olmaması ilə bağlı cəmiyyətlə fərdin fikri 
müxtəlif ola bilər. Əxlaqi davranış fərdin vicdanı ilə bağlıdır, yəni fərd et‐
diyi  hərəkəti  səhv  hesab  edir  və  ya  bu  hərəkətə  görə  günahkarlıq  hissi 
duyursa,  bu  hərəkət  əxlaqi  normalara  uyğun  olmayan  hərəkətdir.  Əxlaq 
tərbiyəsi  deyildiyi  zaman  ağlımıza  gələn  şey  fərdi  vicdanla  ictimai  vicda‐
nın  uzlaşması,  yəni  cəmiyyətin  mənfi  yanaşdığı  şeylərə  fərdin  də  mənfi 
yanaşmasıdır.  Bu  bir  idealdır  və  heç  bir  cəmiyyətdə  tam  olaraq  həyata 
keçirilməyib.  Lakin  əxlaqi  davranışda  olan  çatışmazlıqlar  fərdlə  cəmiyyət 
arasında  olan  ziddiyyətlərdən  deyil,  daha  çox  fərdin  əxlaqi  şüurundakı 
qüsurlardan qaynaqlanır. 
35 
Biz əxlaqa uyğun olmayan hər hansı bir hərəkət etdiyimiz zaman “vic‐
dan  əzabı  çəkirəm”  və  ya  “vicdanım  sızıldayır”  kimi  ifadələrdən  istifadə 
edirik.  Burada  əxlaqi  şüura  bir  də  əxlaqi  duyğu  artırılır.  Elə  bizi  əxlaqlı 
olmağa yönəldən əsas qüvvə də əxlaqi duyğumuzdur, yəni əxlaqi şüurun 
əxlaqi vicdanla əvəz olunmasıdır. Vicdanlı insan pis olduğuna inandığı bir 
hərəkət etdiyi zaman günahkarlıq  hissi duyur  və bu günahkarlıq hissinin 
dərəcəsi  insandan  insana  dəyişir.  Yəni  əxlaqa  uyğun  olmayan  hərəkət 
yalnız  vicdanlı  insanlarda  günahkarlıq  hissi  oyadır.  İnsan  nə  qədər  dərin 
bir vicdana sahibdirsə, pis davranış qarşısında duyacağı günahkarlıq hissi 
də  bir  o  qədər  böyükdür.  Freydə  görə,  günahkarlıq  hissi  ilə  pis  davranış 
bir‐biri  ilə  tərs  mütənasibdir,  yəni  insan  nə  qədər  dürüst  və  namuslu‐
dursa,  vicdanı  da  bir  o  qədər  qüvvətlidir.  Buradan  belə  anlaşılır  ki,  ən 
yaxşı əxlaqa sahib olan insanlar ən qüvvətli vicdana sahib olanlardır, yəni 
ən çox günahkarlıq hissi duyanlardır. Qısaca ifadə etsək, yaxşı davranışın 
səbəbi qüvvətli vicdan deyil, lakin qüvvətli vicdanın nəticəsi yaxşı davra‐
nışdır.
36 
Valideynlər  bilməlidirlər  ki,  onlar  uşaqlar  üçün  nümunədirlər.  Və 
çalışmalıdırlar  ki,  yaxşı  nümunə  olsunlar.  Çünki  uşaqlar  sözlərdən  çox, 
hərəkətlərdən təsirlənir. Valideynlər uşaqla qışqıraraq danışan zaman uşaq 
onları  dinləmək  əvəzinə,  onların  etdiklərini  götürür  və  gələcəkdə  onlar 
kimi qışqıraraq danışmağı öyrənir. Və yaxud da əksinə, onlar uşağa ailə və 
cəmiyyət  içində  hərəkət  və  davranışlarına  diqqət  yetirməyi,  böyüklərə 
hörmət  göstərmək,  dərslərini  yaxşı  oxumağı  və  nizam‐intizamlı  olmağı 
təlqin  edərlərsə,  gələcəkdə  üzləşdikləri  maneələri  dəfetmə  gücünə  malik 
olarlar.  Araşdırmalar  göstərir  ki,  bəzi  ailələrdə  valideyn  uşağına  tərbiyə 
verərkən  əksər  hallarda  manipulyasiyadan  istifadə  edir.  Manipulyasiya  – 
                                                 
35
  Erol Güngör “Ahlak psikolojisi ve sosyal ahlak”, (səh. 63) 
36
  Orada, (səh. 65‐66) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə