Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə19/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   15   16   17   18   19   20   21   22   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
46 
emosiyalardan,  hisslərdən,  ünsiyyət  zamanı  qarşı  tərəfin  əhval‐ruhiyyə‐
sindən istifadə edərək tətbiq olunan qapalı təsirdir və burada maraqlı olan 
tərəf manipulyasiya edəndir, yəni uşağın emosiya və hisslərinə təsir edib, 
əhval‐ruhiyyəsini ələ alaraq öz maraqları üçün  mənfi şəkildə təsir göstər‐
məkdir. 
 
Manipulyasiyanın  iki  növü  var:  qapalı  manipulyasiya  və  idarəetmə 
manipulyasiyası.
 37
  
Bu fikirlər arasında fərq olsa da, biz onu nəzərə almayacağıq və sadəcə 
olaraq  onları  bir‐birinə  sinonim  hesab  edəcəyik.  Hissiyyat  –  manipulyasi‐
yanın  elementidir.  Güman  edilir  ki,  valideyn  manipulyasiya  edilən  uşağa 
hər hansı bir hissi (emosiya, əhval‐ruhiyyə) yeridir ki, onu özünə əlverişli 
vəziyyətə gətirsin. Yəni valideyn uşağa həm mənfi, həm də müsbət şəkildə 
təsir  göstərə  bilər.  Məsələn,  bəzi  ailələrdə  valideyn,  özünün  doğru  hesab 
etdiyi,  əslində,  yanlış  olan  fikirlərini  uşağa  təlqin  etmək  istəyir  və  bunun 
üçün  çalışır.  Məsələn,  valideyn  qatığın  qara  olduğunu  uşağına  qəbul 
etdirməyə  çalışır.  Uşaq  isə  onun  mahiyyətini  anlamasa  belə,  gördüyünü 
sübut  etmək  istəyir.  Uşaqlar  xüsusiyyət  etibarilə  iki  tipə  bölünür:  idarə 
olunan və idarə olunmayan. İdarə olunan uşaqlara manipulyasiya etməyə 
ehtiyac yoxdur. İdarə olunmayan uşaqlar ilə bir qədər daha ehtiyatlı dav‐
ranmaq  lazımdır.  Çünki  onlar  insandan  daha  fərqli  yanaşma  tərzi  tələb 
edirlər. “Balıq dərin olan yerdə üzər, insan isə ona daha yaxşı olan yer ax‐
tarar”. Yəni onlara yanaşma üslubu fərqli olmalıdır. Uşağı narahat şəraitdə 
saxlamaq çox çətindir, çünki o, istər‐istəməz vəziyyətdən çıxış yolu axtar‐
mağa  başlayır.  Yəni  uşağın  aramsız  təzyiq  altında  olması  onu  psixoloji 
cəhətdən sarsıldır. Belə hallarda uşaqlarda özünü‐qiymətləndirmə dərəcəsi 
aşağı düşür. Ona görə də, hər şeydən əvvəl, valideyn gözəl nümunə olma‐
lıdır ki, gələcək nəslin necə olması sual altında qalmasın. Yuxarıda göstə‐
rilən iki fərqli fikri, valideyn nəzərdən keçirərək ailə içində daha doğrusu‐
nu  tətbiq  etmək  yollarını  axtarmalıdır.  Hər  şey  ilk  əvvəl  gözəl  nümunə 
olmaqdan başlanmalıdır.  
Bu  mövzu  ilə  əlaqədar  olaraq  bir  çox  alimlər  tədqiqatlar  aparmış  və 
kitablar  nəşr  etdirmişlər.  Ancaq  J.  Piajenin  “Uşağın  Əxlaqi  Hökmü”  adlı 
kitabının  (1932)  nəşrindən  uzun  illər  keçməsinə  baxmayaraq,  onun  əxlaq 
inkişafı  modeli  inkişaf  psixologiyasındakı  araşdırmalar  üçün  çox  vacib 
olan araşdırma suallarını ortaya atmış və buna görə də bu günə qədər bir 
çox araşdırmaya təsir etmişdir.  
                                                 
37
  Дмитрий Устинов “Манипулятивное влияние и Защита”, 
http://www.ustinow.ru/?s=1&d_id=11 


III Fəsil. Əxlaq tərbiyəsi 
 
 
47 
J.  Piaje  və  Kohlberq  əxlaqa  bir  qədər  fərqli  aspektdən  yanaşırlar.  J. 
Piajeyə görə, əxlaq qaydalar sistemindən ibarətdir. Onun fikrincə, uşaq öz 
dünyasını  yeniyetmələrin  dünyasından  ayrı,  öz  yaşıdlarının  dünyası  ilə 
oxşar  olaraq  iki  yerə  bölür.  Uşaqların  öz  yaşıdları  ilə  münasibət  qurması 
çox önəmlidir. Ona görə ki, həmyaşıdlarla əlaqə zamanı bərabərlik, yoldaş‐
lıq münasibətləri yaranır. Bu zaman uşaq eqoist olmaqdan uzaqlaşır, onda 
yalnız özünü fikirləşmək və düşünmək meyilləri olmur.  
J. Piajeyə görə, əxlaq qanunlar sistemidir, əxlaqlılığın əsasını da fərdin 
qanunlar  qarşısında  hiss  etdiyi  hörməti  dərk  etmək  durur.  Uşaqlar  oyun 
qaydaları  ilə  birlikdə  böyüklərin  əxlaq  qanunlarına  bənzər  qanunlarla 
üzləşirlər və bu qanunların da yerinə yetirilməsində böyüklərin hökmdar 
olaraq  uşaqlara  qarışması  və  onları  sıxması  uşaqları  narahat  edir.  J.  Piaje 
uşaqların qaydaları dərk etməsini iki istiqamətdə təhlil etmişdir.  
1.  Qanunların  təcrübəsi:  Uşaqlar  oyun  oynayarkən  onların  qanunları 
nə dərəcədə və necə diqqətə aldıqlarını müşahidə etmiş və bu müşahidə‐
lərinə görə qanunların yerinə yetirilməsinə xüsusi diqqət yetirmişdir, yəni 
müşahidə  zamanı,  uşaqların  oyun  ərzində  davranışlarına  əxlaqi  yanaşma 
kimi göstərmişdir.  
2.  Qanunların  dərki  (qanun  anlayışı):  Uşaqların  oynadıqları  oyunun 
qanunlarına  dair  suallar  vermiş  və  buradan  onların  qanunlara  dair  anla‐
yışlarını (qanunlarını), dərk səviyyələrini müəyyən etmişdir.  
J.  Piaje  üçün  oyun  qaydalarına  dair  dərketmə  (düşüncə)  və  oyunun 
təcrübəsi  və  yerinə  yetirilməsi  (davranış)  arasındakı  əlaqə,  əxlaqi  gerçək‐
lərin psixoloji xarakterini müəyyənləşdirmək üçün önəmlidir. Qanun anla‐
yışı və qanunların yerinə yetirilməsinin diqqətə alınmasını araşdırarkən J. 
Piaje  uşaqların  qanunları  necə  yerinə  yetirdiklərini  müəyyənləşdirmək 
üçün  onları  təbii  oyunları  sırasında  müşahidə  etmiş  və  müşahidələrinə 
görə uşaqların qanunları yerinə yetirmə formalarını analiz etmişdir. 
38
 
3.3.  éxlaq tŠrbiyŠsindŠ rol ala bilmŠ (tŠmsil etmŠ) vŠ   
Empatiya haqqında 
Uşaqların çoxu empatik qabiliyyətə sahibdirlər. Empatiya − insan, baş‐
qası zərər gördüyü anda özünü onun yerinə qoyduqda özü‐özünə ortaya 
çıxan prosesdir. Belə ki, uşaq başqasını incitdikdə, özünü onun yerinə qo‐
yur, onun da incidilə bilməsi düşüncəsi əxlaqı sürətləndirir. O özünü zərər 
verdiyi  insanın  yerinə  qoyur  və  özünü  günahlandırır.  Uşaqlar  empatik 
                                                 
38
  Alim Kaya “Eğitim psikolojisi”, (səh. 179‐180) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə