Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə21/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   17   18   19   20   21   22   23   24   ...   75

III Fəsil. Əxlaq tərbiyəsi 
 
 
51 
Buna görə də o, gülzarlıqda gəzməyə başladı. Birdən çəmənlikdə otlayan gözəl bir 
ceyran  gördü.  Ceyranın  tükləri  boz,  qonur,  məxməri,  xalları  isə  ağ  rəngdə  idi. 
Günəşin parlaq şüaları altında ceyranın tükləri min bir rəngə çalırdı. Şahzadə qız 
bu gözəlliyə məftun olmuşdu. O, yavaş‐yavaş ceyrana yaxınlaşıb, onu tutmaq is‐
tədi.  Ceyran  onu  görüb  bir  anın  içində  gözdən  itdi.  Bundan  qüssələnən  şahzadə 
ceyranın ardınca bir xeyli baxıb, geri qayıtdı.  
Evə qayıdarkən atası onu qəmli görüb, çox təəccüblənir, onu əzizləyərək soru‐
şur:  “Mənim  ağıllı  qızım,  gözəl  qızım,  yenə  nə  üçün  belə  qəmlisən,  gəzinti  ürə‐
yincə olmadı?” Qız yenidən atasının boynuna sarılıb, ceyranla bağlı hadisəni ona 
danışdı  və  əlavə  etdi:  “Ata,  bilirsən  necə  gözəl  ceyran  idi,  necə  gözəl  gözləri  var 
idi!”. Şah gülümsündü: “Qəm yemə, mən bu saat əmr edərəm, o ceyranı tutub gə‐
tirərlər”.  
Şah  əmr  etdi:  “Hey‐hey,  igidlərim,  atla‐nın,  gedin,  Almalı  meşəsindəki  xallı 
ceyranı tutub gətirin, ancaq elə edin ki, onun dırnağı da qanamasın”. İgidlər bir 
göz qırpımında atları minib, gözdən itdilər. Axşam şah qızını yanına çağırır. Şah‐
zadə  qız  atasının  yanına  gələndə,  gözlərinə  inanmır.  Həmin  xallı  ceyranı  görür. 
Sevincini gizlədə bilmir, atasına təşəkkür edir və onun icazəsi ilə ceyranı öz bağça‐
sına aparır. O gündən şahzadə qız qəmsiz, şən və mehriban yaşayır. 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
52 
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar 
1.
 
Nağılın uşaq psixologiyasındakı yeri? 
2.
 
Əxlaq nədir? İzah edin.  
3.
 
Əxlaq insanda necə formalaşır? 
4.
 
N.  Tusiyə  görə,  insanın  ideallaşmasının  qarşısında  duran  ən  böyük 
maneə nədir? 
5.
 
Əxlaqlı  şagird  dedikdə  nə  başa  düşürsünüz?  Biliklərinizi  yoldaşları‐
nızla paylaşın.  
6.
 
Uşaqlarda dini inanc necə olur və bu onlara necə öyrədilməlidir? 
7.
 
Uşağa  cəza  vermək  onun  əxlaqını  düzəldərmi?  Fikrinizi  nümunə  ilə 
izah edin.  
8.
 
J.  Piaje  uşaqların  qaydaları  dərk  etməsini  hansı  istiqamətlərdə  təhlil 
etmişdir? 
9.
 
Empatiya termini sizin üçün nə məna kəsb edir? 
 
édŠbiyyat 
1.
 
Gül Şendil, “Çocuk, Ergen ve Anne‐Baba”, Melisa nəş. 

 2003
 
2.
 
Erol Güngör “Ahlak psikolojisi ve sosyal ahlak”, Özener nəş. İstanbul ‐ 
2000 
3.
 
Journal of Qafqaz university №22, 2008  
4.
 
Qurani‐Kərim, Loğman surəsi. 
5.
 
Uğur İlyas Canbolat “Çocuklarda cinsel eğitim konusunda yapılan 
yanlışlar ve doğrular nelerdir?” 
 
http://www.ugurcanbolat.com/?p=1181#more‐1181 
6.
 
Дмитрий Устинов “Манипулятивное влияние и Защита”, 
http://www.ustinow.ru/?s=1&d_id=11 
7.
 
Editor Alim Kaya, Mehmet E. Sardoğan, Tevfik Fikret Karahan “Eğitim 
psikologisi” Pegem A nəş. Ankara – 2007 
8.
 
Ağababa İbrahimov “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq”, Misri, 
Bakı, 2004 
9.
 
Nəsirəddin Tusi, “Əxlaqi‐Nasiri”, Kişe Mehr nəş. ‐  2002 
 


 
53 
 
 
 
IV FéSİL     Koqnitiv inkişaf dövrlŠri  
 
 
4.1. PiajeyŠ görŠ Koqnitiv inkişaf dövrlŠri 
Genetik psixologiyanın əsasını məşhur İsveçrə psixoloqu 
Jan Piaje, (1896‐1894) qoymuşdur. 
Piaje  gəncliyində  biologiya  və  riyaziyyata  dərin  maraq 
göstərmişdir.  İlk  elmi  əsərini  də  11  yaşında  biologiya  üzrə 
yazmışdır. Elə o vaxtdan da Biologiya Muzeyində əmək fəa‐
liyyətinə  başlamışdır.  Universitetdə  oxuyarkən  o,  fəlsəfə  və 
biolologiyanı öyrənmişdir. 1918‐ci ildə molyuskalardan bəhs 
edən  dissertasiya  müdafiə  edərək  doktorluq  dərəcəsi  alır.  
Universiteti bitirdikdən sonra Sürixə gedir, K.Yunqun əsər‐
ləri  və  psixoanalizlə  tanış  olur.  Bu  təcrübə  ona  lazım  idi. 
Belə  ki,  o,  eksperimental  labarator  metodla  psixoanalizdə  istifadə  olunan  sərbəst 
söhbət metodunu sintez etməklə bioloji tədqiqatlar aparmaq istəyirdi. 
Bu  metodu  işləyib  hazırlamaqla  o,  uşaqların  təfəkkürünü  öyrənmək  istəyirdi. 
Sonrlar bu metod klinik söhbət metodu kimi məşhurlaşdı.
40
 
Dövrlər 
 
Məktəbəqədər 
İnstinkt 
(0‐2 yaş) 
Körpə,  bu  mərhələdə  xarici  dünyanı  kəşf  etmədə  duy‐
ğularını  və  hissetmə    bacarıqlarını  istifadə  etdiyindən 
bu dövrə instinkt adı verilmişdir.  
Analizetmədən 
əvvəlki dövr    
(2‐7 yaş) 
2. Analizetmədən  əvvəlki dövr (2‐7 yaş) iki yerə ayrılır: 
a)  Simvolik dövr, ya da anlayışdan  əvvəlki  müddət  
2‐ 4 yaşlarını əhatə edir.  
Bu dövrdə uşaqların dili, çox sürətlə  inkişaf edir, ancaq 
inkişaf etdirdikləri anlayışlar və istifadə  etdikləri sim‐
volların mənaları özlərinə yaddır, çox vaxt həqiqət de‐
yil. 2‐4 yaşlarında uşaqlar gözünün qarşısında olmayan, 
                                                 
40
  Ramiz Əliyev “Psixologiya” (səh. 78) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
54 
ya  da  tamamilə  naməlum  olan  obyekt,  hadisə,  adam, 
varlığı təmsil edən simvolları  inkişaf etdirməyə başlayır.  
Bu  dövrdəki  uşaqlar  özlərini  başqalarının  yerinə  qoya 
bilməzlər.  Dünyanı  başqalarının  baxışından  görə  bil‐
məzlər.  
Obyektləri  yalnız  bir  xüsusiyyətləri  baxımından  təsnif 
edə bilərlər.  
Məsələn, rənglərinə görə təsnifetmə, ya da formalarına 
görə təsnif etmə kimi.  
b) Hissi dövr 4‐7 yaş arasını əhatə edir. Uşaqlar bu dövr‐
də, məntiq qaydalarına uyğun düşünmə yerinə, hiss‐
lərinə əsaslanaraq problemləri həll etməyə çalışırlar.  
Dil bu dövrdə çox sürətlə inkişaf edir.  
Məktəbli 
Konkret 
Analizlər Dövrü 
1.  Konkret  analizlər  dövründəki  uşaqlar,  zehni  qabi‐
liyyət baxımından çox sürətli inkişaf nümayiş etdirirlər. 
İbtidai məktəb dövründəki uşaqların düşüncəsi məktə‐
bəqədərki uşaqların düşüncəsindən çox fərqlidir. Uşaq‐
lar,  bu  dövrdə  obyektləri  müəyyən  xüsusiyyətlərinə 
görə təsnif  edə bilirlər.  
Konkret  əməliyyatlar  dövründə  uşaqlar  özlərindəki  qa‐
biliyyət və bacarıqlarını kəşf etməkdən yayınırlar. Hadi‐
sələri və dünyanı başqaları baxımından da görə bilirlər. 
Uşaqlar bu dövrdə  vətən, millət, ölkə və bu kimi mü‐
cərrəd anlayışları anlaya bilmirlər. Mücərrəd anlayış və 
təcrübələrin  konkret yollarla açıqlanmaları lazımdır.  
Mücərrəd 
Analizlər 
Dövrü 
2.  Mücərrəd  analizlər  dövrü.  Yeniyetməlik  dövrünün 
başlanğıcından  etibarən  uşaqların  düşüncə  formaları, 
böyüklərinkinə  bənzəyir.  Bu  dövrdə  artıq  mücərrəd 
düşünmə başlayır. Bir problemin həlli konkret yollarla 
məhdudlaşdırılmır.  Uşaqlar  mücərrəd  anlayışları  anla‐
yaraq təsirli bir şəkildə istifadə edə bilirlər. Bu dövrdə 
uşaqlar müxtəlif ideal fikirləri, dəyərləri, inancları inki‐
şaf  etdirməyə  başlayırlar.  Cəmiyyətin  quruluşu,  fəlsə‐
fəsi,  siyasəti  ilə  maraqlanır,  hər  hansı  bir  dəyərlər  sis‐
temi formalaşdırmağa çalışırlar. 
41
 
                                                 
41
  http://www.donusumkonagi.net 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə