Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə23/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   19   20   21   22   23   24   25   26   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
58 
ləndirilməsi  üçün  işlənən    psixometrik  metoddur.  Burada  əsas  olaraq  Piaje 
konsepsiyasından  danışacağıq.  Piaje  nəzəriyyəsinə  görə  fikir  qavranılmış 
bir  hərəkətdir.  Müəyyən  bir  şəxs  əvvəlcə  hər  hansı  bir  hərəkəti  edir:  mə‐
sələn,  su  içmək  üçün  krana  yaxınlaşır.  Sonra  o  düşünərək  həmin  hərəkəti 
ağlında  edir  və  beləliklə  də  fikir  qavranılmış  bir  hərəkətə  çevrilir.  Piajeyə 
görə, düzgün istiqamətlənmiş fikir dəyişilə bilən qavranılmış hərəkətlərdən 
və onların yerinə yetirilməsindən ibarətdir. Bu o deməkdir ki, hər hansı bir 
şəxsin faktiki etdiyi əməl ağlında ləğv edilmiş kimi ola bilər. Bu mərhələlər 
şəxsin  etdiyi  hərəkətlərə  uyğun  adlandırılmışdır.  Ağılda  yox,  praktikada 
həyata  keçirilən  əməllər  sensor‐hərəkətli  əməllərdir.  Əməliyyatqabağı  mər‐
hələ daha çox qavrama ilə  əlaqədardır  və sərtlik onun xarakterik xüsusiy‐
yətidir.  Konkret  əməliyyatlar  dəyişilə  bilən  qavranılmış  hərəkətlərdir,  am‐
ma  onlarda  reallıq  da  var.  Formal  əməliyyatlar  faktiki  reallıqların  dəyişil‐
məsi  ilə,  həmçinin  reallıqdan  asılı  olmayaraq  mövcud  olan  abstraksiya  ilə 
maraqlanır. (Berzonski, 1978, p. 279) 
4.4. Piajenin koqnitiv inkişaf mŠrhŠlŠlŠri 
Piaje koqnitiv inkişafda dörd mərhələni vurğulayır.  
İngilis sözü “cognition” (lat. tər. “cognito” – “dərk edirəm”) “dərketmə 
qavrama  aktı”  mənasına  gəlir.  Burada  da  biz  yeniyetmələrin  bu  nöqteyi‐
nəzərdən  inkişafını  öyrənərək  onların  idrakının  artmasına  baxacaq,  günü‐
gündən  dərketmə,  düşünmə  və  başa  düşmə  qabiliyyətlərinin  artmasını, 
həmçinin  gündəlik  problemlərin  həllində  idrak  və  qabiliyyətlərini  necə 
işlətmələrini görəcəyik.  
Piajenin dörd mərhələsi 
Qeyd etdiyimiz kimi, Piaje koqnitiv inkişafı dörd əsas mərhələyə bölür. 
Gəlin, bu mərhələlərin hər biri ilə daha ətraflı tanış olaq. 
1.
 
Sensor‐hərəkətli  mərhələ – anadan olandan təqribən iki yaşa qədər.  
2.
 
Əməliyyatqabağı mərhələ – iki yaşdan yeddi yaşa qədər.  
3.
 
Konkret‐əməliyyat mərhələsi – yeddi yaşdan 11‐12 yaşa qədər.  
4.
 
Formal‐əməliyyat mərhələsi. 
44
 
 
 
 
                                                 
44
  Филип Райс, “Психология подросткового и юношеского возраста” (səh 166‐167) 


IV Fəsil. Koqnitiv inkişaf dövrləri 
 
 
59 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4:  Piajenin dörd mərhələsi
 
4.4.1. Sensor-hŠrŠkŠtli mŠrhŠlŠ
45 
Sensor‐hərəkətli 
mərhələ 
sensor‐hərəkətli  fəaliyyətlə‐
rin  ardıcıllığından  ibarətdir. 
Uşaqlar  görmə,  hissetmə, 
dadbilmə,  eşitmə,  iybilmə 
vasitəsilə ətraf aləmlə ünsiy‐
yətə girir və bu zaman özlə‐
rini  ünsiyyətdə  olduqları 
mühitin  mərkəzində  hiss 
edirlər  və  hər  şeyi  özləri  ilə 
müqayisə  edirlər.  Uşağı  ən 
                                                 
45
  Филип Райс, “Психология подросткового и юношеского возраста” (səh 167‐168) 
Sensor‐
hərəkətli  
mərhələ 
Konkret‐
əməliyyat 
mərhələsi 
Formal‐
əməliyyat 
mərhələsi 
Əməliyyat‐
qabağı 
mərhələ 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
60 
sadə hərəkətlər maraqlandırır: məsələn, nəyisə əlinə götürmək, yastığa tul‐
lanmaq, barmaqları ilə oynamaq. Bu mərhələdə fikirləşmə (əgər varsa) ət‐
raf aləmdən gələn qıcıqlara cavab əlaməti kimi uşaqla onu əhatə edən ma‐
terial  aləm  arasında  əlaqələndirici  rolunda  çıxış  edir.  Bununla  belə,  bu 
mərhələnin son etapında simvolik oyuna, imitasiyaya və obyektlərin təsəv‐
vürünə keçid baş verir. Elkində görə bu mərhələnin ən səciyyəvi xüsusiy‐
yəti əşyanın dərk edilməsidir. (Elkind, 1967).  
4.4.2. émŠliyyatqabağı mŠrhŠlŠ
46 
Əməliyyatqabağı mərhələ – bu, uşağın danışmağa başladığı mərhələdir. 
Bu  mərhələdə  uşaq  ətraf  aləmi  yalnız  hərəkətetmə  fəaliyyəti  və  birbaşa 
qarşılıqlı təsir vasitəsilə yox, həmçinin simvolların manipulyasiyası vasitə‐
silə  öyrənir.  Bu  zaman  simvolik  oyun  və  ya  qəbulolunmuş  (daxili)  imita‐
siya  başlayır.  Simvolun  özünə  tabe  edilməsi  əməliyyatqabağı  mərhələnin 
əsas vəzifəsidir. (Elkind, 1967).  
Bu  mərhələdə  uşaqlar  induktiv  və  ya  deduktiv  təfəkkür  yox,  əsasən 
transduktiv düşünmə tərzindən istifadə edirlər. Bu o deməkdir ki, uşaq öz 
düşüncəsində nə xüsusi haldan ümumi hala keçir (induktiv), nə də ümumi 
haldan xüsusi hala keçir (deduktiv). O, xüsusi haldan xüsusi hala keçərək 
transduktiv  düşünmə  tərzini  istifadə  etmiş  olur.  Məsələn,    o  fikirləşir  ki, 
yaxınlığında  olan  böcək  onun  üstünə  tullana  bilər,  həmçinin  balaca  bir 
pişik balası da bunu edə bilər, çünki onlar oynamağı çox sevirlər. Amma it 
bunu  edə  bilməz,  çünki  o  digərlərinə  nisbətən  daha  böyükdür  (amma 
əslində  it  də  onun  üstünə  tullana  bilər).  Düşünmə  tərzində  yanlışlıq  var: 
uşaq  hələ  də  ümumi  bir  fikrə  gələ  bilməyib  ki,  itlər  də  insanların  üstünə 
tullana bilər.  
Bu mərhələdə uşaqlar bəzən sinkretik səhvlərə yol verirlər, onlar əslin‐
də bir‐biri ilə heç bir əlaqəsi olmayan hadisələri əlaqələndirmək istəyirlər. 
Məsələn,  keçən  dəfə  xəstəxanaya  aparılan  anası  uşaq  dünyaya  gətirmişdi 
və uşaq belə düşünməyə başlayır ki, anası yenə də xəstəxanaya getsə, uşaq 
dünyaya gətirəcək.  
Uşağın əməliyyatqabağı düşüncə tərzi eqosentrikdir; uşaq başa düşmə‐
yə çətinlik çəkir ki, axı niyə ətrafdakılar da onun kimi düşünmür. O, vali‐
deynlərini  çirklənmiş  gəlinciyi  yumamağa  inandırmaq  istəyir,  amma  bu 
onda alınmadıqda, o məyus olur. Gəlinciyin bu halı uşağa daha yaxın gəlir 
və  bu  ona  ən  vacibdir,  valideynləri  üçünsə  vacib  olan  gəlinciyin  çirkli  ol‐
mamasıdır.  
                                                 
46
  Филип Райс, “Психология подросткового и юношеского возраста” (səh 168) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə