Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   20   21   22   23   24   25   26   27   ...   75

IV Fəsil. Koqnitiv inkişaf dövrləri 
 
 
61 
 
Bu  mərhələdə  düşünmə  üçün  həmçinin  əlamətləri  yuxarıda  göstərilən 
mərkəzləşmə də xarakterikdir. Bu, fikrin bir əlamətə cəmlənməsi və onun 
digər  aspektlərə  yönləndirilə  bilinməməsi  tendensiyasıdır.  (Muuss,  1988).  
Məsələn, əgər biz iki stəkana eyni miqdarda su əlavə etsək, uşaq fikirləşə‐
cək  ki,  stəkanlarda  eyni  miqdarda  su  var.  Amma  stəkanlardan  birindəki 
suyu daha geniş bir qaba töksək, uşaq elə fikirləşəcək ki, həmin qabdakı su 
daha  çoxdur,  çünki  həmin  qab  daha  genişdir.  O  həmin  qabın  daha  geniş 
olmağına və oraya su tökülən zaman onun miqdarının dəyişilmədiyinə fi‐
kir  verməyəcək.  Uşaq  bu  mərhələdə  öz  düşüncəsində  yalnız  bir  əlaməti 
saxlaya bildiyi üçün o yanlışlığa yol verir və onun arqumentlərindəki mən‐
tiqi  ardıcıllıq  pozulur.  Düzdür,  o  düşünür,  amma  bu,  hələ  əməliyyat  dü‐
şüncəsi deyil.  
4.4.3. Konkret-ŠmŠliyyat mŠrhŠlŠsi
47 
Konkret əməliyyat (fəaliyyət) mərhələsində uşaqlarda məntiqi düşüncə 
tərzinin  bəzi  əlamətləri  müşahidə  edilir.  Məntiqi  düşüncə  tərzinin  yaran‐
ması  səbəblərindən  biri  də  odur  ki,  indi  uşaq  obyektləri  iyerarxik  təsni‐
fatda birləşdirməyi və onların hər hansı bir sinfə aid olmasını anlayır (ob‐
yektlərin  iyerarxik  təsnifatın  müxtəlif  siniflərinə  eynizamanlı  aidliyini 
fərqləndirə bilir). Bu, hissələrin tama, tamın hissələrə və tamın hissələrinin 
bir‐birinə  olan  əlaqəsini  anlamağa  imkan  yaradır.  Məsələn,  uşağa  qarışıq 
şəkildə göy və qırmızı kvadratlar və qara‐ağ  dairələr verək. Əgər o iyerar‐
xik təsnifatı bilirsə, onda ona verilənlər arasında 2 əsas sinfin (kvadrat və 
dairə)  və  onların  da  hər  birinin  iki  əlavə  sinfinin  (kvadratlar  göy  və  qır‐
mızı,  dairələr  isə  qara  və  ağ)  olduğunu  anlayacaq.  Beləliklə,  fiqurlar  ara‐
                                                 
47
  Филип Райс, “Психология подросткового и юношеского возраста” (səh 169‐170) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
62 
sında əsas sinfi formaya, ondan törəmə sinfi isə rəngə görə qruplaşdırılan 
iyerarxiya  yaranacaq.  Bu  da  uşağa bir  neçə  məntiqi  nəticəyə  gəlməyə  im‐
kan verəcək: məsələn, hər hansı bir kvadrat ya göy, ya da qırmızı ola bilər, 
göy kvadratların miqdarı bütün kvadratların miqdarından azdır, əgər qır‐
mızı kvadratları götürsək, onda yalnız göy kvadratlar qalacaq və s.  
Konkret  əməliyyat  mərhələsində  uşaq  həmçinin  obyektləri  müəyyən 
əlamətlərinə  görə  siniflərə  bölərək  təsnifatlandıra  bilir.  Məsələn,  heyvan‐
ları təsnifatlandırarkən o, it və pişiyi müxtəlif siniflərə aid edə bilər, sonra 
isə  iti  növünə  (məsələn,  buldoq  və  tula),  rənginə  və  ya  ölçüsünə  görə  alt 
siniflərə  ayıra  bilər.  O  anlamağa  başlayır  ki,  müxtəlif  obyektləri  ölçüsün‐
dən, əlifba sırasından və ya yaşından asılı olaraq müxtəlif siniflərə ayırmaq 
olar və bu zaman eyni obyekt bir neçə sinfə aid ola bilər. Yoldan keçən bir 
uşaq  eyni  zamanda  həm  oğlan,  həm  şagird,  həm  idmançı,  həm  də  sarışın 
ola bilər. Bu mərhələdə simmetriya və ya ekvivalentliklə tanışlıq baş verir: 
hər  iki  qardaşdan  biri  digərinə  qardaş  gəlir.  Rəqəmlərlə  işləyərək  uşaq 
anlayır  ki,  müxtəlif  kombinasiyalar  eyni  bir  nəticəni  verə  bilər  və  bu  nə‐
ticəni dəyişməyərək proses zamanı müəyyən əvəzetmələr aparıla bilər. Bərk 
və  yumşaq  cisimlərlə  təmasda  olan  uşaq  anlayır  ki,  heç  də  həmişə  o  dü‐
şündüyü kimi forma dəyişikliyi həcm və kütlə dəyişikliyinə səbəb olmur.  
Piaje koqnitiv inkişafın bu mərhələsini konkret əməliyyat mərhələsi adlan‐
dırıb,  çünki  bu  cür  düşünmə  tərzi  konkret  elementlərdən  (obyekt  və  ya 
ölçüdən),  əməliyyatlardan  (toplama  və  ya  çıxmadan),  qaydalardan  və  ya 
əməliyyatların  yerinə  yetirilmə  üsullarını  təsvir  edən  xüsusiyyətlərdən 
ibarətdir.  Elkind  bu  mərhələnin  əsas  koqnitiv  vəzifəsi  kimi  sinifləndirmə, 
qarşılıqlı əlaqə və kəmiyyət anlayışlarının öyrənilməsini qeyd edir. (Elkind
1967).  
Uşaq tərəfindən görülən bütün əməliyyatları dörd qrupa bölmək olar: 
1.
 
Kombinator  əməliyyatlar.  İki  və  daha  artıq  sinif  özlərindən  böyük  bir  si‐
nifdə  birləşir.  Məsələn,  qızlar  və  oğlanlar  sinfinin  birləşməsindən  bü‐
tün yeniyetmələr sinfi yaranır.  
2.
 
Çevrilən  əməliyyatlar.  Bu  qrupdan  olan  hər  əməliyyata  əks  əməliyyat 
mövcuddur ki, o da birincinin hərəkətlərinə çevrilir. Əsas sinfi alt sinif‐
lərə bölmək olar: bu halda alt siniflərin birləşməsi əsas sinfə çevriləcək  
ki,  bu  da  birinci  hərəkətə  dönüş  deməkdir.  Bütün  yeniyetmələr  oğlan‐
lara və qızlara bölünür.  
3.
 
Assosiativ  əməliyyat.  Assosiativ  əməliyyatlara  (hərəkətlərə)  malik  uşaq 
öz  məqsədinə  bir  neçə  yolla  nail  ola  bilər.  Məsələn:  (3+6)+4=13  və 
6+(3+4)=13.  


IV Fəsil. Koqnitiv inkişaf dövrləri 
 
 
63 
4.
 
Eyniqiymətli  və  sıfırla  nəticələnən  əməliyyatlar.  Əməliyyat  ona  əks  olan 
əməliyyata uyğunlaşdırıldıqda sıfıra çevrilir. Məsələn: 0+3‐3=0. (Muuss
1988, p. 185) 
Saxlanma qanununa əsasən, əşyaların xüsusiyyətləri, yəni çəkisi, həcmi onla‐
rın formaları və onları saxlayan qabların formaları dəyişildikdə dəyişmir.  
Saxlanma  qanununun  vəzifəsi  əşyanın  kütləsi  və  həcmini  dəyişmədən 
onun  formasının  manipulyasiyasına  əsaslanır.  (J.  Piaje  and  İnhelder,  1969). 
Məsələn,  gəlin,  şəkil  6. 2‐dəki  saxlanma  qanunu  haqqındakı  təcrübəyə  ba‐
xaq. Uşağa həcmləri eyni olan plastilindən düzəldilmiş A və B
1
 kürəcikləri 
verilir.  Sonra  B
1
‐in  formasını  dəyişərək  B
2
,  B
3
  və  B

formasına  gətirirlər. 
Uşaqdan növbə ilə A‐nı B
2
, B
3
 və B
4
‐lə müqayisə etməyi xahiş edirlər və hər 
dəfə  də  onların  bərabər  olduğu  cavabını  alırlar.  Əgər  əməliyyatqabağı 
mərhələdə uşaqlar bu cür təcrübə apararkən cavabları əsasən obyektin for‐
masına görə verirdilərsə, konkret‐əməliyyat mərhələsində onlar A və B‐nin 
formasının  dəyişdiyinə  baxmayaraq,  onların  bərabər  olduğunu  nəzərdən 
qaçırmırlar. 
4.4.4. Formal ŠmŠliyyat dövrü
48
 
Koqnitiv inkişafın son dövrü və ya formal əməliyyat dövrü erkən yeni‐
yetməlik yaşında başlanır. Fransız psixoloqu  Jan Piaje bu dövrü aşağıdakı 
mərhələlərə bölür:  
 
III‐A  –  formal  əməliyyatların  tamamilə  mənimsənilməsi  (11‐12  yaşdan   
14‐15 yaşadək)  
 
III‐B  –  formal  əməliyyatların  tamamilə  qavranılması  (14‐15  yaşdan 
yuxarı) 
14‐15 yaşlarında olan altmərhələlər arasındakı sərhəd təfəkkürdə nata‐
raz  yenidənqurma  proseslərinin  baş  verdiyini  göstərir.  Bu  proses  böyük 
yeniyetməlik dövründə tarazlığın və intellektual təşkilatçılığın yüksək sə‐
viyyəyə çatmasına  səbəb olur.  
Erkən  yeniyetməlik  dövrünə  təsadüf  edilən  ilkin  altmərhələ  III‐A  ha‐
zırlıq  mərhələsidir.  Bu  vaxt  yeniyetmələr  bir  çox  gerçəkləri  özləri  üçün 
kəşf  edir  və  müəyyən  formal  əməliyyatları  yerinə  yetirə  bilirlər.  Lakin 
onlar  hələ  ciddi  və  sistemli  şəkildə  öz  düşündüklərini  sübuta  yetirə  bil‐
mirlər.  Bu  altmərhələ  yetişən  formal  əməliyyat  təfəkkürü  adlandırılır. 
Yeniyetmələr bu dövrdə bütün şərtlərdə olmasa da artıq formal əməliyyat‐
ları yerinə yetirə bilirlər. 
                                                 
48
  Филип Райс, “Психология подросткового и юношеского возраста” (səh 172‐175) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə