Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə20/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   16   17   18   19   20   21   22   23   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
48 
qabiliyyətə sahib olmaqla yanaşı, zehni inkişafla bu qabiliyyəti işlədə bilir. 
İki yaşlı uşaqda təmsili düşüncə qabiliyyəti inkişaf edir. Bu zaman uşağın 
həm də öz dünyası olur. Bir tərəfdən uşaq əxlaqla bağlı məfhumları düstur 
halına gətirməyə çalışır, digər tərəfdən öz dünyası olduğu üçün qaydalarla 
davranışlar  arasındakı  əlaqəni  başa  düşə  bilmir.  Bu  zaman  o,  qaydaları 
asanlıqla yox saya bilir.  
Məktəb  yaşına  gəlincə,  artıq  uşaqlar  öz  dünyalarından  tədricən  uzaq‐
laşmağa  başlayırlar.  Fərqli  insanlarla  ünsiyyətdə  olduqları  üçün  dünyaya 
baxışları  da  fərqli  olur.  Xəyali  dünyayla  gerçək  aləmi  ayırmağa  çalışırlar. 
Məktəb yaşına çatmış uşaqlar həmyaşıdları ilə daha çox vaxt keçirir və bu 
zaman fərqli dünyagörüşünə sahib olurlar. Bu, əxlaqi inkişaf cəhətdən zən‐
gin bir təcrübədir. Məktəbqabağı və məktəb çağındakı uşaqların əxlaqının 
inkişaf  etməsində  istifadə  edilən  yollardan  biri  də  evdə  və  məktəbdə  he‐
kayələrin oxunmasıdır.  
Hekayələr  uşaqların  xoşuna  gəlməlidir  və  onların  əxlaqının  inkişafını 
dəstəkləyən  olmalıdır.  Qaydalar  uşaqlar  üçün  məcazi  məfhumdur.  Sözlə 
ifadə  edildikdə  uşaqlar  bunu  başa  düşməyə  bilərlər.  Ancaq  hekayələrdə 
dil  başadüşülən,  sadə  olmalıdır  ki,  uşaq  bunu  anlaya  bilsin.  Hekayələri 
oxuyan zaman fikir aydın deyilməlidir ki, uşaqlar qaydaları daha tez dərk 
etsin. Bu xüsusiyyətlərə görə hekayələr əxlaq təhsilinə canlılıq qata bilir.  
Əxlaqın  inkişafında  ən  vacib  cəhət  ailə  şəraitinin  yaxşı  olmasıdır.  Bu 
bölmədə əxlaqi inkişafda ailə vəziyyətinin mənfi və müsbət təsirinə toxu‐
nulacaq.  Ailələrdən  daha  çox  sevgi  görən  yeniyetmələr  özlərini  valideyn‐
lərinə qarşı daha yaxın və məsuliyyətli hiss edirlər. Halsteadın dediyi kimi, 
yeniyetmələr ən çox valideynlərini əhəmiyyətli hesab edirlər. Ailələr isə öz 
dəyərlərini  uşaqlara  ötürürlər.  Digər  tərəfdən,  uşaqların  da  öz  əxlaqlarını 
müstəqil  inkişaf  etdirmək  haqları  var.  Ümumilikdə  isə  ailə  şəraiti  əxlaqi 
inkişaf üçün sağlam bir şəraitdir (Reimer, 1993). Ailə şəraitində təkcə əxlaq 
deyil, həyatın digər sahələri ilə əlaqəli söhbətlər də aparılmalı, yeniyetmə‐
lər də bu söhbətlərə qatılmalıdır. Bu, əxlaqi inkişafa öz müsbət təsirini gös‐
tərir. Yeniyetmələrin fikrini dinləyən ailələrdən fərqli olaraq, “görməməz‐
likdən  gələn,  mövzunu  dəyişdirək”  kimi  yollara  əl  atan  ailələr  də  var 
(Reimer,  1993).  Amma  ailələr  yaşadıqları  təcrübə  əsasında  uşaqlarına  yol 
göstərən olmalıdır. Ailələr uşaqlarına şüurlu hərəkətləri ilə bərabər, şüur‐
suz hərəkətləri ilə də təsir edirlər. Uşaqlar ailənin müsbət tərəflərini götür‐
dükləri  kimi,  ailədə  baş  verən  münaqişələri,  təcavüzü,  həddindən  artıq 
qorumanı və təzyiqləri də müşahidə edirlər (Halstead, 1999).  
Ana‐atanın  əmr  etməsi,  qaydaların  sıx‐sıx  təkrarlanması  bəzi  mənfi 
hərəkətlərin  sadəcə  müvəqqəti  aradan  qalxmasına  səbəb  olur  (Smetana 


III Fəsil. Əxlaq tərbiyəsi 
 
 
49 
1999).  Amma  ana‐atanın  təzyiqi  aradan  qalxdıqda  və  ya  valideynlərdən 
uzaqda,  uşaq  yenə  həmin  hərəkətləri  təkrar  edir.  İndi  isə,  mənfi  əxlaqın 
aradan qalxması üçün valideynlərin seçmiş olduğu cəzanı açıqlayaq. Ana‐
ata  arasında  qarşılıqlı  münasibət  olmalıdır.  Uşağın  yaxşılığına  görə  qərar 
verən valideyn, onun üçün bundan başqa yolun olmadığına ilk əvvəl özü 
inanmalıdır.  Daha  sonra  uşaq  ata‐ananın  onun  yaxşılığını  fikirləşdiyinə 
inanmalıdır.  Belə  olduqda  verilən  cəza  məqsədinə  çatar  və  övladla  vali‐
deyn arasında qarşılıqlı münasibət qurular.  
Veijersə  (Weijers)  görə  (2000),  verilən  cəza  zamanı  yaş  xüsusiyyətləri 
nəzərə alınmalıdır. Yaş artdıqca cəzalar azalmalıdır. Uşaq böyüdükdə ona 
verilən cəzaya görə utanır.
39 
Nəticə 
Uşaqlar  böyüklərin  hərəkətlərini  müşahidə  etməklə  öyrənir.  Beləliklə, 
uşaqlarımızın  necə  davranmasını  istəyiriksə,  biz  də  elə  davranmalı  və 
yüksək əxlaqlı uşaqlar yetişdirməliyik.  
Nağıl 
Ata  və  ana  maraqlı  nağıllar  və  şirin  əhvalatlar  danışmaqla  uşağı  özünə  cəlb 
etməlidir. Söylənilən əhvalat və nağıllar uşaq üçün çox maraqlı və cəzbedici olma‐
lıdır.  Belə  ki,  uşaqlar  nağılı  dinləyərkən  öz  oyunlarından  əl  çəkir,  diqqətlə  nağıla 
qulaq asır, hər şeyi unudurlar. 
                                                 
39
  Sevim  Cesur  “Çocuk  ve  ergenlerde  ahlak  gelişimi  ve  eğitim”,  Gül  Şendilin  redaktorlu‐
ğuyla “Çocuk. ergen, anne‐baba”, (səh. 130–135) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
50 
Nağıllar  uşağın  qəlbindəki  qəzəb,  düşmənçilik  və  nifrət  hisslərini  öldürməli, 
ona əxlaq dərsi verməlidir. Nağıllar, əsasən, qəhrəmanlıq, cəsarətlilik, qorxmazlıq 
xarakteri daşımalıdır. Kiçik yaşlı uşaqlara qəmli nağıllar danışılmamalıdır. Nəha‐
yət, nağıllar, hekayələr, dastanlar uşağa yaxşı fikirləri təlqin etməli, milli psixolo‐
giyaya yaxın olmalı, əhval‐ruhiyyəsinə müsbət təsir göstərməlidir. 
İndi  isə  nümunə  olaraq  atanın  övladlarına  (qızına)  söylədiyi  gözəl  bir  nağılı 
nəzərinizə çatdırırıq. 
“Şahzadə və xallı ceyran”. Biri var idi, biri yox idi. Qədim zamanlarda bir şah 
var idi. Onun gözünün ağı‐qarası bir qızı var idi. Qız həm gözəl, həm də ağıllı idi. 
Şah bir gün qızına baş çəkərkən onu qəmli görür. “Ey mənim şahzadə balam, nə 
üçün belə qəmlisən?” – deyə şah öz ciyərparasını bağrına basır. Qız üzünü atasına 
tutaraq:  
‐  “Ata,  yaman  darıxıram”,  –  deyir.  Şah  bunu  eşitcək  qızına  deyir:  “Mənim 
balam, qəm yemə, gedib rəfiqələrinlə çəmənlikdə, bulaq başında dincələrsən”. Qız 
sevincək atasının boynuna sarılıb, onun üz‐gözündən öpür. 
Yazın  ən  gözəl  çağı  idi.  Hər  tərəf  yamyaşıl  paltara  bürünmüşdü.  Gül‐gülü, 
bülbül‐bülbülü çağırırdı. Şahzadə öz rəfiqələri ilə bulaq başında çəmənlikdə güldü, 
oynadı,  doyunca  musiqiyə  qulaq  asdı.  Yeməkdən  sonra  qızlar  uzanıb  dincəlməyə 
başladılar. Nədənsə, şahzadənin yuxusu gəlmirdi.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə