Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə16/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   12   13   14   15   16   17   18   19   ...   75

III Fəsil. Əxlaq tərbiyəsi 
 
 
39 
Əxlaqlı insan valideyn və müəllimə itaət, böyüklərə hörmət kimi dav‐
ranışlarla səciyyələnir. Əxlaqlı insan iman və şüur kimi dəyərlərə sahibdir. 
Əxlaqlı  insan  ətrafindakılara  nikbinlik,  fədakarlıq  və  xeyirxahlıq  kimi  xü‐
susiyyətləri aşılayır.  
Uşaq və yeniyetmələrin əxlaqının formalaşmasında ailə və cəmiyyətin 
rolu  müstəsnadır.  Fərabi,  İbn  Sina  və  Bəhmənyar  düşüncə  məktəbinin 
təmsilçisi olan Tusinin ailə anlayışının əsasını sosial‐iqtisadi amillər təşkil 
edir. İnsan həyatının davam etdirilməsi üçün ilk əvvəl onun sosial‐iqtisadi 
ehtiyaclarının ödənilməsi lazımdır. Bunu isə insan təkbaşına həyata keçirə 
bilməz.  Tusiyə  görə,  ideal  ailə  üçün  vacib  olan  xüsusiyyətlərdən  biri  ailə 
üzvləri arasındakı münasibətləri qurarkən ümumi ailə mənafeyinin üstün 
tutulmasıdır. Diqqət olunan digər bir mövzu isə ailə üzvləri arasında mü‐
nasib  iş  bölümünün  olmasıdır.  Bundan  əlavə,  ailədə  möhkəm  bir  nizam‐
intizamın təmin edilməsi də ailənin şərtlərindəndir. Ən son olaraq isə Tusi 
ailə  üçün  ev,  yəni  bina  və  yer  seçiminin  də  ailənin  vəziyyətinə  görə  edil‐
məsi  lazım  olduğunu  irəli  sürür.  Onun  fikrincə,  ailənin,  ideal  cəmiyyətin 
ehtiyaclarına cavab verə bilməsi üçün qadın və uşağın önəmli yeri vardır. 
Tusiyə  görə,  uşağın  əxlaq  nöqteyi‐nəzərindən  inkişaf  etməsi  və  yaşadığı 
cəmiyyəti  düşünən,  təşəbbüskar  və  lider  olaraq  böyüməsi  üçün  o  mənə‐
viyyatını  poza  biləcək  çevrədən  uzaq  tutulmalı,  ağla  və  məntiqə  uyğun 
şəkildə tərbiyə edilməli, ona sevgi ilə yanaşılmalı, bahalı, bər‐bəzəkli pal‐
tarlar  geydirilməməli,  həddindən  çox  və  zorla  yemək  yedirərək  mədəsi 
düşkün hala gətirilməməlidir.
31
 
Ona  görə  də  uşaqların  tərbiyəsində  ən  xırda  məsələlər  belə  nəzərdən 
qaçmamalı,  uşağın  şüuraltı  fikirləri  daima  öyrənilməlidir.  Əxlaq  tərbiyəsi 
keçmişin,  bu  günün  və  sabahın  ən  aktual  məsələlərindən  biri  kimi  qal‐
maqdadır. Uşaqların məsuliyyətli olmasına ciddi yanaşmaq lazımdır.  
Həzrəti Peyğəmbər (s.ə.s.) uşaqlar ilə qarşılaşdıqda yaşlılar kimi onlara 
iltifat edər, bəzisini çiyninə, bəzisini qucağına alar və xoş rəftarı ilə demək 
olar  ki,  hamısının  könlünü  alar  və  onları  razı  salacaq  tərzdə  hərəkət 
edərdi.  
Bəzən küçədən keçərkən uşaqları gördüyü zaman Allah rəsulu onlarla 
böyük insan kimi rəftar edər və onlara “Əs‐səlamu əleyküm” deyər, onlar 
isə öz növbəsində “Və əleyküm salam, ya Rəsulullah” cavabını verərdilər. 
Allah  rəsulu  uşaqlara  olduqca  artıq  dəyər  verərdi.  Əgər  bir  uşağa  “sənə 
filan  vaxt  bunu  verəcəyəm”  deyə  söz  vermişdirsə,  bir  böyük  insanla  mü‐
qavilə bağlamış kimi, vəd etdiyi vaxtda mütləq sözünə əməl edərdi. 
 
                                                 
31
  Journal of Qafqaz university, (səh 20‐21) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
40 
3.2. Uşaqlara inam hissi aşılamaq 
Həzrəti  peyğəmbər  (s.)  həmişə  etimad  etmək  fikrini  təlqin  edər  və 
ətrafında olan uşaqlar onunla əlaqəli adətə “etimad” xaricində heç nə bil‐
məzdilər.  O  hamının,  həmçinin  uşaqların  da  nəzərində  etimadlı  bir  in‐
sandı. Əlbəttə, belə fərdlərdən ibrət alan millət də etimadlı olacaqdı.  
Bundan başqa, Allah Rəsulu (s.ə.s.) “Allah uşağa mərhəmət etməyənə 
mərhəmət  etməz”  –  kəlamını  buyurur  və  xalqını  qəlb  və  könül  insanı  ol‐
mağa çağırırdı: “Onları sevin, onlara verdiyiniz sözü vaxtında yerinə yeti‐
rin; onlar sizin sözlərinizlə rəftarınız arasında ziddiyyət görməsinlər; uşaq 
belə bir işə şahid olmasın”.  
Bir hədisdə Allah rəsulu (s.ə.s.): “Sizlərdən biriniz uşağına bir şey vəd 
edərsə,  qüsursuz  olaraq  onu  yerinə  yetirsin”,  –  buyurur  ki,  buradan  da 
göründüyü kimi “uşaqdır, yalan desəm də, aldatsam da eybi yoxdur” fikri 
səhvdir.  
Məhəmməd  peyğəmbərin  (ə.)  fikirləri  ilə  desək  “Bəli,  hər  aldatma  və 
vədinə  xilaf  çıxma  bir  toxum  kimi  onun  beynində,  bu  gün  olmasa  da, 
sabah  bir  zəqqum  ağacı  kimi  zühur  edəcək  və  sizin  tərbiyə  cəhdlərinizi 
təsirsiz hala salacaqdır. Uşağınızın sizin haqqınızda “yalan dedi”, “sözün‐
dən döndü”, “dünya malına tamah saldı” və s. kimi sözlər deməsinə və ya 
fikirləşməsinə imkan verməməlisiniz. Onlar sizi həmişə fədakar, sədaqətli, 
səbirli  və  əxlaqlı  görməli  və  tanımalıdırlar.  Belə  tövsiyələrlə  peyğəmbəri‐
miz tərbiyədə ən ideal nöqtələrə işarət edirdi”. 
Quranın ifadəsi ilə desək, Loğman peyğəmbər oğluna nəsihət verərkən 
cəmiyyət  içində  incə  nöqtələri  nəzərə  alaraq  davranış  tərzini  tövsiyə  et‐
mişdir.  
Adamlardan  təkəbbürlə  üz  çevirmə,  yer  üzündə  lovğa‐lovğa  gəzib  dolanma. 
Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! 
Yerişində  müvazinət  gözlə  (nə  çox  yeyin,  nə  də  çox  asta  get)  və  (danışanda) 
səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”
32
 
Uşaqların  böyüdükləri  mühiti  nəzərə  alaraq  yaş,  bilik  və  mədəniyyət 
səviyyələrinə görə qruplaşdırılması daha faydalıdır. Uşaq beş yaşındadır‐
sa,  ona  öyrədəcəyimiz  mənəvi  biliklər,  eynilə  qidalanmada  izlədiyimiz 
üsulda  olduğu  kimi,  fərqli  tətbiq  olunmalıdır.  Yəni  uşaq  yaşına  uyğun 
vacib  olan  şeyləri  bilməli,  bilməməsi  lazım  olan  şeyləri  isə  vaxtı  gələndə 
öyrənməlidir.  
                                                 
32
  Qurani‐Kərim, Loğman surəsi 31, (səh. 403‐407) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə