Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə13/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   9   10   11   12   13   14   15   16   ...   75

 
28 


 
29 
 
 
II FéSİL      Xarakter vŠ xasiyyŠt  
 
 
2.1. Xarakter 
Sosial  Psixologiyada  öyrənilən  məsələlərdən  biri  də  uşaq  və  yeniyet‐
mələrin  xarakter  və  xasiyyətlərinin  dərindən  öyrənilməsidir.  Xarakter  in‐
san  psixikasında  yaranan  fərdi  fəaliyyət  və  davranış  xüsusiyyətlərinin 
məcmusudur.  Hər  bir  insan  özünəməxsus  psixikaya  və  təkrarolunmaz 
xarakterə malikdir. Psixikada fərdi fəaliyyət və davranış xüsusiyyətlərinin 
formalaşması  şəxsin  doğulduğu  elə  ilk  gündən  başlayır.  Bu  formalaşma 
yaşamaq  mərhələləri  üzrə  insanın  fizioloji  inkişafının  və  sosiallaşmasının 
bütün proseslərini əhatə edir.  
Beləliklə  də,  xarakterik  fəaliyyət  və  davranış  xüsusiyyətlərinin  forma‐
laşması psixikada mərhələli fəaliyyət proseslərinin təsiri altında baş verir. 
Bu  özünəməxsus  fərdi  formalaşma  xüsusiyyətlərinə  psixikanın  ümumi‐
psixoloji,  bioloji  və  sosial  proseslər  sistemi  daxildir.  Məsələn,  psixikanın 
zehni  aktivliyi  həmin  şəxsin  xarakterində  müəyyən  fərqləndirici  sosial‐
psixoloji  xüsusiyyətlər  yaradır.  Əksinə,  psixikası  çox  olan  fiziki  fəaliyyət 
aktivliyinə  meyilli  olan  insanların  xarakterində  isə  digər  fərqli  xüsusiy‐
yətlər  formalaşır  və  sairə.  Bu  formalaşma  prosesləri  təbii  proseslərdir. 
Çünki  “insan”,  “psixika”  və  “xarakter”  məfhumları  özünəməxsus  təkrar‐
olunmaz xüsusiyyətlər sistemidir.  
Xarakterin  yaranıb  tam  təkmilləşməsi  psixikada  zehni,  fiziki  və  sosial 
fəaliyyət  xüsusiyyətlərinin  artıq  formalaşması  deməkdir.  Çünki  xarakter 
bizim fəaliyyət və davranışlarımızın təhrikedici subyektiv motivlərini təş‐
kil edir. Ona görə də insanlar cəmiyyət daxilində öz xarakterlərinə uyğun 
fəaliyyət göstərir və yaşayırlar.  
Psixikada  xarakterin  yaş  mərhələləri  üzrə  formalaşması  açıq  şəkildə 
hiss  olunur.  Onun  üçün  də  hər  yaş  mərhələsinin  öz  xarakterik  xüsusiy‐
yətləri olur. Psixika təkmilləşdikcə, inkişaf etdikcə xarakter də ümumiləşir, 
bütövləşir.
23
  
                                                 
23
  Şükran Dədəyev, “Psixika” (səh 393 – 394) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
30 
Xarakter sözü şəxsiyyət sözü ilə sinonimdir. Xarakter insan xüsusiyyət‐
lərinin cəmi olub, insanın fiziki və zehni fəaliyyətlərinə cəmiyyətin verdiyi 
dəyərdir.  Xarakter,  içində  yaşadığı  cəmiyyətin  mentalitetinə  və  əxlaq  qa‐
nunlarına görə yaranır və qiymətləndirilir. Tərbiyəli insan dedikdə, yaxşı, 
gözəl, doğrunu yerinə yetirən, insanları sevən kimi başa düşülür. Bunların 
əksini özündə əks etdirən insan isə xaraktersiz hesab olunur.  
Bu  məsələnin  təlim  psixologiyasında  əhəmiyyəti  ondan  ibarətdir  ki, 
bunlar uşaq və yeniyetmələrin ailə, məktəb və cəmiyyət içində hərəkət və 
davranışlarını formalaşdırır. Belə ki, uşaq və yeniyetmələr böyüklərlə mü‐
nasibətdə  olarkən  onların  davranışlarından  təsirlənib  özlərini  böyüklər 
kimi  göstərməyə  çalışırlar.  Bu  hal  və  davranışları  öz  övladlarında  müşa‐
hidə edən valideynlər, belə bir halın övladlarında vərdiş halına keçməməsi 
üçün psixoloji təzyiq göstərməmək şərti ilə tədricən qarşısını almağa çalış‐
malıdırlar. 
İnsan psixologiyasında və onun şəxsiyyətinin inkişafında əsas məsələ‐
lərdən  biri  də  xarakterdir.  Xarakteri  tədqiq  etmək  cəhdləri  hələ  qədim 
zamanlardan olmuşdur. Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsus‐
dur.  O,  etik  prinsiplər  əsasında  xarakterin  tipologiyasını  yaratmışdır.  Qə‐
dim  yunan  ədəbiyyatında  Afina  cəmiyyətində  yayılmış  xarakter  tipologi‐
yasını Teofrast təsvir etmişdir. Xarakterin tədqiqində zahiri görünüşlə onun 
müəyyən şəxsiyyət tipinə məxsusluğu arasında bağlılıq haqqında elm, yə‐
ni fizionomika əhəmiyyətli dərəcədə öz təsirini göstərmişdir.  
XIX  əsrin  birinci  yarısında  xarakter  haqqında  elmi  fikirlər  yaranmağa 
başladı. Frenologiyanın yaradıcısı Qall insan xarakterinin təşəkkül tapdığı 
27  elementar  psixi  xüsusiyyəti  sadalayır.  Onların  arasında  artıb‐törəmə 
instinkti, övlada məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizə və 
özünümüdafiəyə meyilliliyi qeyd etmək olar.
24
 
Xarakter nədir? Xarakter irsidirmi, yoxsa sonradan yaranan haldır? Xa‐
rakterin hansı xüsusiyyətləri vardır? Xarakter dəyişə bilərmi? 
Şəxsiyyətin  inkişafında  xarakterin  rolu  böyükdür.  Xarakter  insanda 
irsidir.  İrsi  xüsusiyyətlərə  malikdir.  Lakin  sonradan  qazanılma  xüsusiy‐
yətləri də özündə cəmləşdirə bilir. Xarakterin idarə olunan və idarə olun‐
mayan tipləri vardır.  
İdarə olunan tipə malik olan uşaqlara istiqamət verdikdə, onlar daima 
özlərini  maarifləndirməklə  bilik  toplayaraq,  qarşılarına  çıxan  çətinliklərin 
öhdəsindən gəlməyə çalışırlar.  
                                                 
24
  S. Seyidov, M. Həmzəyəv, “Psixologiya” (səh. 399) 


II Fəsil. Xarakter və xasiyyət 
 
 
31 
Nümunə (uşaqlara görə): 
–   Azər, oğlum, dərsdən gələndən sonra yeməyini ye və dərslərinə başla.  
–   Baş  üstə,  ana!  (Azər  dərsdən  gələndən  sonra  ona  verilən  tapşırıqları  yerinə 
yetirdi).  
İdarə olunmayan uşaqlar isə ailə və cəmiyyət içərisində məsələni öz bildikləri 
kimi  həll  etmək  istəyirlər.  Məsləhətə  və  tövsiyələrə  o  qədər  də  önəm  vermək 
istəmirlər.  Çünki  cəmiyyət  içərisində  uğur  qazanmaq  üçün  inad  etməyə  üs‐
tünlük  verirlər.  İdarə  olunmayan  uşaqlarda  maraqlı  xüsusiyyətlərdən  biri  də 
onlara  qarşı  edilən  müraciətin  hansı  formada  olmasına  həssaslıqla  yanaşma‐
larıdır. Yəni bir sözü tez‐tez xatırladaraq və ona əmr formasında göstəriş ve‐
rilməsini xoşlamırlar.  
Nümunə: 
–   İlqar, oğlum, bu nədir, mən sənə nə tapşırmışdım? Deməmişdimmi ki, dərsdən 
gələndən sonra çörəyini ye və dərslərinlə məşğul ol? Bu vaxta qədər niyə bun‐
ları yerinə yetirməmisən?! 
İlqar, valideyninin bu sözlərindən heç də təsirlənmir, öz bildiyinə davam edir.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə