Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə10/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   6   7   8   9   10   11   12   13   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
20 
Üçüncü mərhələ – Genital Dövr (12 yaşdan yuxarı): Bu dövr 12 yaşın‐
dan başlayıb insanın gənc yeniyetməlik dövrünə qədər davam edir. Fizio‐
loji  və  psixoloji  cəhətdən  püxtələşməyə  başlayan  gənclərdə  hormonların 
təsiri ilə bir sıra proseslər baş verir.  
Bu dövrdəki əsas problemlərdən biri olaraq, ana‐ata ilə mübahisə edən 
övladın  özünü  sübut  etmək  üçün  öz  yoldaş  çevrəsiylə  daha  çox  münasi‐
bətdə olması nəzərə çarpır. Bu yaşda uşaqlar sosial fəaliyyətlərə qatılmağa 
üstünlük verirlər.  
Gənc özünü tanıyıb püxtələşərkən cəmiyyət də gəncdən müəyyən dav‐
ranışlar gözləyir. Gənc bu rolları da mənimsəməyə çalışır. Cəmiyyət rolla‐
rından  biri  də  heç  şübhəsiz,  peşə  roludur.  Gənc  özünə  ən  uyğun  sənəti 
seçmək üçün əmək sərf edir.  
Genital  dövrü  müvəffəq  bir  şəkildə  keçən  şəxslər  digər  insanlarla  sağ‐
lam  münasibətlər  qura  bilir,  həyatdan  zövq  alan,  yaradıcı  və  xoşbəxt  bir 
insan  olurlar.  Bu  dövrdəki  müvəffəqiyyətsizlik  isə  gəncin  cəmiyyətdə  və 
fərdi  sferada  sağlam,  bacarıqlı  bir  şəxsiyyət  kimi  formalaşmasına  əngəl 
olur
9
.  
Bu dövrə məxsus uşaqlar yaradıcı, öz güclərini istifadə etməyi bacaran, 
ətrafla normal münasibətdə olan, insanları sevən və hörmət edən təbii insan 
tipidirlər.
10
 
 
1.2. Erik Erikson vŠ psixo-sosial inkişaf qaydası 
Psixo‐sosial inkişafla bağlı ən geniş və əhatəli nə‐
zəriyyə Erik Erikson tərəfindən ortaya qoyulmuşdur. 
Eriksonun bu nəzəriyyəsi, əslində, Freydin düşüncə‐
lərinə istinad edir. Lakin Erikson insanın inkişafında 
ictimaiyyətin  və  mədəniyyətin  rolunu  əsas  götür‐
məklə Freyddən fərqlənir. Freyd, nəzəriyyəsini daha 
çox fizioloji və deterministik istiqamətdə dərinləşdir‐
mişdir.  Nəticədə  Eriksonun  nəzəriyyəsi  psixo‐sosial, 
Freydin nəzəriyyəsi isə psixocinsi olaraq öyrənilir.
11
 
                                                 
9
   Yenə orada 
10
  N. İsmailov, F. İsmailov “Tibbi psixologiya və psixoterapiya” (səh. 88) 
11
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 141) 


I Fəsil. Yeniyetməlik dövrünə baxış 
 
 
21 
1.2.1. Eriksonun inkişaf mŠrhŠlŠlŠrinin qarşılaşdırılması 
Yaş 
İnkişaf mərhələləri 
0 ‐ 1 yaş 
İnam və inamsızlıq 
2 ‐ 3 yaş 
Avtonomluq və utanc 
3 ‐ 6 yaş 
Təşəbbüskarlıq və günahkarlıq                     
6 ‐ 12 yaş 
Çalışqanlıq və özünə inamsızlıq 
12 ‐ 20 yaş 
Şəxsiyyət və şəxsiyyət qarışıqlığı 
20 – 40 yaş 
Yaxınlıq və yalnızlıq 
40 – 65 yaş 
Məhsuldar və durğunluq 
65 yaş və yuxarı 
Bütünlük və Ümidsizlik 
Erikson  insan  inkişafını  səkkiz  dövrə  bölür  və  hər  bir  dövrdə  insanın 
yerinə  yetirilməsi  labüd  olan  bir  psixo‐sosial  vəzifəsi  olduğunu  bildirir. 
Əgər bu vəzifə uğurla yerinə yetirilərsə, insana müsbət xüsusiyyət qazan‐
dırar  və  inkişafında  sürətli  irəliləməyə  təsir  edər.  Əksinə,  vəzifə  uğurla 
yerinə  yetirilməzsə,  insan  nəticədə  qazandığı  mənfi  xüsusiyyətdən  zərər 
görər. Bu bölünmüş dövrlərdə insanın vəzifəsi – bir dövrdən digər dövrə 
keçdikcə  gözəl  şəxsiyyət  kimi  formalaşmaqdır.  Eriksonun  nəzəriyyəsi,  
eyni zamanda “həyat boyu” (life ‐ span) nəzəriyyəsi olaraq da qiymətlən‐
dirilir
12
.  
1.2.2. Eriksona görŠ psixo-sosial inkişaf dövrlŠri 
Təməl inama qarşı inamsızlıq (0 – 1 yaş): Sağlam şəxsiyyətin ən vacib 
komponentlərindən biri həm başqalarına, həm də özünə qarşı inam hissini 
inkişaf  etdirməkdir.  Bu  dövr  doğumla  başlayıb  birinci  ilin  sonunda  bitir. 
Bu dövr ərzində uşaq ətrafına və digər insanlara inanmağı və ya inanma‐
mağı  öyrənir.  İnam  və  ya  inamsızlıq  əsas  ehtiyacların  qarşılanıb‐qarşı‐
lanmamasıyla  bağlıdır.  Uşaq  yemək,  qayğı,  fiziki  təmas  kimi  təməl  ehti‐
yaclarının  qarşılanmasında  başqalarına  bağlıdır.  Əgər  bu  ehtiyaclar  kafi 
səviyyədə və uyğun şəkildə qarşılanarsa, uşaq dünyanı etibarlı olaraq qə‐
bul  edir.  Əks  təqdirdə,  uşaq  dünyanı  və  insanları  etibarsız  olaraq  qəbul 
edəcək. Bu dövrdə uşağa qayğı göstərən valideynə və ya dayəyə olan inam 
və ya inamsızlıq gələcəkdə başqalarına da yönələcək.  
                                                 
12
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 141‐142) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
22 
Buradakı  əsas  məqsəd  uşağa  yaşadığı  dünyanın  etibarlı  bir  yer  oldu‐
ğunu  hiss  etdirməkdir.  Bu  zaman  uşaqda  üç  aspektə  görə  inam  hissi  ya‐
ranır.  Tanışlıq,  tutarlılıq  və  davamlılıq.  Əgər  uşağa  diqqət  göstərən,  qay‐
ğısına qalan ona tanışdırsa, bir‐birini tamamlayan davranışlar göstərirsə və 
davamlı  olaraq  diqqət  göstərirsə,  onda  inam  hissi  oyatmaq  çox  asandır. 
Beləliklə, uşaq bir‐birinə uyğun olan hər şeyə inanacaqdır. Çünki tutarsız 
olanlar  onsuz  da  etibarsızdır.  Uşaqlar  məhdudiyyətlərdən  daha  çox,  bir‐
birinə uyğun olmayan, mənasız hərəkətlərdən yorulurlar, narahat olurlar
13
.  
Avtonomluğa qarşı utanma və şübhə (2 – 3 yaş): Bir yaşından üç ya‐
şına  qədər  davam  edən  bu  dövrdə  uşaqlar  avtonomluq  və  fərdiləşmə 
cəhdlərinin verdiyi inam və utanma duyğularını birgə yaşayırlar.  
Bu  dövrdə  ana‐atanın  uşağa  hədsiz  nəzarət  etməsi  uşağın  öz  bacarıq‐
larına qarşı şübhəyə düşməsinə və bunun nəticəsində də utanmasına səbəb 
olur. Bu dövrü uğurla keçən uşaqlar gözütoxluq, özünəinam və özünüqiy‐
mətləndirmə  kimi  keyfiyyətlər  qazanmış  olurlar.  Bunun  öhdəsindən  gələ 
bilməyən  uşaqlar  isə  kimdənsə  asılı  olaraq  yaşamağa  vərdiş  etməklə  ya‐
naşı,  hədsiz  utancaq  olurlar.  Özlərinə  heç  inanmırlar,  bacarıqlarına  daim 
şübhəylə yanaşırlar. Çünki sərbəst olaraq bir işin öhdəsindən gəlmək üçün 
ona şərait yaradılmayıb.  
Uşaq bu dövrdə yalnız  özünün həyata keçirdiyi işlərdən, davranışlar‐
dan hədsiz zövq alır. Gördüyü işə heç kimin qarışmasını istəmir. Məsələn, 
pilləkənlərdən  enərkən,  ana, ya  da ata  uşağın  yıxılmaması  üçün  əlini  tut‐
mağa çalışanda, o, inadla “dəymə, özüm düşəcəyəm” deyir.  
Bu  dövr  ərzində  uşağın  davranışlarına  məhdudiyyət  qoymaq,  onun 
özü üçün məşğul olduğu işə qarışmaq, görməli olduğu işləri onun yerinə 
həyata  keçirmək  uşağın  öz  bacarıqlarına  şübhə  etməsinə  səbəb  olduğu 
kimi,  onun  davranışlarını  dəstəkləmək  də  onda  avtonomluq  duyğusunu 
artırır
14
.  
Təşəbbüskarlığa  qarşı  günahkarlıq  duyğusu  (3–6  yaş):  Bu  yaş  döv‐
ründə  uşaqlar  yeni‐yeni  inkişaf  etdirdikləri  sərbəstlik  duyğusunu  istifadə 
edərək  ətrafı  araşdırmağa,  dildən  istifadəyə,  bilik  və  sosial  bacarıqlarını 
inkişaf etdirməyə başlayırlar. Bütün bu cəhdlər, adətən, təşəbbüskarlıq ola‐
raq  qiymətləndirilir.  Başqa  sözlə  desək,  bacarıqlarını  artırmağa,  daha  çox 
                                                 
13
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 142) 
14
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 142‐143) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə