Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə9/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
18 
Freyd  şəxsiyyətin  inkişafında  beş  psixi‐cinsi  inkişaf  dövrləri  üzərində 
üç  mərhələdə  araşdırma  aparmışdır.  Bu  dövrlər  –  oral,  anal,  fallos,  latent 
(gizli) və genital dövrlər adlanır. 
Birinci  mərhələ:  Oral  (körpəlik  dövrü)  dövr  (0  ‐  2  yaş):  Yeni  doğul‐
muş  uşaq  köməksiz  olub,  himayəyə  ehtiyacı  olduğundan,  dərhal  öz  əha‐
təsiylə  münasibətlər  qurmağa  can  atır.  Qida  uşağın  əsas  tələbatıdır.  Buna 
görə  də  uşağın  əksər  arzuları,  maraqları,  əməlləri  ağız  nahiyəsiylə  əlaqə‐
dardır. Məhz ona görə də Freyd bu dövr üçün latın dilində ağız mənasını 
verən  oral  sözündən  istifadə  edir.  Oral 
dövrdə  ilk  həzz  mərkəzi  ağız  hissəsidir. 
Bəzən  uşaq  öz  tələbatını  ödəyə  bilmədik‐
də (məsələn, ona əmzik verilmədikdə) qış‐
qırıb  ağlamalı  olur.  Belə  davranış  uzun 
müddət  davam  etməzsə,  özünü  sakitləş‐
dirmə  vərdişləri  aşılayır  və  qəzəbdən  qo‐
runma mexanizmlərini inkişaf etdirir. 
4
  
Amma öz tələbatını ödəyə bilmədikdə onda infantilik, asılılıq keyfiyyəti 
formalaşır. Bu isə böyüdükdən sonra özünü konformizm və ya neqativ dav‐
ranış formasında büruzə verir. 
İkinci  mərhələ:  Bu  mərhələ  cinsi  yetişkənliyin  başlamasına  qədər  da‐
vam  edir  və  libido  ‐  subyekt  adlanır.  Bu  dövr  onunla  seçilir  ki,  uşaq  öz 
instinktiv tələbatını ödəmək üçün heç bir xarici obyektə ehtiyac hiss etmir. 
Freyd  bu  dövrü  narsizm  mərhələsi  də  adlandırırdı.  Bu  mərhələdə  uşaq 
özünə nəzər salır, ətrafdakı əşyalardan öz tələbatını ödəmək üçün istifadə 
edir. Narsizm özü də bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ (Anal 
dövr:  2–3  yaş)  üç  yaşa  qədər  davam  edir.  Bu  dövr  ayaqyolu  təliminin 
başlandığı  dövrdür.  Ayaqyolu  təlimini  icra  edərkən  uşağı  hazır  olmadığı 
halda  məcbur  etmək  və  ya  cəza  tətbiq  etmək  onda  iki  tip  təsirdən  birinin 
inkişafına səbəb olur.

Psixoloji  cəhətdən,  Freyd  deyir  ki,  uşaqları  istəmədiyi  şeyə  məcbur 
etmək olmaz. Belə halda uşağı məcbur edən ananın hərəkətini qınayır. Belə 
bir xüsusiyyət gələcəkdə – yeniyetməlik dövründə davakar, hirsli xarakter 
kimi  özünü  büruzə  verə  bilər.  Bu  xüsusiyyətə  malik  olan  şəxslər  əziyyət‐
vermə, dağıtmaq, əsəbilik, pintilik, səliqəsizlik kimi zahirdən görünən dav‐
ranışları özündə əks etdirə bilər. 
                                                 
4
   N. İsmailov, F. İsmailov “Tibbi psixologiya və psixoterapiya” (səh. 86) 
5
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 139) 
Yaş 
Freyd 
0‐1 yaş 
Oral dövr 
2‐3 yaş 
Anal dövr 
3‐6 yaş 
Fallos dövr 
6‐12 yaş 
Latent dövr 
12‐20 yaş 
Genital dövr 


I Fəsil. Yeniyetməlik dövrünə baxış 
 
 
19 
Bir  başqa  halda,  Freyd  göstərir  ki,  ananın  təzyiqlərinə  və  cəzalarına 
məruz qalmamaq üçün uşaq nəcisi bağırsaqlarında tutmağa üstünlük verir. 
Bu  psixoloji  təzyiq  nəticəsində,  uşaq  ayaqyolu  ehtiyacını  ödəməmiş  olur. 
Bu  xarakteri  inkişaf  etdirən  şəxslər  yeniyetməlik  dövrlərində  də  hisslərini 
büruzə verməkdən qaçan, ifrat tənqidçi, nizam‐intizamlı, əşya və pul yığan, 
lakin xərcləməyən bir şəxs kimi formalaşa bilərlər.
6
 
Fallos Dövr (3–6 yaş): Freydə görə  bu dövr cinsi kimliyin əsasının qo‐
yulduğu dövrdür. Uşağın diqqəti tədricən ağız nahiyəsi və anusdan cinsiy‐
yət orqanlarına yönəlir. Bu mərhələdə cinsiyyət orqanları yeni həzz mənbə‐
yinə  çevrilir.  Oğlan  və  qızlarda  cinsi  fərqlər  özünü  bariz  şəkildə  göstərir. 
Freyd  fallos  mərhələsini  qızlar  üçün  daha  böhranlı  hesab  edir.  Bu  mərhə‐
lədə valideynlərlə münasibətdə gərginlik yaranır. Bu, qızlarda anaları, oğ‐
lanlarda isə ataları ilə münasibətdə xüsusilə kəskin şəkildə meydana çıxır. 
Uşaq  öz  həmcinsi  olan  valideynlərdən  həm  qorxur,  həm  də  onu  əks  cins‐
dən olan valideynlərinə qısqanır.

Artmaqda  olan  intellektual  fəallıq  maraqları  ödəmək,  təşəbbüs  göstər‐
mək, sadə məsələləri həll etmək imkanı verir. Adətən valideynlər müəyyən 
çərçivədə bu təşəbbüsü təqdir edir və uşaqda ləyaqət hissini tərbiyə edirlər. 
Beləliklə, fallos mərhələ şəxsin özünə qarşı münasibətin formalaşması ücün 
mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  mərhələ  anormal  keçərsə,  narsistik  tip 
şəxsiyyət  formalaşır.  Bu  tipə  qeyri‐yeniyetməlik  hissi,  ən  xırda  hadisələrə 
qarşı həssaslıq, başqalarının rəyindən hədsiz asılılıq xasdır.
7
 
Latent (Gizli) Dövr (7–12 yaş): Cinsi maraq və istəklərin gizlədildiyi bu 
dövrdə  uşaqlar  ehtiras  və  hisslərini  nəzarət  altında  saxlamağa  çalışırlar. 
Uşaq  bir  tərəfdən  cinsi  istək  və  maraqları  olduğunu  hiss  edəcək,  digər 
tərəfdən  də  bu  enerjisini  başqalarına,  insanlararası  əlaqələrə  və  dərs  oxu‐
mağa  istiqamətləndirəcəkdir.  Bu  dövrdə  uşaqlarda  özünə  inam  hissi  art‐
mağa başlayır, dostlar qazanır və bununla əlaqədar cəmiyyətdəki rollarını 
öyrənib mənimsəməyə başlayır. Bu dövrdə uşaq özünü, öz cinsinin nüma‐
yəndələri  ilə  eyniləşdirməyə  çalışır.  Müxtəlif  oyunlarda  iştirak  edərkən, 
qrup daxilində fəaliyyətə xidmət edən müxtəlif rituallar, qaydalar işlənilir. 
Qrupdaxili davranış standartlarının ödənilməsi, ünsiyyət vərdişlərinin yax‐
şı mənimsənilməsinə xidmət edir.
8
 
                                                 
6
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 139) 
7
   N. İsmailov, F. İsmailov “Tibbi psixologiya və psixoterapiya” (səh. 87) 
8
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 140) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə