Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə11/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   7   8   9   10   11   12   13   14   ...   75

I Fəsil. Yeniyetməlik dövrünə baxış 
 
 
23 
çalışmağa və daha yaxşı etməyə başlayırlar. Bu dövrün ən təhlükəli cəhəti 
günahkarlıq hissinin oyanmasıdır. Daha sosial və artıq bir  qrupun tərkibi 
olmağa  başlayan  uşaq,  yavaş‐yavaş  öz  potensialını  dərk  etməyə  başlayır. 
Bununla  yanaşı  uşaqda  ətrafda  baş  verən  pisliklərlə  bağlı  anlayış  forma‐
laşmağa  başlayır.  Bu  dövrdə  yaxın  və  ya  uzaq  ətrafı  tərəfindən  dəstək‐
lənən,  səhvlərini  anlamasında,  üzə  çıxarmasında  kömək  görən,  həvəslən‐
dirilən uşaqlarda təşəbbüskarlıq hissi inkişaf etdiyi halda, əksinə davamlı 
olaraq  tənqid  edilən,  cəzalandırılan  uşaqlarda  günahkarlıq  hissi  inkişaf 
etməyə başlayır
15
.  
Çalışqanlıq  və  müvəffəqiyyətli  olmağa  qarşı  özünəinamsızlıq  hissi 
(6 – 12 yaş): Bu yaşlarda uşaqların maraqları oyuna yox, artıq akademik və 
sosial  mövzular  üzərində  cəmlənməyə  başlayır.  Eyni  zamanda,  uşaq  bu 
meyarlar baxımından özünü həmyaşıdlarıyla müqayisə edir. Öyrəndiyi və 
öhdəsindən gəldiyi işlərə görə tərif və dəstək gözləyir. Bu dövrdə uşaqlara 
qabiliyyətlərinə uyğun işlər verərək onlara özləriylə yarışmaq öyrədilərsə, 
müəyyən  dövrdən  sonra  uşaqda  qabiliyyətli  olma  duyğusu  yaranmağa 
başlayacaq. Əks təqdirdə, onlardan bacardıqlarından artıq nəticə gözlənil‐
məsi,  üstəlik,  elədiklərinin  bəyənilməməsi,  hətta  ondan  qabiliyyətli  uşaq‐
larla müqayisə edilməsi uşaqda özünəinamsızlıq və ya zəiflik duyğusunun 
yaranmasına  səbəb  olar.  Bu  dövr,  məlum  olduğu  kimi,  uşağın  ibtidai 
sinifdə oxuduğu dövrdür və bu zaman uşaqlar müəllimlərinin onların gör‐
düyü  işi  tərifləməsini  və  qiymətləndirməsini  istəyir.  Belə  olduqda,  uşaq 
özünü  çox  böyük  bir  nailiyyət  qazanmış  kimi  hiss  edər  və  özünəinamı 
artar.  Əks  təqdirdə,  uşaq  özünü  uğursuz,  işbilməz  kimi  görər  və  onda 
özünəinamsızlıq duyğusu yaranmağa başlayar
16
.  
Şəxsiyyət qazanmağa qarşı şəxsiyyət qarışıqlığı (12–20 yaş): Yeniyet‐
məlik  dövrü  uşaqlıqdan  yeniyetməliyə  doğru  keçid  dövrü  kimi  qəbul 
edilir.  “Mən  kiməm?”  sualının  suveren  olduğu  bu  dövrdə  insan  orqaniz‐
mində  həm  də  bəzi  fizioloji  və  bioloji  dəyişikliklər  baş  verir.  Bu  dövrdə 
yeniyetmə ana‐atasından daha çox, həmyaşıdlarından təsirlənir. 12 ‐ 20 yaş 
arası  mərhələnin  ən  təhlükəli  dövrü  14  –  16  yaş  arasında  baş  verən  orta 
yeniyetməlik dövrüdür. Orta yeniyetməlik dövründə yeniyetmə özünü hər 
bir şeyin mərkəzi kimi görür və nəticədə başqalarının düşüncələrini anla‐
maqda  çətinlik  çəkir.  Son  yeniyetməlik  dövrünə  doğru  bu  xüsusiyyətin 
müsbət nəticəyə doğru irəliləməsi ümid edilir.  
                                                 
15
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 143) 
16
   Yenə orada 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
24 
Bu  dövrdəki  qarışıqlıqların  həll  olunmasıyla  yanaşı,  gəncin  şəxsiyyəti 
formalaşır, özünə uyğun peşə seçir və bu peşəyə hazırlaşır. Nəticə olaraq, 
yeniyetməlik dövrü, cinsə uyğun sosial rolların inkişafı, özünəməxsus bəzi 
dəyərlərin  yaradılması,  ictimaiyyətdəki  rolunu  müəyyən  etməklə  inkişaf 
etdirilməsi  kimi  qərarların  həyata  keçirilməsi  üçün  lazım  olan  illərdir.  Bu 
və  ya  bu  kimi  hədəflərə  nail  olmamaq  isə  şəxsiyyət  qarışıqlığı  olaraq  ad‐
landırılır
17
.  
Yaxınlığa qarşı yalnızlıq (20–40 yaş): Gənc yeniyetməlik dövrü olaraq 
adlandırılan bu dövrdə dostluq əlaqələri böyük əhəmiyyət daşımağa baş‐
layır. Özünəinam hissi isə sosial münasibətlərin səviyyəsindən və xüsusiy‐
yətindən asılıdır. Qarşı cinslə münasibətlərdə artıq evlilik düşüncələri for‐
malaşmağa başlayır.  
Bu dövrdə ən təhlükəli inkişaf, gəncdə olan ayrıseçkilik və ya yalnızlıq 
duyğusunun inkişafıdır. Əgər gənc ətrafındakı insanlarla və qarşı cinsdən 
sevdiyi biriylə yaxın dostluq, əlaqə yarada bilmirsə, o, həmişə yalnız qala 
bilər. Adətən, tam formalaşmamış, sağlam olmayan şəxsiyyətə sahib gənc‐
lər məsuliyyət daşımaqdan qorxduqları üçün bölüşməyi və yaxın münasi‐
bətlər qurmağı bacarmırlar. Bu mənada yaxın dostluqda, sevgidə özündən 
əmin  olmayan  kəslər  hər  cür  əlaqədən  qaçmağa  çalışacaq,  ya  da  bu  əla‐
qələri səthi olaraq davam etdirəcəklər
18
.  
Məhsuldarlığa  qarşı  durğunluq  (40–65  yaş):  Erikson  məhsuldarlıq 
anlayışı ilə, xüsusilə, yeni nəsillərin inkişafıyla maraqlanma və onlara rəh‐
bərlik  etməyi  nəzərə  çatdırır.  Yəni  insan  cəmiyyətə  yararlı  işlər  görə  bil‐
diyi, yeni nəsillərə rəhbərlik edə bildiyi müddətdə məhsuldar sayılır.  
Öyrətmək  və  qəyyumluğu  üstələmək  ən  geniş  yayılmış  məhsuldarlıq 
və  diqqətgöstərmə  formasıdır.  Onu  da  deməliyik  ki,  bölüşməyi  bilməyən 
və başqalarını düşünməyən biri məhsuldarlıq duyğusundan məhrumdur.  
Bu  dövrdə  problemlər  sağlam  bir  şəkildə  həll  olunmayıbsa,  yaşadıq‐
larından  peşmanlıq  duyan,  davamlı  şikayət  edən,  ölümlə  ciddi  şəkildə 
maraqlanan bir şəxs qarşımızda canlanır
19
.  
Mənlik  bütünlüyünə  qarşı  ümidsizlik  duyğusu  (65  yaş  və  yuxarı): 
Mənlik  bütünlüyünə  qarşı  ümidsizlik  qarışıqlığı  yaşlılıq  dövründə  üzə 
çıxır.  Bu  dövr,  bir  sözlə,  yaşamla  hesablaşma  dövrüdür.  Sağlam,  məhsul‐
dar,  sakit  bir  şəxsiyyət  formalaşdıraraq  mənalı  həyat  keçirən  insanlar 
                                                 
17
   Yenə orada 
18
   Editor Alim Kaya,Yrd. Doç. Dr. Mehmet E. Sardoğan, Yrd. Doç. Dr. Tevfik Fikret Karahan 
“Eğitim Psikolojisi” (səh. 144) 
19
   Yenə orada 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə