Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   2   3   4   5   6   7   8   9   10   ...   75

Kitab haqqında 
 
 
11 
Biz öz aramızda «bizim Hüseyn müəllim» dediyimiz psixoloq Hüseyn 
Xəlilovu çoxdan tanıyırıq. Hüseyn müəllim sadəcə bir psixoloq deyil, dav‐
ranışı,  rəftarı,  insanlarla  münaibəti,  ağrıya  həssalığı,  insan  qəlbinin  də‐
rinliklərinə  nüfuz  etmək  qabiliyyəti  ilə  şəxsiyyəti  işıq  haləsinə  bürünmüş 
bir insan sərrafıdır. Yaxşı psixoloq olmaq üçün psixologiya elminin nəzəri 
bilik  arsenalına  dərindən  bələd  olmaqla  yanaşı,  səmimi    insan  olmaq  da 
əsas şərtdir. Biz bunu ilk növbədə Qafqaz Universitetinin psixoloqu Hüseyn 
müəllimin  timsalında  gördük.  Ona  müraciət  edənlərin,  onunla  dərdini 
bölüşənlərin  içərisində  universitet  rəhbərliyindən  tutmuş,  müəllimlərə, 
tələbələrə,  texniki  heyətə  qədər  ən  müxtəlif  zümrəni  təmsil  edən  insanlar 
vardır. Bəli o, hamını dostu, ən əsası isə qəlb sirdaşıdır. Onunla söhbətdən 
sonra  hər  kəs  özündə  daxili  bir  rahatlıq,  yüngüllük  hiss  edir.  Üzündən 
təbəssümü heç zaman əskik olmayan Hüseyn müəllim sanki hamının dər‐
dini,  problemini,  ağrısını  öz  canına  çəkir.  Bəlkə  də  buna  görədir  ki,  bu 
təbəssümlü  çöhrədə,  xüsusən  baxışlarda  bir  kədər  də  sezilməkdədir. 
Vaxtilə  Nobel  mükafatı  laureatı  Markes  yazırdı  ki,  insan  əzabı  haqqında 
düşünməyə qoymayan bədbinliklə birləşən fərdiyyətçi xudpəsəndliyin heç 
bir  faydası  yoxdur.  İndi  biz  cəmiyyətdə  fərdiyyətçi  xudpəsəndlikdən 
qaynaqlanan  bədbinliyi  «dahi  kədəri»,  Füzuli  müdrikliyi  kimi  nümayiş 
etdirənlərə tez‐tez rast gəlirik. Hüseyn müəllimin bu qədər problemlər içə‐
risində daim nikbinliyi Markesin dediklərini tamamilə təsdiq edir.  
Bütün  bu  sadaladığımız  cəhətlər  bir  insan  kimi  də  kitabda  qaldırılan 
problemlərdən danışmağa mənəvi haqqı və səlahiyyəti olduğunu bir daha 
təsdiqləyir. Nə xoş ki, kitabda bu mənəvi səlahiyyət və haqla mənəvi mə‐
suliyyətin sərhədləri  harmonik olaraq bir‐birini tamamlayır. 
Sərxan Abbasoğlu   
Filologiya elmləri üzrə fəlsəfə doktoru, 
AMEA Reyasət Heyətinin baş elmi katibi 
           
  
 
 
 
 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
12 
Bu  gün  dünyada  onlarca  konflikt  vardır,  insanlar  bu  konfliktlərin  zə‐
mində bir ‐ biri ilə insanlığa zidd şəkildə rəftar edir, bununla da ortaq mə‐
dəniyyətləri qarşı‐qarşıya qoyurlar. Konfliktlərin ortaya çıxma səbəblərinə 
nəzər salındıqda insanların öz mənliklərində uzaqlaşaraq, bir‐biri ilə əxla‐
qa zidd olan  hərəkətlərlə rəftar etdiyini, qarşılıqlı  səbir, hörmət və anlayış 
göstərməkdən  çox uzaqda qaldığının şahidi oluruq. 
Bu qarşıdurmaların səbəblərini araşdırdıqda əslində əsl qarşıdurmanın 
cəmiyyətdə  və  bu  cəmiyyəti  təşkil  edən  ailədə  olduğu  görülməkdir.  Hər 
gün onlarca ailə faciəsinin, ailədaxili şiddətin, qadın və uşaq haqlarının po‐
zulduğunun şahidi oluruq. İnsanların, insanlığın bu dərəcə şiddətə meylli 
olmasının  səbəblərinə  baxıldığında  daxili  şiddətə  zəmin  hazırlayan  əxlaq 
pozuqluğunu görmək mümkündür. 
Bu problemin ortadan qaldırıla bilməsi üçün uşaq  və gənclərin yetişdi‐
rilməsi və onlara ortaq mədəni dəyərlərin öyrədilməsi çox əhəmiyyətlidir. 
Bu  səbəblə,  bizim  gələcəyimiz  olan  uşaqların  və  yeniyetmələrin  bir  kadr 
kimi  yetişdirilməsi  və  gələcəyimiz  üçün  hazırlanması  çox  əhəmiyyətlidir. 
Xüsusilə bu dövrdə, qloballaşmanın zərərli nəticələrindən qoruna bilmək, 
öz mədəniyyətimizi saxlayıb gələcək nəsillərə çatdıra bilmək üçün uşaqla‐
rın  və yeniyetmələrin  tərbiyəsi ən vacib vəzifəmizdir. Ancaq bu sahədə çox 
az kitab yazılmış, məqalələr çap olunmuşdur. Mən bu kitabı oxuduğumda 
bu  sahədəki  boşluğun  aradan    qaldırıla  bilməsi  üçün  çox  faydalı  bir  əsər 
hazırlandığının  və ictimaiyyətə faydalı bir əsər olacağını gördüyüm üçün 
şad oldum. Ümid edirəm ki, gələcəkdə bu tipli əsərlərə liderlik edəcək və 
bütün  Türk  Dünyasına  işıq  tutacaqdır.  Əsərin  müəllifi  Hüseyn  Xəlilova  
xüsusi təşəkkürlərimi bildirmək istəyirəm. İnanıram ki, bu əsəri oxuyan və 
istifadə edən hər bir kəs mənim səmimi  təşəkkürlərimə qatılacaq.  
Dr. Reha Yılmaz 
Qafqaz Universiteti, Beynəlxalq Konfliktləri 
Araşdırma Mərkəzinin Müdiri  


 
13 
Uşaqlar  sizə  bəxş  olunmuş  İlahi  hədiyyədir,  hər  hansı 
bir əşya və ya xəzinə deyil. O, Allah tərəfindən bizə bəxş 
olunan  ən  böyük,  ən  dəyərli  əmanətdir.  Allah  dəyərli 
qonağını  dünyada  sizin  evinizdə  məskunlaşdırdı.  O, 
körpəni  qorumağınız  üçün  qəlbinizə  elə  bir  duyğu  yer‐
ləşdirdi  ki,  lazım  olduğu  zaman  düşünmədən  canınızı 
belə, uğrunda fəda edə bilərsiniz. Öz malınızı yox, Allahın 
əmanətini  qoruyursunuz.  Allahdan  əmanət  almaq  böyük 
bir şərəfdir.  
Məhəmməd Bozdağ
1
 
 
 
 
Dünyaya insan gŠlir 
 
Hər  bir  valideynin  ən  böyük  arzusu  vətənimiz  Azərbaycana  layiqli 
övlad  yetişdirmək  və  onu  şəxsiyyət  kimi  formalaşmış  görməkdir.  Bunun 
üçün  sağlam  mühitin  yaranması,  sağlam  tərbiyənin  formalaşması  vacib 
şərtlərdəndir.  Ana  və  ata  arasında  olan  qarşılıqlı  hörmət,  uşağa  müna‐
sibətdə  diqqətli  və  nəzakətli,  səbrli  və  şəfqətli  olmaq  düzgün  tərbiyənin 
əsas  amillərindən  biridir.  Eləcə  də,  uşaqların  geniş  potensiala  malik  şəx‐
siyyət  kimi  yetişməsi  üçün  onların  dünyagörüşünü  zənginləşdirmək  və 
real  həyatın  qanunauyğunluqlarına  hazırlamaq  və  düzgün  istiqamətlən‐
dirmək lazımdır. Uşaq dünyası bağlı bir sandığa bənzəyir. Sandığı açarkən 
görürsən  ki,  bənzərsiz  gözəl  rənglərlə  boyanmış  aləm  vardır.  Uşaqlar  bu 
aləmin işıqlı gələcəyidir. 
Tövsiyələr.  Ailə  sevgi,  məhəbbət  nuru  ilə  dolmuş  bir  ocaqdır.  Ailənin 
dayağı  və  davamı  övladdır.  Övladlarının  düzgün  tərbiyə  alması  hər  bir 
valideynin  arzusu  və  xoşbəxtliyidir.  İlk  tərbiyə  ana  bətnindən  başlayır. 
Ana  övladını  bətnə  düşdüyü  gündən  işıqlı  həyata  hazırlamalıdır.  Bu 
hazırlıq  prosesi  sağlam  mühitdə  keçirilməlidir.  Doğumdan  əvvəl  analıq 
duyğusunun  yaratdığı  inam  hissi  valideyn  və  doğulacaq  övlad  arasında 
müsbət  münasibətlərin  qurulmasına  yönələn  hərəkətlərin  ən  vacibidir. 
Yəni ana olacaq qadının özünə “mən kiməm” sualını verməsi yerinə düşər. 
Mən  ana  olacağam,  mənim  övladım  olacaq  və  mənim  ailəmin  xoşbəxtliyi 
                                                 
1
   Muhammed Bozdağ, Sevgi Zekası, YAKAMOZ yayıncılık, 1. BASKI, İSTANBUL, 2007 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə