Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə17/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   13   14   15   16   17   18   19   20   ...   75

III Fəsil. Əxlaq tərbiyəsi 
 
 
41 
Müşahidələrimiz göstərir ki, məktəbəqədər yaş dövründə olan (3, 5, 7 
yaş)  uşaqlar  valideynlərinə  “Allah  kimdir?”  və  “Mən  necə  dünyaya  gəl‐
dim?” deyə suallarla müraciət edirlər. Belə suallar bəsit görünsə də, cavab 
vermək asan deyil. Bəzi ailələrdə valideynlər uşaqların bu kimi suallarına 
qaneedici  cavablar  vermirlər.  İlk  növbədə  valideyn  bu  sualların  cavabını 
bilməlidir ki. uşaqlarına düzgün cavablar verə bilsin.  
Numunə: 
5 yaşlı İlahə: 
–   Allah kimdir? 
Atası: 
–   Allah gözəgörünməz varlıqdır. 
–   Varlıqdır? Gözəgörünməz varlıq nədir? 

 
O bizi yaradıb, amma gözə görünmür. 

 
Görünmür? Niyə? Axı mən də onu görmək istəyirəm.  

 
Onun səni görməsi kifayət edər. 

 
Mən otaqda tək oynayanda da məni görür? 

 
Bəli, görür.  

 
Bəs dişlərimi yuyanda? 

 
Dişlərini yuyanda da.  

 
Bəs axşam yatanda? 

 
Axşam yatanda da.  

 
Bəs otağın işığını söndürsək, qaranlıqda məni görər? 

 
Qaranlıqda da görər.  

 
Onda, mən çarpayının altında gizlənsəm, yenə məni görər? 

 
Görər.  

 
Necədir? Böyükdür? Balacadır? 

 
Böyükdür.  

 
Sənin boyda? 

 
Yox. O mənim boyda ola bilməz.  

 
Onda anam boyda? 

 
Yox. Allahın böyüklüyü boya görə ölçülmür.  

 
Onda, dəniz boyda? 

 
Dəniz boyda da yox. Dağlar boyda da yox.  

 
Bəs nə boyda? 

 
Mənə diqqətlə qulaq as. Ağacları görürsən? 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
42 

 
Bəli.  

 
Baharda  çiçək  açır,  yayda  yaşıllaşır,  meyvə  verir,  payızda  yarpaqları 
saralıb tökülür, qışda çılpaq qalır. Bunlar necə baş verir.  

 
Bunlar? Bilmirəm ki! 

 
Bunlar  öz‐özünə  baş  vermir.  Çünki  öz‐özünə  baş  verə  bilməz.  Əgər  öz‐
özünə  baş  versəydi,  bu  qədər  zaman  keçməzdi.  Yəni  bir  ağac  bar  vermək 
üçün bu qədər gözləməzdi. Bunları edən Allahdır.  

 
Uşaq  üçün  yeni  bir  ideya  meydana  gəldi.  Diqqətini  cəmləməyə  başladı. 
Atasına növbəti sualını verdi: 

 
Hər şeyə qadirdir? 

 
Bəli,  qadirdir.  Dənizləri,  dağları  da  o  yaradıb.  Yağışı,  qarı  o  yağdırır. 
İstini, soyuğu o yaradıb. Heyvanları və bitkiləri, ümumiyyətlə, hər şeyi o 
yaradıb.  

 
Ata, Allah qorxuludur? 

 
Xeyr, O, qorxulu deyil, O çox mehriban, bağışlayan, sevimli və əzizdir.  

 
Məni sevir? 

 
Bəli, o hər birimizi sevir və qoruyur.  

 
Mən onu sevə bilərəm? 

 
Sən onu hər zaman sevməlisən. Çünki O, hamımızın sevimlisidir.  
Uşaq  məktəb  yaşına  gələndə  “Allah  var”  deməyiniz  bəzən  uşaqda 
Allaha qarşı yanlış fikirlər formalaşmasına səbəb ola bilər. Məsələn, “Çörə‐
yi yerə atma, yoxsa Allah gözünü  deşər”. “Sözə baxmasan, Allah səni  öl‐
dürər”  kimi  sözlər,  uşaqda  Allaha  qarşı  sevgi  və  məhəbbət  hissi  əvəzinə 
ikrah hissi oyada bilər. Uşağınız ibtidai sinifdə oxuyarkən dinlə bağlı mü‐
rəkkəb  fikirləri  aşılamağa  ehtiyac  yoxdur,  sadəcə,  ona  bu  mövzuda  olan 
məsələləri dərk edəcəyi səviyyədə izah etmək lazımdır. Əsas bir cəhət də 
odur  ki,  təlqin  edəcəyimiz  hər  şey  uşağın  hazırkı  yaş  dövründən  bir 
müddət  sonraya  aid  olsun.  Çünki  uşaq  yaşadığı  zamanı  görüb‐götürəcək 
və  yaşayacaqdır.  Bu  nöqteyi‐nəzərdən,  ətraf  mühitin  verdiyi,  ya  da  vali‐
deynin öyrətdiyi şeylər yerli‐yerindədirsə, yetərli sayıla bilər. Elə isə, bizim 
ona  verdiyimiz  tərbiyənin  səviyyəsi  onun  daha  sonra  yaşayacağı  həyata 
aid olmalıdır. 
Valideynlər, adətən iki mövzunu izah edərkən yanlış üsuldan istifadə 
edirlər. Bu mövzular dini və cinsi maarifləndirmədir. Yəni valideynlər ya‐
lanı  uşaqlara  həqiqət  kimi  çatdırmaq  istəyirlər.  “Mən  haradan  gəldim?” 
sualına  “Leylək  səni  qanadlarında  gətirdi”,  “Biz  səni  bazardan  aldıq”, 
“Səni  xəstəxanadan  gətirdik”,  “Sən  özün  dünyaya  gəldin”  kimi  cavablar 
verirlər.  Bu  tip  cavablar  uşağı  qane  etmir.  Çünki  uşaq  sualı  verərkən,  ca‐


III Fəsil. Əxlaq tərbiyəsi 
 
 
43 
vabı şüuraltı olaraq hiss edir və sifət ifadələrində mimikası qımışır. Bunun 
səbəbi valideynin bu məsələyə ciddi yanaşmadığını uşağın sezməsidir. Bu 
zaman  ata  və  ya  ana  narahatlığa  qapılır  və  “sən  kiçiksən,  belə  suallar 
vermək eyibdir” kimi cavablar verirlər. Ata‐ananın verdiyi cavablar uşağı 
qane  etmədikdə  uşaq  dostlarına,  kitablara,  internetə  və  s.  yönəlir  və  belə 
qaynaqlarda  da  hər  zaman  düzgün  və  sağlam  məlumat  olmur.  Bu  da  ki, 
uşaq üçün çox təhlükəlidir. Burada əhəmiyyətli məsələ, sualı cavablandır‐
mağa nə qədər ciddi yanaşma tərzidir.  
Valideyn  uşağın  sualını  başa  düşüb  cavablandırmağa  tələsməməlidir. 
Məsələn,  cinsi  mövzuda  sual  verən  uşaqda  cinsiyyət  hormonları  hələ 
inkişaf etmədiyi üçün valideyn bunu normal sual olaraq nəzərə almalıdır. 
Valideyn  öz  cavabında  uşağın  düşündüyü  kimi  düşünə  bilməli  və  izahat 
zamanı  heç  bir  narahatlığa  qapılmadan  normal  səs  tonuyla  cavab  vermə‐
lidir. ” Bu mövzuda hər zaman mübahisələr olmuşdur. ”Cinsi maariflənmə 
ailədə, yoxsa məktəbdə verilməlidir?”, “Cinsi pedaqogikadan məlumatsız 
ailələrdə  yetişən  uşaqlar  öz  çatışmazlıqlarını  necə  tamamlamalıdır?”, 
“Cinsi  maariflənmə  üçün  müəyyən  yaş  həddi  varmı?”,  “Cinsi  pedaqogi‐
kada hansı ünsiyyət formasından istifadə edilməlidir?”... kimi mübahisəli 
məsələlər  hələ  də  qarşımıza  çıxmaqda  davam  edir.  Bu  mövzuda  “Ana, 
mən haradan gəldim?” kitabının müəllifi, pedaqoq –yazıçı Ali Çankırlının 
fikirləri  çox  maraqlı  və  dəyərlidir.  Pedaqoqun  düşüncələrini  sizlərlə  bö‐
lüşmək istərdim: 
Məndən  poçtla  yazıb  “cinsi  maariflənməyə  neçə  yaşdan  başlamaq  la‐
zımdır?”  sualını  soruşurlar.  Onlara  cinsi  maariflənmənin  ana  bətnində 
olarkən başlandığını dedikdə zarafat etdiyimi düşünürlər. Halbuki, müasir 
zamanda  uşağın  ana  bətnindəki  fiziki  inkişafıyla  yanaşı,  ruhi  və  mənəvi 
inkişafını  da  izləməyə  imkan  verən  texniki  vasitələr  və  cihazlar  bu  fikri 
təsdiq edir. Əgər uşaq ailə tərəfindən cinsiyyət fərqi qoyulmadan sevinclə 
qarşılanırsa  bunu  o,  ana  bətnində  hiss  edir  və  daxilində  yaşamaq  arzusu 
yaranır.  Əks  təqdirdə,  əgər  uşaq  cinsiyyətinə  görə  istənməyən  uşaqdırsa 
və  ya  ana  yanlışlıqla  hamilə  qalıbsa,  bu  ananı  kədərləndiribsə,  körpə 
istənmədiyini hiss edir və bu da onun şüuraltına yerləşir. Bu zaman uşaq 
hissi olaraq anadan küsür və bu hal doğulduqdan sonra da davam edir.  
Körpə doğulduqdan sonra da cinsi maariflənməsi davam edir. Düzgün 
cinsi  tərbiyə  və  maariflənmənin  verilməsi  üçün  əvvəlcə  valideynin  bu 
mövzuda  məlumatlı  olmağı  lazımdır.  Doğru  məlumat  isə  müxtəlif 
üsullarla  çatdırıla  bilər.  Ümumiyyətlə,  hər  bir  valideyn  övladına  düzgün 
təlim‐tərbiyə vermək istəyər. Lakin bu zaman yaxşı nəticə əldə etmək üçün 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə