Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
92
şeyə maraq göstərən, həyatı öyrənməyə başlayan azyaşlı uşaqların düşün‐
cələrinin yaranması və formalaşmasında böyük rola malikdir. Odur ki, uşa‐
ğının qayğısına qalan, onun düzgün şəkildə tərbiyə almasını və yaxşı xüsu‐
siyyətlərə malik olan şəxsiyyət kimi formalaşmasını istəyən hər bir valideyn
uşağının izləyəcəyi proqramları diqqətlə seçməli, zərərli hesab olunan,
mənfi təsir göstərə biləcək veriliş və filmlərə baxmasına mane olmalıdır.
Valideynlər uşaqlarını stresdən necə qoruya bilərlər?
Bunun bir neçə yolu var:
Stresi aradan qaldırmaq üçün uşağınıza kömək edin, bunun adi bir şey
olduğunu, öz‐özündən keçib gedəcəyini düşünməyin, sonralar bunun ağır
nəticələrinin ortaya çıxa biləcəyini unutmayın. Uşağınız stres keçirirsə, de‐
məli, ortada problem var, buna ciddi yanaşın, stresin uşağınızın üzərindəki
mənfi təsirini azaltmaq üçün gözlənənlərə qarşı onu əvvəlcədən hazırlayın.
Uşağınızla söhbət edərək onu sakitləşdirə, özünü necə hiss etdiyini daha
yaxşı başa düşə bilərsiniz. Məsələn, ailədə yeni uşağın dünyaya gəlməsi və
ya yeni saç düzümü stres yarada bilər. Ancaq bu cür məsələləri həddindən
artıq şişirtmək, daima stres yaradan həmin mövzu haqda danışmaq uşağın
həddindən artıq stresə düşməsinə səbəb ola bilər. Bu səbəbdən də diqqətli
olmalı, vəziyyəti tarazlaşdırmağa, məsələni böyütməməyə çalışmalısınız.
Bəzən özünüz də stresli olduğunuzdan, övladınızla lazımi qədər maraq‐
lanmaya bilərsiniz. Belə hallarda uşağınızı əmanət edə biləcəyiniz və ya
stresinizi azalda biləcək yaxınlarınızın yanınızda olması lazımdır. Ancaq
uşağınıza qayğı göstərmək kifayət deyil, siz onun yanında olmadığınız
hallarda depressiyadan çıxa bilməsi üçün streslə mübarizə və problem həll
edə bilmə qabiliyyətlərini aşılayın. Bu ona ömür boyu kömək edəcək,
sərbəst şəkildə öz həyatını qurmasını təmin edəcəkdir. Buna görə də bu
məsələlərdə diqqətli olun. Uşağınıza dəstək olun və ona duyğularını yaşa‐
mağa imkan verin. Stresli bir anında uşağın oyun oynaması və ya şəkil çək‐
məsinə şərait yaradın. Unutmayın ki, hər uşaq həyat bağçamızda açılmış ən
gözəl gül, Allahın bizlərə verdiyi ən böyük hədiyyədir.
60
60
29 Dekabr 2008 http://www.mcaturk.com/COCUKLAR‐DA‐STRESE‐GIRER_1691.html
V Fəsil. Uşaq təlimi
93
5.5. AilŠdaxili davranışlar
5.5.1. İfrat dŠrŠcŠdŠ qoruyucu vŠ müdaxilŠ edŠn ata-ana davranışları
Belə bir davranışı mənimsəyən ana‐
atalar, adətən uşaqları üçün xəyali bir dün‐
ya quraraq, onu dünyadakı bütün zərər və
pisliklərdən qorumağa çalışırlar. Demok‐
ratik davranışın əksinə olaraq, onlar uşaq‐
larına hər zaman səlahiyyət vermirlər,
çünki uşaqları bacarmaz, səhv edər, bila‐
vasitə zərər görər deyə fikirləşirlər. Uşağın
edə biləcəyi bir çox şey böyüklər tərəfin‐
dən edilir. Uşaqlarının yaxşı qidalanması
üçün əl ilə bəsləməkdən başlayaraq (özba‐
şına qidalana biləcək yaşda olmalarına
baxmayaraq), çatdıra bilmir, ya da yorul‐
masın deyə, ev tapşırığını etməyə, hətta
ailə qurmuş övladının ailə həyatını idarə
etməyə qədər münasib olmayan müdaxilə‐
lər belə edirlər. Və çox zaman bu uşaqlar
valideyn tərəfindən dəstək olmazsa, bir çox
işləri edə bilmirlər.
Əksər hallarda bu cür ana‐ataların uşaqları qorxaq, utanan, özlərinə
güvənməyən, daim bir başqasının dəstəyini axtaran və müəyyən bacarıq‐
lar baxımından həmyaşıdlarından daha az inkişaf etmiş uşaqlardır. Bu da
uşağın, xüsusilə sosial münasibətlərdə passiv olmasına səbəb olur. Ev xari‐
cindəki dünya onlar üçün həqiqətən adaptasiyası çətin və hətta təhlükələrlə
doludur. Xüsusilə də özlərini müdafiə edə‐
cək yetkinlərin olmadığı həmyaşıd qrupları
içində, oyun mühitində belə özlərini hiss
etdirə bilməz, digər uşaqlar tərəfindən təc‐
rid olunar və ələ salına, hətta müqavimətə
belə məruz qala bilərlər.
Həddindən çox mühafizəçi ana‐atalar
uşaqlarını, adətən özlərinin bir davamı ki‐
mi görürlər və çox zaman da onlarla hissi
çatışmazlıqlarını təmin etmək istəyirlər;
uşağın ana‐ataya olan asılılığını bir vəzifə
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
94
olaraq mənimsəmiş olurlar. Cinslər arasında fərq göstərirlər, xüsusən qız
uşaqlarının müstəqil bir fərd olması təhlükəli olduğu üçün qız üzərində
daha çox nəzarət etmək istəyirlər.
Bu cür tərbiyə üsullarının əsasında yatan səbəblər uşağın ölən bir kör‐
pənin ardından doğulması; təhlükəli bir xəstəliyə tutulması; ər‐arvad ara‐
sındakı konfliktlər; ana‐atanın öz uşaqlıq çağlarında kifayət qədər sevgi
mühitində böyüməmiş olması ola bilər.
5.5.2. İfrat dŠrŠcŠdŠ avtoritet vŠ müdaxilŠçi ana-ata davranışları
Bu davranışı mənimsəyən ana‐atalar demokratik davranışın tam əksinə
olaraq övladlarının özlərindən fərqli bir fərd olduğu düşüncəsinə sahib de‐
yillər. Bu davranışın əsas xüsusiyyəti uşağa qarşı edilən təsirdir. Ana‐ata
uşaqlarına qəti olaraq hakim olduqlarına inanırlar. Heç bir aydınlıq gətir‐
mədən qoyulan qayda və qanunlar vardır. Uşaqlar ana‐atanın qoyduğu bu
qayda‐qanunlara qeyd‐şərtsiz əməl və itaət etməlidir. Burada davamlı qiy‐
mətləndirmə, nəzarət etmə və istiqamət verməyə cəhd vardır. Elə edilməz...
belə edirlər... necə oturursan... kimi. İstənilməyən davranışlar cəzalandırı‐
lır. Bu cəza çox zaman sözlə tənqiddən, təhqirdən alçaldılmağa, hətta dö‐
yülməyə qədər gedib çıxa bilər. Münasibətin birtərəfli olması və müdaxiləçi
davranış ana‐ata‐uşaq əlaqəsində sevgi və nəvazişə bağlı olan əlaqəni ən‐
gəlləyə bilir. Münasi‐bətlərdə daha çox qorxu və hirs duyğuları hakimdir.
Dostları ilə paylaş: |