Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
58
ləndirilməsi üçün işlənən psixometrik metoddur. Burada əsas olaraq Piaje
konsepsiyasından danışacağıq. Piaje nəzəriyyəsinə görə fikir qavranılmış
bir hərəkətdir. Müəyyən bir şəxs əvvəlcə hər hansı bir hərəkəti edir: mə‐
sələn, su içmək üçün krana yaxınlaşır. Sonra o düşünərək həmin hərəkəti
ağlında edir və beləliklə də fikir qavranılmış bir hərəkətə çevrilir. Piajeyə
görə, düzgün istiqamətlənmiş fikir dəyişilə bilən qavranılmış hərəkətlərdən
və onların yerinə yetirilməsindən ibarətdir. Bu o deməkdir ki, hər hansı bir
şəxsin faktiki etdiyi əməl ağlında ləğv edilmiş kimi ola bilər. Bu mərhələlər
şəxsin etdiyi hərəkətlərə uyğun adlandırılmışdır. Ağılda yox, praktikada
həyata keçirilən əməllər sensor‐hərəkətli əməllərdir. Əməliyyatqabağı mər‐
hələ daha çox qavrama ilə əlaqədardır və sərtlik onun xarakterik xüsusiy‐
yətidir. Konkret əməliyyatlar dəyişilə bilən qavranılmış hərəkətlərdir, am‐
ma onlarda reallıq da var. Formal əməliyyatlar faktiki reallıqların dəyişil‐
məsi ilə, həmçinin reallıqdan asılı olmayaraq mövcud olan abstraksiya ilə
maraqlanır. (Berzonski, 1978, p. 279)
4.4. Piajenin koqnitiv inkişaf mŠrhŠlŠlŠri
Piaje koqnitiv inkişafda dörd mərhələni vurğulayır.
İngilis sözü “cognition” (lat. tər. “cognito” – “dərk edirəm”) “dərketmə
qavrama aktı” mənasına gəlir. Burada da biz yeniyetmələrin bu nöqteyi‐
nəzərdən inkişafını öyrənərək onların idrakının artmasına baxacaq, günü‐
gündən dərketmə, düşünmə və başa düşmə qabiliyyətlərinin artmasını,
həmçinin gündəlik problemlərin həllində idrak və qabiliyyətlərini necə
işlətmələrini görəcəyik.
Piajenin dörd mərhələsi
Qeyd etdiyimiz kimi, Piaje koqnitiv inkişafı dörd əsas mərhələyə bölür.
Gəlin, bu mərhələlərin hər biri ilə daha ətraflı tanış olaq.
1.
Sensor‐hərəkətli mərhələ – anadan olandan təqribən iki yaşa qədər.
2.
Əməliyyatqabağı mərhələ – iki yaşdan yeddi yaşa qədər.
3.
Konkret‐əməliyyat mərhələsi – yeddi yaşdan 11‐12 yaşa qədər.
4.
Formal‐əməliyyat mərhələsi.
44
44
Филип Райс, “Психология подросткового и юношеского возраста” (səh 166‐167)
IV Fəsil. Koqnitiv inkişaf dövrləri
59
Şəkil 4: Piajenin dörd mərhələsi
4.4.1. Sensor-hŠrŠkŠtli mŠrhŠlŠ
45
Sensor‐hərəkətli
mərhələ
sensor‐hərəkətli fəaliyyətlə‐
rin ardıcıllığından ibarətdir.
Uşaqlar görmə, hissetmə,
dadbilmə, eşitmə, iybilmə
vasitəsilə ətraf aləmlə ünsiy‐
yətə girir və bu zaman özlə‐
rini ünsiyyətdə olduqları
mühitin mərkəzində hiss
edirlər və hər şeyi özləri ilə
müqayisə edirlər. Uşağı ən
45
Филип Райс, “Психология подросткового и юношеского возраста” (səh 167‐168)
Sensor‐
hərəkətli
mərhələ
Konkret‐
əməliyyat
mərhələsi
Formal‐
əməliyyat
mərhələsi
Əməliyyat‐
qabağı
mərhələ
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
60
sadə hərəkətlər maraqlandırır: məsələn, nəyisə əlinə götürmək, yastığa tul‐
lanmaq, barmaqları ilə oynamaq. Bu mərhələdə fikirləşmə (əgər varsa) ət‐
raf aləmdən gələn qıcıqlara cavab əlaməti kimi uşaqla onu əhatə edən ma‐
terial aləm arasında əlaqələndirici rolunda çıxış edir. Bununla belə, bu
mərhələnin son etapında simvolik oyuna, imitasiyaya və obyektlərin təsəv‐
vürünə keçid baş verir. Elkində görə bu mərhələnin ən səciyyəvi xüsusiy‐
yəti əşyanın dərk edilməsidir. (Elkind, 1967).
4.4.2. émŠliyyatqabağı mŠrhŠlŠ
46
Əməliyyatqabağı mərhələ – bu, uşağın danışmağa başladığı mərhələdir.
Bu mərhələdə uşaq ətraf aləmi yalnız hərəkətetmə fəaliyyəti və birbaşa
qarşılıqlı təsir vasitəsilə yox, həmçinin simvolların manipulyasiyası vasitə‐
silə öyrənir. Bu zaman simvolik oyun və ya qəbulolunmuş (daxili) imita‐
siya başlayır. Simvolun özünə tabe edilməsi əməliyyatqabağı mərhələnin
əsas vəzifəsidir. (Elkind, 1967).
Bu mərhələdə uşaqlar induktiv və ya deduktiv təfəkkür yox, əsasən
transduktiv düşünmə tərzindən istifadə edirlər. Bu o deməkdir ki, uşaq öz
düşüncəsində nə xüsusi haldan ümumi hala keçir (induktiv), nə də ümumi
haldan xüsusi hala keçir (deduktiv). O, xüsusi haldan xüsusi hala keçərək
transduktiv düşünmə tərzini istifadə etmiş olur. Məsələn, o fikirləşir ki,
yaxınlığında olan böcək onun üstünə tullana bilər, həmçinin balaca bir
pişik balası da bunu edə bilər, çünki onlar oynamağı çox sevirlər. Amma it
bunu edə bilməz, çünki o digərlərinə nisbətən daha böyükdür (amma
əslində it də onun üstünə tullana bilər). Düşünmə tərzində yanlışlıq var:
uşaq hələ də ümumi bir fikrə gələ bilməyib ki, itlər də insanların üstünə
tullana bilər.
Bu mərhələdə uşaqlar bəzən sinkretik səhvlərə yol verirlər, onlar əslin‐
də bir‐biri ilə heç bir əlaqəsi olmayan hadisələri əlaqələndirmək istəyirlər.
Məsələn, keçən dəfə xəstəxanaya aparılan anası uşaq dünyaya gətirmişdi
və uşaq belə düşünməyə başlayır ki, anası yenə də xəstəxanaya getsə, uşaq
dünyaya gətirəcək.
Uşağın əməliyyatqabağı düşüncə tərzi eqosentrikdir; uşaq başa düşmə‐
yə çətinlik çəkir ki, axı niyə ətrafdakılar da onun kimi düşünmür. O, vali‐
deynlərini çirklənmiş gəlinciyi yumamağa inandırmaq istəyir, amma bu
onda alınmadıqda, o məyus olur. Gəlinciyin bu halı uşağa daha yaxın gəlir
və bu ona ən vacibdir, valideynləri üçünsə vacib olan gəlinciyin çirkli ol‐
mamasıdır.
46
Филип Райс, “Психология подросткового и юношеского возраста” (səh 168)
Dostları ilə paylaş: |