Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


ürümək ulumaq hürümək. ulamaq. üs



Yüklə 12,74 Mb.
səhifə92/102
tarix20.10.2017
ölçüsü12,74 Mb.
#5743
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

ürümək ulumaq hürümək. ulamaq.

üs - əl üsdə tutmaq: göz üsdə tutmaq: çox saymaq. əzizləmək.

üsgü - əsgi üsgi (nərsələr): yamalı. qalura. köhnə.

üsqük üsgük. oymaqcığa.

üst üzər. əl. ərkə. ixtiyar. yan.- üzərində para olmamaq. - yaraqı üzərindən atmaq. - mənim üzərimə düşdü. - ayaq üstü: ayada. dikə. qayim. - öğlə üstü: günortadan sonra.
- alt üst edmək: arayıb daramaq: sorub sorağlaşıb incələmək. təhqiq edmək.
- üsdən satan: təprəçi. qabağa verən. şişirən. bülənd pərvazlıq edən.
- üstündə bulunmaq: yanıca götürmək: taşınmaq. daşınmaq.- simsiz tilfun daşına bilir. - şəhərdə otlu yaraq taşınmaz.
- üstünə taxmaq, asmaq: taxınmaq. quşanmaq. - üzük, süs, bəzək taxınmaq.

üstələmək 1. (ü <> i ) istələmək üstün gəlmək. altamaq. yenmək. yıxmaq. 2. aşmaq. çoğalmaq. artırılmaq. keçmək. 3. geri dönmək. qayıtmaq. - ısıtma üstələdi. 3. qəmə basmaq. qələbə çalmaq. yenmək.

üstələnmək alt olmaq. altanmaq. yenilmək. yıxılmaq.

üstələtmək tolaşdırmaq. dolaşdırmaq. müsəllət edmək. - bu bəlanı başıma dolaşdırdı.

üstən yeyin. qalib.

üstərə üztəri. ülqəc (< yolqəc < yolmaq).

üstün alıq. yalıq. layıq. uyqun. münasib. basıb keçən. basqın. faiq. yeğən. artıq. yenqə. qalib.
- yeğən qazanmaq üçün oyun oynamaq: qumar oynamaq.
- o bu işə alıqdı.
- üstün gəlmək: tutmaq. qələbə çalmaq.
- od basdı. kərdini ot basdı.
- üstün görü iş. bəzək. yalandan iş. yaldız. üstün gör işləmə. göz boyama. solaylama. qolaylama.
- onun diplomu bir yaldızdır.
- içi təzək, üzü yaldız.
- üstün gəlmək: üstələmək. yenmək. yendirmək. qələbə çalmaq.

üstünə almaq geyinmək. taxmaq. quşanmaq.- taraq taxınmalı. - qılınc taxmaq. - üzük taxmaq.

üsüqləmək osuqlamaq. hilə ilə kilit açmaq.

üşdə uşdə. iştə. bax. haza. - işdə o işdə bu. - işdə kağaz işdə qələm.

üşənc üşünc. gəvşic. təmbəl. qabran. gəvşək.

üşəndirmək kəsəllətmək. gəvşətmək. təmbəlləşdirmək.

üşəngən utancaq. usancaq. ürkək. qapanıq. çəkingən. məhcub. - çox qapanıq kişidir.

üşəngən üşünən. ərincək. əringən. gəvşək. təmbəl.

üşən üşün. üşənmə. gəvişlik. təmbəllik. - üşən gətirən sözlər.

üşənmək yığışıb bir yerdə oturmaq, qalmaq. gəvşinmək.

üşirmək yığmaq. qoşmaq. toplamaq.

üşişmə saldırı. cumma. hicum. basma.

üşmək qoşmaq. yığılmaq. toplanmaq.

üşün üşən. üşənmə. gəvişlik. təmbəllik. - üşən gətirən sözlər. 1. üşənc. gəvşic. təmbəl.

üşünən üşəngən. ərincək. əringən. gəvşək. təmbəl.

üşünmək soyuq dəğinmək, alınmaq. - soğuqda üşündüm.

üşüntü qoşuntu. həmlə. təhacüm. - üşüntü edmək: birikib bir işi yoxlamaq.

üşüşmək 1. təpinişmək. təngişmək. təkibişmək. təkapuya düşmək. qoşuşmaq. qaça qaça düşmək. 2. qoşuşmaq. yığlışmaq. toplaşmaq.

üşütmək soyuq dəğdirmək, aldırmaq. - kəndimi üşütdüm.

ütmək ütüləmək. alazlamaq. alatlamaq. qızartmaq. suruşlamaq. qavurmaq.

ütü ütük. (oduçu < od: yax). isti, odlu dəmir. ütən qızqın dəmir.

ütüçü ütükçü. (oduçu < od: yax). 1. ütüləyən. parçanı, yaxud nərsənin qıvrığın, sıcaqlıqla götürən, şumallayan arac, bu aracla çalışan. 2. heyvan dırnaqların oda tutmaqla, qızqın dəmirlə, tüklərin gidərən kişi. 3. iş bilən. əngəbəli işləri yerinə qoyan. 4. ütük. qarışmal. oportünist.

ütüq ütük. 1. utuq. yutuq. tamahkar. acgöz. 2. itik. varışlı. yeyin. - varışlı kişidi. 3. ütüləmə. alazlanıb qoğrulmuş buğda. iti. uçarı. itik. çapqın. qırıq. həşəri. - uçarı çapqınlardandır. 4. ütük. ütükçü. ütüçü. qarışmal. qırışmal. oportünist. 5. itik. təkəvər. çalağ. tələsik.
- ütük sütül.

ütüqçü ütükçü. ütüçü. (oduçu < od: yax). 1. ütüləyən. parçanı, yaxud nərsənin qıvrığın, sıcaqlıqla götürən, şumallayan arac, bu aracla çalışan. 2. heyvan dırnaqların oda tutmaqla, qızqın dəmirlə, tüklərin gidərən kişi. 3. iş bilən. əngəbəli işləri yerinə qoyan. 4. ütük. qarışmal. oportünist.

ütüləmək 1. yerinə qoymaq. çıxıq nərsəyi taxmaq. 2. alazlayıb qoğurmaq. 1. ütmək. alazlamaq. alatlamaq. qızartmaq. - sütül ütmək. 3. qoğsulamaq. - tüklərim ütüləndi.

ütüləmə ütük. 1. alazlanıb qoğrulmuş buğda. -ütük sütül. 2. sınıqçılıq. sınqıclıq.

üyə üzv. Qıltaş. arab. yarab. yırıq.

üyənləmək oyanlamaq. atı noxtalamaq. cilovlamaq.

üyüq - üyüq yer: qumluq (yer sulu, buna bənzər yerlərdə ayaq basıldığı zaman batıb, çıxarması qüç olan qumluq yer.

üyüqmək (ayaq) qömülmək. incinmək. burqulmaq·ı.

üz 1. nərsənin dış görnüşü. zahir. xarici görnüş. - iç üz. - yer üzü. 2. nərsənin doğru üzü. uvand. uvat. (# tərs). - bu qumaşın üzü tərsi bəlli deyil. 3. xarici görnüş. ( # astar). - astarı üzündən bahalı. 4. səbəb. vəch. illət. - bu üzdən girə düşdük. 5. utancsızlıq. uyatsızlıq. güstaxlıq. cürət. - bu qoduğda nə üz vardır. 6. mənzərə. - pis, çirkin, pozuq üz. 7. qiyafə. - bu nə üzdü, özüvü salmısan. - göy üzü.
- üz ağı: üz suyu: namus. abrı. - bu işdən üzümüzün ağı ilə çıxdıq. 8. (bet # bat) arxa. bəniz. bənz. bənzik. görnüş. - dənizin bənzi. 9. uc. səbəb. illət. 10. yol. qılıq. kimi. surət. tərz. vəziyyət. - sənəd qılığında nir kağaz. - nə qılığdadır o. - gəlin qılığında bəzəkli. 11. yön. vəch. - nə yöndən. - bu yöndən: bu vəch ilə.
- üz tutmaq. qorxmamaq. çəkinməmək. üzə gəlmək. üzünə qarşı söylüyə bilmək. - söyləməyə üzüm tutmur}.
- qatı üz: utanmaz. davul dərisi.
- çatıq, əkşi üz: əbus.
- üz vermək: baş götürmək. - üz tutmaq: baş vurmaq: istəmək.
- üzü bərk: üzsüz. utanmaz. arsız. - arsız üzsüz kişi.
- üzü qara: ısnat8.
- üzə gəlmək: üz tutmaq. qorxmamaq. çəkinməmək. üzünə qarşı söylüyə bilmək. - söyləməyə üzüm tutmur}.
- üzü bərk: üzü bək: utanmaz.
- üzü əkşik: üz əkşidən. üzü gülməz.sorıtğan.
- üz üz: qarşılıqlı. - qarşılıqlı kanpə. - bu bağın iki qarşılıqlı qapısı var.
- asıq üz: quraq. tutuq. kibritçi. qaşqabaqlı.
- üz göstərmək: üz vermək. xoş tutmaq.
- üz qarası: ar. namussuzluq.
- üz tutmaq: {1. yönəlmək. üz qoymaq. - işlər iyiliyə üz tutdu. 2. qorxmamaq. çəkinməmək. üzü gəlmək. üzünə qarşı söylüyə bilmək. - söyləməyə üzüm tutmur}.
- üzdə göstərən: üzdək, səthi, təməlsiz köksüz iş yapan kimsə. saxtakar. qalayçı. üzdək. süsüc. bəzgək.
- üz darağ: xuttaraş.
- üz yazısı: gəlinlərin üz gözünə yaxılan boya, yapışdırılan tel, pul pilək: yazı.
- sənin ucundan.
- üz su: abı hava.
- üz tapıb azmaq: şımarmaq. əzilmək. üzlənmək. sırtılmaq. ərköyüllənmək.
- şımarmış cocuğ.
- üz vermək: şımartmaq. əzdirmək. üz vurub azdırmaq. sırtıtmaq. ərköyül böyütmək.
- cocuğu şımartma.
- üz vurub azdırmaq: şımartmaq. əzdirmək. üz vermək. sırtıtmaq. ərköyül böyütmək.
- cocuğu şımartma.
- bir üz şişmə xəstəliyin toxdatmaq üçün baxıcıya üz yazdırma: yazma.
- iki üzlü: ikixana: iki evli.
- istək ucundan yaxından qalan. biçim. gəliş. surat.
- yeni biçim.
- bal, qaymağın üzü: ağız.
- iki üzlüklə: sınğcə. sinğcə. münafiqyana.
- üz bulmaq: sırtılmaq. düz yoldan azmaq.
- üzərinə titrəmək: çox özləmək. çox arzulamaq.
- üzü yola: qanıqsar. qane. razılaşan.
- üzü asılmaq: qirpilənmək. kirpilənmək sərtləşmək. kirpi kimi büzülmək.
- bənəkli bəniz: xallı üz.
- üz bulmaq. omuza çıxmaq. üzlənmək. daşınmaq.
- üz örtüyü: pəçə. nuqab.
- üzdən aparmaq: üzüntürmək. üzmək. darsatmaq.
- üz üstünə buraqmaq: işi yarımçılıq qoymaq.
- üz: həqiqi illət: işin içüzün bilmirəm.
- üz üzə baxmaq: bir birini raslayanda, utancaq nərsə, bir keçmiş olmamaq. - necə üzünə baxacağam.
- üz bulmaq: üzlənmək. ürək tapıb ilərləmək.
- üzə baxa qalmaq: mat qalmaq. şaşıb qalmaq.
- üzünə baxılmaz: 1. çox gözəl. 2. çox çirkin.
- üzü bək: utanmaz. üzü tutar.
- üzdə: üzlü: ədəbsiz. çox iləri varmış.
- sıcaq üz: çəkim. cazibə.
- üzü sıcaq: çəkimli. cazibəli.
- üz edmək: saflatməq. təsviyə edmək. əklənəcək iki ağacın üzlərin işləmək.
- üz tutmaq: 1. başlamaq. - iyiləşməyə, kötüləşməyə üz tutdu. - 2. utanmamaq. üzə qarşı sölüyə bilmək.
- dış üz: səthi xarici.
- üz qarası: namussuzluq. şərəfsizlik. ar.
- üzü quyi: üzü toprağa. üzü aşağı.
- üz görümü: yeni gəlinin birinci kərə üzün açmaqda kürəkəndən alan qızıl, sovğat.
- üz göz olmaq: kiçik böyük tanınmamaq. qarma qarışıqlıq olmaq. təklifsizliğə düşmək.
- üzə gülmək: 1. üz vermək. sırtıtmaq. 2. yalançı sevgi göstərmək.
- üz yazısı: üzə vurulan bəzək düzək.
- üz yasdığı: yumşaq yastıq, balış.
- üzü yox: utancaq. - yanıza gəlməyə üzüm yoxudu.
- üz dərisində şiş parlaq qızarma ilə olan xəstəlik: yılancıq - yılancıq olmaq.

üzal hüzal. üzüklük. arqal. arıqlıq. zayıflıq.

üzdə - üzdə: üzlü: ədəbsiz. çox iləri varmış.

üzdək 1. səthi. qalay. - yalançı, üzdək süs, bəzək: qalay. şişik. kova. qaval.- bildiyin bu qədər, qalayın nərədən. - atalıq qalayı kişiyə yaramaz: atasının ad sanına güvənmək (sevinən) kişiyə yaraşmaz. 2. qalayçı. süsüc. bəzgək. üzdə göstərən. üzdək, səthi, təməlsiz köksüz iş yapan kimsə. saxtakar. (# özdək).

üzdəklik qalayçılıq. süsüclük. bəzgəklik. təməlsizlik köksüzlük. saxtakarlıq.

üzdən üzən. yalan. yalğan. yalağ. səthi.- yalan bir ev qurdu. - yalandan süpürdi. - yalandan kişi: dayaz kişi. dərin düşüncəli olmayan.

üzdürmək sürdürmək. qoqdurmaq. qoğdurmaq. qovdurmaq. tərd edmək. - kəndisini hər qapulandığı qapudan qoğdurdu. - onu hər yerdən qoğdurduran, qılığının sərtliyidir.

üzək 1. arabanın düz oxu. 2. doğru. çin. - üzək kişi: doğru, som adam. özdək. 3. çəkirdək. çərdək. göbək. sonğır. ağırşağ. 4. çibanın zuğu, özü. 1. üzük. zulum. incik. cəfa.

üzən süsən. 1. çaydan kiçik axara deyilir. - doğrudan doğruya dənizə tökülən suya ırmaq denir. daha kiçginə, bir ırmağa töküləninə çay denir . çağ çağ axan durqun, axıb həm duran böyük suya dərə, dərya denir. 2. üzdən. yalan. yalğan. yalağ. səthi.- yalan bir ev qurdu. - yalandan süpürdi. - yalandan kişi: dayaz kişi. dərin düşüncəli olmayan.

üzən üzgəc. üzmək bilir.

üzəngi (< uzanmaq: dartılıb qısalmaq). yəhərə qayışla bağlanmış dəmir basamaqlarki, ayaq basılıb yəhərə çıxılır. - üzəngiyə basmaq: ata minmək. - üzəngi ağası: ata minilirkən o bir üzəngini tutub saxlayan qulluqçu.

üzənmək çabalamaq. çalışmaq. can atmaq. hazırlanmaq. - quş yavrusu uçmağa üzənir.

üzənmə çaba. çalqaş.

üzər 1. əl. ərkə. ixtiyar. yan. üst. - üzərində para olmamaq. - yaraqı üzərindən atmaq. - mənim üzərimə düşdü. 2. ilişik. bağlı. dayir. dəğir. dəğrə. görə. mütəəlliq. - siz üzərə qonuşma açıldı. - bu iş üzrə çalışın. 3. dayaq. kök. sənəd. - üzərinə atmaq: isnad edmək.
- üzərinə almaq: sapınmaq. saplanmaq. öhdələnmək.

üzərlik üzərlik otu. yıTıq ot. yıdıq otka. əldrüq. ilrüq. üzərük. - üzərlik tuxumu. ilrük. yıdıq ot.

üzərük yıTıq ot. yıdıq otka. üzərlik otu. əldrüq. ilrüq.

üzgəc 1. suya batmaz. suyun üzündə durur. yüngül. 1. üzən. üzmək bilir.

üzgər > rüzqâr. əsinkə. əsinti. nəsim. yılıq. yelik. yelək.

üzgöz qarabet. qiyafə.

üzgün sayrı. sayru. xəsdə. kəsəl. məriz. naxoş.

üzqəc çəkilib alınan ip nərvan.

üzqün üzgün. bezgin. bıqmış. usanmış. mə'yus. zəhləgedməli. alçaq. əclaf.

üzlənmək şımarmaq. əzilmək. üz tapıb azmaq. sırtılmaq. ərköyüllənmək. omuza çıxmaq. üz bulmaq. daşınmaq. avurt satmaq. ustanmaq. şişinmək. kibirlənmək.- şımarmış cocuğ.
- üzlənib azmış: şımarıq. şımarmış. sırtıq.

üzlü yapışqan. qəliz. alınlı. utanmaz.

üzlülük üzsüzlük. utanmazlıq. arsızlıq. həyasızlıq.

üzmək 1. qussələtmək: toxunmaq. süzəmək. üzüntürmək. üzdən aparmaq. darsatmaq. gücəndirmək. qırmaq. könlünə dəğmək. xətrinə dəğmək. xatir yapmaq. qazımaq. yolmaq. 2. üzmək bilir. üzən. üzgəc. - kut ülgüclə üzümü qazdı. - bu qədərlik az nərsədən ötrü ürəyin qırmayın. - mən səni qırmam. - gülən ürəklər qırılmasın.- bu mahnılar mənə toxunur.
- su üzünün altında olub üzmək: talqış. dalğış.

üzsuyu tüş. abrı.

üzsüz üzü bərk. utanmaz. arsız. - arsız üzsüz kişi.

üzsüzlük üzlülük. utanmazlıq. arsızlıq. həyasızlıq.

üztək üzdək. əkin, otun yerdn üzülüb biçildikdə, yerdə qalan kökü, anğızı. kötük.

üztəkləmək üzdəkləmək. özdəkləmək. tarlada qırılıb qalmış başaqları arıtlayıb toplamaq. - üzdəkləyib büzdəkləmək: gah nala, gah mıxa vurmaq. bacarıqdan dış olan iş görmək. quşqulu davranmaq.

üztəri üstərə. ülqəc (< yolqəc < yolmaq).

üzük ümidsiz. yolçu. xəsdə. dilənçi. möhtac. niyazmənd. - bir tikə çörək yolçusudur. - siz nəyin yolçususuz. - üzük qaşı: seçgin.

üzüq üzük. 1. güzəri keçimi iyi olmayan kişi. üzük: qusqunu düşük. 2. üzək. zulum. incik. cəfa. pozul. xərab. 3. umutsuz. ümitsiz. qınıt.

üzüqləmək üzükləmək. hicalamaq.

üzüqlük üzüklük. üzal. hüzal. arqal. arıqlıq. zayıflıq.

üzüqlükğa üzüklükğa. kəsilmə.

üzülmə sıxıntı. qıyıntı. darıxma.

üzülmək yüzülmək. soyulmaq. ayıqlanmaq. ərimək. zayıflamq. yıpranmaq. axmaq.

üzüm pozum. pozma. ifsad. təxrib.
- tülkü üzümü: şuqluka.
- məşiç üzümka: qara üzüm.
- üzüm çeşiti: tülkü quyruğu.
- quş üzümü: quş kirazı: çox kiçik kiraz, qara üzüm çeşiti.
- üzüm sıxı: üzüm su. üzüm suyu.
- üzüm tortısı: cıra.

üzünmək qazınmaq. yolunmaq. - kut ülgüclə üzüm qazındı.
- üzünərək yapılan : gülbət. çətinlik. zəhmət.- yaxcı işdir, ama gülbəti çoxdur. - onun qoşqularında gülbətlik var.

üzüntü 1. yorulma. sıxılma. iztirab. 2. maraq. əndişə. 3. əziyət. əzab. cəfa. - çox daha üzüntü vermə. 4. zəhmət.

üzüntülü 1. sıxıntılı. əziyətli. zəhmətli. 2. maraqlı. əndişəli. - üzüntülü kişi.

üzüntürmək üzmək. üzdən aparmaq. darsatmaq.

üzüş su üzüş9: su oyunu.

üzüşmək üzüm toplamaqda, ipə bənğzər nəsnələri kəsməkdə, üzməkdə yardım edmək.

üzütləmək pinti görmək.

üzüyola üzyola. 1. yavaş. xoşəxlaq. 2. müti'. ram.

vax çaq. çağ. aman. - hər vax: həmişə. təvgənə. hər zaman. - vax vax: ara ara. ara sıra. arada sırada. gah gah. - hər vax: ikidə bir: ikidə birdə: bərk sıx.
- vAxt geşdikcə: baram baramdan8. günü gündən. geddikcə. gün sayın. ged gedə.

vamlatmaq azaltmaq.

var 1. yiyəlik göstərən ək. - ümitvar: ümidli. - sögəvar: dərdli. - evivar: evli. 2. varı. bənzərligi göstərən ək. - bülbül var: bülbülvarı. 3. bar. səmər. səmir. 4. (vaz <> baz <> var)vaz keçmək. baz keçmək. yanqılmaq. genilmək. engilmək.
- var yoxun almaq: soyub soğana döndərmək.
- varı olan: yiyə. varan9. sahib. malik. - ev varan: evi olan.

varagələ bir cızıq üstündə gedib gələn. gedərgələn. gedibgələn. çəkər gələn.
- bu tüfəyin varagələni çox doğru işlir.
- varagələli səbət: bir cızıq üstündə gedib gələn doludurulub boşaldılan səbətlər.

varan9 1. ərən. gedib çatan. vasil, nayil olan. tanrıya varmış. ərən. ilqəmişcığa. ilərmiş. çatmış. yetim. yetmiş. baliğ. vasil. - istəyinə varan. - sevişinə varan: sevgilinə çatan. 2. bayan. zəngin. dövlətli. 3. varı olan. yiyə. sahib. malik. - ev varan: evi olan. 4. ək. artırılan sözün bolluğun göstərir. - pulvaran: pullu. - yervaran: yerili.

varavanlıq bolluq. islik. avadanlıq. abadanlıq.

varavara asayın. bala-bala. gedgedə.

varda 1. bax!. diqqət!. 2. ged. çəkil. - varda yoldan: çəkil yoldan. 3. şişman, şanlı, adlı kişi. əşraf. - bu yığımda vardalardan kim varıdı.
- varda varda!: bardabarda!: barda!: çəkil. geç. bük bük!: yol açmaqda deyilən söz.

vardaqlqmaq bardaqlamaq {> pərdaxtənfars ( < bar. var)}

vardi gəldi vurdi gəldi. bardı gəldi8. Əgər. gərəkirsə.

vardırmaq uğratmaq. çattırmaq. iliştirmək. - ora gedən olsa bizədə uğratın. - oracan gəttid, yalnız sizə uğratamadıq.

vardırmaq çatdırmaq. yetişdirmək.

varəstə < varısta. varmış. çatmış. qurtulmuş. azadə.

varəstəlik < varıstalıq. varışma. çatışma. qurtulma. azadəlik.

varı var. bənzərligi göstərən ək. bənzər. çəkən. gedən. sayaq. yolunda. biçimində. müşabih.
- bülbülvarı: bülbül var.
- sıravarı: bir sırada. bir sıralı.
- çapqınvarı: çapqın olan kimi.
- türkvarı: türkəvarı: türk yolunda.
- xaçvarı: xaça bənzər.

varıl varluc. qabşaq. boşqa. - bir varıl suci.

varısta > varəstə. varmış. çatmış. qurtulmuş. azadə.

varıstalıq > varəstəlik. varışma. çatışma. qurtulma. azadəlik.

varış 1. varma. getmə. yetişmə. visul. - bu qədər çabuk varış. 2. getmə, çatma yeyinliyi. - çox varışlı. - çox varışı vardır.
- varışna gəlişim: muqabilə.
- varış gəliş: gedib gəlmə. ülfət. e'tilaf.

varışlı itik. ütük. yeyin. - varışlı kişidi.

varışma varəstəlik. varıstalıq. çatışma. qurtulma. azadəlik.

varışmaq gedib gəlmək. görüşmək. öğrəşmək. alışmaq. ülfət edmək.

varqun olqun. pişmiş. görmüş. keçitmiş. bacarmış. salqun. çəpər. yekkə. çaqqun. mücərrəb.

varlanmaq barlanmaq. bolunmaq. olunmaq. mövcud olmaq.

varlı barlı. səmərli. səmir. səmiz. səmirgin. yüklü.bərəli. - böyük varlı kişi: atabay. atabəy.

varluc varıl. qabşaq. boşqa. - bir varıl suci.

varma varış. getmə. yetişmə. visul. - bu qədər çabuk varış.

varmaq 1. yetmək. <> edmək <> gedmək < met > dəqmək. ərişmək. çatmaq. yetişmək. - yarın ikidə varırız. 2. yanaşmaq. təqərrüb edmək. - tanrıya varmaq. - ətəyinə varmaq. bulmaq. qormaq. yuvmaq. yüvmək. yüvsəmək. yavsamaq. ərişmək. könül almaq. yoxlamaq. keçmək. dəğmək. ilişmək. yoxlamaq. - axşam bir bizə uğrayın. 3. dalmaq. - yuxuya vardı. 4. çəkinməmə. qıymaq. ürək edmək. acımamaq. - bunu edməyə necə əli varır. - bunu deməyə necə ağzı vardı. 5. gedmək. - qız vardı: qız geddi.
- qocuya varmaq: ərə gedmək.
- aşağı varmaq: alçalmaq. tənəzzül edmək.
- puça varmaq: boşa çatmaq.
- əl varmamaq: əli gedməmək. ürəyi istəməmək.
- üstünə varmaq: 1. israr edmək. 2. birdənbirə gəli vermək.
- var !: haydi. ged. yallah.
- varsun: buraq. qo. qoy. - varsun desin.
- vararaq: vara vara: get gedə.

varmış (tanrıya varmış.) ərən. varan. ilqəmiş. ilərmiş. çatmış. yetim. yetmiş. baliğ bər. düçar. düşmək durumu. düşmüş. ulaşmış. çatmış. düşgün. mübtəla. giriftar. varısta > varəstə. çatmış. qurtulmuş. azadə. - ona varmış: ona baliğ.

varsağı 1. bir çeşit enli yatağan. 2. bir çeşit qaya başı hava.

varsaq varsat. vəsilə.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə