34
Bir çox patologiyalar da vardır ki, bu zaman qanda hemoqlobinin patoloji
formaları da meydana çıxır. Bunlardan oraqvari anemiyanı misal göstərmək olar.
Bu patologiyada eritrositlər xarici görünüşlərinə görə orağa bənzəyir. Müəyyən
edilmişdir ki, bu eritrositlərdə qlobin molekulasında bir neçə aminturşuların
düzülüşlərində dəyişkənliklər olur və belə hemoqlobinin funksiyasının pozulmaları
meydana çıxaraq, anemiya inkişaf edir.
Kliniki şəraitdə eritrositlərin hemoqlobinlə doyma dərəcəsinin öyrənilməsi də
mühüm analizlərdən biridir. Bu, hamıya məlum olan rəng göstəricisidir. Normada
onun maksimal qiyməti 1-ə bərabərdir və belə eritrositlər normoxrom adlanır. Rəng
göstəricisinin qiyməti 1,1-dən çox olduqda hiperxrom eritrositlər, 0,85-dən aşağı
olduqda isə hipoxrom eüritrositlər adlanır. Bu göstəricinin oyrənilməsi müxtəlif
mənşəli anemiyaların diaqnostikassı üçün vacib lazımdır.
Eritrositlərin hemolizi
Bir çox xəstəliklər, müəyyən xarici mühit amillərinin təsiri, patiloji
vəziyyətlər, o cümlədən massiv qanitirmələrdən sonra inkişaf edən hipoksiyalar,
massiv qanköçürmələr və infuziyalar zamanı eritrositlərin qişalarının pozulması -
dağılması prosesləri və hemoqlobinin qan plazmasına keçməsi baş verir. Buna
eritrositlərin hemolizi deyilir. Bu zaman qan plazması fərqli qırmızı rəng alır, sanki
şəffaflaşır və parlaqlaçır, “laklı qan” meydana çıxır. Törədicinin xarakterindən asılı
olaraq, hemolizin bir neçə növü ayırd edilir.
Osmotik hemoliz. Hipotonik mühitdə meydana çıxa bilir. Bu zaman, məsələn
NaCl-un hipotonik məhlulunda eritrositlərin hemolizi baş verir; yəni mühitin
osmolyarlığı eritrositlərin daxilindəki osmolyarlıqdan aşağı olduğu üçün su
eritrositlərin daxilinə keçir və şişkinmləşməyə, ödemləşməyə başlayır. Bu prosesin
artması həddini aşdıqda eritrosit qişalarının partlaması və hemoqlobinin hüceyrə
daxilindən xaricə tökülmə prosesi meydana çıxır. Belə vəziyyətdə eritrosit
membranının möhkəmliyinin və elastikiliyinin, yəni osmotik rezistentliyinin böyük
əhəmiyyəti vardır. Sağlam adamların eritrositləri üçün ən yüksək dözümlülük
dərəcəsi natrium-xloridin fizioloji - 0,9%-li qatılığından azalaraq 0,4-0,34%-ə qədər
hipotonik məhlul mühitidir. Patologiyalarda. Yəni eritrositlərin membranının
kövrəkliyinin artması zamanı həmin hipotonik həddə qədər azalmağa dözə bilməyir
və hipotoniyanın yuxarı səviyyələrində hemolizə uğrayırlar.
Kimyəvi hemoliz
Kimyəvi maddələrin təsirlərindən eritrositin ikiqat zülal-lipid membranının
dağılması nəzərdə tutulur. Bu maddələrə misal olaraq xloroformu, efiri göstərmək
olar.
Bioloji hemoliz
Bu növ hemoliz bioloji amillərin təsirindən baş verən hemolizdir. Ən çox
rastlaşan ilan, həşərat, mikroorqanizmlərin zəhərləri və toksinlərindən meydana
35
çıxan hemolizlərdir. Bundan başqa uyğunsuz qanın köçürülməsindən, yəni immun
hemolizinlərin təsirindən baş verən hemolizlər də bu qrupa aid edilir.
Temperatur hemolizi.
Qanın dondurulması və donunun açılması zamanı baş verir və nəticədə xırda
buz kristalcıqları ilə eritrositlərin qişasının parçalanması baş verir.
Mexaniki hemoliz qana güclü mexaniki təsirlər göstərdikdə meydana çıxır;
məsələn, qan olan qabı (ampulanı, sınaq şüşəsini, flakonu və s.) kobud şəkildə
çalxaladıqda və ya silkələdikdə.
Şəkil ...3. Elektron mikrofotoqrafiyasında eritrositlərin hemolizinin və “kölgəsinin” əmələ
gəlməsinin görünüşü. 1 – diskosit, 2 –exinosit, 3 – eritrositlərin “kölgələri” (qişaları).
Trombositlər
Trombositlər həm də qan lövhəcikləri adlanır (platelets - PLT). Diametri 2-4
mkm olan girdə formalı və ya zəif oval şəklinə düşmüş yastı hüceyrəciklərdir.
qırmızı sümük ilyinin qiqant hüceyrələrindən – meqakariositlərdən əmələ gəlir,
yəni onların sitoplazmasının “qəlpələridir”. Belə ki, sümük iliyində meqakariositlər
fibroblastlarla endotelial hüceyrələr arasında qalıb sıxılır və onların sitoplazması
“hissə-hissə” hüceyrədən kənara çıxarılır ki, bunlar da trombositlərin əmələ gəlməsi
üçün materialdır. Hər bir meqakariositdən 1000-ə qədər trombosit əmələ gəlir.
Trombositlərin üçdən iki hissəsi (75%-ə qədəri) periferik qan cərəyanında dövr
edir, qalan hissəsi isə dalaqda depolaşır. Trombositlər qanın laxtalanmasında iştirak
edir və həm də onların tərkibində olan xüsusi bioloji fəal maddələrin vasitəsi ilə qan
laxtalarını əridə bilir.
Insan trombositlərinin nüvələri olmur, lakin daxilində çoxlu miqdarda müxtəlif
quruluşlu və ölçülü qranulalar (200-ə qədər) olur. Qanda normada trombositlərin
sayı 180-320x10
9
/litr, yaxud da 1 mkl-də180.000-320.000-dir. Periferik qanda
sayının artması trombositoz, azalması isə trombositopeniya adlanır.
36
Qan damarlarında trombositlər qan cərəyanında, adətən divara yaxın yerdə
sirkulyasiya edir. Sakit vəziyyətdə diskvari formada olur, fəallaşdıqda sferik
formaya (kürə formasına) keçirlər.
Trombositlər damarların normadan fərqli endotel səthinə toxunarkən qıcıqlanır
və fəallaşır. Bunun nəticəsində onlar yastılaşır və 10-a qədər xüsusi dişciklər və
çıxıntılar (psevdopodiyalar) əmələ gətirirlər və belə vəziyyət almış (yəni
“həyacanlanmış” və ya qıcıqlanmış) trombositlərin diametri adi trombositlərin
diametrindən 5-10 dəfə böyük olur (Şəkil ..). Belə çıxıntıların vasitəsi ilə
trombositlər bir-birinə və zədələnmiş damar divarına yapışırlar. Buna görə də
qanaxmanın dayanması üçün bu çıxıntılar xüsusi rola malikdir.
Şəkil. Trombositlər (göy rəngdədir)
Trombositlər cisimlərində əmələ gətirdikləri psevpodiyalar sayəsində hərəkət
etmək və yad cisimləri, virusları, immun kompleksləri faqositoza uğratmağa da
malikdirlər; bununla da orqanizmin medafiə funksiyasını da yerinə yetirirlər.
Şəkil. .. Padosit əmələ gətirmiş trombositlər.
Dostları ilə paylaş: |