Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

34 
 
Bir  çox  patologiyalar  da  vardır  ki,  bu  zaman  qanda  hemoqlobinin  patoloji 
formaları  da  meydana  çıxır.  Bunlardan  oraqvari  anemiyanı  misal  göstərmək  olar. 
Bu  patologiyada  eritrositlər  xarici  görünüşlərinə  görə  orağa  bənzəyir.  Müəyyən 
edilmişdir  ki,  bu  eritrositlərdə  qlobin  molekulasında  bir  neçə  aminturşuların 
düzülüşlərində dəyişkənliklər olur və belə hemoqlobinin funksiyasının pozulmaları 
meydana çıxaraq, anemiya inkişaf edir. 
Kliniki şəraitdə eritrositlərin hemoqlobinlə doyma dərəcəsinin öyrənilməsi də 
mühüm analizlərdən biridir. Bu, hamıya məlum olan rəng göstəricisidir. Normada 
onun maksimal qiyməti 1-ə bərabərdir və belə eritrositlər normoxrom adlanır. Rəng 
göstəricisinin  qiyməti  1,1-dən  çox  olduqda  hiperxrom  eritrositlər,  0,85-dən  aşağı 
olduqda  isə  hipoxrom  eüritrositlər  adlanır.  Bu  göstəricinin  oyrənilməsi  müxtəlif 
mənşəli anemiyaların diaqnostikassı üçün vacib lazımdır. 
 
Eritrositlərin hemolizi 
Bir  çox  xəstəliklər,  müəyyən  xarici  mühit  amillərinin  təsiri,  patiloji 
vəziyyətlər,  o  cümlədən  massiv  qanitirmələrdən  sonra  inkişaf  edən  hipoksiyalar, 
massiv  qanköçürmələr  və  infuziyalar  zamanı  eritrositlərin  qişalarının  pozulması  -
dağılması  prosesləri    və  hemoqlobinin  qan  plazmasına  keçməsi  baş  verir.  Buna 
eritrositlərin hemolizi deyilir. Bu zaman qan plazması fərqli qırmızı rəng alır, sanki 
şəffaflaşır və parlaqlaçır, “laklı qan” meydana çıxır. Törədicinin xarakterindən asılı 
olaraq, hemolizin bir neçə növü ayırd edilir. 
Osmotik hemoliz. Hipotonik mühitdə meydana çıxa bilir. Bu zaman, məsələn 
NaCl-un  hipotonik  məhlulunda  eritrositlərin  hemolizi  baş  verir;  yəni  mühitin 
osmolyarlığı  eritrositlərin  daxilindəki  osmolyarlıqdan  aşağı  olduğu  üçün  su 
eritrositlərin daxilinə keçir və şişkinmləşməyə, ödemləşməyə başlayır. Bu prosesin 
artması  həddini  aşdıqda  eritrosit  qişalarının  partlaması  və  hemoqlobinin  hüceyrə 
daxilindən  xaricə  tökülmə  prosesi  meydana  çıxır.  Belə  vəziyyətdə  eritrosit 
membranının möhkəmliyinin və elastikiliyinin, yəni osmotik rezistentliyinin böyük 
əhəmiyyəti  vardır.  Sağlam  adamların  eritrositləri  üçün  ən  yüksək  dözümlülük 
dərəcəsi natrium-xloridin fizioloji - 0,9%-li qatılığından azalaraq 0,4-0,34%-ə qədər 
hipotonik  məhlul  mühitidir.  Patologiyalarda.  Yəni  eritrositlərin  membranının 
kövrəkliyinin artması zamanı həmin hipotonik həddə qədər azalmağa dözə bilməyir 
və hipotoniyanın yuxarı səviyyələrində hemolizə uğrayırlar. 
Kimyəvi hemoliz 
Kimyəvi  maddələrin  təsirlərindən  eritrositin  ikiqat  zülal-lipid  membranının 
dağılması nəzərdə tutulur. Bu maddələrə misal olaraq xloroformu, efiri göstərmək 
olar. 
Bioloji hemoliz 
Bu  növ  hemoliz  bioloji  amillərin  təsirindən  baş  verən  hemolizdir.  Ən  çox 
rastlaşan  ilan,  həşərat,  mikroorqanizmlərin  zəhərləri  və  toksinlərindən  meydana 


35 
 
çıxan hemolizlərdir. Bundan başqa uyğunsuz qanın köçürülməsindən, yəni immun 
hemolizinlərin təsirindən baş verən hemolizlər də bu qrupa aid edilir. 
Temperatur hemolizi
Qanın  dondurulması  və  donunun  açılması  zamanı  baş  verir  və  nəticədə  xırda 
buz kristalcıqları ilə eritrositlərin qişasının parçalanması baş verir. 
Mexaniki  hemoliz  qana  güclü  mexaniki  təsirlər  göstərdikdə  meydana  çıxır; 
məsələn,  qan  olan  qabı  (ampulanı,  sınaq  şüşəsini,  flakonu  və  s.)  kobud  şəkildə 
çalxaladıqda və ya silkələdikdə. 
 
 
Şəkil ...3. Elektron mikrofotoqrafiyasında eritrositlərin hemolizinin və “kölgəsinin” əmələ 
gəlməsinin görünüşü. 1 – diskosit, 2 –exinosit, 3 – eritrositlərin “kölgələri” (qişaları). 
 
Trombositlər 
Trombositlər həm də qan lövhəcikləri adlanır (platelets - PLT). Diametri 2-4 
mkm  olan  girdə  formalı  və  ya  zəif  oval  şəklinə  düşmüş  yastı  hüceyrəciklərdir. 
qırmızı  sümük  ilyinin  qiqant  hüceyrələrindən  –  meqakariositlərdən  əmələ  gəlir, 
yəni onların sitoplazmasının “qəlpələridir”. Belə ki, sümük iliyində meqakariositlər 
fibroblastlarla  endotelial  hüceyrələr  arasında  qalıb  sıxılır  və  onların  sitoplazması 
“hissə-hissə” hüceyrədən kənara çıxarılır ki, bunlar da trombositlərin əmələ gəlməsi 
üçün  materialdır.  Hər  bir  meqakariositdən  1000-ə  qədər  trombosit  əmələ  gəlir. 
Trombositlərin  üçdən  iki  hissəsi  (75%-ə  qədəri)  periferik  qan  cərəyanında  dövr 
edir, qalan hissəsi isə dalaqda depolaşır. Trombositlər qanın laxtalanmasında iştirak 
edir və həm də onların tərkibində olan xüsusi bioloji fəal maddələrin vasitəsi ilə qan 
laxtalarını əridə bilir. 
Insan trombositlərinin nüvələri olmur, lakin daxilində çoxlu miqdarda müxtəlif 
quruluşlu  və  ölçülü  qranulalar  (200-ə  qədər)  olur.  Qanda  normada  trombositlərin 
sayı  180-320x10
9
/litr,  yaxud  da  1  mkl-də180.000-320.000-dir.  Periferik  qanda 
sayının artması trombositoz, azalması isə trombositopeniya adlanır.  


36 
 
Qan  damarlarında  trombositlər  qan  cərəyanında,  adətən  divara  yaxın  yerdə 
sirkulyasiya  edir.  Sakit  vəziyyətdə  diskvari  formada  olur,  fəallaşdıqda  sferik 
formaya (kürə formasına) keçirlər.  
Trombositlər damarların normadan fərqli endotel səthinə toxunarkən qıcıqlanır 
və  fəallaşır.  Bunun  nəticəsində  onlar  yastılaşır  və  10-a  qədər  xüsusi  dişciklər  və 
çıxıntılar  (psevdopodiyalar)  əmələ  gətirirlər  və  belə  vəziyyət  almış  (yəni 
“həyacanlanmış”  və  ya  qıcıqlanmış)  trombositlərin  diametri  adi  trombositlərin 
diametrindən  5-10  dəfə  böyük  olur  (Şəkil  ..).  Belə  çıxıntıların  vasitəsi  ilə 
trombositlər  bir-birinə  və  zədələnmiş  damar  divarına  yapışırlar.  Buna  görə  də 
qanaxmanın dayanması üçün bu çıxıntılar xüsusi rola malikdir. 
 
 
Şəkil. Trombositlər (göy rəngdədir) 
 
Trombositlər  cisimlərində  əmələ  gətirdikləri  psevpodiyalar  sayəsində  hərəkət 
etmək  və  yad  cisimləri,  virusları,  immun  kompleksləri  faqositoza  uğratmağa  da 
malikdirlər; bununla da orqanizmin medafiə funksiyasını da yerinə yetirirlər. 
 
 
Şəkil.  .. Padosit əmələ gətirmiş trombositlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə