Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

28 
 
 
Şəkil 1. Insanın qan yaxmasında qanın formalı elementləri. 
1- eritrosit, 2 - seqment-nüvəli neytrofil qranulosit, 3 - çubuq-nüvəli neytrofil qranulosit, 4 - 
cavan neytrofil qranulosit, 5  - eozinofil qranulosit, 6 - bazofil qranulosit, 7 - böyük limfosit, 8 - 
orta limfosit, 9 - kiçik limfosit, 10 - monosit, 11-trombosit (qan lövhəcikləri). 
 
Eritrositlərin səciyyəvi forması onların dar kapilyarlardan keçməsini də təmin 
edir.  Bu  hüceyrələrin  nüvələrdən  məhrum  olması  onların  özlərinin  oksigenə  olan 
tələbatını aşağı salır və digər toxumalara daha çox oksigenin çatdırılmasına şərait 
yaranır. 
 
Şəkil.. İnsanın normal eritrositləri 
 
Periferik qanda, əsasən yetişmiş eritrosit hüceyrələri olur. Buna baxmayaraq, 
öz  yetişkənliyini  başa  çatdırmamış  eritrosit  hüceyrələrinə,  yəni  retikulositlərə  də 
rast  gəlmək  olur.  Normada  bunların  miqdarı  ümumi  eritrositlərin  1,5-2%-dən  çox 
olmamalıdır  (Şəkil.  ....).  Patoloji  vəziyyətlərdə,  o  cümlədən  qan  xəstəlikləri,  qan 
azlığı,  kəskin  qanitirmələr  zamanı  qanyaradıcı  orqanların  gərginləşməsindən  və 


29 
 
periferik  qana  eritrosit  kütləsinin  çıxarılmasının  intensivləşməsinə  görə 
retukulositlərin  xüsusi  çəkisi  yüksələ  bilər.  Yetişməmiş  bu  hüceyrələrin  oksigen-
transport funksiyası və digər funksiları çox aşağı olur və ya bu  funksiyalara malik 
olmur. 
 
 
Şəkil. ... Retikulosit (sarı rəngdədir). 
 
Eritrositlər orqanizmdə aşağıdakı funksiyaları yerinə yetirir: 
1.
 
Tənəffüs funksiyası. Əsas funksiyasıdır; alveollardan oksigeni toxumalara 
və  maddələr  mübadiləsi  zamanı  əmələ  gəlmiş  karbon  qazını  ağ  ciyərlərə 
daşıyır; 
2.
 
Qanın pH-nın tənzimləməsi. Qan çox güclü  hemoqlobin  bufer sisteminə 
malikdir ki, bunun vasitəsi ilə həmin vəzifəni həyata keçirir; 
3.
 
Qidalandırıcı  funksiya.  Eritrositlər  öz  səthlərində  aminturşuları  həzm 
orqanlarının divarlarından orqanizmin hüceyrələrinə çatdırırlar; 
4.
 
Müdafiə funksiyası. Eritrositlər toksiki maddələri öz səthlərinə adsorbsiya 
edərərək, həm onları bir növ neytrallaşdırır və həm də onların orqanizmdən 
xaric edilməsi üçün müvafiq orqanlara daşıyır; 
5.
 
Qanın  laxtalanma  prosesində  iştirakı.  Bu  funksiyanı  eritrositlər  özlərinin 
tərkibində  olan  qanın  laxtalanma  və  əkslaxtalanma  sisteminin amillərinin 
vasitəsi ilə reallaşdırır; 
6.
 
Bəzi  fermentlərin  daşıyıcısıdır.  Bunlara  karbonanhidraza,  xolinesteraza, 
fosfataza fermentləri  aiddir. 
7.
 
Vitaminlərin daşıyıcısıdır. Bunlara В
1
, В
2
, В
6
 vitaminləri, askorbin turşusu 
aiddir; 
8.
 
Eritrositlər  fərdin  qan  qrupu  mənsubiyyətinin  amillərinə  (A  və  B 
aqlütinogenlərinə) malikdir. 
 


30 
 
 
Şəkil 2. A. 
Ikitərəfli basıq diskşəkilli normal eritrositlər. B. Hipertonik duz məhlulunda 
büzüşmüş eritrositlər. 
 
Hemoqlobin və onun birləşmələri. 
Bütün  orqanoidlərindən  məhrum  olmuş  yetgin  eritrositlərin  içərisi  əsasən 
qazların daşınmasını təmin edən hemoqlobinlə dolu olur.  
Hemoqlobin  – hem  tərkibli zülaldır. Ümumiyyətlə  hem  tərkibli  zülallar  canlı 
orqanizmdə oksigenin birləşdirilməsində və daşınmasında, bitgilərdə isə fotosintez 
prosesində elektronların nəqlində iştirak edir.  
Hemoqlobin  kimyəvi  tərkibinə  görə  xromoproteidlər  qrupuna  aiddir.  Onun 
prostetik  qrupu  dəmirtərkibli  IX-protoporfirin  birləşməsidir,  molekulyar  tərkibi 
С
34
Н
32
О
4
N
4
Fe-dən  ibarətdir  və  hem  adlanır.  Hemin  tərkibindəki  dəmir  ona  rəng 
verir. hemoqlobinin zülal komponenti qlobindir. Hemoqloin adı da bu İki kimyəvi 
birləşmənin adından əmələ gəlmişdir. 
Hemoqlobinin molekulası 4 hemdən və 1 qlobindən ibarətdir. Həmin qlobində 
aminturşular  4  polipeptid  zəncirində  yerləşmişlər  ki,  bu  zənzirlərin  hər  biri  bir 
hemlə  birləşmişdir.  Strukturuna görə  zənzirlərin hər  cütü identikdir  (yəni  eyniliyə 
malikdir) və cütlərdən biri 

-zənzirlər (bunlar qısadırlar, yəni nisbətən kiçikdirlər) 
və  digər  cütü  isə 

-zəncirlər  (bunlar  uzundurlar,  nisbətən  böyükdürlər) 
adlandırılmışdır.  Buna  görə  qlobinin  formulu 

-

/

-

  və  ya 

-2

-2  kimi  işarə 
edilir.  -polipeptid  zənzirlərin  hər  biri  141,  -polipeptid  zəncirlərin  hər  biri  146 
aminturşudan  təşkil  olunmuşdur.  Zəncirlərin  tərkibində  aminturşular  ciddi 
ardıcıllıqla  düzülmüşdür  və  normal  halda  bu  düzülüş  dəyişkəniyə  malik  deyil.  -
polipeptid  zənziri  valin-leysin  aminturşular  kombinasiyası  ilə, -polipeptid  zənciri 
isə valin-histidin-leysin aminturşular kombinasiyası ilə tamamlanır. 
Hemoqlobin  molekulasında  -  və  -polipeptid  zəncirləri  ilk  baxışdan 
görsəndiyi  kimi  düz  xətt  istiqamətində  yerləşməmişlər  (“birincili  strukturu”) 
(Şək.....). Molekulalararası müəyyən cəzbetmə qüvvələrinin olmasına görə -heliks 


31 
 
spiralı üçün tipik formada burulur (“ikincili struktur”).  -heliks spiralının özü hər 
- və -polipeptid zəncirlərinə fəzada ətrafına dolanır və oval şəkilli ilgəklər əmələ 
gətirir  (“üçüncülü  struktur”),  yəni  polipeptid  heliks  spiralının  fəzada  “üçüncülü 
burulması”  meydana  çıxır  (Şək.....).  Polipeptid  zəncirinin  -heliks  spiralının  ayrı-
ayrı hissələri latın hərfləri ilə işarələnir (A-dan H-a qədər). 
Bütün  dörd  dənə  üçüncülü  əyilib-burulmuş  -  və  -polipeptid  zəncirləri 
fəzada öz aralarında müəyyən əlaqələrlə “kvartet strukturu” yaradırlar. Bu əlaqələr 
həqiqi kimyəvi birləşmələr olmayıb molekulaların öz aralarındakı qüvvələridir. 
Hemoqlobin  molekulasının  dörd  hem  qrupu  həmin  -  və  -polipeptid 
zəncirlərinin  əmələ  gətirdikləri  büküşlərdə  disk  şəklində  yerləşirlər.  Həm  də  hər 
hem  qrupu  ikivalentli  dəmir  (Fe
++
)  atomu  və  polipeptid  zəncirinin  histidin  qalığı 
arasında yaranan koordinasion əlaqə vasitəsi ilə bir polipeptid zənzirinə birləşir. 
 
Şəkil....hemoqlobin molekulası 
 
Hemoqlobin  daxilində  bir  hem  və  bir  polipeptid  zəncirin  əmələ  gətirdiyi 
kompleks  Svedberq  vahidi  adlanır.  Aydın  məsələdir  ki,  hemoqlobin  molekulası 
dörd  Svedberq  vahidindən  təşkil  olunmuşdur.  Hal-hazırda  müəyyən  edilmişdir  ki, 
hemoqlobinin  molekula  kütləsi  64458-ə  bərabərdir;  onda  hər  bir  atom  dəmirə 
təxminən 16115 atom kütləli bir Svedberq vahidi düşür. 
Qlobinin  polipeptid  zənzirləri  aralarında  olan  koordinasiya  əlaqələrindən 
başqa hemin Fe
++
 atomu əlavə üç koordinasiya əlaqələrinə malikdir. Bunlardan ikisi 
porfirin  həlqəsinin  iki  azot  atomları  ilə  ilişiklidir;  üçüncüsü  isə  bilavasitə  qazların 
daşınması ilə əlaqədardır; mühitdən asılı olaraq oksigenlə və ya su  molekulası ilə 
birləşir. Belə ki, mühitdə oksigenin parsial təzyiqi aşağı olduqda (venoz qanda) su 
molekulasını birləşdirir (reduksiya olunmuş hemoqlobin). Oksigenin parsial təzyiqi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə