Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   15   16   17   18   19   20   21   22   ...   91

50 
 
b)
 
Xarici qanaxma – qanın bilavasitə xarici mühitə axmasıdır; çox asanlıqla 
diaqnozlaşır; 
c)
 
Daxili qanaxma – axan qanın orqanizmdə hər hansı boşluğa yığılması ilə 
xarakterizə olunur. Əgər həmin boşluğun bilavasitə xarici mühitlə əlaqəsi varsa və 
qan  boşluqdan  yenidən  xarici  mühitə  axırsa,  onda  belə  qanaxmalar  daxili  açıq 
qanaxma  adlanır  və  məxsusi  adla  adlandırılır:  burun  boşluğundan  qanaxma  -  
epistaxis,  mədədən  qanaxma  -  haematemesis,  sidik  yollarından  qanaxma  - 
haematuria,  uşaqlıq  boşluğundan  qanaxma  -  metrorrhagia.  Əgər  qan  yığılan 
boşluq  qapalıdırsa  və  ətraf  mühitlə  əlaqəli  deyilsə,  onda  meydana  çıxan  belə 
qanaxmalar daxili  qapalı qanaxma adlanır:  məsələn, qarın boşluğunun qanxması  - 
haemоperitoneum,  plevra  boşluğunun  qanaxması  -  haemоthorax,  oynaq 
boşluğunun  qanaxması  -  haemarthrosis,  perikard  boşluğunun  qanaxması  – 
haemоpericardium adlanır. 
Qanaxmalar  onların  meydana  çıxmasına  görə  də  təsnif  edilir;  belə  ki,  əgər 
qanaxma  damarların,  parenximatoz  orqanların  və  ya  ürəyin    zədələnməsindən 
dərhal meydana çıxırsa, bunu birincili qanaxma kimi qiymətləndirilər. Əgər damar 
bütövlüyünün  pozulması  zamanı  baş  vermiş  qanaxma  öz-özünə  dayanıbsa  və  ya 
saxlanılıbsa  və  sonradan  həmin  yerdə  qanaxma  təzələnibsə,  onda  bu  qanaxma 
ikincvili qanaxmadır. Qanaxmaların baş vermə müddətindən asılı olaraq, erkən və 
gec qanaxmalar olmaqla bölünürlər.  
Anatomik təsnifat. 
Bütün qanaxmalar zədələnmiş damarların tipinə görə fərqləndirilir və arterial, 
venoz, kapilyar və parenximatoz qanaxmalara bölünürlər. 
Arterial qanaxma. Qan təzyiq altında, oulsasiyalı şırnaqla daha intensiv axır. 
Axan qanın rəngi açıq-al rəngdə olur. Qanaxmanın sürəti yüksək olduğu üçün qısa 
müddət ərzində qan itgisinin həcmi də kifayət qədər çox olur. Qan itgisinin miqdarı, 
əlbəttə,  zədələnmiş  arteriya  damarının  kalibrindən  və  zədələnmənin  xarakterindən 
(yan zədələnmə, tan köndələn zədələınmə, əzilmiş zədələnmə və s.) asılıdır. 
Venoz  qanaxma.  Qanın  axması  yavaş-yavaş olsa  da, eyni  intensivlikdə  axır, 
qanın rəngi tünd olur, pulsasiya etmir. Qanaxmanın sürəti arterial qanaxmadakından 
aşağı olur. Lakin zədələnmiş venanın diametri böyük olduqda qan itgisinin həcmi 
xeyli çox olur. Əgər zədələnmiş vena iri arteriyaya yaxın və ya bitişik olarsa, onda 
arteriyadakı  pulsasiyasının  ötürülməsi  nəticəsində  həmin  venoz  qanaxma  zamanı 
pulsasiyalı  şırnaqla  axma  müşahidə  edilə  bilər.  Unutmaq  olmaz  ki,  boyun 
venalarından  qanaxma  zamanı  hava  emboliyasının  baş  vermə  təhlükəsi  yaranmış 
olur. 
Kapilyar  qanaxma.  Bu  qanaxma  zamanı  kapilyarların  zədələnməsi  ilə 
əlaqədar yəni kiçik arteriya və venaların zədələnmələrinə görə qanaxma qarışıq tipli 
olur. Belə hallarda bütün yara səthi qanayır, qurutduqdan sonra səth yenidən qanla 
örtülür. Adətən iri damarların zədələnmələri ilə müqayisədə daha az massiv olur. 


51 
 
Parenximatoz qanaxma. Parenximatoz orqanların (qara ciyərin, ağ ciyərlər, 
dalaq, böyrəklər, vəzlər və s.) zədələnmələri zamanı müşahidə edilir. Parenximatoz 
qanaxmalar  mahiyyətinə  görə  kapilyasr  qanaxmadır,  belə  ki,  qanaxmanın  damar 
mənbəyi  həmin  orqanların  parenximasında  olan  kapilyar  şəbəkədir.  Lakin 
orqanların  anatomik-fizioloji  xüsusiyyətləri  ilə  əlaqədər  olduğu  üçün  bu 
qanaxmalar daha təhlükəlidir. 
Qanaxmanın ətraf mühitlə əlaqəsinə görə iki növə bölünür: xarici və daxili 
qanaxmalar. Yaradan (damardan) qanın ətraf mühitə axması hallarında qanaxmaya 
xarici qanaxma deyilir. Belə qanaxmalar tez aşkar olunur və tez diaqnoz qoyulur. 
Əməliyyatdan  sonrakı  yaradan  drenayla  qanın  axması  da  xarici  qanaxma  kimi 
qiymətləndirilir. 
Daxili qanaxmalarda isə axan qan bədəndən xarici mühitə axmır, qan axaraq 
onun  hər  hansı  anatomik  sahəsində  yığılıb  qalır.  Belə  sahələr  orqanizmin  daxili 
boşluqları, toxumaları, boşluqlu orqanların boşluqları ola bilər.  Daxili qanaxmalar 
aşkar və gizli gedə bilər. Aşkar daxili qanaxma o qanaxmalardır ki, bu zaman qan 
dəyişilmiş  formada  olsa  da,  müəyyən  müddətdən  sonra  xaricə  axır  və  bu  zaman 
mürəkkəb müayinələr aparmadan və xüsusi simptomları aşkar etmədən də diaqnoz 
qoymaq mümkündür. Lakin belə hallarda məsələnin ciddi tərəfi odur ki, damardan 
çıxmış  qanın  hansı  müddətdən  sonra  xaricə  axması  baş  verir.  Mədə-bağırsaq 
boşluğuna qanaxmaları bu qanaxmalara aiddir.  
 
Qanaxmanın yaratdığı təhlükələr 
 
Qanaxmalar  zamanı  görülən  tədbirlərin  təcili  və  təxirəsalınmaz  qaydada  tam 
həcmdə  adekvat  aparılmasının  həyati  vacibliyinin  əhəmiyyətini  diqqətə  çatdırmaq 
üçün qanitirmənin orqanizmdə törətdiyi təhlükələri nəzərdən keçirmək lazımdır. 
Qanaxmanın  törətdiyi  əsas  təhlükə  dövredən  qanın  həcminin  (DQH)  
azalmasıdır  ki,  ürəyə  qan  axınının  azalmasına,  arterial  təzyiqinin  enməsinə, 
hipoksemiyaya  və  hipoksiyaya,  qanda  karbon  qazının  artmasına,  nəticədə 
orqanların,  birinci  növbədə  mərkəzi  sinir  sisteminin  və  ürəyin  funksiyasının 
pozulmasına gətirib çıxarır ki, bunlar da qanaxmanın kliniki mənzərəsinin əsasında 
durur.  
Qanaxmanın  vaxtında  diaqnostikası,  onun  təcili  dayandırılması  üçün 
tədbirlərin vaxtında görülməsi, qan itgisinin və nəticələrinin ləğv edilməsi məqsədi 
ilə  təxirəsalınmaz  tədbirlərin  aparılması  belə  təhlükəli  patoloji  proseslə  lazımınca 
mübarəzəyə imkan verir. 
Qanitirmə  zamanı  arterial  təzyiqin  enməsi  toxuma  hipoksiyası,  qanda  və 
toxumalarda  izafi  miqdarda  karbon  turşusunun  toplanması  refleksogen  damar 
zonalarının  və  baş  beynin  müvafiq  mərkəzlərinin  qıcıqlanmasına  (oyanmasına) 
səbəb olur, həddən artıq yüksək kompensator mexanizmləri hərəkətə gətirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə