Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   13   14   15   16   17   18   19   20   ...   91

45 
 
Qlükoza, mmol/l 
3,3-5,0 
3,6-5,5 
Qlükozamin, mmol/l 
-- 
3,9-5,0 
Pentozlar, mmol/l 
-- 
0,13-0,26 
Ümumi lipidlər, mmol/l 
1,0-7,2 
3,8-6,7 
Triasilqliserinlər, mmol/l 
1,0-2,6 
1,2-2,8 
Xolesterin, mmol/l 
3,9-5,2 
3,9-6,5 
Fosfolipidlər, mmol/l 
-- 
2,2-4,0 
Fosfatidilxolin, mmol/l 
3,0 
1,5-3,0 
Keton cisimləri, mmol/l  
-- 
0,2-0,6 
Asetosirkə turşusu, mmol/l 
-- 
0,05-0,19 
Süd turşusu, mmol/l 
-- 
1,1-1.2 
Piroüzüm turşusu, mmol/l 
-- 
0,07-0,14 
Limon turşusu, mmol/l 
-- 
0,10-0,15 
-ketoqlütarat, mmol/l 
-- 
0,02-0,07 
Kəhraba turşusu, mmol/l 
-- 
0,01-0,04 
Ümumi bilirubin, mkmol/l 
-- 
4,26 
 
 
Cədvəl 13. Sağlam insan ....... 
Göstəricilər 
Ölçü vahidi 
Norma  
Hemoqlobin  
x 10 q/l 
12-18 
Eritrositlər 
x 10
12
/l 
5,5-8,5 
Leykositlər 
x 10
9
/l 
6,0-17,0 
- Seqmentnüvəli neytrofillər 

x 10
9
/l 
60-70 
3,0-11,4 
- Çubuqnüvəli neytrofillər 

x 10
9
/l 
0-3 
0-0,3 
-Limfositlər 

x 10
9
/l 
12-30 
1,0-4,8 
-Monositlər 

x 10
9
/l 
3-10 
0,15-1,35 
-Eozonofillər 

x 10
9
/l 
2-10 
0,1-0,75 
-Bazofillər 
-- 
Çox az 
Bikarbonatlar (qələvi ehtiyatı) 
mmol/l 
18,1-24.5 
Ümumi zülal 
q/l 
55,1-75,2 
Albumin 
q/l 
25,8-39,7 
Qlobulin  
q/l 
20,6-37,0 
Albumin/qlobulin  
nisbəti 
0,7-1,9 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


46 
 
 
 
Fəsil II 
Kəskin qanaxmanın patofiziologiyası  
 
İnsan  orqanizmində  dövredən  qanın  həcmi  (DQH)  bədənin  hər  kvadrat  metr 
səthinə qadınlarda 2,4 litr və kişilrdə isə 2,8 litr düşür. Bunu bədən kütləsinə olan 
nisbətlə  də  qiymətləndirirlər.  Belə  ki,  DQH  qadınlarda  bədən  kütləsinin  6,5%-ni, 
kişilərdə 7,5%-ni təşkil edir [Шустер Х.П. и др., 1981].  DQH-ni bədən kütləsinin 
hər  kq-na düşən  hissəsi ilə  millilitrlərlə  də  göstərmək  olar.  Sağlam  kişilərdə  DQH 
orta  hesabla  70  ml/kq,  qadınlarda  65  ml/kq  təşkil  edir.  Г.А.Рябов  DQH-nin  ola 
bilən  (должной  величины)  qiymətini  təyin  etmək  üçün  Moore  tərəfindən 
hesablanıb tərtib edilmiş cədvəldən istifadə etməyi məsləhət görür (Cədvəl 1). 
Cədvəl 1. 
Sağlam adamlarda dövredən qanın həcmi (miullilitrlərlə)  
Bədən 
kütləsi, 
kq 
Kişilər 
Qadınlar 
Normo-
steniklər

(7,0) 
Hiper-
steniklər 
(6,0) 
Hipo-
steniklər 
(6,5) 
Əəzələləri 
inkişaf edən-
lər (7,5) 
Normo-
steniklər
 
(6,5) 
Hiper-
steniklər 
(5,5) 
Hipo-
steniklər 
(6,0) 
Əəzələləri 
inkişaf edən-
lər (7,50 
40 
2800 
2400 
2600 
3000 
2600 
2200 
2400 
2800 
45 
3150 
2700 
2920 
3370 
2920 
2470 
2700 
3150 
50 
3500 
3000 
3250 
3750 
3250 
2750 
3000 
3500 
55 
3850 
3300 
3570 
4120 
3570 
3020 
3300 
3850 
60 
4200 
3600 
3900 
4500 
3900 
3300 
3600 
4200 
65 
4550 
3900 
4220 
4870 
4220 
3570 
3900 
4550 
70 
4900 
4270 
4550 
5250 
4550 
3850 
4200 
4900 
75 
5250 
4500 
4870 
5620 
4870 
4120 
4500 
5250 
80 
5600 
4800 
5200 
6000 
5200 
4400 
4800 
5600 
85 
5950 
5100 
5520 
6380 
5520 
4670 
5100 
5950 
90 
6300 
5400 
5850 
6750 
5850 
4970 
5400 
6300 
95 
6650 
5700 
6170 
7120 
6170 
5220 
5700 
6650 
*
   - Mötərizədə bədən kütləsinə nisbətdə faizlər göstərilmişdir. 
Praktiki  işlərdə,  xüsusən  də  təcili  və  təxirəsalınmaz  hallarda  kəskin 
qanaxmanın  müalicəsi  zamanı  qan  itgisinin  miqdarını  DQH-nə  olan  nisbətlə 
hesablamaq  (təyin  etmək)  daha  əlverişlidir.  Belə  ki,  70  kq  kütləsi  olan  böyük 
adamın  dövredən  qanın  orta  həcmi  5  litr  təşkil  edir  ki,  bunun  da  2  litri  hüceyrə 
elementlərinin  –  eritrositlər,  leykositlər  və  trombositlərin  payına  (qlobulyar  həcm) 
və  3  litri  isə  plazmanın  payına  (plazmatik  həcm)  düşür  [Lucas,  1977].  Beləliklə, 
orta  hesabla  DQH  5-6  litr  və  ya  bədən kütləsinin  7%-ni təşkil edir    [Климанский 
В.А., Рудаев Я.А., 1984]. 
Dövr  edən  qan  orqanizmdə  qan  dövranının  müxtəlif  damar  sektorlarında 
paylanması  da  fərqlənir.  Belə  ki,  dövr  edən  qanın  böyük  hissəsi,  yəni  70-80%-i 
venalarda,  15-20%  arteriyalarda  və  5-7,5%  isə  kapilyarlarda  sirkulyasiya  edir 


47 
 
(Малышев В.Л., 1985). Ümumilikdə ürək-qan damarı sistemində DQH-nin 80%-i, 
parenximatoz  orqanlarda  20%-i  dövr  edir  (A.Q.:  bəzi  detalları  aydınlaşdırmalı  – 
parenximatoz  orqanlarda  olan  damarlar,  əsasən  kapillyarlardır;  kapilyarlarda 
olan  qanın  yalnız  10%-i  DQH-nın  tərkib  hissəsinə  daxildir,  qalanı  deponu  təşkil 
edir.). 
DQH  özünün  nisbi  sabitliyini  qorumaq  mexanizminə  malikdir.  Bu  sabitlik 
orqanizmdə  olan  özünü  tənzimləmə  mexanizmləri  ilə  təmin  edilir.  DQH-nin 
tənzimlənməsi mürəkkəb və çox pilləli prosesdir və yekun etibarı ilə bu mexanizm 
adekvat  səviyyədə  mayenin  damardaxili  və  damarxarici  sahələr  arasında 
yerdəyişməsini, mayenin orqanizmə daxil olunmasını və orqanizmdən çıxarılmasını 
həyata  keçirməlidir  [Левите  Е.М.  и  др.,  1975;  Селезнев  С.А.  и  др.,  1976; 
Клецкин С.З., 1983]. Eyni zamanda DQH qiyməti, hətta eyni fərd üçün onun fiziki 
statusundan  və  homeostaz  vəziyyətindən  asılı  olaraq,  çox  variasiyalara  malikdir. 
Sistemli  şəkildə  idmanla  məşğul  olan  adamlarda  DQH  çox  olur.  Bu  göstəriciyə 
fərdin cinsi, yaşı, sənəti, ətraf mühitin temperaturası, atmosfer təzyiqinin səviyyəsi 
və digər amillər təsir göstərir. 
Kəskin  qanaxmaya  qarşı  cavab  reaksiyasında  orqanizmin  potofizioloji 
dəyişiklikləri meydana çıxır ki, bu, əvvəlcə kompensator-müdafiə xarakteri daşıyır 
və orqanizmin həyatının qorunmasını təmin edir. 
 
Qanaxma və qanitirmə. Qanaxmaların təsnifatı  
 
Qanasxma  (haemorrhagia:  yunanca  –  “haima”  –  qan,  “rhein”  –  axıb  getmə 
deməkdir
-
  qan  damarlarının  zədələnməsi  və  ya  onun  divarlarının  keçiriciliyinin 
pozulnası  nəticəsində  mənfəzindən  qanın  kənara  çıxması  (axması)  deməkdir.  Bu 
zaman  3  hal  ilə  əlaqədar  anlayışlar  ayırd  edilir:  qanın  axması,  qansızma  və 
hematoma.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  qanaxmaya  sadəcə  olaraq  hər  hansı 
konkret  patoloji  vəziyyt  deyil,  müəyyən  xəstəliklərin  və  zədələnmələrin  ağır 
fəsadlaşmasıdır. 
Qanaxma  haqqında  danışdıqda qanın  fəal surətdə damarlardan xarici  mühitə, 
boşluqlu orqanlara, orqanizmin müxtəlif boşluqlarına axması nəzərdə tutulur.  
Qanaxmalar təbabətdə və səhiyyədə ən dramatik, bəzən də ən faciəvi situasiya 
kimi  qiymətləndirilməlidir;  çünki  belə  hallarda  ektremal  vəziyyət  yaranmaqla 
yanaşı xəstənin taleyini bəzən dəqiqələr həll edir. Qanaxmaya belə yanaşma onun 
aşağıdakı cəhətləri ilə müəyyənləşdirilir: 
-
 
Qanaxma – əsasən ikincili meydana çıxan və bəzi hallarda baş verə biləcəyi 
əvvəlcədən  müəyyənləşdirilə  bilinməyən,  çox  qısa  bir  müddətdə  xəstənin 
vəziyyətini kəskin ağırlaşdıran prosesdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə